23:45 / 08-03-2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 / 08-03-2026
İranın yeni ali liderini seçiblər
20:56 / 08-03-2026
Ramazanın 19-cu günü: dua, imsak və iftar vaxtı
19:35 / 08-03-2026
Gəncədə piyadaları avtomobil vurub
19:24 / 08-03-2026
Emmanuel Makron İlham Əliyevə zəng edib
19:20 / 08-03-2026
Daha 25 nəfər Azərbaycan sərhədi ilə təxliyə olunub - Fotolar
15:27 / 08-03-2026
Kamanın mehri və Mehrinin kamanı - Kənan Hacı yazır
12:38 / 08-03-2026
Sabah yağış yağacaq
11:46 / 08-03-2026
İsrail İranın enerji obyektlərinə zərbələr endirir
00:34 / 08-03-2026
Mehriban Əliyeva qadınları təbrik edib - Foto
00:08 / 08-03-2026
Beynəlxalq Qadınlar Günü qeyd olunur
23:24 / 07-03-2026
Qərbi Azərbaycan həqiqətləri və yalanlar
23:12 / 07-03-2026
Cüdoçularımız Avstriyada daha iki medal qazanıblar
23:06 / 07-03-2026
XİN: "Bu, Xartiyanın ruhuna və məzmununa tam uyğundur"
19:44 / 07-03-2026
Ceyhun Bayramov Hakan Fidanla görüşüb
15:13 / 07-03-2026
Dünyanın ən bərk materialını hazırlayıblar - Foto
15:06 / 07-03-2026
"ChatGPT"-dən imtina edənlərin sayı sürətlə artır
14:54 / 07-03-2026
Peşəkar jurnalistikamızın yetirməsi
14:46 / 07-03-2026
İranı kim idarə edir?
13:19 / 07-03-2026
Sabah hava necə olacaq? - Proqnoz
11:45 / 07-03-2026
İran prezidenti qonşu ölkələrə edilən hücumlara görə üzr istəyib
11:37 / 07-03-2026
İran Hörmüz boğazında daha bir neft tankerini vurub
11:26 / 07-03-2026
İsrail 80-dən çox qırıcı ilə İrana zərbələr endirib
11:06 / 07-03-2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1761 nəfər təxliyə edilib
23:49 / 06-03-2026
Hücumlar nəticəsində İranda 1000-dən çox insan həlak olub
23:17 / 06-03-2026
Çin tezliklə İrana hərbi yardım edə bilər
23:03 / 06-03-2026
İlham Əliyevlə Aleksandar Vuçiç telefonda danışıb
23:00 / 06-03-2026
Masallıda silahlı insident törədən şəxs saxlanılıb
22:02 / 06-03-2026
İranın Azərbaycanda terror planları ifşa olunub - Video
17:25 / 04-03-2026
Dindarlar İlham Əliyevə müraciət ediblər
00:22 / 06-03-2026
Zaman axarında düşüncələr - Akif Əli yazır
15:27 / 08-03-2026
Kamanın mehri və Mehrinin kamanı - Kənan Hacı yazır
00:22 / 05-03-2026
İsrail Tehrana yeni zərbələr vurmağa başlayıb
23:39 / 05-03-2026
Müharibə veteranları səfərbər olmaq üçün əmr gözləyir - Bəyanat
16:15 / 04-03-2026
Güney Azərbaycanda böyük köç dalğası başlaya bilər
14:43 / 05-03-2026
İranın Naxçıvana hücumunda 4 nəfər xəsarət alıb - Yenilənib
16:26 / 05-03-2026
Prezident Təhlükəsizlik Şurasının iclasını keçirib
11:29 / 06-03-2026
Yerdə Mars planetinə oxşar ərazi aşkar ediblər
11:44 / 04-03-2026
Ukrayna kampaniyası Putinə 2,5 trilyon dollara başa gəlib
19:14 / 05-03-2026
Azərbaycan Naxçıvana hücumlara görə İrana qəti etirazını bildirib
15:32 / 04-03-2026
Naxçıvana yeni nazir təyin olunub - Foto
Taksi - Hekayə
Tarix: 07-04-2024 11:26 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Gülnarə ilə Gülsüm dərslərini hazırlayırdılar. Oğlu Ələkbər kompüterin arxasında əyləşmişdi. İmtahana hazırlaşdığından material toplayırdı. Həyat yoldaşı Rafiq televizorun qarşısında idi. Xəbərlərə qulaq asırdı. Belə məqamlarda onu işdən ayırmaq olmazdı. Vedrədə xeyli zibil yığılmışdı. Hava qaralmışdı. Zibil yeşikləri həyətin iki addımlığında idi. Hər tərəf işıqlı idi. Adam yeyən yox idi ki?! Qonşular gecə yarısına qədər həyət-bacadan yığışmaq bilmirlər.
Lətifə zibil vedrəsini götürüb sakitcə həyətə düşdü. Bu gün nədənsə həyətdə sakitlik idi. Lətifənin yadına düşdü. 5-10 dəqiqədən sonra futbol üzrə dünya çempionatının növbəti turu keçiriləcəkdi.
Lətifə zibili boşaldıb geri dönəndə diksindi və bərk qorxdu. Qarşısında anadangəlmə lüt bir kişi dayanmışdı. Bir əli ilə bədənin ayıb hissəsini tutmuşdu. Qıllıca bir kişi xeylağı idi. Olardı 50-55 yaşlarında. Lətifə qışqırmaq istədi. Həmin adam əli ilə onun ağzını tutdu. Əlindəki mətbəx bıçağını göstərərək:
- Səsini çıxarsan, özünü ölmüş bil.
Lətifə lüt adamı görməmək üçün üzünü yana çevirmişdi:
- Məndən nə istəyirsən? Yolumun üstündən çəkil!.
Lüt adam ətrafına göz gəzdirdi. Lətifə yavaş-yavaş səsini qaldırırdı. Kişi onun qolundan tutdu:
- Mən xəbərdarlıq elədim ki, səs-küy salıb milləti başına yığma, yoxsa işin fəna olar.
Sonra kişi yerə əyildi, əllərini yerə qoydu, oldu, at, yoxsa eşşək. Başladı iməkləməyə:
- Gəl, belimə min.
Lətifə ona qulaq asmaq istəmədi. Qonşular, evdəkilər görsələr, nə deyərdilər ona? Yaxşı ki, hələ həyətdə ins-cins yox idi. Amma olmaları yaxşı idi. Bu adam qorxusundan Lətifəyə yaxın düşməzdi. Fəqət bilmək olmazdı. Bu adamın əlində bıçaq vardı.
Lüt adam bıçağı ona tuşladı:
- Deyəsən başın bədəninə ağırlıq edir?!
Lətifə bir istədi əlindəki vedrəni onun başına çırpsın, amma inanmadı ki, bu, onun köməyinə çatar. Vedrə plasmas idi. Əlacsız qalıb onun belinə mindi. Ayaqlarını salladı. Kişi hündürboy idi. Bununla belə Lətifənin ayaqları yerə dəyirdi. Odur ki, qadın ayaqlarını yığdı ki, onlar yerlə sürünməsin.
“İlahi, bu nə gündür mənə yaşadırsan?!”– deyə düşünən Lətifə dinməz-söyləməz lüt kişinin belində oturmuşdu.
Lətifəgilin mənzili beşinci mərtəbədə idi. Adını belə bilmədiyi, üzünü birinci dəfə gördüyü lüt adam belində Lətifə beşinci mərtəbəyədək pilləkənləri iməkləyə-iməkləyə çıxdı.
Lətifədən mənzilin nömrəsini öyrənmişdi. Mənzilin qapısı ağzına çatanda Lətifəyə buyurdu ki, zəngin düyməsini bassın. Lətifə sarıdan nigaran olan evdəkilər cəld özlərini çölə atdılar və gördükləri mənzərədən çaş-baş qaldılar. Lətifə anadangəlmə lüt bir kişinin belində oturmuşdu. Rafiq irəli yerimək istəyəndə Lətifə lüt adamın əlindəki bıçağa işarə ilə:
- Rafiq, qurban olum, bənd olma, danışaram.
Lüt adam axır ki, Lətifədən əl çəkdi:
- Xanım, taksidən düşə bilərsiniz.
Lətifə düşdü, lüt kişiyə baxmasınlar deyə, cəld uşaqlarını itələyib evə saldı. Lüt adam ayağa qalxdı. Rafiq ona baxıb üzünə tüpürdü. Lüt adam:
- Taksi çağırmışdınız?
Rafiq onun ağlının üstündə olmadığını fikirləşib, qərara aldı ki, ona bənd olmasın. Odur ki, dedi:
- Bəli, çağırmışdım.
Lüt adam:
- Taksi haqqı 10 qəpikdir. Xahiş edirəm, taksi pulunu verib məni yola salasınız.
Rafiq əlini cibinə salıb manatlıq çıxartdı:
- Al, rədd ol.
Lüt adam başını buladı:
- Yox, əzizim, taksi haqqı 10 qəpikdir.
Rafiq ona 20 qəpik uzatdı, lüt adam ovcunda tutduğu xırda pullardan 10 qəpik ona qaytardı.
Rafiq içəri keçdi. Uşaqlar Lətifənin başına yığışmışdılar. Lətifə oturub ağlayırdı. Sonra başına gələnləri ərinə danışmağa başladı.
Rafiq:
- Yəqin manyakdır, köpək oğlu.
Bu zaman telefon zəng çaldı. Rafiq dəstəyi qaldırdı. Amiranə bir səs eşitdi:
- Bağışlayın, 32 nömrəli mənzildəndir?
- Bəli.
- Xahiş edirəm sualıma cavab verəsiniz. Saat 9-da qapınıza taksi gəlmişdi?
- Gəlmişdi.
- Nə qədər taksi pulu verdiniz?
- 10 qəpik.
- Yaxşı, sağ olun.
Rafiq onu sorğu-suala tutmaq istəyirdi. Amma dəstək asılmışdı.
Sonra aydınlaşdı ki, Lətifəyə rast gələn adam qumarda uduzubmuş. Uduzduğu pulu verə bilmədiyindən, onu öldürməyib, cəza veriblərmiş. Həmin cəza bundan ibarət idi: anadangəlmə lüt olub, birinci rast gəldiyin adamı dalına alıb, mənzilinə aparmalısan. Əvəzində nə az, nə də çox 10 qəpik taksi pulu alarsan.
Lüt adam şərtlərə əməl etsə də, zəng edib nəticəni yoxladılar.
Bu da qumar oynamağın aqibəti! İnsanı belə alçaq işləri icra etməyə vadar edir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək