08:47 / 18-09-2025
Vens Kirkin qətli ilə bağlı kobud sözlər işlədib
08:41 / 18-09-2025
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
08:37 / 18-09-2025
Obama Trampın qüsurunu açıqlayıb
23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

Beş il keçib - Hekayə
Tarix: 22-04-2024 12:25 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Eyvazın danası naxırdan gəlib çıxmamışdı. Gördüm deyən yox idi. Naxırçının dediyinə görə, axşamüstünə kimi naxırda olub. Görünür kəndə gələndə özünü harasa verib. Bəs hara? Bilinmirdi. Meşəni də ələk-vələk etmişdilər. Camaat bir yerə cəm olmuşdu. Çayxanada oturub dərdləşir, söhbət edirdilər. Bəybala söz atdı:
- Bəlkə dana heç itməyib. Kimsə aparıb.
Xanqulu kişi limonlu çayını içə-içə dedi:
- Axı kənddə oğru yoxdur. Oğruların kökü kəsilib.
Şirməmməd kişi:
- Bir dayanın, görüm. İndi neçənci ildir?
Bəybala:
- İlin mətləbə nə dəxli var? Tutaq ki, 2012-ci il. Nə olsun?
Şirməmməd kişi:
- O olsun ki, birisi var, hamınız yaxşı tanıyır. Beş il iş almışdı, yatırdı. Bu il beş ili tamam olur. Yəqin çıxıb.
Qeyri-ixtiyari hamı ayağa qalxdı, Dava Dalaşovgilin evinə sarı yola düşdü. Şirməmməd kişi ilə Eyvaz qabaqda gedirdilər. Mənzil başına çatanda yenə hamı bir yerə cəm oldu. Darvazadan boylandılar. Dava Dalaşov həyətdə idi. Dananı soyurdu. Eyvazın danası idi.
Xanqulu kişi dil-ağız elədi:
- Həmişə evində-eşiyində, oğul.
O birilər də ona qoşuldular:
- Həmişə evində-eşiyində!
Bu dəfə Şirməmməd kişi dilləndi:
- Ay bala, Eyvazın danası itmişdi. Qapı-qapı gəzib axtarırdıq. Gəlib bura çıxdıq. Demə, sənin zavalına gəlibmiş. Adam da belə iş tutar? Nə zaman bu hərəkətlərindən əl çəkəcəksən? Həbsdən elə bu gün çıxmısan, amma özünə qoyulmursan?
Dava Dalaşov halını belə pozmadan:
- A kişi, bəs necə edəydim? Beş ildir evdən gedənəm. Uşaqların yanına əliboş gələydim???
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır