16:55 / 14-02-2026
Armen Qriqoryan Azərbaycan nümayəndə heyəti ilə görüşüb
15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
11:53 / 10-02-2026
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
Dünyanın işini bilmək olmaz - Akif Abbasov yazır
Tarix: 09-08-2024 11:20 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Osman “Bravo” marketdə alış-veriş edirdi. Alış-veriş deyəndə, aldığı çox şey də deyildi: dondurma idi, şəkər tozu, bir də şüşə qabda “Sirab” mineral su.
“Sirab”ın gözəgəlimli şüşəsi vardı. İçərisindəki su olardı 250-300 qram. Amma qiyməti kəllə-çarxa çıxırdı: 1 manat 60 qəpik. Bu qiymətə də su olar? Sonra deyirlər benzinin qiymətini qaldırırlar. Bu bir damcı suya verilən pula iki litr benzin almaq olardı. Deməli, əslində su yox, onun şüşəsini satırdılar o qiymətə. Suyu içib sonra şüşəsini qolun getdikcə atacaqdın çölə-bayıra, zibil yeşiyinə.
Evə qonaq gələcəkdi. Ona görə Osman abırlı bazarlıq edirdi ki, qonağını yaxşı qarşılasın. İki şüşə “Sirab” suyuna 3 manat 20 qəpik ödəməli idi.
Kassanı boş görüb yaxınlaşdı. Götürdüklərini çıxarıb kassirə göstərmək istəyirdi ki, bir nəfər qadın Osmanı itələyib özünü piştaxtaya çatdırdı:
- Növbə mənimdir, ay qardaş...
Osman üzrxahlıq elədi:
- Bağışla, ay xanım. Kassanı boş görüb yaxınlaşdım, mən nə bilim növbə sizindir.
- Piştaxtanın üstündəki ərzaqları görmürsünüz. Mənimdir. Dedim, iki dənə də limon götürüm... Mən ayrılmışam, siz yaxınlaşmısınız. İndi dünya qəribə olub. Hamı dəyişib. Fürsətdən istifadə edir...
Osman qalmışdı mat-məəttəl.
- Ay xanım, ay bacı. İndi dünya dağılmadı ki. Dediniz, mən də çəkildim. Aldıqlarınızın pulunu ödəyib sakitcə gedin.
- Yox bir. Gedəndə sizdən icazə alacaqdım.
Qadın dil boğaza qoymurdu. Osman hiss elədi ki, artıq əsəbiləşir:
- Ovcumun içini iyləmişdim ki, növbə sizindir.
Kassir əvvəlcə limonları götürdü:
- Xanım, bunları çəkdirməmisiniz?
- Çəkdirmək niyə? Biri neçiyədir? 30 qəpiyə, 40 qəpiyə?
- Xeyr, limon bizdə çəki ilədir. Xahiş edirəm, aparıb çəkdirin, mən bilim ki dəyəri nə qədər olacaq. Kassaya vurmalıyam.
Qadın deyinə-deyinə uzaqlaşdı. O, gedib-gəlincə kassir Osmanın götürdüklərini hesablayıb pulunu aldı. Osman yola düzəldi. Gedə-gedə ucadan səsləndi:
- Kiminsə deməyi ilə, deyinməyi ilə deyil ha. Bu dünyanın işini bilmək olmaz. Allah düzəltsin adamın işini. Çox danışdı, çox deyindi. Mən sakitcə dayandım, amma axırda növbədə ondan əvvələ düşdüm.
Bakı şəhəri, 09.08.2024-cü il.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək