15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
16:55 / 09-02-2026
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Boranı tumu - Hekayə
Tarix: 29-08-2024 18:52 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Aptekdə olanda Arizə məsləhət gördülər ki, boranı tumu onun xəstəliyinin ən yaxşı dərmanı ola bilər. O, həkim yazan həbləri alıb aptekdən çıxdı.
İndi binanın həyətində əyləşmişdilər. Sakinlər öz təşəbbüsləri ilə binanın qarşısında park salmışdılar. Neçə il əvvəl buralarda yır-yığış etmiş, ağaclar, güllər əkmişdilər. Bir neçə “Besedka” da düzəltmişdilər. Rayon bələdiyyəsinə müraciət etmişdilər. Onlar da dəstək durub abadlıq işləri görmüş, uşaqlar üçün yellənçək də quraşdırmışdılar. Əlqərəz, daş-kəsəkli yer dönüb olmuşdu park. Parka asfalt da döşənmişdi. Qonşu binaların sakinləri də gəlib bu parkda gəzişir, dincəlir, təmiz hava alırdılar.
Əyləşib söhbət edirdilər. Əlibala da gəlib onlara qoşuldu. Əlibala qonşu idi. Anası, bacısı ilə bu binada yaşayırdı. Elmlər Akademiyasının yaxınlığındakı binaların birində atadanqalma bir mənzilləri vardı. Bina plana düşdüyündən, sökülüb yenidən tikiləndən sonra təzə tikilidə mənzil almış, oraya köçmüşdülər. Buradakı mənzili isə kirayəyə vermişdilər. Əlibala arada yolunu buradan salır, qonşularla qaynayıb-qarışır, parkda oturub söhbət edir, çay içirdi. Ay tamam olanda da gəlib kirayə haqqını alırdı.
Əlibala qonşularla salamlaşıb hal-əhval tutdu. Ariz fikir verib gördü ki, o, boranı tumu çırtlayır. Tez üzünü ona tutdu:
- Əli, boranı tumunu haradan alırsan?
Əlibala elə bildi ki, Ariz ona söz atır, sataşır, burada, onların yanında tum çırtlamasını ona irad tutur. Odur ki, əlini saxladı. Çırtlamadı.
Əlibalanın dinmədiyini görən Ariz bir də dilləndi:
- Əli, deyəsən eşitmədin.
Əlibala pərt olmuşdu. Qonşuların yanında Arizin onu dolaması kefinə soğan doğramışdı. Ağzını doldurmuşdu ki, onun cavabını versin, Ariz onu qabaqladı. Ciddi:
- Boranı tumu mənə də lazımdır. Aptekçi məsləhət gördü. Xəstəliyimə görə. Bayaq bir yerdə gördüm, nə isə xoşuma gəlmədi. Yaxşı qovurulmamışdı.
Arizin həqiqətən boranı tumu lazım olduğunu, onu doğrudan dolamadığını başa düşən Əlibalanın eyni açıldı:
- Bizim qonşuluqda, anam-bacım olsun, bir qadın var. Ondan alıram.
Ariz:
- Pul versəm, mənimçin də alarsan? – deyə xəbər aldı.
Əlibalanın dayanıb baxdığını görüb:
- Qulluq olmasın. Xahişdir.
Əlibala:
- Alaram, niyə almıram?! – dedi.
Ariz çıxarıb ona 10 manat verdi:
- Elə 10 manatlıq olsun.
Əlibala pulu alıb:
- Problem yoxdur, - dedi. - Sabah çatdıraram.
Bir müddət keçdi. Ariz Əlibalanın aldığı boranı tumunu çırtlayıb qurtarmışdı. Gözləri yolda idi ki, bir də gördü, budur, Əlibala gəlir. Elə həyətdəcə onun qabağını kəsdi. Əl verib səmimi görüşdü:
- Ay qardaş, harada qalmısan? Boranı tumum qurtarıb, qalmışam belə: baxa-baxa. Allah köməyin olsun, mənim də köməyimə çatır.
Ariz 50 manatlığı ona uzatdı:
- Al bu pulu, yenə qardaşın üçün 10 manatlıq boranı tumu al. Bax, yenə deyirəm. Buyruq deyil ha, dost xahişidir.
Əlibala pulu götürmədi:
- Ariz, xırdam yoxdur. Qalıq qaytara bilməyəcəyəm.
Ariz tez:
- Onda, qardaş, gözlə Azərin marketinə dəyim, pulu xırdalayım.
Əlibala razılaşmadı:
- Yox, gözləyə bilmərəm. Tələsirəm. Eybi yox, alaram, gətirəndə pulunu verərsən, - deyib yola düzəldi.
Ariz əlində 50 manatlıq baxa-baxa qaldı.
İki gün sonra Əlibala göründü. Ariz incik:
- Məni tumsuz qoydun. Xırdan olmadı, pul xırdalamağımı da gözləmədin.
Əlibala heç nə olmayıbmış kimi:
- Eybi yox, pulunu ver, alıb uzağı sabah çatdıraram sənə.
Ariz nə vaxtdan ayırıb pencəyinin döş cibinə qoyduğu şax onluğu ona uzatdı.
Əlibala pulu alıb əlini plaşının yan cibinə atdı. Çıxarıb boranı olan bükülünü ona verdi, sonra dönüb getdi.
Ariz onun dalınca baxa-baxa: “Mən bu Əlibalanı sadəlövh, bir az avamtəhər, tez inanan bir adam kimi tanıyırdım, - dedi. - O səfər əslində cibimdə xırda pul, onluq da vardı. Fikirləşdim ki, görüm Əlibalanı hərifləyə bilərəm. Demə, bu dostum qazdan ayıq imiş. Pulunu almamış boranı tumunu mənə vermədi. Alaram adı ilə pulu alıb, sonra verdi tumu. Gör ha. Fikirləşib ki, birdən tumu mənə verər, pulunu ala bilməz. Bu da ona sərf eləmir axı. Oyunun olsun, Əlibala, sən demə, sən məndən də tədbirli imişsən. Afərin sənə”.
Bakı şəhəri, 20.08.2024-cü il
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək