23:55 / 08-10-2025
Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb
18:00 / 08-10-2025
"Lamborghini" gələcəyin avtomobilini təqdim edib - Fotolar
17:08 / 08-10-2025
Prezident fərman imzalayıb
16:49 / 08-10-2025
Daha 2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq olunub
16:37 / 08-10-2025
III MDB Oyunları: Azərbaycan gimnastları 8 medal qazanıb
16:12 / 08-10-2025
İki kanalın yayımı müvəqqəti dayandırılıb
15:24 / 08-10-2025
Qəzzaya gedən daha üç gəmiyə hücum olub
15:15 / 08-10-2025
Rusiya tənqidçi jurnalistləri terrorçu elan edib
15:03 / 08-10-2025
Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşüb - Fotolar
14:31 / 08-10-2025
Kriştianu Ronaldu tarixdə ilk milyarder futbolçu olub
14:22 / 08-10-2025
Onlayn qumar şəbəkələri ifşa olunub - Video
14:11 / 08-10-2025
Gəncədə məktəbli oğlan qətlə yetirilib
14:06 / 08-10-2025
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
13:59 / 08-10-2025
Hərbçimiz vəfat edib
13:29 / 08-10-2025
I sinfə elektron qəbul prosesi yenidən aktivləşdirilib
13:06 / 08-10-2025
Xocalıya növbəti köç karvanı gedib
12:59 / 08-10-2025
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
12:59 / 08-10-2025
İlham Əliyev Xorvatiya parlamentinin sədrini qəbul edib
12:51 / 08-10-2025
Ərdoğan: "Suriyada sabitliyin pozulmasına imkan verməyəcəyik"
12:37 / 08-10-2025
Rusiya Ukraynanın elektrik obyektinə zərbələr endirib
12:32 / 08-10-2025
25 min kubalı Ukraynaya qarşı döyüşəcək
12:30 / 08-10-2025
İlin sonunda əfv gözlənilir
12:15 / 08-10-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:06 / 08-10-2025
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
12:01 / 08-10-2025
Ekspert naziri tənqid edib: "Özü iqtisadçı, müavinin biri hüquqşünas, digəri politoloq..."
11:56 / 08-10-2025
Astara şəhərinin Baş planı təsdiqlənib
11:32 / 08-10-2025
Generalın bir milyon manatını mənimsəyiblər - Üç milyonluq iddia qaldırılıb
11:16 / 08-10-2025
Azərbaycan və Gürcüstan PUA sahəsində təcrübə mübadiləsi aparırlar
11:07 / 08-10-2025
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
11:05 / 08-10-2025
Xorvatiya parlamentinin sədri Azərbaycana gəlib - Fotolar
11:49 / 04-10-2025

18:01 / 04-10-2025

00:07 / 04-10-2025

14:13 / 04-10-2025

19:30 / 05-10-2025

00:02 / 04-10-2025

23:50 / 04-10-2025

16:49 / 04-10-2025

13:32 / 06-10-2025

13:35 / 04-10-2025

10:28 / 04-10-2025

20:49 / 06-10-2025

Hazır yemək - Hekayə
Tarix: 07-04-2025 08:22 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Xudayar pəncərədən yola baxanda gözü Məmmədquluya sataşdı. O, başını aşağı salıb ağır-ağır evinə sarı gəlirdi. Söz yox ki, işdən qayıdırdı:
- Qonşu, xoş gördük!
Məmmədqulu fikirli olduğundan Xudayarın cingiltili səsindən diksindi. Başını yuxarı qaldırıb candərdi gülümsədi:
- Xoş günün olsun, qonşu.
Avtobusda basa-bas olduğundan sıxıb suyunu çıxarmışdılar. Hiss olunurdu ki, danışmağa heyi qalmayıb. Xudayar qonaqpərvərlik etdi:
- Qonşu, görürəm kefin yoxdur. Hazır yemək var. Mağazadan bir şüşə araq götür, vaxtımızı keçirək. Çoxdandır oturmuruq.
Təklif yorulub əldən düşmüş Məmmədqulunun ürəyindən oldu. O saat razılaşdı:
- Nə deyirəm ki… - deyib geriyə döndü və tindəki dükandan bir butulka araq götürdü.
Xudayar tez göstəriş verdi. Süfrə açıldı. Ortaya dərhal çörək, göy-göyərti, bir nimçə şor, iki balaca stəkan gəldi. Xudayar arağın ağzını açıb stəkanlara içki süzdü. Çörəyi şora batırıb ağzına apardı. Şüyüddən, keşnişdən, göy soğandan götürüb qırdı və iştahla yeməyə başladı:
- Qonşu, bismillah elə…
Məmmədqulu bərk acmışdı. Əlini süfrəyə uzatdı və yeməyə başladı. Xudayar stəkanı qaldırıb:
- Qonşu, bunu içək sənin sağlığına. Sağ ol, - dedi.
Onlar stəkanları döyüşdürüb içdilər. Xudayar iştahla şordan, göyərtidən yeyir, Məmmədqulu isə iştahasını vurmaq istəmir, yemək gözləyirdi. Xudayar növbəti sağlığı dedi:
- Qonşu, bunu içək mənim sağlığıma.
İçdilər. Araq butulkası yarı olmuşdu. Xudayar çörəkdən kəsib arasına şor yaxır, göy-göyərtini dəstələyib ağzına təpirdi. Ondakı iştaha Məmmədquluda heyrət oyadırdı: «Bu hələ şoru, çörəyi belə gözünə təpir, yeməyi harasına yeyəcək?! – deyə öz-özünə fikirləşirdi. Xudayarın səsi onu xəyaldan ayırdı:
- Qonşu, gəl bunu da hər ikimizin sağlığına içək. Gül olaq, bülbül olaq, ancaq qəfəsdə olmayaq. Sağ ol. Getdik.
Qarnı acından quruldayan Məmmədqulu bu dəfə arağı yarıya qədər içdi. Butulka boşalmaq üzrə idi. O özünü saxlaya bilməyib:
- Qonşu, yemək hazır olmadı? Acından öldük ki... Bəs deyirdin hazır yemək var. Nə gecikdi sənin bu yeməyin?!
Ağzı yeməklə dolu olan Xudayar bir təhər şor çörəklə göyərtini boğazından ötürüb əli ilə süfrəni göstərdi:
- Ay rəhmətliyin oğlu, bu hazır yemək deyil, bəs nədir?
Bunu eşidən Məmmədqulu dik ayağa qalxdı. Bir Xudayarın üzünə, bir də şor-çörək və göy-göyərti qoyulmuş süfrəyə baxıb:
- Sənin hazır yeməyin bu imiş?! - dedi və qapını çırpıb özünü həyətə saldı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır