00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ Evdə görüşüblər - (Yenilənib)
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
14:47 / 17-10-2025
Maliyyə Nazirliyi: pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk yoxdur
14:29 / 17-10-2025
Prezident konfrans iştirakçılarına müraciət edib
14:15 / 17-10-2025
"Azəristiliktəchizat"ın "Azəriqaz"a borcu açıqlanıb
14:09 / 17-10-2025
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
13:49 / 17-10-2025
Robot azyaşlı dostu ilə kövrək şəkildə vidalaşıb
13:17 / 17-10-2025
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
13:12 / 17-10-2025
Avropada şərab istehlakı azalır
13:01 / 17-10-2025
Qurban Qurbanov yeni biznesə başlayıb
12:11 / 17-10-2025

17:37 / 15-10-2025

19:51 / 17-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

08:06 / 13-10-2025

22:14 / 14-10-2025

14:10 / 16-10-2025

12:32 / 13-10-2025

13:21 / 15-10-2025

13:38 / 13-10-2025

20:10 / 13-10-2025

Süz getsin - Akif Abbasov yazır
Tarix: 09-04-2025 09:43 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Tofiq köhnə maşınının dalından dəyib, dəyərinə-dəyməzinə satmışdı. Neçə illərdi onu sürürdü. Ayağını yerdən götürsə də, axır zamanlar maşın onu yaman incidirdi. Tez-tez usta yanına gedirdi. Maşın xarab olub gah yolda qalırdı, gah da bir yeri xarab olanda onu düzəldincə əldən düşürdü. Bəzən də əlindən bir iş gəlmədiyindən maşını evinin həyətində qoyub taksi, yaxud avtobusla işə gedirdi. Lap təngə gəlmişdi.
Əlqərəz, canı o köhnə maşından qurtardı.
İndi maşınsız qalmışdı. Satışdan aldığı pulun üstünü düzəldib maşın soraqlaşırdı. Amma “Maşın bazarı”na tək getmək istəmirdi. Dəllallar bir göz qırpımında onu aldada bilərdilər: həm pulda, həm də maşında. Yağışdan çıxıb yağmura düşmək istəmirdi. Odur ki, dostu Vaqifə zəng etdi. Vaqif maşın ustası idi. Ona kələk gələ bilməzdilər. Uzaqdan baxanda maşının əyər-əskiyini görürdü. Gözü öyrəşmişdi. 20-30 ilin ustası idi.
“Maşın bazarı”nda idilər. Hamı yaxşı maşın arzusundadır. Amma yaxşı maşına yaxşı da pul lazım olur. Tofiq ayağını yorğanına görə uzatmaq istəyirdi. Gücü nəyə çatır? Bunu Vaqifə demişdi.
Dəllallar, maşın yiyələri onların yan-yörələrindən əl çəkmirdilər. Vaqif axtarmaqda idi.
Axır ki, bir “Mersedesi”in yanını kəsdirdilər. Vaqif maşını diqqətlə gözdən keçirdi. Hər tərəfinə baxdı. Ayrı-ayrı hissələrindən tutmuş təkərlərinə qədər yoxladı, maşını sürdü. On bir min manata razılaşdılar. Maşın yiyəsi:
- Xeyirli olsun! - dedi. - Şadlıqlara sürəsən!
Tofiq də öz növbəsində:
- Sağ ol, - dedi. - Allah sizin də köməyinizdə dursun!
“Maşın bazarı”ndan çıxdılar. Maşını Tofiq özü sürürdü:
- Səni aparım evə!
Vaqif dinmədi.
- Deyirəm, əvvəlcə səni düşürüm.
Vaqif mızıldadı:
- Hə, hə, düşüm, işlərim var.
Tofiq:
- Bizim arvad maraqlansa, deyəcəm maşını 11 min 500 manata almışam. Birdən səndən xəbər alsa, sən də təsdiq edərsən.
Vaqif bir söz demədi, susub getdi. Nədənsə qanı qaralmışdı...
...Həmin vaxtdan bir-iki ay ötmüşdü. Zəng gəldi. Vaqif baxdı. Tofiq idi. Vaqif cavab verdi:
- Eşidirəm.
Tofiq:
- Maşına elə bil çər dəyib...- dedi.
- Yaxşı, gəlib baxaram. Hardasan?
- Yasamalda. “Qədim Qəbələ” restoranının yanında dayanıb durmuşam.
Vaqif özünü çatdırdı. Maşının o yanına, bu yanına baxandan sonra gülməkdən uğundu:
- Birinci dəfədir maşın sürürsən? – deyə soruşdu.
Tofiq:
- Nə olub ki?
- A kişi, bundan ötrü usta çağırarlar?! Şamlardır. Ərp bağlayıb. Əsgi gətir təmizləyim.
Az sonra:
- Hə, düzəldi. Süz getsin!
Tofiq qulaqlarına inanmadı: “Bu nə deyir? Süz getsin???”
Üzünü Vaqifə tutaraq:
- Deyirsən sürüm gedim?
Vaqif ciddi:
- Hə, qardaş, - dedi. – süz getsin.
Tofiq çaşıb qalmışdı:
- Yəni deyirsən düzəlmədi?!
- Yox, düzəlib, ona görə “Süz getsin” deyirəm.
Tofiq çiyinlərini çəkdi:
- Bəs niyə süz?
Vaqif aydınlıq gətirdi:
- Bura bax, sən maşın alanda mən can qoydum. Hərtərəfli yoxladım. Sürüb baxdım. Maşına verdiyin pulun üstünə 500 manat da qoyub arvadına həmin qiyməti dedin. 500 manat qabağa düşdün. Elədir?
- Elədir.
- Məni isə nə evinə dəvət etdin, nə də restorana aparıb, maşını yumadın. Nə az, nə çox məni, iki tikə kababa, 50-100 qram arağa qonaq edəcəkdin də. Adət var, ənənə var. Belə işləri yuyarlar. Elə bildin onunla iş bitdi? Görürsənmi yenə işin düşdü və düzəldi. İndi özün necə başa düşürsənsə, başa düş: maşın işlək haldadır. İstəyirsən sür get, istəyirsən süz get!
Tofiq dostuna baxdı. Axır ki, səhvini başa düşdü. Xəcalətindən onu tər basmışdı.
Bakı, 08.04.2025-ci il
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır