15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
16:55 / 09-02-2026
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Mütləq proqramçı - Azad Müzəffərli yazır
Tarix: 18-03-2024 11:39 | Bölmə: Azad MÜZƏFFƏRLİ

Azad MÜZƏFFƏRLİ
(hekayə)
Ta əzəldən belədir, əksər adamların qara qarğadan zəhləsi gedər. Onun “düşmənçiliyi” isə alaqarğalarlaydı. Tərslikdən həmən o binəva quşcuğazlardan bir cütü qonşusunun həyətində göylərə meydan oxuyan qovaq ağacının təpəsində yuva salmışdı. Erkək alaqarğa bu yad münasibətdən duyuq düşər-düşməz ona acıq verməkdən ötrü sinov gedirdi. Gözü sataşar-sataşmaz Kənangilin məhəlləsini dövrəyə alaraq əcaib səsinə güc verər, qarıldamağından qalmazdı. Özü də lap zəhlətökən löyündə. Nəinki Kənanın, qonşuların da əti ürpəşərdi. O da eləmə tənbəllik, əlinə keçəni ona sarı tolazlamağa qədər dayazlığa bulaşardı. Di gəl, ürəyi soyumazdı ki, soyumazdı. İmkanı olsaydı, “uf” belə demədən həmin alaqarğanın başını üzərdi. Bir-birinə kin-küdurətləri səngimirdi ki, səngimirdi. Ən təəccüblüsü isə o idi ki, nə Kənan başqa quşlara “kiş” deməzdi, nə də o alaqarğa başqa kimsəyə səslənməzdi.
İş o yerə çatmışdı ki, Kənan bu quşcuğaza görə qapıbir qonşusu ilə də üz-göz olmuşdu. Ondan rəhmətlik dədəsindən yadigar qalan qollu-budaqlı nəhəng qovaq ağacını dibindən baltalamasını istəmişdi. Bunu eşidər-eşitməz qonşusunun əli ağzında qalmışdı. Onun bu xamlığını heç cür anlaya bilmirdi ki, bilmirdi. Xeyli vaxtdı araları dəymişdi.
Kənangilin evlərinin arxa pəncərəsindən alaqarğaların qovaq ağacının təpəsindəki haçalardan birinə bəndlədikləri yuvası yarpaqlar töküləndə aydınca görünürdü. Çör-çöpdən araya-ərsəyə gətirilən bu yuvadan alaqarğaların sağa-sola boylanan başlarını adicə baxışla sezmək olurdu. Kin dağarcığına bənzətdiyi erkək alaqarğanın da eləmə tənbəllik, boynunu dik tutaraq solaxay baxışları ilə tez-tez yuvasından onların evinə sarı boylanaraq acıq verməkdən olmazın həzz aldığına Kənanın şübhəsi qalmırdı. Belədə o, lap cin atına minərdi. Çənəsi çeynənməkdən yağır olmuşdu. Di gəl, əlindən heç nə gəlmirdi. Səbrinin təpəsinə döyəcləməkdən də yorulmuşdu. Heyfini çıxmaq fürsəti ondan yanaydı.

Qanının bu qara vaxtında sinoptiklər də bir yandan bəd xəbərləri sıralayırdılar. Qulaqları yağır olmuşdu. Sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 38 metrə, Xəzərdə dalğanın hündürlüyünün isə 7 metrə çatacağı gözlənilirdi. Özü də amansız payız küləyi. Vay paytaxtdakı gecəqonduların halına. Kənangilin məhəlləsində də hamı səksəkədəydi. Bir-iki varlı-hallının ikimərtəbəli evlərini çıxmaq şərtilə qalanlarınkı yarımcan tikililər idi. Əksər evlərin damının isə hay-hayı gedib, vay-vayı qalmışdı.
Hər şey gözləniləndən də betər oldu. Səhərisi günü bütün qonşular əl-ayaqdaydılar. Qasırğa Bakının dörd-bir tərəfinə divan tutmuşdu. Hündürmərtəbəli binalar, məktəblər və müxtəlif tikililər olmazın ziyan görmüşdü. Külək xeyli mənzilin damını gedər-gəlməzə göndərmişdi. Kənangilin həyətində də taxta qırıntıları, qır parçaları, əzik-üzük müxtəlif dam örtükləri qalaqlanmışdı. İş orasındaydı ki, külək nə təhər güclü əsirdisə, qonşularından birinin topdağıtmaz ikimərtəbəli evinin dəmir damının bir hissəsini də yerindən qopararaq bütün hikkəsi ilə onların həyətinə vızıldatmışdı. Həmin dəmir örtüyü taxtalara bəndləyən yüzlük mismarların iti ucları isə adamı lap vahiməyə salırdı.
Kənangilin mənzili də əməlli-başlı ziyan görmüşdü. Ətrafı qaramat basmışdı. Qasırğanın bu şıdırğı çağında əlacsızlıqdan çırpınan Kənanın qəfil erkək alaqarğaya kini çırtladı. Qalib görkəmdə cəld özünü qonşunun qovaq ağacına sarı yetirdi. Sərt baxışlarını yaylım atəşi açmağa müntəzir olan topçular təkin alaqarğaların yuvasına yönəltdi. Şahidi olduğuna inanmağı gəlmədi. Hər ehtimala gözlərini bütün hikkəsiylə ovuşdurdu. Yuva əvvəlki təkin yerindəydi ki, yerindəydi. Anındaca yuvadan boylanan erkək alaqarğanın sualdolu baxışlarına tuş gəldi. İş orasındaydı ki, əvvəlkinə rəğmən həmin baxışlardan bu dəfə üzrdiləyici rəhm yağırdı, kin-küdurətdən bircə cıqqa da olsun əsər-əlamət qalmamışdı. Deyəsən, alaqarğanın da mənzilləri ələgəlməz hala düşən Kənana ürəyi yanırdı.
Tanrı bəndəsi çaşqınlıq içindəydi. Suallar labirintində vurnuxurdu. Axı, ətrafı viranə qoyan küləyin dördbir yanı açıqlıq olan bu ağacın təpəsindəki çör-çöpdən quraşdırılan yuvacığa nə əcəb gücü çatmamışdı?!. Həqiqətən, bu, suallar sualı idi!
Nəhayətdə, Kənanın bayaq qabartdığı sinəsi və pəhləvan görkəmi verdiyi qolları öləzidi, tamam büzüşdü. Bu acınacaqlı halına baxmayaraq o, hələ də təslim olmaq niyyətində olmadığından baxışlarını göyə milləndirərək “Şükür kəramətinə!!!” deyə Uca Varlığa səsləndi. Erkək alaqarğaya da deyəcəyi olsa da, nədənsə “Səninki instinktdir, özünü çox da öymə”,- kəlamını içindəcə boğmaqla kifayətləndi.
Qasırğanın səhərisi gün ətraf nura boyanmışdı. Təbiət çırtma vurub süzürdü. Kənangilin məhəlləsinin sakinləri də ümidlərini Tanrıya bağlayaraq dan söküləndən yır-yığışdaydılar. Hökümət rəsmilərinin vədləri qismən də olsa onları ovundururdu. Kənanla erkək alaqarğa da köhnə dostlar tək lal baxışları ilə dərdləşirdilər. Həmin quşcuğaz səhər gözlərini ovxalayandan digər qonşunun həyətindən Kənangilin məhəlləsinə boylanan çinar ağacının aşağı budaqlarından birində lövbər salmışdı. Onların fəlsəfi söhbətinin şıdırğı çağıydı. Bu bitmək bilməyən mükalimədə nədən bəhs olunduğu isə bəndəlik deyildi, bircə Uca Varlığa bəlliydi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək