19:28 / 17-05-2025
İranın konsorsium ideyası... - Tehran Körfəz qonşularına arxalanmaq istəyir
19:28 / 17-05-2025
General vəzifədən çıxarılıb
18:30 / 17-05-2025
Gəncədə 18 yaşlı gənc bıçaqlanıb
15:54 / 17-05-2025
Ədalət Partiyasına yeni sədr seçiblər - Yenilənib
13:59 / 17-05-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
13:15 / 17-05-2025
Dövlət qulluqçularının reyestri aparılacaq - Fərman
13:00 / 17-05-2025
İlham Əliyev Tokayevə zəng edib
12:52 / 17-05-2025
Prokurorluq və DİN məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb
12:06 / 17-05-2025
Sabahın hava proqnozu açıqlanıb
10:38 / 17-05-2025
Venera planetində yaşayış mümkündür
09:35 / 17-05-2025
Kim Çen In orduya "müharibəyə hazır ol" tapşırığı verib
09:32 / 17-05-2025
Səfir Trampa görə istefa verib
09:18 / 17-05-2025
Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub
00:07 / 17-05-2025
İlham Əliyev Azərbaycana dönüb
21:39 / 16-05-2025
Sumqayıtda daha bir nəfər dəm qazından ölüb
21:31 / 16-05-2025
Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabat məhkəmədə nümayiş olunub - Yenilənib
19:47 / 16-05-2025
Bu generallar üçün yaş məhdudiyyəti ləğv edilir
19:17 / 16-05-2025
Oleq Bakinskinin məhkəməsində mülki iddia qaldırılıb
18:31 / 16-05-2025
Gizlədilmiş üç vaqon qızılın yerini müəyyən ediblər - Foto
18:20 / 16-05-2025
MDB-nin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib - Fotolar
17:38 / 16-05-2025
Bu gün Əfv Komissiyası 100-dən çox müraciətə baxıb - (Yenilənib)
17:37 / 16-05-2025
Türkiyənin qlobal rolu artır, təsir imkanları genişlənir - Partiya sədri
16:02 / 16-05-2025
İlham Əliyev Albaniyada Zirvə toplantısında - Yenilənib - Foto
15:57 / 16-05-2025
Qurani-Kərimi yandıran siyasətçini deportasiya ediblər
15:02 / 16-05-2025
15 gün sovetlərsiz yaşayan Lənkəran...
14:52 / 16-05-2025
Makron Azərbaycan prezidenti ilə görüşüb
14:28 / 16-05-2025
Prezident Jelka Tsviyanoviç ilə görüşüb
14:21 / 16-05-2025
İlham Əliyev Avropa İttifaqı rəhbərləri ilə görüşüb - Fotolar
14:11 / 16-05-2025
Bank hesablarından oğurluq: şikayətə 24 saat ərzində baxılacaq
14:03 / 16-05-2025
İlham Əliyev Nikol Paşinyanla görüşüb
13:04 / 13-05-2025

18:10 / 13-05-2025

17:13 / 13-05-2025

08:33 / 14-05-2025

23:22 / 14-05-2025

21:28 / 13-05-2025

10:14 / 15-05-2025

10:51 / 13-05-2025

11:28 / 13-05-2025

09:43 / 13-05-2025

07:33 / 13-05-2025

Təbiətin sehrində - A. Müzəffərli yazır
Tarix: 02-02-2019 10:48 | Bölmə: Azad MÜZƏFFƏRLİ

(esse)
Ağlım qədərincə kəsməyə başlayandan bəri bu fikirdəyəm ki, həyatda adam balası adam kimi dəyişməz qalmaq istəyirsənsə, mütləq hər gün insanlardan ən azı yarım saatlığa tamam aralanaraq təbiətlə qoşalaşmalısan. Yaş-yaş üstə gəldikcə bu qənaətim daha da qətiləşir. Ayrılmaz parçası olduğumuz təbiətlə bütövləşməyi bacarmaq çox böyük üstünlükdür. Yaddan çıxarmamalısan ki, ulu təbiət ustadlar ustadıdır.
Təbii ki, qismətinə uca dağlar, sıldırım qayalar, ucsuz-bucaqsız çəmənliklər, göz oxşayan ümman düzənliklər, füsunkar şəlalələr, meşələr, göllər, çaylar, bumbuz bulaqlarla üzbəsurət olmaq imkanı düşənlərin xoşbəxtliyini yığıb-yığışdırmaqla qurtaran deyil. Təbiət ən şirin, ən sirli-sehrli dastandır, nağıldır. Hər gün dünyaya yenidən boylananda təbiətin təkrarsız simfoniyasına, həmçinin, ağlını belə əlindən alan, iç dünyanı yerindən oynadan çeşidbəçeşid nəğmələrinə qulaq kəsilmək fürsəti ələdüşməzdir, əvəzsiz Tanrı payıdır. Di gəl, iri şəhərlərdən birində dünyaya göz açmısınsa, belə səadəti özün düzüb-qoşmaq məcburiyyətindəsən. Qanan üçün adicə bir kol da, beş-altı ağaclıq bağ da, kiçicik xudmani park da əzəmətdir. Hətta, bircəcik salxım söyüdlə baş-başa qalmaq sənə qismət olubsa, iç dünyan zəngindirsə, bu da yetərlidir. Xəzərin panoramını və ya buna bənzər mənzərələri seyr etmək isə dəyəri sözlə ölçüyəgəlməz xəzinədir. Əgər, qabında nəsə varsa, təbiətlə mütləq dil tapacaqsan, çoxlu mətləbləri əxz edəcəksən. Bunun üçün ilk növbədə onu dinləməyi bacarmağı öyrənmək lazımdır. Sadəcə, saatlarla dinlə təbiəti, inan, dilin açılacaq, sənin də bölüşməyə kifayət qədər sözün olacaq.
İynəyarpaqlı ağaclarla göz-gözə olmaq da nadir fürsətdir, sözlə ölçüyəgəlməz xoşbəxtlikdir. İri şəhərlərin çirkab dadan havasından qurtulub çiyərlərini bolluca oksigenlə qidalandırdıqca, ulu babalarımız ruhlu şam, küknar və digər bu qəbildən ağaclarla həmsöhbət olmaq tamam başqa bir dünyadır. Diqqət yetirənlər bilir; Tanrı uca göylərdən nur səpələyəndə, küknar ağaclarının iynəyəbənzər yarpaqlarında salxımlanan damcılar sənə təkrarsız möcüzə yaşadır. Yağış kəsəndən xeyli sonra da nur saçan bu damcılar ruhunu oxşayır. Həmin damcıların bu iynəyarpaqlarda nəyin hesabına saatlarca qərar tutması mətləbindən ha çalışsan da, baş aça bilmirsən?! Axı, məntiqə söykənsək, həmin damcılar yuvarlanaraq yenidən torpağa pənah aparmalıdır, di gəl, onların saatlarca yerində saydığı reallığı ilə barışmalı olursan. Bax, təbiətin qüdrəti, Tanrının mükəmməl fəlsəfəsi də elə buna bənzər mətləblərdə özünü daha qabarıq göstərir.
Təbiətin insandan ən böyük üstünlüyü ondadır ki, Tanrının buyurduğundan bir addım da kənara çıxmaz, bu istisnadır. Halallıqda tayı-bərabəri yoxdur, daim bitərəfdir. İnsanın özünkü sandığı məntiqlərin əksəriyyəti də əslində təbiətdən çırpışdırmadır, sadəcə, qızıl-qırmızı bunu boynumuza almaq istəmirik. Mənəvi zənginliyimizdə, kamilliyimizdə də təbiət əvəzsiz pay sahibidir. Yabanı (“yabanı” sözünün ilkin anlamında, indiki təhrif olunmuş mənasında deyil) təbiətlə insan təbiəti heç cür müqayisəyə belə gəlməz. Mütləq paklıq təbiətlikdir. Təbiətdəki mütənasiblik, vəhdət də həsəd doğurur. Onda anlayırsan ki, Tanrının yaratdıqlarında təsadüfilik yoxdur.
Çox vaxt ha çalışsan da, öz daxili dünyana yol tapa bilmirsən, buna lap məəttəl qalırsan. Belə anlarda da yardımına ilk növbədə təbiət yetir. Ona üz tutsan, iç dünyanın darvazası üzünə laybalay açılacaq. Özü də, sanki, behiştə ayaq basacaqsan. Heyrətdən heykələ dönəcəksən, daxili dünyandakı bu qədər möhtəşəmlikdən bixəbər olduğuna ağzıaçıla qalacaqsan. İnan, özün birbaşa iç dünyana baş vuranda bu səviyyədə əzəmətlə qətiyyən qarşılaşmazsan.
Təbiət səni arındırır, duruldur, mənəvi dünyanı saflaşdırır. Belədə Tanrının yaratdıqlarına maksimum halallıqla və həssaslıqla yanaşırsan. Təbiətlə qoşalaşanda, özünü məhz insan kimi hiss edirsən, əsl dəyərini anlayırsan. Təbiətlə göz-gözə olanda ruhun asimanda – Tanrı dərgahında cövlan edir, sərhəd tanımır. Bu anlarda öz daxili dünyanın qalaktikalar qədər hüdudsuz olduğunun mahiyyətinə varırsan. Həmin ucsuz-bucaqsız məkanda süzdükcə, xoşbəxtliyi qətrə-qətrə dada bilirsən, bu qətrələrin də hər birinin ən azı okean nəhayətsizliyindən geri qalmadığının mahiyyətinə varırsan. Təbiətlə üzvi şəkildə uzlaşanda ruhunun, qəlbinin əks-sədası sənə həzin bir nəğməni andırır, az qalırsan, özün bülbül təkin cəh-cəh vurasan. Belə məqamlarda iç dünyan çiçəyə bələnir, ətrindən bihuş olursan. Təbiət insanı daxili dialoqa kökləyir, mənəvi dünyana halallıq toxumları səpir. Əgər, sən, təbiətdən görüb-götürənlərdən, hər günün sonunda Tanrı və özün qarşında halallıq hesabatı verən kəslərdən birisənsə, qətiyyən elə bir böyük günah sahibi olmazsan. Özünə görə kifayət qədər müdriksənsə, mütləq qaydada təbiətin bəni-insanın sarsılmaz dayağı olduğu qənaətinə gəlirsən.
Həyat amansızdır, kimsəyə güzəştə getməz. Təlatümlə üz-üzə qalanda da təbiətə sarı yönəl, hətta, yaralarına da məlhəm olar. Qısa zamanda harmoniyaya qovuşarsan. Təxəyyül və təfəkkürün əkiz qardaşa çevrilərək yalnız və yalnız saf məqsədlərə xidmət edər. Təbiətlə dostluğunda mükəmməl sevgi səviyyəsinə yüksələ bilsən, həyatda da eşqdə Füzuli zirvəsini fəth etmək qüdrətinə yetişərsən, təkcə insanlara deyil, eləcə də, Tanrının yaratdığı bütün nəsnələrə münasibətdə də bu ucalıqda olacaqsan. Təbiətin ruhunuza və qəlbinizə səpəcəyi toxumları layiqincə “suvara” bilsəniz, məram və niyyətləriniz ümmana çevriləcək, bəşəriyyətə töhvələriniz sıralanacaq. Təbiət qismətinizə qismət qatacaq. Təbiətin ruhuna nüfuz etmək qüdrətinə yetə bilsən, mənəvi dünyanı daha dolğun kəşf edəcəksən, beləliklə, xoşbəxt və mənalı ömürün açarına yiyələnmiş olacaqsan.
Çalış, ən azı təbiətdən aldığın qədər ona ərmağan etməyi də vərdişə çevir. Məhz təbiət hər bir şüurlu kəsə bölüşmək kimi müqəddəs bir hissi də aşılayır. Minnətdar olmağı yadrıxma, bacardıqca özünü təbiətə sipər eləməyi də unutma. Bu yolla insanlıq mərtəbəsində yerin durmadan daha uca olar. Təbiətin insana ən böyük həyat dərslərindən biri Tanrının bütün yaratdıqlarının eyni dəyərdə olması həqiqətini anlamağına yardımçı olmasındadır. Bu halda qanırsan ki, kimsəyə və heç bir nəsnəyə yuxarıdan aşağı münasibət bəni-insanlıq deyil.
İnsan potensialının tükənməzliyindən də məhz təbiət onu qədərincə duyuq salır. İltifatını bir an da olsun səngitməyən təbiətlə qədərincə dostluq insanın yardıcılıq imkanlarını da pöhrələndirir, saysız-hesabsız bəşəri və xoşməramlı hədəflərə kökləyir. Bu hədəflərə qovuşduqca, simaca təbiət ucalığına yüksəlişdə olduğunuzun da mahiyyətinə varırsınız. Səni duyğu selinə qovuşduran da elə təbiətdir. Bunsuz insan cansız varlıqlardan qətiyyən seçilməz, heç bir dəyər kəsb etməz. Mənəvi zənginliyə möhtəşəm körpü təbiətdir, təbii ki, bunu özün üçün şüurlu seçim edə bilsən. Təbiətə sarı təhtəlşüur yön almağın özü belə təkrarsız səadətdir. Təbiət tükənməz xəzinədir, ilk növbədə mənəviyyat xəzinəsi. Sən ona arxa çevirməsən, həyatının dolanbaclarında da səni tək buraxmaz. O, daimi qaynayan çeşmə təkin iç dünyanı silib-süpürər, xıltsız olarsan. Təbiətin ən imtiyazlı bir parçası sayılan bəşər övladı bu üstünlüyündən sui-istifadə etməyi ağlının ucundan belə keçirmədən onun sadiq dostuna çevrilmək ucalığına yetməklə Tanrı hüzurunda ölçüyəgəlməz xidmət ortalığa qoymuş olur.
Nəhayət, həyatın klassikasının mahiyyətinə lazımınca varmaq üçün ilk növbədə təbiətin təkrarsız simfoniyasına bütün varlığınla diqqət kəsilməlisən. Ulu Yaradanın bu ən mükəmməl əsərindən isə təravət, xeyir-dua, humanizm və müdriklik heç zaman əskilməz. Ən başlıcası, Tanrının mütləq varlıq olduğu həqiqətini də məhz təbiətdən görüb-götürmək daha düzgün yoldur. Özü də təbiət sənə Uca Varlıqdan qorxmağı, ikiqat əyilməyi, təzim etməyi yox, ona müqəddəs sevgi bəsləməyi, əqlinin, qəlbinin ən uca zirvəsində ona yer ayırmağı öyrədəcək. Bax, sözün böyük anlamında yaşamağın - səadət dolu, qürur duyulası bir ömür sürməyin yeganə danılmaz düsturu da elə məhz bu mükəmməl məntiqdən qaynaqlanır. Bir sözlə, təmənnasız dostluqda, əlçatmaz ustad səviyyəsinə yüksəlməkdə, ən başlıcası, Tanrı fəlsəfəsinə sadiqlikdə kimsə təbiətlə döş-döşə gəlmək qüdrətində deyil.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır