19:28 / 17-05-2025
İranın konsorsium ideyası... - Tehran Körfəz qonşularına arxalanmaq istəyir
19:28 / 17-05-2025
General vəzifədən çıxarılıb
18:30 / 17-05-2025
Gəncədə 18 yaşlı gənc bıçaqlanıb
15:54 / 17-05-2025
Ədalət Partiyasına yeni sədr seçiblər - Yenilənib
13:59 / 17-05-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
13:15 / 17-05-2025
Dövlət qulluqçularının reyestri aparılacaq - Fərman
13:00 / 17-05-2025
İlham Əliyev Tokayevə zəng edib
12:52 / 17-05-2025
Prokurorluq və DİN məktəblinin ölümü ilə bağlı birgə məlumat yayıb
12:06 / 17-05-2025
Sabahın hava proqnozu açıqlanıb
10:38 / 17-05-2025
Venera planetində yaşayış mümkündür
09:35 / 17-05-2025
Kim Çen In orduya "müharibəyə hazır ol" tapşırığı verib
09:32 / 17-05-2025
Səfir Trampa görə istefa verib
09:18 / 17-05-2025
Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub
00:07 / 17-05-2025
İlham Əliyev Azərbaycana dönüb
21:39 / 16-05-2025
Sumqayıtda daha bir nəfər dəm qazından ölüb
21:31 / 16-05-2025
Ermənistan ordusunun cinayətləri ilə bağlı hesabat məhkəmədə nümayiş olunub - Yenilənib
19:47 / 16-05-2025
Bu generallar üçün yaş məhdudiyyəti ləğv edilir
19:17 / 16-05-2025
Oleq Bakinskinin məhkəməsində mülki iddia qaldırılıb
18:31 / 16-05-2025
Gizlədilmiş üç vaqon qızılın yerini müəyyən ediblər - Foto
18:20 / 16-05-2025
MDB-nin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib - Fotolar
17:38 / 16-05-2025
Bu gün Əfv Komissiyası 100-dən çox müraciətə baxıb - (Yenilənib)
17:37 / 16-05-2025
Türkiyənin qlobal rolu artır, təsir imkanları genişlənir - Partiya sədri
16:02 / 16-05-2025
İlham Əliyev Albaniyada Zirvə toplantısında - Yenilənib - Foto
15:57 / 16-05-2025
Qurani-Kərimi yandıran siyasətçini deportasiya ediblər
15:02 / 16-05-2025
15 gün sovetlərsiz yaşayan Lənkəran...
14:52 / 16-05-2025
Makron Azərbaycan prezidenti ilə görüşüb
14:28 / 16-05-2025
Prezident Jelka Tsviyanoviç ilə görüşüb
14:21 / 16-05-2025
İlham Əliyev Avropa İttifaqı rəhbərləri ilə görüşüb - Fotolar
14:11 / 16-05-2025
Bank hesablarından oğurluq: şikayətə 24 saat ərzində baxılacaq
14:03 / 16-05-2025
İlham Əliyev Nikol Paşinyanla görüşüb
13:04 / 13-05-2025

18:10 / 13-05-2025

17:13 / 13-05-2025

08:33 / 14-05-2025

23:22 / 14-05-2025

21:28 / 13-05-2025

10:14 / 15-05-2025

10:51 / 13-05-2025

11:28 / 13-05-2025

09:43 / 13-05-2025

07:33 / 13-05-2025

Kədər işığında - A. Müzəffərli yazır
Tarix: 25-04-2019 13:46 | Bölmə: Azad MÜZƏFFƏRLİ

(Şair, əməkdar jurnalist Əbülfət Mədətoğlunun yenicə çapdan çıxan “Bir qadına” kitabı haqqında düşüncələr)
Bir neçə gün öncə Əbülfət Mədətoğlu yenicə çapdan çıxan “Bir qadına” adlı növbəti kitabının ilk nüsxələrindən birini mənə hədiyyə edəndə publisistika ilə yanaşı bədii yaradıcılıqla da məşğul olan kəs kimi buna qəlbən sevindim. “Adiloğlu nəşriyyatı”nın mətbəəsində araya-ərsəyə gələn bu Sevgi Kitabının xeyir-duasını Xalq yazıçısı Elçin verib. Yeri düşmüşkən bu yaxınlarda Azərbaycanın ədəbiyyat cameəsində böyük əks-səda doğuran “Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq?” adlı tənqidimiz və ədəbi prosesimiz haqqında üç məqaləsində Elçin şair Əbülfət Mədətoğlunun yaradıcılığına da geniş yer ayırıb və onun ədəbiyyatımızdakı layiqli mövqeyini məxsusi vurgulayıb. O, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Nizami Cəfərov kimi ədəbiyyat nəhənglərinin yüksək qiymət verdiyi Əbülfət Mədətoğlu kimi yazarların yaradıcılığına ədəbi tənqidimizin nisbətən biganə münasibətinin qəbuledilməz olduğunu hərtərəfli əsaslandırıb. Azərbaycan ədəbiyyatında halal və dəyərli mövqeyi ilə seçilən Elçinin şəxsən tanımadığı Əbülfət Mədətoğlu yaradıcılığı ilə bağlı həmin peşəkar qeydləri özünün istəyi ilə onun “Bir qadına” adlı yeni kitabında ön sözü əvəzi yerini alıb.
Yazıçı Elçinin də xüsusi vurğuladığı kimi, Əbülfət Mədətoğlu şeirin bütün növlərində - sərbəst, heca, destruktiv, qoşma, gəraylı və digər poeziya incilərində ustadır. O, qəlbini və ruhunu yaradıcılığa girov edən qələm əhlindəndir. Onun şeirlərinin hamısı içdən gəlir, sanki, tükənməz bulaqdır. Belə məhsuldarlığın müqabilində şairin yaradıcılığının qətiyyən kəsərdən düşməməsi, özü-özünü təkrarlamaması ən azı heyrət doğurur. Əbülfət Mədətoğlunun yaradıcılıq texnikası neştərə bənzəyir. O, hədəfi nişan almaqda pərgardır, oxucunun, ələxüsus da, qələm əhlinin ruhunu yerindən oynadır. Təbii ki, ruhən Tanrının və təbiətin bir parçasına çevrilmədən bu cür nəfis şeirləri qələmə almaq mümkün deyildir. Onun ruhu sərhəd tanımır, mənəviyyat dünyasının bütün qalaktikalarına baş vurmaqdan yoruldum demək bilmir.
Sönür içimdəki şam...
Qaranlığa çökürəm...
Günahları bu axşam -
Dizim üstə tökürəm...
Çeşidləmək istəyim -
Bircə anda daş olur...
Günahların üstünə -
Kirpik damır – yaş olur...
Acıların dadını...
Dil-damağım hiss edir...
Nəmdi deyə günahlar -
Yanmır ürək! - his edir...
Əbülfət Mədətoğlu poeziyası kədərə bələnib. Bu, sıravi deyil, poetik ovqatı baxımından bəşəri kədərdir. Onun yaradıcılığı yeri gəldikcə indinin qayğıları ilə yanaşı folklorumuzdan, klassik ədəbiyyatımızdan da halalcasına qaynaqlanır. İlk baxışdan bəllidir, yazıçı Elçinin də dəfələrlə vurğuladığı kimi Əbülfət Mədətoğlu kədərin sirdaşıdır. Bu baxımdan, hətta, əkizdirlər desək də yanılmarıq.
Mən indi
başımı
söykəmişəm
tənhalığın
çiyninə...
Kədər və xatirələr
Nimdaş olsa da
Kip oturub əynimə...
Şairlik Əbülfət Mədətoğluna Tanrı payıdır. Qələmə aldıqları təkcə onluq deyil, bu deyimlərin mayasının qeybdən gəldiyi də məncə şəksizdir. Bunlar bəni-insanın fərdi imkanlarından qat-qat üstün nəsnələrdir. Əbülfət Mədətoğlunun böyüklüyü də ondadır ki, o, Ulu Yaradanın seçiminə, bu hədsiz-hüdudsuz doğmalığa daim həssaslıqla yanaşır.
Ruhumu Cənnətdə gördüm...
O, pəncərədən baxırdı...
İlahi, mən içdən öldüm –
Bu nə uğursuz axırdı?!
Həmişə əllərim göydə
Torpaq öpür dizim yerdə...
İstədim ki, ölüm göydə -
Amma qalsın izim Yerdə!..
Alınmadı, bu arzum da...
Asi oldu ruhum cismə...
Mən sahibsiz dəfn olundum –
Buna görə məndən küsmə!...
Bu şairin poeziyası say-seçmə hikmətlər, mükəmməl fəlsəfə bağçasıdır. Həmin məkanın bağbanı öz işinin ustasıdır, köksündən pərvazlanan kəlamlar tutumludur, sanki mayası qopuz sədasından yoğrulub. Onun qələmə aldıqları Azərbaycan dilinə də dəyərli töhvədir, ana dilimizi incəliklərinə qədər iç dünyasına sinirməsinin əyani təzahürüdür. Əbülfət Mədətoğlunun şeirlərindən musiqi yağır, onun sətirləri milli ritmlərə köklənib, ruha yatımlıdır, bəstəsi mayasındadır. Şair sözlə qolboyun olaraq həzin rəqs etməkdən, süzməkdən yoruldum demək bilmir. O, adiliyə sığmayan kəslərdəndir. Onun poeziyasında tapdanmış cığırlara, tanış ləpirlərə, sürtülmüş qəliblərə rast gəlməzsən. Çoxlarının əli çatmayan mətləblərə mehman olmaq onun şakəridir. Eşq dəryasına baş vurandan, kədərlə əkizləşəndən bəri fəzilətlər dünyasının qapıları üzünə laybalay açıqdır. Şam əvəzi bir əlində sevgi, digər əlində isə yurd həsrətidir. Özü də, yəqinki, hər ikisinin nuru tən gələr.
Özümü Məcnun bilirdim –
Bitməyən dərdə dözümdə...
Bir şair gözümdə öldü –
Bir sevən isə özümdə!..
Əbülfət Mədətoğlu “Söz”ə ocaq çatandır. O, bu ocağı körüklədikcə, sözün qol-qanad açaraq süzməkdən başqa çıxış yolu qalmır. Şeirləri kasadlıqdan uzaqdır. Onun şeirlərinin təbi İlahidəndir. O, Yerlə, Göylə əlləşən qələm əhli olduğundan sənət inciləri sıralayır. Vəhylərinin ünvanı yalnız özünə bəllidir. Bir parça əppəyini “Söz”dən çıxaran şair poeziyanın müqəddəsliyini bir an belə unutmur, onun təəssübünü çəkənlər sırasında layiqli mövqedədir. Dərdə abunə olan bu qələm əhli arada xəzəl dilində də danışır, xəyallarla bağırbadaşdır. Əksər hallarda şeirlərindəki mətləblər hətta “Söz”ün də çərçivəsinə sığmır. Bu, Azərbaycan poeziyasında nadir nümunələrdəndir. Əbülfət Mədətoğlu Göylərdən yağan mətləbləri yoğurub yapmaqda mahirdir, çünki buna layiq və qadirdir. Onun şeirləri əsasən üç-beş bəndlikdir, di gəl, bunların məna yükü ölçüyəgəlməz və özünəməxsusdur. O, yazılarında mətləb üstə kəsə gəlməyin ustasıdır. Ən qəribəsi də odur ki, həmin mətləblər çox vaxt bir ömürə yetməyəcək miqyasda olur. Bax, məhz belədə Əbülfət Mədətoğlu yaradıcılığının əsl mahiyyəti ortalığa çıxır.
Tanrım ağrı böləndə
Qoymadı heç dinəm də!
Tapmadı yer sinəmdə -
Tikdi çiyinlərimə!..
Qırımından bəllidir, Əbülfət Mədətoğlu yaradıcılığı təkcə onluq deyil, şəksiz, həmin o bir qadın (“Bir qadına” – kitabın adı) onunla həmmüəllifdir. Əslində, onun yeni kitabı da nəzmə çəkilən növbəti məhəbbət dastanıdır. Həmin şeirlərdəki müasir Məcnun da elə Əbülfət Mədətoğlunun özüdür. Bu, eyni zamanda indiki dövrün də Məcnunlardan, Kərəmlərdən xali olmadığına əyani sübutdur.
Ay Məcnun, ay Kərəm, ay insafsızlar,
Mənə bu qapını siz göstərdiniz!
Məni açıq-aşkar oda salanlar,
İndi də “döz” deyib, gözlədirsiniz...
Təəssüf doğuran isə odur ki, hazırda ədiblərimiz gözləri önündə neçə-neçə belə canlı obrazlar olsa da, indiki dövrün Məcnunlarının, Kərəmlərinin dolğun surətini yarada bilmirlər. Bu baxımdan əlimiz yalnız klassik ədəbiyyatımıza yetir.
Əbülfət Mədətoğlu yaradıcılığında eşq və yurd həsrəti qoşa qanaddır. “Bir qadına” kitabında onun yalnız son dövrlərdə qələmə aldığı məhəbbət şeirləri əksini tapsa da, dünyaya göz açdığı Tuğ kəndinin (Dağlıq Qarabağdakı) timsalında yağı tapdağında olan torpaqlarımızın ah-naləsi də şairin poeziyasının tükənməyən mövzularındandır. Özü də bu yangı təkcə dünənlik deyil. Əksəriyyət bilməsə də, onunla az-çox oturub-duranlara bəllidir ki, şairin Qarabağ dərdi cığırlarını Aşıq Ələsgər və Məmməd Araz yurdlarından da (Əbülfət Mədətoğlunun şəcərəsinə əsasən deyirəm) götürür. Bu baxımdan Əbülfət Mədətoğlunun yurd həsrəti əsrlərə söykənir, həm də gendən gəlmədir. Tanrı onun timsalında cəmi qaçqın və məcburi köçkünlərimizin gözünü yollardan çəksin, onları doğma ocaqlarına qovuşdursun... Amin...
Çəkdiklərim bir dəvə,
Bir də ki, fil yüküdü...
Dərdimin üzündəki –
Vallah, şeytan tüküdü...
Üzümə gülümsəyib
qoymur küsüb-inciyim...
Şərbət kimi süzülür –
Amma dərddi içdiyim!..
Təbii ki, ədalət naminə onu da deməliyik ki, Əbülfət Mədətoğlunun şeirlərinin heç də hamısı say-seçmə deyildir. Onların da arasında babatlarına da, sıravilərinə də rast gəlmək olur, amma bu da birmənalıdır ki, belə şeirlərin də hamısı peşəkar qələmin məhsuludur, sadəcə, şahə qalxanları ilə müqayisədə nisbətən”kölgədə” qalır. Dəyərli söz ustadı Elçin də Əbülfət Mədətoğlunun “Bir qadına” kitabındakı ön sözündə bu məqama da toxunub. O, Əbülfət Mədətoğlu kimi yazarların yaradıcılığını təhlil meydanına çəkməyin vacibliyini ədəbi tənqidçilərin diqqətinə çatdırıb və onları bu cür yazarların Azərbaycan ədəbiyyatı tarixində layiq olduqları halal mövqeyini ortalığa qoymağa çağırıb.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır