15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
16:55 / 09-02-2026
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Nəhslərlə nəhsə son - Hekayə
Tarix: 01-07-2019 00:41 | Bölmə: Azad MÜZƏFFƏRLİ

(hekayə)
Gözlərinin çimirini tam ala bilmədi. Xoruzların ilk banına hövlnak yuxudan ayıldı. Səhər də gözlərini təzəcə ovxalamaqdaydı. İçinə səda dolmuşdu. Ona elə gəlirdi ki, illər öncə itirdiyinə bu gün mütləq qovuşacaq. Bircə qalırdı, özünü qaranəfəsə vaxtilə birgə üz tutduqları xudmani parka yetirmək. Ondan asılı olan sadəcə bu idi. Qəfil bayquş səsinə diksindi. Niyə, niyə, axı, həmişə həlledici məqamlarda mənimki belə gətirir. Bu boyda Bakının tən ortasında səhərin alatoranında bayquş haradan peyda oldu, axı... Bayquşsa ulamağındaydı.
Bu dəfə israrlıydı. Nəhayət ki, nədənsə, qismətinin üzünə güləcəyinə yaman əmindi. Kimsə oyanmasın deyə dabanları üstə evdən çıxdı. Gecə mənzillərinin giriş qapısını yaddan çıxarıb bağlamamalarını da bir o qədər vecinə almadı. Başqa vaxt olsaydı, haray-həşirindən qətiyyən qalmazdı. Ən çox qorxduğu da, özündən iki yaş kiçik olan bacısıydı, qazdan ayıqdı. Bu dəfə ötüşdü, o, duyuq düşmədisə, deməli, hər şey qaydasındaydı.
Binalarının tinini təzəcə burulmuşdu ki, qənşərindən bir qara pişik yel kimi ötdü. İlahi, niyə mənə qarşı bu qədər amansızsan, axı, hansı günahın yiyəsiyəm?! Mən ki xeyirxahlıqdan yoğrulmuşam. Tərslikdən, buna bəndmiş kimi yaxınlıqdakı çinar ağaclarında lövbər salan qarğalar bir tufan qopardılar ki, gəl görəsən, qarrrr, qarrrrr, qarrrrrr... Əlləri yanına düşdü, az qala nitqi quruya. Ümidi nisbətən öləzidi. Bu azmış kimi zibilliyin yaxınlığında şöngüyən bir kapal köpəkdən ən kiçiyi də hürə-hürə ona sarı cumdu. Şükür ki, yerdə qalan köpəklər ona hay vermədilər.
Acığa addımlarını yeyinlətdi. Qəribəydi, qıçları ilə ayaqlaşa bilmirdi. Az qala yüyürürdü. Nəhayət ki, yetişdi. Hə, bu da onun ümid yeri, illərdi nisgilini çəkdiyi doğma parkın girişindəydi. Bu dəfə qənşərində görünüşündən cinlərin belə hürkəcəyi qaraçı qadın peyda oldu. Ətəyindən də bir cüt törəməsi sallanmışdı. Xudaya, bu nə sirdir, mən haranın külünü başıma töküm?!
- Qismətimi kəsmə, sübh tezdən ilk müştərim sənsən... Sol əlini tez bəri uzat... Ovucunu da geniş aç... Qımıldanma... Sadəcə, dümdüz gözlərimin içinə bax...
Əmrə müntəzirdi, nəzakətli olmaq, yaxşılıq alın yazısıydı.
- Tezliklə evinizdə dəyişiklik gözlənilir... Doğmalarından biri sizi tərk edəcək, onun yerinə isə yad biri gələcək... Aha, anladım, gözümə fata göründü... Deməli, bacınla sənin toyunuz eyni gündə olacaq. O, gəlin köçəcək, əvəzində isə sənin gələcək həyat yoldaşın onun yerini tutacaq.
Fala baxdırmaq onluq deyildi, təkcə kişi olduğuna görə yox. Sadəcə, bunu cahillik əlaməti sayardı. Bu dəfə isə candərdi də olsa, əlini cibinə salmağı unutmadı. Falçının çöhrəsi pöhrələndi. O isə parkın mərkəzindəki fəvvarələrə sarı tələsdi. Bu dəmdə ondan bir neçə addım öndəki gənc bədahətən diqqətini çəkdi. O da düz həmin səmtə yön almışdı. Əlində də bir yox, düz iki dəstə tər gül-çiçək. Təxminən onunla həmyaşıd olan gəncin yerişi də görkəmi kimi şax-şux idi. İki göz gərəkdi, qamətinin tamaşasına dura. Duruxdu.
Çəkinə-çəkinə nəzərlərini qarşıdakı oturacağa yönəltdi. Yanılmamışdı. Həqiqətən, oturacaqda əyləşən onun illərdi həsrətində olduğu qadındı. Özü də şirin təbəssümlə əl eləyirdi. Önündəki oğlanın addımlarını bir qədər də yeyinlətməsi olan-qalan ümidini heçə endirməkdəydi. Təsadüfə bir bax, doğurdanmı, tale onu növbəti dəfə xar etmək üçün bu əcaib tamaşanı qurmuşdu. İstədiyinin bir addımlığındaykən yenə də mi qisməti tərsinə gəlirdi?! Bir anlığa gözünün önündə bayaqkı nəhs əlamətlər - bayquşların ulartısı, qarşısından sürətlə şütüyüb ötən qara pişik, səsindən insan eymənən qara qarğalar və bir də hürə-hürə ona sarı götürülən dəyyus küçük düşdü. İllər sonra yenidən közərən ümidi qırılmaqdaykən gözlənilmədən irəlidəki oğlan qıza çata-çatda sağa buruldu və gözdən itdi. Bir anlığa dünya yerində saydı. Həmin məqamda sanki bir vedrə bumbuz suyu təpəsinə əndərdilər. Qızsa hələ də günahkarcasına ona əl eləməkdəydi. Hər ehtimala qarşı bir də ətrafına boylandı, kimsə görünmürdü.
İldırım sürətilə qismətinə sarı götürüldü. Sarmaşıq təkin biri-birinə sarıldıqlarının mahiyyətinə varana qədər illər kino lenti kimi gözləri önündən keçdi.
- Məni bağışla, vaxtında səni qədərincə dəyərləndirə bilmədim... Boynuma alıram, illər başıma ağıl qoydu...
- Qismət... Tanrının məsləhəti beləymiş... Dünən axşamüstü bacım mənə deyəndə ki, sabahdan o tərəfə qoyma, bəxtini bir də sına, inanmadım... Sən demə doğru deyirmiş. Qadınlar həqiqətən olduqca mürəkkəb məxluqlardır... Heyf, bilsəydim sənin üçün nəfis bir gül-çiçək çələngi bağlatdırardım, sədd heyf... Sən buna layiqsən... Haradan ağlıma gələrdi?! – Yarı zarafat, yarı ciddi davam elədi, - Yəqin ki, ötən dəfəkindən fərqli olaraq bu dəfə məni qırmazdın?
Cavab əvəzinə qəfil hənirtiyə qanrıldı. Qəribə bir gündü. Gözlənilməzliklər şələlənməkdəydi. Sanki, yuxu görürdü. Səhərin gözü təzəcə açılan bir vaxtda doğmaca bacısı bir addımlığındaydı, qucağında da indi onun kəskin ehtiyac duyduğu, insanın ruhunu yerindən oynadacaq gül dəstəsiylə, özü də bir cüt. Bacısı şəstlə gül dəstələrindən birini ona uzatdı. Ötən təxminən bircə saat içində baş verənlərdən, həyatını arzuladığı axara yönəldən bu sirri-sehrdən sarsılan kəsin heyi yalnız var gücü ilə baş barmağını dişləməyə yetdi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək