20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Qisas haqqı
Tarix: 19-02-2017 16:31 | Bölmə: Əli ƏLİYEV

 

Hakimiyyət bizə nəyi "yedizdirmək" istəyir? Erməni sevgisinimi? Hayların etdiklərini unutmağımızımı?

Başa düşürəm ki, qonşu xalqlar birlikdə yaşamağa məhkumdur. Bunun alternativi yoxdur. Bütün müharibələrin sonu sülhdür. Bu belə olub, belə də olacaq. Mən də sülh istəyirəm.

Bir həftədən sonra Xocalı soyqırımının növbəti ildönümüdür. Xocalı erməninin bizə etdiklərinin bir epizodu, bir anıdır. Bu nadürüstlər tarix boyu Türkün qanından meyxoş olublar. Tarix boyu Türk-İslam düşmənlərinin əlində maşaya çevriliblər. Təsadüfi deyil ki, özlərinə rəhbər əlini qanımızla isitmiş Köçəryanı, sonra da 47 xromosom sindromlu Sərkisyanı gətiriblər. Erməni çoxluğu bizim qanımızı axıdanları, qız-gəlinimizə təcavüz edənləri, hamilə qadınlarımızın qarnını süngü ilə paralayanları qəhrəman bilir. Bu bizim deyil, onların dünyagörüşü və seçimidir.

Bütün müharibələr sülhlə bitir. Bizimki də sülhlə bitməyə məhkumdur. Lakin...

Dinimiz deyir ki, "Sizinlə vuruşanlarla vuruşun", "Gözə göz, dişə diş".

Dünya təcrübəsi nə deyir bu barədə? Misallar çoxdur. Psevdo-humanistlərə cavab üçün Avropa xalqlarından misallar gətirmək istəyirəm.

II Dünya savaşının sonunda mədəni saydığımız britaniyalılar almanlardan heyflərini almaq üçün Drezdeni yer üzündən silmək məqsədilə avia hücümlar edib, məğlubiyyəti qəbul etmiş almanlardan qisaslarını aldılar. Drezdeni yerlə yeksan etməklə, alman mədəniyyətini dağıdırdılar.

Amerikalılar Perl Harborda yaponların təcavüzü nəticəsində öldürülmüş 2400 əsgərinin heyfini almaq üçün, müharibənin bitməsindən 3 ay sonra 2 atom bombası ataraq Xirosima və Naqasakini yer üzündən silib, sonrakı 4-5 nəsili nüvə şüalanmasına məruz qoydular. Bu sırf qisas aksiyası idi.

Hazırda müharibə gedən Ukraynada partizan müharibəsi aparılır. Separatçıların rəhbərləri evlərindəcə partladılır.

Fikrimcə, hakimiyyətdəki hansısa çevrənin ortaya atdığı "erməni hoqqası" yanlış siyasi xətdir. Öz fərsizliklərini xalqın məğlubiyyət passivinə yazmasınlar.

Bizim xalqlar barışmalıdır, bunun alternativini görmürəm. Dünyanın mədəni hesab etdiyimiz xalqları necə barışırsa, biz də elə.

Almanlar yəhudilərə necə kontribusiya ödəyirsə, gətirdiyim nümunələrdə qisasımızı aldıqdan sonra mütləq barışacayıq. Lakin hələlik qisas alınmayıb. Nə Xocalı, nə Kərkicahan, nə Meğri, nə də yüzlərlə məkanda törədilmiş vəhşiliklərin adekvat cavabı verilməyib. Ona görə də artist və mütribləri ortaya salmayın.

Hörmətli iqtidar nümayəndələri, əsirlikdə olan qız-gəlinlərimizi, döyüşçülərimizi, Dilqəmi, qəbir və məscidlərimizi, el-obamızı geri almayana qədər bizim ermənilərə QİSAS borcumuz var. Sizdən kimlərsə onları doğma, əziz, yaxın da saya bilər. Amma bu Millətin əksəriyyəti sizin kimi düşünmür.

Aprel döyüşləri Millətin döyüşmək və heyf almaq damarının qırılmadığını ortaya qoydu. QİSAS eşqi o qədər qabarıq təzahür etdi ki, hətta sizinkimilər də qorxdu.

Əlbəttə ki, hakimiyyətdə də, orduda da QİSAS alovu ilə yanan qeyrətli Vətən oğullarımız var. Siz onları erməniyə tabe etdirə bilməzsiniz. Artist və mütriblər heç edə bilməz.

Becə yerə özünüzü yormayın. Zeynəb xanımı bulaşdırdız, başqalarını bədbəxt etməyin. Bu millət Sərkisyana nə qədər nifrət edirsə, bu yola düşənə də elə nifrət edəcək. Hələ bir az da artıq...

 


Müəllifin bütün yazıları - Əli Əliyev



Bölməyə aid digər xəbərlər
18-07-2017, 14:08 Əli ƏLİYEV - Fərsiz hökümət
15-03-2017, 12:07 Əli Əliyev - Paris nağılı
19-02-2017, 16:31 Əli Əliyev - Qisas haqqı
18-01-2017, 18:26 Əli Əliyev - Lavrovu qınamayın

bütün xəbərlər