20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Paris nağılı
Tarix: 15-03-2017 12:07 | Bölmə: Əli ƏLİYEV


Dünən, Parisdə görüşü zamanı Prezident Əliyev, guya Azərbaycan deyimi olan "Ağıllısansa, niyəpulun yoxdur" ifadəsini ermənilərə rəğmən işlədib. İqtidarın nəzarətində olan mətbuat şəbəkəsi bu şüarı dərhal rəsmi səfərin kredosuna çevirdi.

Ermənilərə qarşı istənilən ranqlı vətəndaşımızın işlətdiyi aşağılayıcı ifadələri bölüşürəm. Çünki haylar bizim inkişafımızın qarşısını alan ən ciddi ünsür, bizə qarşı daha iri düşmənlərimizin istifadə etdiyi alətdirlər.

Hörmətli Əliyevin işlətdiyi ifadənin isə mənası və coğrafiyası daha dərin və genişdir. Belə ki, bu deyim amerikalıların zərb məsəlinə çevrilmiş bir aforizmdir. Çünki ABŞ yarandığı gündən imkan və arzuların siyasi coğrafiyasıdır. Onun təməli mübarizə və rəqabət üzərində qurulmaqla yanaşı, zəhməti və intellekti yüksəkdə tutmaq həmin cəmiyyətin əsas prinsipidir.

Amerika bu səbəbdəndir ki, cəmi 300 ilə dünya liderinə çevrilib. Atası Keniyada doğulmuş birinin, ABŞ prezidenti seçilməsi cəmiyyətin ağıl və təşəbbüsə verdiyi dəyərdən irəli gəlir. Qanunlara sayğıdır ki, Obama ən parlaq imkanları zamanında qanunları deyil, idarəçilikdəki özünü dəyişməyi üstün tutdu.

Bu qanadlı misalı icad etmiş cəmiyyətdir ki, oradakı milyarderlər "göylə getmir", parıltıya qaçmır, mənzilinə qızıl aksessuarlar almır, daha sadə həyata üstünlük verirlər. Facebook müəllifi Tsukerberq orta klass avto sürməklə, cins və boz maykadan başqa geyimdən istifadə etmir. "Forbes" 5-liyində möhkəm qərarlaşmış, 80 milyarda qədər şəffaf varidatı olan Uorren Baffet 60 il əvvəl aldığı, diqqət çəkməyən kiçicik bir evdə yaşayışını davam etdirir.

Aforizm müəllifi olan millət olaraq amerikalılar, rasional düşünmə və yaşayışın etalonu sayılmalıdırlar. Ona görə ki, orada mağara hissi rudimenti olan traybolizm, korrupsiya, dövlət reketi və s. bu kimi geri qalmış reflekslər dövlət siyasətində tətbiq edilmir.

Yeni seçilmiş Trampın da komanda üzvləri, bizim ölkə başçısının ətrafındakılar kimi milyarderlərdir. Lakin bir fərqlə - onların aktivləri milyardlarla ölçülsə də, onlar pulu şəffaf qazanıb, oğramayıblar. Ona görəonlar Prezident Əliyevin təbirincə, "Ağıllı sayılmalıdırlar". Təmsilçimizin komandasında isəbir nəfər də tanımıram ki, pulu ilə kəkələnsə də, o puldan vergi versin və şəffaf həyat sürsün. Onlar ağıllı deyil, "xəzinə oğrusu" adlandırılsa, daha düzgün olar. Oğurluq ağıl tələb etmir, abırsızlıq və mənəviyyatsızlıq istəyir.

Bu səbəbdəndir ki, Prezidentin Fransada səsləndirdiyi fikri Azərbaycana tətbiq etmək yanlışdır. Bizdə "varlı olmaq üçün" başqa keyfiyyətlər zəruridir - milləti əzmək, talançılıq, qanunlara sayğısızlıq, tarixi məsuliyyətsizlik, yalançılıq, əyilmək, "quyruq bulamaq" və s. bu kimi keyfiyyətlər toplusu gərəkdir. Gördüyünüz kimi, bu keyfiyyətsizliklərin heç biri ağılla əlaqəli deyil.

Hesab edirəm ki, Prezident Əliyev növbəti iqtibasları seçən zaman Azərbaycan reallığına söykənsə, daha düz etmiş olar.


Müəllifin bütün yazıları - Əli Əliyev



Bölməyə aid digər xəbərlər
18-07-2017, 14:08 Əli ƏLİYEV - Fərsiz hökümət
15-03-2017, 12:07 Əli Əliyev - Paris nağılı
19-02-2017, 16:31 Əli Əliyev - Qisas haqqı
18-01-2017, 18:26 Əli Əliyev - Lavrovu qınamayın

bütün xəbərlər