18:23 / 18-09-2025
ABŞ istehsalı olan raket rekord qırıb
18:00 / 18-09-2025
Mourinyonun yeni klubu bəlli olub
17:52 / 18-09-2025
MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib - Fotolar
17:47 / 18-09-2025
Müğənni cinsi təcavüzdə təqsirli bilinib - Video
17:38 / 18-09-2025
Yılmaz Vural baş məşqçi təyin olunub
17:16 / 18-09-2025
Yeni film tənqidçilərdən yüksək qiymət alıb - Foto
17:08 / 18-09-2025
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
17:00 / 18-09-2025
Rusiya və Ukrayna hərbçilərin meyitlərini mübadilə edib
16:54 / 18-09-2025
Xalq artisti xəstəxanadan evə buraxılıb
16:37 / 18-09-2025
Prezident Memar Əcəminin adibəsinin ucaldılması ilə bağlı sərəncam imzalayıb
16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-nın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

22:16 / 17-09-2025

Mahmud xan Ənsari: tanımağa dəyər... - Fotolar
Tarix: 26-05-2020 21:17 | Bölmə: Ənvər ÇİNGİZOĞLU

Hər bir cəmiyyətin daxilindəki qarşılıqlı münasibətlər, ilk növbədə, nəsillərin dialoqudur. Yəni bəziləri nəyisə göstərməyə və sübut etməyə çalışır, digərləri isə bütün bunlara çox cüzi həvəslə və müəyyən qədər şübhə ilə yanaşırlar. Bu yaxınlarda sosial şəbəkə vasitəsilə bir cavan oğlan mənə sual ünvanladı:
- Müəllim, bu qədər keçəndən-keçmişdən yazırsan və paylaşırsan. Bunlar bizim nəyimizə gərəkdir? Elələrindən bəhs edirsiniz ki, heç ad familyalarını düzgün tələffüz edə bilmirik. Bizi keçmiş ilgiləndirmir. Onlar keçmişdə qaldılar...
Fikirləşdim ki, bu həyati aksiom həmişə bəşəriyyətin daha rasional gələcəyə doğru tarixi hərəkət prosesi ilə eyniləşdirilib və belə də olacaqdır. Bu aksiom əsrlər boyu xalqları və dövlətləri müşayiət edən, öz mahiyyətini dəyişməyən sosiumun daxilindəki əlaqələr kompleksinin rəmzidir. Oğlum, bu gün insan sabahın formalaşmaqda olan mütərəqqi, səmərəli və çox vaxt ötəri gündəliyinin əsas elementi kimi çıxış edir, çünki tarixi prosesin sürəti əhəmiyyətli dərəcədə artmışdır. Tarixi unutmaq xalqların qarşısına yeni faciələr çıxara bilər. Millətimizin başladığı azadlıq uğrunda mübairzəsində bu qədər ağır hadisələrdən keçməsinin səbəblərindən biri də keçmiş faciəvi hadisələri barədə kifayət qədər məlumatlı olmamağımız və onları düzgün qiymətləndirə bilməməyimiz idi. Bu bir dərsdir. Bəzi öyrəncilər dərslərinə həvəssiz yanaşırlar.

Mahmud xan Azərbaycanda və İranda məşhur olan Ənsari ailəsinə bağlıdır. Bu ailənin soy-kökü Şeyx Cabir ibn Abdullah əl-Ənsariyə çatır. Bu ailənin nümayəndələri Şimali Azərbaycanda Cəbrayıl, Qubadlı, Qərbi Azərbaycanda Sisyan, Gorus, Cənubi Azərbaycanda Qaradağ bölgəsində yaşayırdılar. İranda isə İsfahan və Xorasan əyalındə öz soyadlarını sürdürürlər.
Mahmud xan Möhbəli xan oğlu 1871-ci ildə dünyaya göz açmışdı. Orta təhsilini mədrəsədə almışdı. Sonra Osmanlı məmləkətinə, İstanbula yollanmışdı. Burda hərbi məktəb oxumuşdu. Hərbi məktəbi bitirəndən sonra Osmanlı ordusunda xidmətə başlamışdı. 15 ilə paşa (general) ünvanı almışdı. I Dünya müharibəsi başlayanda ordudan tərxis olub, Nəcəf və Kərbəlaya gəlmişdi. Burda dini təhsil almışdı. Sonra İrana dönmüşdü. 1919-cu ildə sərtib (briqadir) rütbəsi ilə Kazak dviziyasında xidmətə başlamışdı. (Aqili Baqir, Şərhi-hal rical siyasi və nizamiyi müasir İran, Tehran, 1370, I c. s. 231)

Mahmud xan Ənsari 1921-ci ildə Seyid Ziyaəddin Təbatəbainin hökuməti istefa verəndən sonra İsfahana getmişdi. Bir müddət valilikdə xidmət etmişdi. Rza xan Sipəh hərbi nazir olandan sonra Tehrana dönmüşdü. Onun göstərişi ilə paytaxt qarnizonunda xidmət etmişdi. Şəhərin hərbi hakimi olmuşdu. Rza xan Sultan Əhməd şah Qacardan 4 nəfər zabitə Əmir Ləşkər (general-mayor) rütbəsi istəmişdi ki, biri də o idi.
Mahmud xan Ənsari hərbi nazirliklə Milli Məclisin əlaqəsini yaratmışdı. Rza xan Sipəh Baş nazir təyin ediləndən sonra Mahmud xanı Tehran polis idarəsinin rəisi təyin etmişdi. Bir müddətdən sonra öz xahişi ilə bu vəzifəni sərhəng (polkovnik) Məhəmməd xan Dərgahiyə verib Sultan Əhməd şahı müşaiyət etmişdi. Şah ona Əmir İqtidar ləqəbini vermişdi.
Mahmud xan Ənsari 1924-cü ildə Poçt və Teleqraf Nazirliyində xidmət etmişdi. Rza xan Sipəh Şeyx Xəzəl qiyamını yatırmağa yollananda Əmir İqtidar onu müşaiyət etmişdi.

Mahmud xan Ənsari Sultan Əhməd şah Qacarın son illərində Daxili İşlər vəziri olmuşdu. Nazirlikdə islahat aparmışdı. Bu vəzifədə çalışarkən Sərdari Müəzzəz Bocnurdini Bocnurd, Cüveyn və Şirvan şəhərlərinə hakim təyin etmişdi. Sərdari Müəzzəz Xorasan valisi ilə yola getmədi. Məlikəşşüara Baharın da “Xorasan fironu” adlandırdığı general Canməhəmməd xan Əmir Əlai ilə heç dolanmadı. Mahmud xan əhalinin narazı qaldığı məmurları nazirlikdən xaric etmişdi. Canməhəmməd xan Əmir Əlai Sərdari Müəzzəzin də imzasını saxtalaşdıraraq, nazirlikdən qovulmuş adamlarla birlikdə Fransaya, Sultan Əhməd şahın adına bir məktub göndərdilər. Şahdan İrana geri dönməsini xahiş etdilər. Onlar Əmir İqtidarın da onların adamı olmasını bildirirdilər. Məktub Qacarlar dövlətinin Parisdəki səfarətxanasına göndərilmişdi. Səfarətdə işləyən və Sərdari Sipəhə xidmət edən bir məmur məktubu ələ keçirib, Rza xana göndərdi. Rza xan məktubu oxuyandan sonra Mahmud xana qəzəbləndi. Əvvəlcə onu işdən azad etdi, sonra Qələbəyi zindanına saldı. Bir müddətdən sonra Əmir İqtidarın suçsuzluğu ortalığa çıxdı. Sərdari Sipəh onu zindan azad edib, vəzifəyə dəvət etdi. Mahmud xan Ənsari qətiyyətlə boyun qaçırdı. (Əli Hüseynxani, Əmir Ləşkər Mahmud xan Ənsari (Əmir İqtidar)
Mahmud xan Ənsarinin beş oğlu, üç qızı vardı. Oğlanları Səfərəli xan, Vəli xan, Nüsrətulla xan, İsmayıl xan və Cəmşir xan Məhəmmədrza şahın dövründə yüksək vəzifə tutmuşdular.
Hə, oğlum, bizim vəzifəmiz ondan ibarətdir ki, tarixi sizə tanıdaq. Hətta siz istəməsəniz də...
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır