00:55 / 22-11-2024
Silvester Stallone yeni seriala çəkilir
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
23:28 / 21-11-2024
Gəncədə iki nəfər bıçaqlanıb
22:07 / 21-11-2024
Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib
20:55 / 21-11-2024
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb
20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
19:12 / 21-11-2024
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
18:08 / 21-11-2024
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
18:03 / 21-11-2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
17:49 / 21-11-2024
Pərviz Şahbazov İstanbula gedir
17:25 / 21-11-2024
Əli Əsədov “Elektron hökumət” portalı ilə bağlı qərar imzalayıb
17:18 / 21-11-2024
Rusiya Tramp haqqında filmin yayımına icazə verməyib - Fotolar
17:08 / 21-11-2024
Nazirlər Kabineti riskli vergi ödəyiciləri haqqında qərar imzalayıb
16:48 / 21-11-2024
Matviyenko Azərbaycana gəlir
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
16:32 / 21-11-2024
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
16:23 / 21-11-2024
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
16:17 / 21-11-2024
Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək
16:06 / 21-11-2024
Putin Şimali Koreya liderinə 75 vəhşi heyvan göndərib
16:00 / 21-11-2024
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
15:45 / 21-11-2024
Dünya şöhrətli rejissorun 10 ən yaxşı filmi... - Siyahı
15:32 / 21-11-2024
Məşhur musiqi qrupu dünya turuna çıxır
15:29 / 21-11-2024
Ceyhun Bayramov misirli nazirlə telefonda danışıb
14:46 / 21-11-2024
Quterreş Bakıda: "Razılaşma istəyi hiss olunur"
14:43 / 21-11-2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
14:36 / 21-11-2024
Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
14:33 / 21-11-2024
SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb
14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
Tarix: 27-08-2021 16:48 | Bölmə: Ənvər ÇİNGİZOĞLU
Azərbaycan tarixində ən mühüm hadisələrdən biri azadlıq hərəkatları sırasında yer alan Məşrutə hərəkatıdır. 1905-1911-ci illərdə İranda şah rejiminə qarşı baş verən inqilab tarixə İran inqilabı və ya Məşrutə hərəkatı kimi düşüb. XX əsrdə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığırı da Məşrutə hərəkatı açıb. Hərəkatın qəhrəmanlarından biri də Məhəmmədqulu xan Alardır.
Şahsevən elinə bağlı qollardan biri də Alar oymağıdır. Bu oymaq bəzi farsdilli tarixi ədəbiyyatda Alarlu kimi də yazılır. Arallı şəkli də var. Bu oymaq öz adını ilk patronu olmuş Alı xandan alıb. İlkin dönəmdə oymağa Alılar deyildiyindən təhrif biçimi Allar olub.
Alar оymağının qışlağı Anqutlar, Musaxan qışlağı sayılırdı. Yaylağı yox idi. Rus işğalından sonra yaylaqları Talış dağlarında qalmışdı. Sonralar Bağrovdan yaylaq almışdılar.
Alar оymağı Beldaşı, Məcidli, Ləngən və Dizə kəndlərində sakindir.
Alar оymağının qоlları Əbülhəsənbəyli, Həmidbəyli, Məcidbəyli, Süleymanbəyli, Əbülfətbəyli, Məmmədəlibəylidir.
Məhəmmədəlibəyli tayfası öz adını Məhəmmədəli bəy Alardan alıb.
Məhəmmədəli bəy Ağacan bəy oğlu Ərdəbil vilayətinin Ucarud mahalının Ləngən kəndində doğulmuşdu. O, molla yanında təhsil aldıqdan sonra Alar oymağına başçılıq edib.
XX əsrin əvvəlllərinə aid qaynaqda Tehranın tələbi ilə Ərdəbil tayfalarının silahlı süvarilər verməsi göstərilir. Həmin sənədə görə alarlar (Ləngən sakinləri) 50 süvari verirdi. Digər bir qaynaqda isə qeyd olunur ki, şahsevənlərlə qonşuluqda, Ucarudda birincilərə sıx qohumluq əlaqəsində və eyni fəaliyyətində olub və şahsevənlər kimi qəbul edilən bir neçə tayfa yaşayır. Bu tayfalar aşağıdakılardır:
1) Alarlar; tayfa başçıları: Məmmədəli bəy və oğlanları Məhəmmədqulu xan, Süleyman bəy. Ləngən kəndinin yarısı Məhəmmədqulu xanın oğlanlarına məxsusdur. Onlar bütünlükdə 400 həyətdir. (Ростопчин Ф. Б. Заметки о шахсевенах // «Советская этнография», 1933, c. 3-4)
Məhəmmədəli bəyin Məhəmmədqulu bəy, Süleyman bəy adlı оğulları vardı.
(Bu fotodakılar Məhəmmədqulu xan Aların nəvə və nəticələridir)
Məhəmmədqulu bəy Məhəmmədəli bəy oğlu Ərdəbil vilayətinin Ucarud mahalının Ləngən kəndində anadan оlmuşdu. Molla yanında oxumuşdu. Atasından sonra Şahsevən elinin Alar oymağının yüzbaşısı olmuşdu.
Məmmədqulu xan Alar öz oymağı ilə sərbəst sərhəddi keçib, Talış dağlarında yaylayır və Muğanda qışlayırdı. 1884-cü ildə Rusiya hakimiyyəti şahsevənlərə sərhəddi adlamağı qadağan edir. Alar xanı bu qadağadan pərt olur və dəstəsi ilə sərhədçiləri qovur. Sonra bir neçə sərhədyanı kəndləri talayır.
Rusiya sərhəd komissarı Qafqaz qubernatoruna şikayət edir. Qubernator da mərkəzə məruzə edib. Rusiya xarici işlər naziri isə Qacarlar dövlətinin xarici işlər vəzirinə bu barədə məlumat verir. Vəzir vəziyyəti şaha bildirir.
Məmmədqulu xan Alar 1887-ci ildə Nasirəddin şah Qacarın əmri ilə tutularaq Ərdəbil qalasına salınır. Şah fərman vermişdi ki, onu və bir neçə Şahsevən elinin başçısını topa bağlasınlar.
Tədqiqatçı Riçard Tapper infarmatoru Hacı Hatəm bəy Geyikliyə dayanaraq yazır:
“Müzəffərəddin şah Rusiyaya getdiyində Bakıda və yaxud Moskvada imperatorluq hökuməti Nurulla bəyin oğlu Bəhram xanın Rusiyada quldurluq etdiyindən şikayət etdi. Müzəffərəddin şah Ərdəbilə gəldi, bütün bəyləri topladı və Məhəmmədqulu xan və Bəhram xanın topa bağlanmaq üzrə Biləsuvara gətirilməsi üçün adamlarını göndərdi”. (Riçard Tappеr, İranın sınır bоylarında göçəbələr, Ankara, 2004, s. 603). Məhəmmədqulu xan və Bəhram xan Muradəli bəy Muğanlının istəyinə əsasən əfv olunublar.
O, zindan yoldaşı Haşım xan Qocabəyli ilə qaçmağa qərar vermişdi. İsmayıl Əmirxizi yazır:
“Səttar xan deyirdi ki, Narınqalada həbsxana həyatının son dövrlərində Yurtçu Qocabəyli elindən Haşım adlı birisi ilə tanış oldum və hərdənbir dərdləşirdik. Bir müddət beləcə davam etdi və nicat qapıları hər tərəfdən üzümüzə bağlı idi. O vaxta qədər ki, bir gecə Haşım mənim yanıma gəlib, son dərəcə ehtiyatla dedi: sabah gecəni yatmayıb səhərə qədər oyaq qalarsan. Ondan soruşdum niyə ki?
Dedi: - Mümkündür ki, Allah bizə nicat tapmaq üçün bir vasitə yetirib.
Mən onun dediklərinə o qədər əhəmiyyət vermədim, amma bununla belə gecəni yatmadım. Gecənin bir yarısı idi ki, Haşım yanım gəlib dedi, dur, gecikmək vaxtı deyil. Mən istər-istəməz durub onun dalınca getdim və gəlib qala divarlarının yanına çatdıq. Gördüm ki, divardan bir kəndir asılı qalıb. Haşım mənə müraciətlə dedi ki, tez ol, kəndirin ucundan yapış ki, nicat tapasan. Soruşdum ki, niyə sən bu işi görmürsən? Dedi ki, əgər mən birinci kəndirdən yapışsam daha sizə növbə çatmayacaq və heç kim sizin fikrinizdə olmayacaq. Mən Allaha təvəkkül deyib, kəndirin ucundan möhkəm yapışdım və məni yuxarı qaldırdılar. Divarın başına çatanda nicat verənlər görəndə ki, mən Haşım deyiləm, bir qədər əsəbi oldular. Amma iş işdən keçmişdi.
Mən yenə kəndirin ucundan yapışıb divarın bu üzünə aşağı düşdüm. Sonra Haşıma bu qayda ilə nicat verdilər. Divardan bir qədər aralıda bir neçə atlı hazır dayanmışdılar ki, bizi tərkinə alıb sürətlə çarpdılar ki, Alarlı elinin rəhbəri Məmmədqulu xan da bu atlıların arasında idi. Bir müddət Yurtçu ilə Alarlı elinin arasında oldum və sonra Mərəndə getmək fikrinə düşdüm”. (İsmayıl Əmirxizi, Qiyame-Azərbaycan və Səttar xan, Təbriz-Tehran, 1339. S.16-17)
Məmmədqulu xan Alar Məşrutə tərəfdarı idi. İstibdada qarşı vuruşurdu.
Məhəmmədqulu xan Alar daim Rusiya qoşunlarına qarşı mübarizə aparırdı. 1905-ci ildə Rusiya sərhəddində olan Deman postunu dağıtdı. Postun yanında Təzəqala kəndinin bünövrəsini qoydu. Sonra Perembel camaatını qarət etdi.
30 mart 1908-ci ildə Məmmədqulu xan Alar Biləsuvar gömrüyündə kazaklarla savaşa girdi. Rotmistr Dvoeqlazovu, 3 zabiti öldürüb, 4 zabiti isə yaraladı. Təzədən dövlətlərarası söhbətlər... Rusiya tərəfi söhbətlərin nəticəsiz olduğunu görüb, Muğana və Talışa cəza dəstəsi göndərdi. 10 aprel 1908-ci ildə general Snarskinin başçılığı altında Tiflisdən 2 atıcı batalyon, 1 vzvod dağ artilleriyası və 1 kazak yüzlüyü gəldi. Təzəqala kəndinin sakinləri içərilərə çəkildilər. Həmin kənd və digər 4 şenlik yerlə-yeksan oldu. 1 iyun 1908-ci ildə Snarskini geri çağırdılar. Sərhədyanı münaqişə bir az səngidi. (Военная энциклопедия / Под ред. В. Ф. Новицкого и др. — СПб.: Т-во И. Д. Сытина, 1911—1915.)
Rusiya sərhədində sakitlik şəraiti çox da uzun çəkmədi. 25 may 1909-cu ildə Məhəmmədqulu xan 25 nəfərlik atlısı ilə sərhəddə yaxınlaşıb, «Промежуточный» və «Эдышинский» postlarını atəşə tutdular. Quldurlar iki rus kəndindən 200 baş mal-qara apardılar. (Центральный государственный исторический архив Грузии. Ф. 15. Оп. 1. Д. 170. Л. 83).
Məmmədqulu xan Alar Səttar xanın silahdaşı idi. O, “xalqın dostu” ləqəbini qazanmışdı.
Nəriman Həsənov “Oyanmış Təbriz və Səttarxan” kitabında yazır:
“Ağa Mirtahir dəstəsinin yardımı ilə fədailər və Məmmədqulu xanın dəstəsi hücumla iyun ayının 1-də şəhər qalasına yaxınlaşdılar və Ərdəbilin valisi Rəşidülmülkə ultimatum göndərərək, qalanı təslim etməyi tələb etdilər və bunun üçün 48 saat vaxt verildiyini bildirdilər. Validən rədd cavabı alan inqilabçılar qalaya güclü atəş açdılar. Vali öz mühafizə dəstəsi və irtica qüvvələri ilə inqilabi hissələrə qarşı silah və topdan atəş açırdı. Müvəqqəti üstünlükdən istifadə edən irtica qüvvələri inqilabi hissələri qaladan uzaqlaşdırmaqla şəhərin bir hissəsini qarət etdilər.
Ağa Mir Tahir dəstəsinin yardımı ilə fədailər və Məmmədqulu xan Aların süvari dəstəsi hücumla iyun ayının 1-də şəhər qalasına yaxınlaşdılar və Ərdəbilin valisi Rəşidülmülkə ultimatium göndərərək, qalanı təslim etməyi tələb etdilər. Validən rədd cavabı alan inqilabçılar qalaya güclü atəş açdılar. Rəşidülmülk Şahsevən elinin yaxından yardımı ilə inqilabçıları geri püskürtdü.
Şahsevənlərin başı qarətə qarışdığından və Rəşidülmülkün isə öz qərargahında dincəlməsindən istifadə edən inqilabçılar yenidən əks-hücuma keçərək, itirdikləri mövqelərini bərpa etdilər. İyulun 4-də yenidən qala divarlarına yaxınlaşdılar və divarları partlatmaqla qalaya daxil oldular.
(Bu fotodakılar Məhəmmədqulu xan Aların döyüşdüyü şəxslərdir)
Ərdəbil qalasını tutan fədailər İran dövlət bayrağının yerində inqilabın qırmızı bayrağını sancdılar. Axşama yaxın qalanın ətrafı inqilabçılarla doldu və təntənəli şəraitdə “xalqın dostu” Məmmədqulu xan Alar və Ərdəbilin hakimi təyin edilmiş əncümənin başçısı Ağa Mir Tahir qalaya daxil oldular. Orkestr və musiqi sədaları ilə müşayiət edilən təntənəli mərasim iki həftə davam etdi”. (Həsənov N. Oyanmış Təbriz və Səttarxan, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1986, 192 səh. S. 150)
Məmmədəmin Rəsulzadə “Tərəqqi” qəzetində bu əhvalatla bağlı yazırdı:
“Ərdəbildə əhval məğşuşdur. Şahsevənlər Məhəmmədqulu Alarının sərkərdəliyi ilə Rəşidülmülkü əhatə edib tutmuş, həbsə almışlar. Hal-hazırda isə güya Məhəmmədqulu özü Ərdəbildə hökümət etməkdədir”. (M. Əmin, “Tərəqqi”, № 143, 29 iyun 1909)
Məhəmmədqulu xan Alar Məşrutə hərəkatının aparıcı və önəmli şəxslərinin birinə çevrilmişdi. İsmayıl Əmirxızı yazır:
“Səttar xanın Məhəmmədqulu xan Alarla təqribən yarım saatlıq gizli söhbətləri olmuşdu. Bir gün sonra Səttar xan mənə dedi: “Bilirsənmi Məhəmmdqulu xan mənimlə nə barədə danışırdı?” Dedim ki, yox, Səttar xan bildirdi: “O, mənə deyirdi ki, sən bu qədər zəhmət çəkmisən, adın bütün İranda məhşur olub, niyə Müxbirəssəltənəyə itaət edib Ərdəbilə gedərək bu cür kiçik işlərlə məşğul olursan?” Doğurdan da Cənubi Azərbaycanda Səttar xan Sərdari millinin başçılığı ilə Məşrutə hərəkatı başlandıqda Məhəmmədqulu xan Alarlı onun yaxın silahdaşlarından idi”. (İsmayıl Əmirxizi, Qiyame-Azərbaycan və Səttar xan, Təbriz-Tehran, 1339. S.381)
Xüsusilə Ərdəbilin şah qoşunlarından müdafiəsində və şahsevənlər arasında Səttar xan tərəfdarlarının artmasında onun müstəsna rolu olmuşdu.
Səttar xan 1909-cu ilin sentyabrında öz dəstəsiylə Ərdəbilə gəlmişdi. Onun Ərdəbildə təmtəraqla qarşılanmasında Məhəmmədqulu xan böyük rol oynadı. F. Rostopçin yazır ki, hadisələrin sonrakı gedişində şahsevən başçıları arasında əksinqilabi hərəkat başladı, inqilabın yatırılması və taxt-tacda Məhəmmədəli şahın əyləşməsi üçün Tehranın köməyi və fitvası ilə bu yürüşün təşkilatçısı və təşəbbüsçüsü Rəhim xan Qaradağlı idi. Digər görkəmli xanlar - Novruz xan Qocabəyli, Qara bəy Dilağardalı, Hacı Pəncəli bəy Muğanlı, Rzaqulu xan Poladlı, Nəsrulla xan Yurdçu, Əmir Əşayir Xalxalı və başqaları da onlara qoşulmuşdu. (Ростопчин Ф. Б. Заметки о шахсевенах // «Советская этнография», 1933, с. 3-4.) Lakin hərəkat siyasi xarakterdən daha çox qarətkar mahiyyət aldı.
Məmmədqulu xan Alar müctəhid Mirzə Ələkbər ağa Ərdəbilinin müridlərindən idi.
Məmmədqulu xan Alar bir ara mövqeyini dəyişərək ruslarla danışığa başlamışdı. Əslində bu onun apardığı çevik siyasətlə bağlı idi. 7 martda Sərhəd gözətçilərinin Bakı briqadasının 1-ci şöbəsinin komandiri məruzəsində yazırdı:
“Məşhur Məhəmmədqulu xan Alar İranda çox təsirli şəxsdir. Şəxsən mənə bildirib ki, İranı Rusiyanın tərkibinə birləşdirəcək. 5 min süvarisi ilə Ərdəbilə, Rəştə, Astaraya və Ənzəliyə hücum etmək istəyir. Orda inqilabçıların qiyamını yatıracaq və bizim qoşunumuzun uğurlu keçidini təmin edəcək. O, şahsevənlərdən ibarət 50 minlik atlı qoşun tərtib edə bilər. İran şahı onu şahsevənlərdən ibarət dəstəsi ilə yanına dəvət etmişdi. Rusiyanın xeyrinə çalışan Məhəmmədqulu xan isə məndən soruşdu ki, necə etsin, şahın yanına getsin, ya rus qoşunlarının İrana girməsini gözləsin? O bildirdi ki, bizim qoşunumuzu maneəsiz İrana keçirə bilər və etibarlı adamdır”. (ЦГИАГ. Ф. 15. Оп. 1. Д. 170. Л. 52 об.).
Arxiv sənədlərində yazılır: “İki Şahsevən başçısı Alar bəyi Məhəmmədqulu xan və Qocabəyli bəyi Bəhram xan qarışıqlığın əmələ gəlməsində başlıca şəxslərdirlər. Onlar özlərini şahın düşmənləri hesab edirlər. Ərdəbildə öz rəhbərliklərində əncümən yaradıblar. Onlar valini öldürmək və xalqa sülh və sərbəstlik vermək istəyirlər.
Qocabəylilər və alarlılar ən nadinc tayfadırlar və Zaqafqaziya əhalisinə problem yaradırlar. Anlamaq lazımdır ki, bu iki tayfa rusların gəlişindən çox qorxub, onlara qarşı çıxacaqlar. Qocabəyli və Alar tayfalarının ixtiyarında 400–600 atlı var ki, bir həftə ərzində qırıb-qurtarmaq mümkündür”. (ЦГИАГ. Ф. 15. Оп. 1. Д. 170. Л. 79)
V. Şişov yazır: “Birinci Dünya müharibəsindən əvvəl Şahsevən elinin başçılarından biri Məhəmmədqulu xan nə az, nə çox, özünü şah elan etmişdi. Sadə xan deyil, zati aliləri şah. Şah hakimiyyəti uzun zaman onunla bacarmamışdı. Onun bəzi qohumlarını aldadıb, tələyə salıb asmışdılar. İran sərhədində dayanan Rusiya sərhəd komissarı 1912-ci ildə Tiflisə yazırdı:
“Sərhəddə baş verən qarət və qətllərin başlıca günahkarı Məhəmmədqulu xan 9 şahsevən rəisi ilə Tehrandan qaçıb, Astaraya gəlib. Onlar həbs ediliblər”.
Məhəmmədqulu xan cəzasız olaraq İran kəndlərini talayırdı. O, təkcə quldur kimi deyil, “Məhəmmədqulu şah” kimi də ad çıxarmışdı. (А. В. Шишов, Персидский фронт (1909–1918) Незаслуженно забытые победы, Москва, «Вечс», 2010, c.61)
Məhəmmədqulu xan Aların taleyi faciəli oldu. Hökumət qüvvələri Ərdəbili ələ keçirdikdən sonra Meşkin istiqamətinə hərəkət etdi. İ. Əmirxızı “Azərbaycan qiyamı və Səttarxan” kitabında yazır:
“Gün batan vaxt İsalı və Qocabəyli tayfalarının başçıları ordu qərargahına gəlib təslim oldular. Onlar ətraf kəndlərlə birlikdə qocabəyliləri və isalıları ordunun istiqbalına gətirəcəklərinə söz verdilər. Ordunun Qocabəyliyə hərəkətindən sonra cəsur şəxs kimi tanınan alarlılar elinin başçısı Məmmədqulu xan Alarlının Həmid bəy Alarlı ilə birlikdə ordunun qərargahına gətirilməsi şərt kimi irəli sürüldü. Şərt yerinə yetirildi, onlar ordu qərargahına gəlib təslim olduqlarını bildirirdilər. (İsmayıl Əmirxizi, Qiyame-Azərbaycan və Səttar xan, Təbriz-Tehran, 1339. S.439)
Məmmədqulu xan hökumət qüvvələri tərəfindən 1912-ci ildə edam edildi. (Масловский Е.В. Русские отряды в Персии. Париж, 1966, c.6)
Məmmədqulu xan Alar erməni, Daşnak patiyasının fəalı Yefrem xan Davidyants tərəfindən şəhid edilib.
Məhəmmədqulu xanın Nəcəfqulu xan, Yadulla xan, Hüseyn ağa adlı оğulları vardı.
Kütləni mübarizəyə qaldırmaqda və mütəşəkkil hücumu təşkil etməkdə mahir olan Məhəmmədqulu xan Alar hələ də unudulmayıb.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Ənvər ÇİNGİZOĞLU
Bölməyə aid digər xəbərlər
11-04-2022, 21:25
Mazandaran alimi - Ənvər Çingizoğlu yazır
23-03-2022, 18:55
Rəşid Yasəmi: ədəbiyyatda nəciblik nümunəsi
17-03-2022, 09:49
Vahid Dəstigirdi: Nizaminin tədqiqatçısı
12-03-2022, 22:31
Ənvər ÇİNGİZOĞLU - Səid Nəfisi: Azərbaycan qəhrəmanı Babək Xürrəmdin əsərinin müəllifi
19-10-2021, 09:58
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədəli Füruği: siyasətçi, diplomat, tarixçi, tərcüməçi və millətçi kimi
16-10-2021, 01:06
Ənvər ÇİNGİZOĞLU - Hacıəli xan Rəzmara: Qurban bayramında doğuldu, terror qurbanı oldu
13-09-2021, 16:31
Ənvər ÇİNGİZOĞLU - Şəkinskilərin İran qolu haqqında... - Ənvər Çingizoğlunun araşdırması
10-09-2021, 17:27
Nəcəfqulu xan Sərşar: Qaradağın ağ gün görməmiş şairi
27-08-2021, 16:48
Ənvər ÇİNGİZOĞLU - Məhəmmədqulu xan Alar: inqilabda sərkərdə, işdə sərkar.. - Fotolar
20-08-2021, 13:38
Ənvər ÇİNGİZOĞLU - İsmayıl xan Şəfai: Tehran-43 konfransında şahın tərcüməçisi - Fotolar
16-08-2021, 15:51
Ənvər ÇİNGİZOĞLU - Seyid Məhəmməd Dəbirsiyaqi: tədqiq və tədrisin işığında - Fotolar
24-07-2021, 16:15
Ənvər ÇİNGİZOĞLU - Qaradağ elləri: beloğludan eloğluya qədər - Ənvər Çingizoğlu yazır