10:32 / 16-02-2026
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub - Fotolar
10:26 / 16-02-2026
Bryansk vilayətinə kütləvi hücum olub
10:04 / 16-02-2026
Ukrayna nümayəndə heyəti danışıqlar üçün Cenevrəyə yola düşüb
09:52 / 16-02-2026
"Zirə" klubu qələbə qazanıb
09:28 / 16-02-2026
Ağdərə və Pirəkəşküldə iki gün partlayış səsləri eşidiləcək - Xəbərdarlıq
09:07 / 16-02-2026
Qazaxıstan Müdafiə Nazirliyi xəbərdarlıq yayıb - Foto
09:00 / 16-02-2026
Zaxarova: Rus idmançıları Olimpiadada təqibə çağırış isterikadir
08:54 / 16-02-2026
Nadir quş növü kütləvi şəkildə tələf olur
08:42 / 16-02-2026
Starmerin kabineti “çat verməyə” başlayıb
08:36 / 16-02-2026
Ərdoğan BƏƏ-yə və Efiopiyaya səfər edəcək
08:30 / 16-02-2026
ABŞ İranı inandırmağa çalışır
08:24 / 16-02-2026
Gəncədə üç tələbə dəm qazından zəhərlənib
08:03 / 16-02-2026
İran tibb sahəsində öncüllər sırasındadır
00:14 / 16-02-2026
ABŞ-İran danışıqları Cenevrədə keçiriləcək
21:19 / 15-02-2026
Azərbaycan və Serbiya prezidentləri bəyanatla çıxış ediblər - (Yenilənib) - Video
18:01 / 15-02-2026
Belqradda Azərbaycan-Serbiya sənədləri mübadilə olunub
17:43 / 15-02-2026
Magistraturaya qəbul imtahanı keçirilib
17:04 / 15-02-2026
Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası başlayıb
16:10 / 15-02-2026
İlham Əliyev Serbiyada rəsmi səfərdədir - (Yenilənib-5) - Fotolar
12:16 / 15-02-2026
İdmançımız beynəlxalq turnirdə medal qazanıb
09:27 / 15-02-2026
"Neftçi" "Kəpəz"lə, "Sumqayıt" "Araz-Naxçıvan"la qarşılaşacaq
23:53 / 14-02-2026
İlham Əliyev Münxendə panel iclasda iştirak edib - (Yenilənib) - Tam mətn
22:59 / 14-02-2026
Nazirin üç müavini vəzifədən azad edilib - (Yenilənib)
22:36 / 14-02-2026
Xanəndə xəstəxanada dünyasını dəyişib
19:41 / 14-02-2026
İlham Əliyev Münxendə Aİ-nin ali nümayəndəsi ilə görüşüb
16:55 / 14-02-2026
Armen Qriqoryan Azərbaycan nümayəndə heyəti ilə görüşüb
15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
12:57 / 12-02-2026
Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov... - DTX həbsin detallarını açıqlayıb - (Video)
18:31 / 12-02-2026
Antarktidada itən cihazı yadplanetlilər aparıb? - Foto
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
Baş katibin arvadının faciəli həyatı - Firuz Mustafa yazır
Tarix: 09-07-2020 18:49 | Bölmə: Firuz MUSTAFA

Məlumat verildiyi kimi, 20-ci il hadisələri ilə bağlı tarixi-sənədli əsər üzərində işləyirəm. Personajların sırasında fəaliyyətinin mühüm dövrü Bakı ilə bağlı olan İosif Stalin və onun həyat yoldaşı Nadejda Alliluyeva da var.
Stalinin ikinci arvadı Nadejda Sergeyevna Alliluyeva 1901-ci ildə Bakıda doğulmuşdu. Onun atası Sergey Yakovleviç peşəkar inqilabçı idi.
Nadejdanın damarında gürcü, alman və qaraçı qanı qarışıb birləşmişdi. O, çılğın, söz götürməyən, təvazökar, azadlıqsevən bir qızdı.
Stalinlə Sergey köhnənin tanışları idilər. Hətta, Nadejda uşaq olarkən gənc Koba bir müddət Bakıda onların evində yaşamışdı. Bir çox tarixçilər gənc inqilabçı ilə yaşlı Sergeyin arvadı Olqanın çox yaxın münasibətdə olduğunu da yazırlar. Onlar yaşıd idilər. Olqanın əri Sergey Alliluyev gənclərin bu “dostluğuna” xüsusi bir əhəmiyyət vermirdi.
Stalinlə Nadejda 1918-ci ildə ailə qurdular. Bu zaman Stalinin otuz doqquz, Nadejdanın on yeddi yaşı vardı.

Bu izdivacdan onların iki övladı dünyaya gəlmişdi: Vasili və Svetlana.
Nadejda bir müddət milli münasibətlər komissarlığında Stalinin yanında, habelə “İnqilab və mədəniyyət” jurnalında, “Pravda” qəzetində işləmişdi. Onun fəaliyyətinin böyük bir qismi Xalq Komissarları Soveti (XKS) ilə bağlı olub. Məlumdur ki, XKS-nin sədri Lenin idi. Nadejda Semyonovna burada Leninin katibliyində çalışırdı. Hətta, deyilənə görə, Stalin öz arvadı vasitəsilə Leninə gələn gizli, məxfi məktubları əldə edərək qarşılayıcı tədbirlər görürmüş.
Stalin kobud, kinli, qisasçı bir adamdı. Məsələn, o, 1921-ci ildə bir müddət arvadı ilə danışmadı. Səbəb də bu idi ki, niyə arvadı ona “siz” deyə müraciət edir. Hətta, həmin il Nadejda partiyadan azad edilib bir müddət sonra yenidən bərpa olunmuşdu. Bütün bu baş verənlərdə Stalinin rəyi yox deyildi.
Bir dəfə növbəti ailə mübahisəsi zamanı Nadejda ərinə demişdi: “Sən başqasına əzab verməkdən həzz alırsan. Öz öğlunu, öz arvadını, hətta bütün ölkəni əzməkdən feyziyab olursan”.
Nadejda “Promakademiya”da oxuyarkən çoxları, daha doğrusu, rektordan başqa heç kəs, bu qadının Stalinin advadı olduğunu bilmirdi. Nadejda öz soyadını da dəyişməmişdi, qızlıq familiyasını saxlamışdı. İşə və dərsə ictimai nəqliyyatla gedib-gəlirdi.
Zəruri qeyd. Sonralar Sov.İKP MK-nın lideri olmuş Nikita Sergeyeviç Xruşşov Nadejdanın tələbə yoldaşı olmuşdu. O zaman gənc Xruşşovu öz ərinə məhz Nadejda təqdim etmişdi.
Nadejda Alliluyeva təbiətən ürəyiyumşaq, emosional bir qadındı. O, özünün bir neçə tələbə və iş yoldaşlarını dəfələrlə repressiyanın cəngindən xilas edə bilmişdi. Amma bəzən cəza idarələri onu eşitmirdi. Bir dəfə növbəti xahiş zamanı OQPU-nun rəhbəri Henrix Yaqoda onun xahişini yerinə yetirməkdən imtina edərək demişdi: “Mən artıq heç nə edə bilmərəm. Çox şey mənim imkanım xaricindədir”.
O, Leninqradda yaşayan valideynlərinə, Xarkovdakı bacısına tez-tez baş çəkirdi. Daim sadə adamların arasında olurdu. Ölkədə baş verən faciələrin, yaranan xofun, həyata keçirilən repressiv tədbirlərin şahidi kimi hədsiz əzab çəkirdi. O, yeganə adam idi ki, ərinə öz iradını deyə bilirdi. Bu “iradlara” görə Stalin onu bir neçə dəfə təhqir etmişdi.

Nadejda Alliluyevanın iki yaxın rəfiqəsi vardı. Sonralar Stalin hər iki qadını amansız şəkildə cəzalandırdı. Bunlardan biri Polina Semyonovna Jemçujina idi. Bu qadın Stalinin silahdaşı, SSRİ-nin Xarici İşlər naziri və Baş naziri olmuş Vyeçeslav Molotovun arvadı idi.
Zəruri qeyd. Jemçujinanın əsl ad-soyadı Perl Karpovskayadır. Yəhudi dərzinin ailəsində doğulub. 1921-ci ildə Vyaçeslav Mixayloviç Molotovla ailə qurub. Stalinin arvadı Nadejda Alliluyevanın yaxın rəfiqəsi olub. Jemçujina yüksək dövlət postlarında olub. SSRİ balıq sənayesi naziri, habelə yüngül sənaye naziri vəzifəsində çalışıb.
1948-ci ildə partiyadan xaric edilmiş, 1949-cu ildə “yəhudi millətçiləri ilə uzun illər cinayət əlaqəsinə görə” maddəsi ilə həbs olunub. Onunla bərabər bir sıra yaxın qohumları, habelə qardaş və bacısı da həbs edilmiş və məhbəsdə həlak olmuşlar. Stalin ölən günün səhəri Beriyanın əmri ilə həbsdən azad olunaraq partiyaya bərpa olundu. Ömrünün sonunacan Stalin ideyalarına sadiq qalıb. 1970-ci ildə vəfat edib.
Nadejdanın digər rəfiqəsi Stalinin əvvəlki arvadının qardaşı Aleksandrın həyat yoldaşı Mariya idi.
Zəruri qeyd. Opera müğənnisi Mariya Anisimovna Svanidze (Korona) 1939-cu ildə həbs olunmuş, 1942-ci il mart ayının üçündə “NKVD”-nin çıxardığı qərara əsasən güllələnib. Onun bacısı Mariko da “xalq düşməni” kimi ölümə məhkum olunub.
Aleksandr Semyonoviç Svanidze 1886-cı ildə Gürcüstanda doğulub. Stalinin birinci arvadının qardaşı, opera müğənnisi Mariya Anisimovna Svanidzenin (Korona) əri. Stalinin ən yaxın dostlarından biri. Tanınmış bolşevik, tarixçi və iqtisadçı. Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasını gürcü dilindən ruscaya tərcümə edib. 1937-ci ildə ildə “yejovçu” və “alman casusu” kimi şərlənərək həbs olunmuşdu. Həbsxanada ona təklif olunub ki, Stalinin adına əfv məktubu yazsa, qaynı onu bağışlayacaq. Aleksandr Semyonoviç əsəbiləşərək deyib: “Axı mən Stalindən nə üçün əfv olunmağımı xahiş etməliyəm? Bəyəm bir cinayətim olub?” O, bağışlanma xahişi etmədi. Müharibə başlayandan az sonra, 1941-ci il avqust ayının 20-də güllələndi. Stalin qaynının əfv ərizəsi yazmadığını eşidərkən istehza ilə belə deyib: “Bir buna bax, gör necə qürurludur, ölümü xahişdən üstün bilib”.
İntihara səbəb kimi bir gün əvvəl - 1932-ci il noyabrın 7-də Voroşilovun mənzilində ziyafət zamanı ər-arvad arasındakı kiçik mübahisə də qeyd olunur. Bütün partiya rəhbərliyi Kliment Varaşilovun evinə toplaşıb inqilabın onbeş illiyini qeyd edirdi. Məclisdə Nadejdadan başqa hamı içirdi. Stalin guya zarafat edirmiş kimi narıngi qabığını arvadının üstünə ataraq qışqıb: “Ey, sən də iç”. Qadın əsəbiləşib ona sərt cavab vermişdi: “Mən səninçün nə “ey”əm, nə də “sən”...”.
Deyilənə görə, Nadejda Alliluyeva mübahisədən sonra ziyafəti əsəbi halda tərk edərək evə qayıdıb, Stalin isə bağa gedib. Gecə Nadejda bir neçə dəfə Stalinə zəng vursa da, o, bu zənglərə məhəl qoymayıb. Stalin səhərisi gün də evə gəlib çıxmadı. O, sonralar nəzarətçilərin dediyi kimi, sevdiyi xanımın yanına gedibmiş.
Zəruri qeyd. Həmin xanım məşhur opera müğənnisi Vara Davıdova olub. Onun əsl soyadı Mçedlidze idi.
Təbiəti etibarilə çox ailəcanlı və qısqanc Nadya ərinin müğənniyə sevgisindən xəbərdar idi. Noyabrın səkkizindən doqquzuna keçən gün gecə saatlarında Alliluyeva vaxtilə ona hədiyyə olunmuş silahı - “Valter” tapançasını götürüb alnına dirədi. İntihar etdi.
Səhərisi günsə bayram konserti olacaqdı.
Nadejda Alliluyevanın xaç atası görkəmli partiya və dövlət xadimi Avel Safranoviç Yenukidze olmuşdu. Stalin arvadı dəfn olunan gün Yenukidzeni çağırıb dedi: “Onu sən xtistian etmisən, get indi özün dəfn elə”.
Zəruri qeyd. Yenukidze 1937-ci ildə “xalq düşməni” kimi güllələndi.
Nadejda Alliluyevanın intiharı və ya öldürülməsi ilə bağlı hələ Stalinin öz sağlığında çoxlu fikir və şayiələr yayılmışdı.
Rəsmi “Pravda” qəzetində Stalinə verilən başsağlığında Alliluyevanın kor bağırsaqdan əməliyyat olunarkən vəfat etdiyi göstərilirdi.
Müəmmalı olümlə bağlı digər versiyalar da mövcuddur. Hətta, deyilir ki, Nadejda Alliluyevanı elə Stalinin yanında Budyonnı güllələyib.
Bəziləri Alliluyevanın özünü öldürməsinin səbəbini ərinin törətdiyi repressiyaların doğurduğu dəhşətlərlə bağlayırlar.
Nadejdanın, hətta, Stalinin birinci nikahdan doğulmuş oğlu Yakovla yaxın əlaqəsinin olduğunu və buna görə hiddətlənən Stalinin özü tərəfindən güllələndiyini deyənlər də var.
Nadejdanın yaxın rəfiqəsi və Stalinin qaynı arvadı, bayaq haqqında söhbət açdığımız Mariya Svanidze öz gündəliyində yazırdı ki, bu hadisədən - arvadının özünü öldürməsindən Stalin hədsiz dərəcədə sarsılmışdı. Həmin xanım onu da yazır ki, Nadejda son vaxtlar erkən klimaks və kəskin başağrılarından əziyyət çəkirdi.
Stalinin qızı Svetlananın yazdığına görə bu intihara səbəb onun anasının psixoloji halı-səhhəti ilə bağlı olub.
Həmin məclisdə iştirak edən Molotov öz gündəliyində bu intiharı qısqanclıqla bağlayır və yazırdı: “Onun damarından qaraçı qanı axır”.

Stalinin arvadının dəfni noyabrın onbirində baş tutdu. O, Novodeviçye qəbristanlığında torpağa tapşırıldı.
Stalinin bioqrafiyasının tədqiqatçısı Dmitri Volkaqonov yazır ki, Nadejda ərinə ölümqabağı məktub yazıbmış. Sonralar bu məktub yoxa çıxdı.
Stalin arvadının atəş açdığı tapançanı əlinə alaraq demişdi: “Bu ki, oyuncaq bir tapançadır... Hər halda mən pis ər olmuşam, onu kinoya aparmağa vaxt ayırmamışam”.
Bir çoxları “ellər atasının” dəfndə iştirak etmədiyini yazsalar da, bu yanlış informasiya sayıla bilər; çünki Baş katibin cangüdəni yazır ki, Stalin öz arvadının dəfnində sonacan iştirak etmişdi.
Bir müddət sonra Nadejda Alliluyevanın məzarının üstündə ağ mərmərdən heykəl qoyuldu. Orada bu sözlər yazılmışdı: “Nadejda Sergeyevna Alliluyeva-Stalina /1901-1932/ ÜK(b)P-nin üzvü. İ.V. Stalindən xatirə”.
Arvadını ölümündən sonra Stalin Nadejda Sergeyevnanın qardaşı Pavelgilə tez-tez baş çəkməyə başladı. Çoxları bunu dahi rəhbərin öz qohumlarına diqqəti kimi qəbul edirdi. Amma əslində bu get-gəlin səbəbi ayrı şey idi: Stalin öz qaynı arvadı Yevgeniya Alliluyevaya vurulmuşdu. Əlbəttə, açıqfikirlı, düzünəqulu Yevgeniya Stalinin bu arzusuna “yox” cavabı vermiş, onu az qala evdən qovmuşdu. Bu imtinanın bədəli faciəvi sonluqla ödənildi.
Yevgeniya Alliluyeva və qızı Kira “xalq düşməni” kimi həbs edildi, əri Pavel Alliluyev isə zəhərlənib öldürüldü.
“Ellər atasının” ailə dramı haqda kifayət qədər kitablar yazılmış, filmlər çəkilmişdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək