08:34 / 30-10-2025
Norveçli alim Ukrayna münaqişəsi ilə bağlı proqnoz verib
08:29 / 30-10-2025
Aİ İsraili Qəzzada atəşkəsə əməl etməyə çağırıb
08:06 / 30-10-2025
Donald Tramp və Si Cinpin Koreyada görüşüblər
22:24 / 29-10-2025
Ramiz Mehdiyevin nəvəsi yarım milyonluq maşınla gəzir
21:59 / 29-10-2025
800 min illik yeraltı su hövzəsi aşkarlanıb
20:24 / 29-10-2025
İlham Əliyev Federal Milli Şuranın sədrini qəbul edib - Fotolar
20:15 / 29-10-2025
Yaponiya Trampın tələbinə əməl etməyəcək
20:06 / 29-10-2025
Avropa yenə təbii qaz problemi ilə üzləşir
19:55 / 29-10-2025
Vitse-prezident: Hərbi əməliyyatlara son qoymağın vaxtıdır
19:20 / 29-10-2025
İlham Əliyev Rumıniya Senatının sədrini qəbul edib - Fotolar
19:15 / 29-10-2025
Nuriyev: Mehdiyevin siyahısında erməni qarışığı olanlar üstünlük təşkil edə bilər
19:05 / 29-10-2025
Polşa ilə Rusiya arasında gərginlik artır
18:57 / 29-10-2025
Kreml Trampın bəyanatına şərh verib
18:52 / 29-10-2025
Litva Belarusla sərhədi bağlayıb
18:21 / 29-10-2025
“İçərişəhər” Dövlət Qoruğuna Aparat rəhbəri təyin edilib
18:00 / 29-10-2025
Səfirlik Monteneqrodakı hadisələrlə bağlı açıqlama yayıb
17:45 / 29-10-2025
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
17:44 / 29-10-2025
Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı olub
17:26 / 29-10-2025
Macarıstan AB-nin Belarusa qarşı planını pozub
17:19 / 29-10-2025
"QHT işi": Zamin Zəkinin məhkəməsi başlayıb
17:07 / 29-10-2025
Prezident məhkəmələrə sədr və sədr müavinləri təyin edib
17:05 / 29-10-2025
Ruslar Pokrovsk şəhərini mühasirəyə almağa çalışır
17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
16:59 / 29-10-2025
Prokuror Tağı İbrahimova 9 il cəza istəyib
16:47 / 29-10-2025
Məşhur aktrisa yeni filmlə ekrana qayıdır - Foto
16:30 / 29-10-2025
Baş Prokurorluq sabiq deputata xəbərdarlıq edib
16:29 / 29-10-2025
Assosiasiyaya sədr təyinatı olub
16:16 / 29-10-2025
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala vəsiqə qazanıb
15:42 / 29-10-2025
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
15:38 / 29-10-2025
Sem Altman: ABŞ texnoloji yarışda Çindən geri qala bilər
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
14:34 / 29-10-2025
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
11:43 / 29-10-2025
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
17:45 / 29-10-2025
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
Stalinin qızı - Firuz Mustafa yazır
Tarix: 11-07-2020 10:29 | Bölmə: Firuz MUSTAFA

Svetlana Alliluyevanın sevgililəri...
Mən tarixi-sənədli bir əsər üzərində işləyirəm. Personajlar sırasında inqilabi fəaliyyətinin mühüm dövrü Bakı ilə bağlı olan İosif Stalin və onun həyat yoldaşı Nadejda Alliluyeva da var.
Haqqında söhbət açdığımız Svetlana Alliluyeva bu məşhur ailənin övladıdır. Oxucular üçün maraqlı ola biləcəyini nəzərə alaraq Stalinin qızı haqda kiçik qeydləri təqdim edirəm.
Svetlananın anası Nadejda Alliluyeva 1932-ci ildə intihar edəndə qızçığazın yeddi yaşı vardı. İlk illər ona demişdilər ki, anası xəstəlikdən ölüb. Sveta sonralar anasının özünü güllə ilə vurub öldürdüyünü biləndə sarsılmışdı. Stalinin qızı sonralar yazırdı: “Təki mənim anam Baş katibə yox, adı bir dülgərə ərə gedəydi”.

Svetlana təbiətən sərbəst, habelə hökmlü bir qızdı.
Stalinin sevimli qızı hələ 14 yaşında olarkən Beriyanın oğlu Serqoya vurulmuşdu. Amma oğlan Stalinin qızından iki yaş böyük idi. Bir müddət sonra Serqo Lavrentyeviç məşhur proletar ədib Maksim Qorkinin nəvəsi Marfa Peşkovla evləndi.
Qorkinin nəvəsi çox gözəl və “modnitsa” idi. Svetlana isə rəftar və geyimində sadəliyi sevirdi. Məsələ budur ki, hər iki məşhur simanın qızları zaman keçdikcə bir-birinə daha çox nifrət etməyə başladı.
İlk yeniyetməlik eşqinin oxu daşa dəyən Svetlana 17 yaşında olarkən o zaman tanınmış dramaturq Aleksey Kaplerlə sevişməyə başladı. O zaman Kaplerin 40 yaşı vardı. Kapler “Lenin Oktyabrda” adlı məşhur filmin ssenari müəllifi idi. Kapler Svetanın qardaşı Vasilinin dostu idi. Stalin məktəbli qızının yəhudi əsilli, həm də yaşlı bir adamla sevişdiyini biləndə bərk qəzəbləndi. Az sonra yazıçını “ingilis şpionluğunda” günahlandırıb Vorkuta sürgün etdilər. Kapler orada ağır şəraitdə, xüsusi xidmət orqanlarının təzyiqi altında yaşmağa başladı. O zaman başqa cür ola da bilməzdi. Onlar, bu iki sevgili, bir də Stalinin ölümündən sonra təzədən görüşə bildilər.

Stalin qızının müstəqil ailə həyatı qurmasını, ümumiyyətlə azadlıqsevərliyini, təqdir etmirdi. Amma Svetlana da Svetlana idi. O, hələ MDU-da təhsil alarkən yenə öz qardaşının tələbə dostu Qriqori Morozovla ailə qurdu. Bu, onun ilk rəsmi nikahı idi. Oğlan Stalinin qızından ötrü dəli-divanə idi. Amma Sveta öz ərinə qarşı soyuq idi. Tezliklə onların övladı oldu. Uşağın adını dahi rəhbərin şərəfinə İosif qoydular.
Stalin öz nəvəsini sevmirdi, çünki uşağın atası yəhudi idi.
Qriqori uşaqcanlı idi. İstəyirdi ki, çoxuşaqlı ata olsun. Amma Svetlana ərinin arzusunun xilafına olaraq çox uşaq istəmirdi. Alliluyeva Morozovla yaşayarkən beş dəfə abort etdirdi.
Svetlana atasının təhriki ilə Qrişadan ayrılmalı oldu. Oğlu Yosenin (İosifin) iki yaşı olanda o, Yuri Jdanovla ailə qurdu. Yurinin atası Andrey Jdanov Mərkəzi Komitə katibi, üstəlik də Stalinin yaxın dostu və silahdaşı idi. Bu izdivac valideynlərin arzusu ilə baş tutmuşdu. Tezliklə onların bu evlilikdən Katya adlı qızları dünyaya gəldi. Amma Svetlana ərini sevmirdi. Onun bütün günü restoran və gənclərin şənlik məclislərində keçirdi. Tezliklə ailə dağıldı. “Ellər atası” bu dəfə boşanmaya sakit yanaşdı, onsuz da böyük ölkənin problemləri az deyildi.
Svetlana 1956-cı ildə yeni eşqə mübtəla oldu. Bu, onun uşaqlıqdan tanıdığı Svanidze idi. Oğlanın adı Conrid idi. Bu ad ona məşdur amerikan jurnalisti Con Ridin şərəfinə qoyulmuşdu. Məsələ burasında idi ki, Conrid Stalinin birinci arvadının qardaşı oğlu idi. Yəni Svetanın ögey bibisi oğlu. Svanidzenin valideynləri 1938-ci ildə həbs edilərkən öz övladlarından imtina etməli olmuşdular. Conrid uzun illər həbsdə və sürgündə olmuşdu. 1954-cü ildə sürgündən qayıdıb Moskvaya gəlmiş, Xruşşovun şəxsi göstərişi ilə ona mənzil verilmişdi. Svanidze Svetlana ilə 1957-ci ildə ailə qurdu. İki ildən sonra onlar ayrıldılar.
Svetlana Alliluyeva dördüncü dəfə hind vətəndaşı Braceş Sinqxlə ailə qurdu. Bu adam Moskvaya müalicə üçün gəlmişdi. Kommunist idi. Varlı ailədən çıxmışdı. Alliluyevadan 26 yaş böyük idi. Kreml bu evlənmənin əleyhinə idi. Axı bu necə ola bilər ki, Stalinin qızı xarici vətəndaşla ailə qursun? Amma Sveta öz istəyində möhkəm idi. Ərini də sevirdi. Halbuki Sinqx ağır xəstə idi. Onlar dörd il birgə yaşadılar. 1967-ci ildə Sinqx öldü. Svetlana onu dəfn etmək üçün Hindistana getdi. Amma onun sevgi macəraları davam edirdi.

Svetlana beşinci dəfə 1970-ci ildə amerikalı memar Uilyam Piterslə ailə qurdu. Onun Olqa Piters adlı qızı oldu. Sonralar həmin qız Kris Evans kimi tanındı.
1988-ci ildə Svetlana Alliluyeva texaslı Tom Ternerlə yeni ailə qurur. Tom ondan on yaş kiçik idi. Amma evlilikdən bir neçə ay sonra Tom öldü.
İngiltərədəki meksikalı diplomat Raul Ortiz də Svetlananın son ərlərindən biri idi. Yaşı altmışı keçmiş bu adam yüksək təhsil və mədəniyyət sahibi idi.
Bütün bunlardan başqa müxtəlif mərhələlərdə Svetlana Alliluyeva müxtəlif adamlarla eşq həyatı yaşayıb. Bunlara misal olaraq məşhur tənqidçi və yazıçı Andrey Sinyavskini göstərmək olar. Bu adam Abram Terts imzası ilə də tanınır.
Daha bir tanınmış şəxs, məşhur rus şairi David Samoylov Svetanın sevgililərindən biri idi.
Amerikalı jurnalist Luis Fişer, rus şair və yazıçısı Vladimir Solouxin, jurnalist Dmitri Pisrevski, amerikan iş adamı Ues, redaktor Rozamond Riçardson, Başnell də Svetlana Alliluyevanın sevgililəri olmuşdu.
Dahi rəhbərin qızı 2011-ci ildə Amerikada Viskonsin ştatında vəfat edib.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz MUSTAFA
Bölməyə aid digər xəbərlər
29-07-2020, 09:23
Firuz MUSTAFA - Türk və hindu dillərinin kök yaxınlığı haqda... - Firuz Mustafa yazır
4-07-2020, 01:05
Firuz MUSTAFA - Rejissor Mərahim Fərzəlibəyovun əmək kitabçası… - Firuz Mustafa yazır
1-07-2020, 20:38
Firuz MUSTAFA - Oljas Süleymenov: “Azərbaycan həmişə ürəyimdədir...” - Firuz Mustafa yazır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək