09:31 / 09-06-2025
Naxçıvanda kütləvi zəhərlənmə olub
09:22 / 09-06-2025
Fransa şirkəti Ukraynada dron istehsal edəcək
08:48 / 09-06-2025
Ronaldunun karyerası sona yaxınlaşır
22:58 / 08-06-2025
Millimiz növbəti yoxlama oyunu oynayıb
18:34 / 08-06-2025
Dağlıq və dağətəyi rayonlarda leysan olacaq - Xəbərdarlıq
10:50 / 08-06-2025
Donald Trampın adı insan alverində hallanır
10:05 / 08-06-2025
Sabunçu bazarında yanğın baş verib - Video
09:10 / 08-06-2025
Ukraynanın hökumət binalarına hücum olacaq
23:25 / 07-06-2025
Varislərin Kreml təqdimatı: Mirziyoyevə sui-qəsdin arxasında kim durur?
14:45 / 07-06-2025
İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı olub
12:09 / 07-06-2025
Sabahın hava proqnozu açıqlanıb
11:43 / 07-06-2025
Zakir Həsənov xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb
11:12 / 07-06-2025
Bank kartlarından oğurluqlar davam edir
09:56 / 07-06-2025
Aktoyorun adı Ginnesin Rekordlar Kitabına yazılıb - Video
09:00 / 07-06-2025
Azaraq Azərbaycan ərazisinə keçən iki yeniyetmə erməni geri verilib
18:07 / 06-06-2025
Tovuzda oğul anasını öldürüb
13:11 / 06-06-2025
Azərbaycanla sərhəddə iki erməni itkin düşüb
10:11 / 06-06-2025
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
09:32 / 06-06-2025
Şamaxıda yenidən zəlzələ baş verib
09:27 / 06-06-2025
Gəncədə azyaşlı bıçaqlanıb
09:12 / 06-06-2025
Məscidlərdə bayram namazı qılınıb
00:01 / 06-06-2025
Azərbaycanda Qurban bayramı qeyd olunur
20:08 / 05-06-2025
Toyda döyülən şəxs xəstəxanada ölüb
18:49 / 05-06-2025
Buraxılış imtahanının nəticələri elan olunub
18:41 / 05-06-2025
Rusiyada təyyarə qəzası olub
18:32 / 05-06-2025
Almaniya Rusiyadan gözlənilən təhlükəyə hazırlaşır
18:02 / 05-06-2025
Bakı-Quba yolunda yanğın olub, bir nəfər xəsarət alıb
17:47 / 05-06-2025
Prokuror Oleq Bakinski və sabiq nazir müavininə cəza istəyib
17:35 / 05-06-2025
Konstitusiya quruluşuna qarşı çağırış edənlərə hökm oxunub
17:33 / 05-06-2025
İqlim dəyişikliyi münaqişələri artıracaq
08:39 / 05-06-2025

10:11 / 06-06-2025

23:41 / 04-06-2025

15:02 / 04-06-2025

21:59 / 04-06-2025

20:08 / 05-06-2025

00:01 / 06-06-2025

13:29 / 05-06-2025

11:27 / 04-06-2025

19:20 / 04-06-2025

18:07 / 06-06-2025

23:25 / 07-06-2025

Lümpenləşən ziyalılar
Tarix: 25-09-2017 13:25 | Bölmə: Firuz HƏŞİMOV

“İnsan şəxsiyyəti məhv olan yerdə bütün tərəqqilər mürtəcedir”, – bu sözləri XX əsrin ən görkəmli qələm sahibi dilə gətirib.
Azərbaycanda isə şəxsiyyətə iki qara qəpiklik qiymət verilmir. İnterneti, qəzetləri izləyin, nə intiharların, nə də insan həyatına qəsdlərin say-hesabını bilmək olmur, mən hələ yollarda baş verənləri demirəm. Sanki ölkədə həyat cəhənnəmə dönüb, kimi dindirirsən, ya söyüş söyür, ya da lənət yağdırır.
Meşələri, yaylaqları, dağ çaylarını belə zəbt edə bilmiş bizim milli vampirlər hələ də başa düşmək istəmirlər ki, onlar üstlərində oturduqları budaqları artıq kəsiblər. Aqibət bunlara yaxşı heç nə vəd etmir. Hərbgu cahillər ona arxayındırlar ki, ölkədə qüdrətli fəhlə sinfi yoxdur. Bəli, nə hüququnu dərk edən fəhlə sinfi var, nə də onu təşkilatlandırıb irəli aparan siyasi qüvvə.
Dövləti içəridən gəmirən rüşvətxor bandası, oliqarxlar sabahı günü hər yeri dağıdıb məhv edə biləcək, dəhşətli qüvvəni, lümpenləşmiş kütləni görmürlər. Düşünürlər ki, polis, mühafizə dəstələri, villaların hündür hasarları onları layiq olduqları cəzadan qoruyacaq. Alınmayacaq!
Təşkilatlanmış fəhlə sinfi ilə danışıb dil tapmaq asandır, əsl fəhlə, əsl zəhmətkeş ölər, amma dövlətinin mənafeyini düşmən ayağına verməz. Amma lümpen təfəkkürü ilə yaşayan məxluqlar üçün Vətən, doğma dil, qan-namus qisası, müstəqillik kimi anlayışlar yoxdur.
İndi də bizim doğma ensiklopediyamızı açıb bu lümpen məsələsini öyrənək. 1982-ci ildə nəşr edilmiş ASE-nin VI cildinin 287-ci səhifəsində oxuyuruq.
“Lümpen proletariat (almanca Lümpen-cır-cındır) – antoqonist cəmiyyətdə sinfi simasını itirmiş təbəqə (avaralar, dilənçilər, cinayətkar ünsürlər və b.) Kapitalizmdə daha da geniş yayılmışdır. Mütəşəkkil sinfi mübarizəyə qabil olmayan lümpen proletariat, ayrı-ayrı siniflərdən əmələ gəlir. Xırda burjaziya lümpenlərdən ştreykbrexer, talançı faşist bandalarının iştirakçısı və s. kimi istifadə edir. Lümpen proletariat kapitalizm quruluşunun məhvi ilə yox olur”.
Bizdə isə paradoksal vəziyyət yaranıb, 20-25 il ərzində formalaşmış yırtıcı məmur-oliqarx zümrəsinin özü mənən lümpenləşib, əsl-nəcabət yox, əməlli savad yox... O, Azərbaycana müvəqqəti örüş yeri kimi baxır...
Ailədə iki-üç uşaq varsa, vay kasıbın halına. Cavanların bir tikə çörək xatirinə cəlayi-vətən olması, başsız-yiyəsiz qalmış qızların (gələcəyin anaları) min bir müsibətlə üzləşmələri heç kimi qayğılandırmır.
Yeri gəlmişkən, bizim əldəqayırma həmkarlar ittifaqları, insan hüquqları ilə “muşğulat” edən saysız-hesabsız qurumlar, fondlar, assosiasiyalar bircə dəfə də olsun ticarət sistemində, kafe və restoranlarda, massaj salonlarında (bunların fahişəxana olmalarını hamı bilir), kiçik müəssisələrdə işləyən qızların halı ilə maraqlanıblarmı? Mənən lümpenləşmiş, amma puldan qudurmuş məmur, əgər bədənini bakirə qızlara ovuşdurdursa, törəməsinin altına bahalı xarici maşın qoyub qəşəng görünmək, cavanlaşmaq istəyən arvadının kosmetikası üçün çəngə-çəngə pulu əsirgəmirsə kasıb onun qabağında nə qələt edə biləcək?
Bakı işsiz qalmış, amma insan kimi yaşamaq istəyən gənclərin son sığınacaq məkanıdır. Küçələrdə iynə atsan yerə düşməz, dəstə-dəstə veyillənən, rəngləri bomboz, qara paltarlı üfunətli siqaretləri aramsız tüstülədən cavanları hamımız görürük. Əksəriyyətinin iş yeri yoxdur, hərəsi bir yanda yaşayır, on minlərlə insan heç vaxt bir yanda qeydiyyatdan zaddan keçməyərək nə cür gəldi, harada gəldi baş girləyir.
Bir tikə çörək xatirinə cavanlar kiçik müəssisə sahiblərinin zülm-sitəminə dözürlər.
Bazarlarda, kiçik dükanların, kababxana və çayxanaların həndəvərində səhərdən axşama kimi əsl kölə kimi işləyənlərin sayı-hesabı bilinmir. Bədbaxt cavanlar təsəllini ya spirtli içkidə, ya da narkotikdə tapırlar.
Dəfələrlə bu mövzuda yazmışam, bir teleekran “ideoloqu” səsimə səs verməyib. Onu görürsən ki, üç-dörd dələduz əlbir olub camaatın pulunu yeyib və aradan çıxıb. Adamlar hiddətlənib ayağa qalxan kimi polisi verirlər qabağa.
Dəfələrlə soruşmuşam, bir sualıma heç yerdən cavab ala bilmirəm. Azərbaycan polisi nə vaxta qədər oğruların, satqın oliqarxların sanitarı, cangüdəni rolunu oynamalıdır?
Situasiyaya baxın, əlindən olan-qalanı alınmış vətəndaş bir yerə şikayətə gedəndə oyuna salınmış polislə toqquşmalı olur. Niyə?
Niyə bir gülməşəkər məddah-ideoloq qanıb başa düşmək istəmir ki, böyük lümpen ordusuna zəlil günə düşmüş insanların qatılması bizə yaxşı heç nə vəd etmir. Bər-bəzəkli salonlardan çölə çıxmağa cürət eləməyən başabəla “ideoloqlar” özləri də görürlər ki, iqtidar nüfuzunu itirib, heç kim bir hökumət adamının sözünə inanmır.
General Dubinyakın, Lebedin, Tyaqunovun, Nofəl Kərimovun cəza dəstələri ilə Bakı küçələrində kəllə-kəlləyə gələnlər, qol-qabırğası sındırılanlar, indiyə qədər cəsədləri belə tapılmayanlar min il də yatsaydılar yuxularında görməzdilər ki, gün gələcək sovet rejiminin ən odioz fiqurları bədbaxt məmləkətdə ağalıq edəcəklər. Bəziləri özlərinə elə bəzək verəcəklər ki, elə bil qəhrəmanlıqda Napaleonun marşallarını ötüb keçiblər. Bəzi məmurlar yeddi arxalarını elə təmin edəcəklər ki, İsveçrə bankirləri mat-məəttəl qalacaqlar.
Rəzalətə fikir verin, Vətən uğrunda həlak olanların sümükləri sürməyə dönəndə, onların yaxınları min mərhumiyyətlə üzbəüz qalanda, qardaşı xristianlığı qəbul edib pastor kimi üzərimizə çirkab atan Fatma Abdullazadə “ideoloji cəbhə”nin başçısı təyin olunur. Çox keçmir ki, bu xanımın “nəcib fəaliyyəti” öz bəhrəsini verir...
Bunu hamı bilir, mən mətləbi uzatmaq istəmirəm. Birinci olaraq mən “Nəbz” qəzetinin 2004-cü ilin 9 yanvar tarixli sayında qəzəbli səsimi qaldırdım: “Qəhr olasan belə zamana!”
Məmləkətimiz göz qabağında tarac olundu, bunu bildik, axı siz kimsiniz və nəkarəsiniz ki, mənəviyyatımızı da təhqir edirsiniz? Elə bilirsiniz bu dağılmışda bir gün mizan-tərəzi qurulmayacaq?
Məzhəbi, məsləki, əsil-nəcabəti bilinməyən adamlar daha o sekta, o düşmən qurum qalmayıb ki, Bakıda qeydiyyata aldırıb, onlar üçün “yaşıl işıq” yandırmasınlar. İnformasiya yığmaq və yaymaq hüqundan sui-istifadə edən teletəxribatçılar daha o biədəblik qalmayıb ki, onu ekrana çıxartmasınlar (ANS-in gecə kanalını, müxtəlif biabırçı müsabiqələrini xatırlayın!).
Fatma Abdullazadənin ölkənin mənəvi mühitinə vurduğu ziyan barədə qeyrətli jurnalistlər səslərini qaldırsalar da, nə Elçinin, nə Anarın, nə də digər mədəniyyət knyazlarının cınqırı da çıxmırdı. Nələrinə lazım idi, onsuz da bütün rejimlərlə dil tapa bilən bu ağaların nə vecinə Cənnət Səlimova bizim klassikləri gorbagor edir, rus gədəsi “Heyratı”mızı murdarlayır, Üzeyir bəyin musiqisinə qadağa qoyulur və i.a. Kişilər əvvəlki kimi pullarını qazanırlar, ordenlərini alırlar, kitabları çap olunur, könülləri istədikləri yerlərdə lətif vücudlarına qulluq da edirlər, cici-bacıları da təmin olunub.
Belə bir kəlam var: “Mavr öz işini gördü, o daha gedə bilər!” İdeoloji mühit sərnigun olandan sonra Fatma Abdullazadə də işdən çıxarıldı... Artıq gec idi, iqtidar bütün cəbhə boyu uduzmuş, ideoloji boşluq yaranmışdı. Məddahlıq daş əsri səviyyəsinə düşəndə, primitiv “nəzəri” məqalələr özlərinin yeknəsəqliyi ilə camaatın zəhləsini tökəndə iqtidara hörmət qalarmı?
Məkrli əks təbliğat işində buna “atla gediş” deyərlər, yəni, üzdən hər şey yaxşıdır, şeirlər, poemalar, oçerklər, xatirələr yazılır, qəsidəyə bənzər çıxışlar edilir, amma bir nəfər bütün bu həngamələrin xalq tərəfindən necə qarşılandığını demir. Hamı qorxur...
.... İstər düymə basan deputat guruhuna, istərsə də Prezident Administrasiyasında oturmuş bəzi şəxslərə bir sualla müraciət edin:
- Cənablar, Azərbaycanın çox yox, üç-dörd rəssam və heykəltəraşının adlarını çəkib, əsərləri barədə nə deyə bilərsiniz?
Doğru-dürüst cavab alsanız, adımı dəyişərəm. 26 ildir müstəqilik, o gün olmayıb ki, cəbhə xəttində atəş səsləri eşidilməsin. Mən hələ başqa bəlalardan danışmıram.
Ortada realist üslubda çəkilmiş, bütün milləti yerindən oynada bilmiş batal janrda bir tablo, bir abırlı plakat belə yoxdur!
Kim deyə bilər ki, filan sərgi salonunun qarşısında adam əlindən tərpənmək olmur, rəssamlarımızın müharibəyə həsr etdikləri tablolara baxmaq üçün insanlar can atır?
Bəzi məmurların xalqın başına gətirdikləri tənbəki oyununun fəsadı göz qabağındadır.
Moskvada sərgi təşkil olunanda insanlar şaxtada, istidə, küləkdə, yağışda saatlarla, hətta günlərlə növbəyə dururlar. Bizdə isə bir vəzifəli vampir Fuad Əbdürrəhmanov, Sadıq Şərifzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə barədə ikicə kəlmə danışa bilməz. Nə savad var, nə zövq, nə də milli şüur...
Dəqiq bilirəm ki, əgər iki-üç istedadlı, qeyrətkeş rəssam sözü bir yerə qoyub əlləşib-vuruşub, aylarla qan-tər töküb ortaya tarixi batal janrda əsərlər qoysalar, onlara bir qara qəpik də verməyəcəklər. Cavanşir körpüsünün yanındakı müasir “incəsənət” muzeyinə gedin, onda səbəbini bilərsiniz. Bir az dərinə getsəm, qorxuram qəzeti də bağlayarlar...
Məsəl var, deyərlər, var idi hər əsbabi yarağımız, çatmırdı bir saqqal darağımız.
Min dərd-səri olan Azərbaycanda, gündə az qala bir əsgərin, dinc sakinin qana bələndiyi torpaqda skautların məclisini təşkil etmək görəsən hansı “dahi”nin” ağlına gəlib? Mən skautun nə olduğunu, bu hərəkatın nəyə və kimə qulluq etdiyini 60-65 il bundan əvvəl bilirdim. Amma, “morda”ları telekanallardan düşməyən məddahların ümumiyyətlə, heç biri bunun nəmənə olduğunu bilmir.
Getdikcə lümpenləşən kütlənin başını qatmaq üçün bundan sonra Saxa şamanlarının, Argentina qauçolarının, Yeni Zelandiya maorilərinin konqreslərini Bakıda təşkil etmək məsləhətdir.
P.S. Elmira Axundova, bu ay da mənim dilənçi təqaüdümdən yüz manat kəsib sizə göndərdilər. Xeyrini görməyəsiniz!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV
Bölməyə aid digər xəbərlər