23:29 / 17-09-2025
“Qarabağ” UEFA reytinqində irəliləyib
22:16 / 17-09-2025
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
18:00 / 17-09-2025
1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq? - Açıqlama
17:54 / 17-09-2025
Prezident Dövlət Proqramını təsdiqləyib
17:50 / 17-09-2025
Maşın alverçiləri həbs olunub - Yarım milyonluq dələduzluq işi
17:44 / 17-09-2025
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - Sərəncam
17:26 / 17-09-2025
Aktyorun adı ilə dələduzluq ediblər
16:59 / 17-09-2025
Məşhur aktrisalar yenidən cadugərlik edəcəklər - Fotolar
16:56 / 17-09-2025
Aİ komissarı Azərbaycana gəlir
16:39 / 17-09-2025
Keçmiş səfirin qızına cinayət işi açılıb
16:27 / 17-09-2025
Qarabağ Universitetinin yataqxanası istifadəyə verilib - Fotolar
16:23 / 17-09-2025
Azərbaycanlı deputatın şirkətinə cinayət işi açılıb
16:02 / 17-09-2025
Bakı metrosunda iş rejimi uzadılıb
15:57 / 17-09-2025
Azərbaycan Kubokunun 2025/2026 mövsümünün püşkü atılıb
15:30 / 17-09-2025
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
15:17 / 17-09-2025
Alim Qasımov: "Arvaddır, boşayıram, yenə alacağam..."
15:01 / 17-09-2025
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
14:49 / 17-09-2025
Azərbaycanlı diaspor sədrinin vətəndaşlığı ləğv edilib
14:27 / 17-09-2025
Toxunuş qızılın kütləsini azaldır
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:27 / 13-09-2025

00:04 / 16-09-2025

Azərbaycan-Çin münasibəti... - İsrafil Kərimov yazır
Tarix: 25-07-2023 09:40 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına geniş müsahibə verib. Dövlətimizin başçısının bu müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb və çox maraqla qarşılanıb.
İki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı nəqliyyat məsələlərini xüsusilə qeyd edib. Bildirib ki, Azərbaycan 15 il əvvəl nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna başlayıb. Eyni zamanda, qonşularımızla da bağlantı körpüləri qurmağa başladığı qeyd olunub. Ölkəmiz mühüm tranzit ölkəsi olmaq arzusundadır, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Əsas məsələ qonşularla yaxşı münasibətlərin olmasıdır. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək mümkün deyildir. Ona görə də bu illər ərzində Azərbaycanın xarici siyasətinin tərkib hissəsi qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaqdır.
Cənab prezidentin qeyd etdiyi kimi, “Bir kəmər, bir yol” layihəsinə qoşularkən ölkəmizin artıq hazır infrastrukturu var idi. İndi isə texniki imkanlar artırılır. Azərbaycan öz ticarət limanını sürətlə genişləndirir, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq.
Bir neçə il əvvəl Ələtdə dəniz ticarət limanı istifadəyə verilib. Onun yükaşırma qabiliyyəti 15 milyon ton idi, hazırda isə onun imkanları 25 milyon tona qədər çatdırılır.
Ölkəmizin gəmiqayırma zavodları hazırda Xəzər dənizində daha çox gəmi istehsal edir. Xəzəryanı dövlətlər arasında Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olduğumuza baxmayaraq, biz yeni tanker və yük gəmiləri inşa edirik. Bu, gələcəkdə yükdaşımaları artırmağa imkan verəcəkdir. Hazırda gəmiqayırma zavodunun genişləndirilməsi planlaşdırılır ki, ildə 6-8 deyil, 10-20 gəmi inşa edilsin. Bu gün həm Azərbaycanda, həm də Xəzər dənizində buna tələbat artmaqdadır.
Hazırda Azərbaycanda qatarların sürətinin artırılması və daha çox yüklərin nəql edilməsi üçün mövcud dəmir yolu müasirləşdirilir. Böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görülür.

Bu gün Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır. Daşınmaların həcminin artırılması məqsədi ilə çinli tərəfdaşlarımız və qonşularımızla həmin infrastruktur bağlantısının yaradılması üçün fəal iş aparılır.
Bu gün Azərbaycanın nəqliyyat infrastrukturu artıq yüksək beynəlxalq standartlara cavab verir. Yükdaşımaların artırılması üçün tariflərlə bağlı vahid siyasət yaradılır, gömrük qaydaları sahəsində daha geniş qarşılıqlı əlaqələndirmə qurulur. Gələcəkdə Azərbaycan və Çin arasındakı münasibətlər Azərbaycan vasitəsilə daha çox yüklərin daşınmasında vacib rol oynayacaqdır.
Çinli jurnalist maraqlı faktlar bölüşdü, bildirdi ki, Çindən Avropaya göndərilən mallar dənizlə orta hesabla 36 gün çəkir, əgər siyasi məsələlər olmasa, Transsibir marşrutu ilə 20 gün çəkir və Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, Orta Dəhlizlə isə cəmi 12 gün çəkir. Bunu təsdiqləyən prezident İlham Əliyev bildirdi ki, “Bu, Azərbaycanın irəli sürdüyü və Türkiyə ilə Gürcüstandakı tərəfdaşlarımızın fəal dəstəyini almış yeni daşımalar yoludur, bağlantıdır və infrastrukturdur. 2017-ci ildə Bakıda həmin layihənin rəsmi açılışı baş tutdu. Həmin vaxt Orta Dəhlizlə daşımalar hələ ki, prioritetlərdən biri hesab edilmirdi. Buna görə, biz lazım olduğu qədər yüklərin daşınma həcminə sərmayələr yatırdıq. Biz həmin yolun təkmilləşdirilməsi işlərinə artıq bir neçə ay bundan əvvəl başladıq və nəticədə, həmin marşrutla əvvəlcə nəzərdə tutulduğundan beş dəfə artıq yük daşına biləcək”.
Ölkəmiz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışır. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək.
Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olunacaq. Azərbaycan dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırır və sadəcə, tranzit ölkə olmaq istəmir. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni, əlavə gəlir gətirəcəkdir.
Həmçinin Azərbaycanda böyük sənaye zonalarının yaradılması nəzərdə tutulub. Artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonasında istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Belə bir fürsəti qaçırmaq olmaz.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər