00:17 / 16-12-2025
“Gizir Xanı”ya şəhidlik statusu verilib
00:16 / 16-12-2025
Zövqlər dəyişməyib: Asiyada çay, Avropada qəhvə
00:12 / 16-12-2025
Zakir Qaralova ağır itki üz verib
00:09 / 16-12-2025
Rəqəmsal ixracda hansı ölkələr liderdir? - Siyahı
00:06 / 16-12-2025
"Yüz ilin tənhalığı" serialının davamı çəkilib
00:03 / 16-12-2025
Türkiyənin də kosmodromu olacaq
23:29 / 15-12-2025
Anar Ələkbərov Ramiz Rövşənin qonağı olub
22:19 / 15-12-2025
General vəzifədən azad olunub
21:49 / 15-12-2025
Nazir: "Dövlət büdcəsinə bir uşaq 4 500 manata başa gəlir"
20:36 / 15-12-2025
Ukrayna-ABŞ danışıqları yekunlaşıb
19:28 / 15-12-2025
Gültəkin Hacıbəyli Türkiyədən deportasiya olunur
19:18 / 15-12-2025
Çindən Azərbaycana gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb
19:03 / 15-12-2025
Vüqar Əhməd saxlanılıb? - Açıqlama
18:15 / 15-12-2025
Yeni icra başçısı 23 illik müavini işdən çıxarıb
18:01 / 15-12-2025
Xəstədən pul tələb edən həkimlərə xəbərdarlıq olunub
17:51 / 15-12-2025
Sumqayıtda 19 yaşlı qız dəm qazından ölüb
17:18 / 15-12-2025
Ukrayna Almaniyada döyüş dronları istehsal edəcək
17:12 / 15-12-2025
Gəlin qayınanasını öldürüb - Yenilənib
16:48 / 15-12-2025
Karen Avanesyanın məhkəməsi keçirilir
16:30 / 15-12-2025
Azərbaycan Universitetində döşəmə çöküb, tələbə xəsarət alıb
16:18 / 15-12-2025
İcra başçısının oğluna general rütbəsi verilib
16:03 / 15-12-2025
"İmişli" ilə "Karvan-Yevlax" oyunu heç-heçə bitib
15:43 / 15-12-2025
Prezident FHN əməkdaşlarını təltif edib - Siyahı
15:31 / 15-12-2025
Şəxsiyyət vəsiqəsi, pasport və daha bir neçə iş üzrə yeni xidmət qaydaları hazırlanıb
15:26 / 15-12-2025
Hərbi ekspert: Cəbhədə döyüşlər, diplomatik təmaslarda isə imitasiya gedir
15:25 / 15-12-2025
Prezident İlham Əliyev amnistiya elan edib
15:20 / 15-12-2025
İlham Əliyev altı ölkə ilə viza ləğvi barədə sazişləri təsdiqləyib
15:11 / 15-12-2025
Azərbaycan və Qazaxıstan arasında üç saziş və bir memorandum təsdiqlənib
15:02 / 15-12-2025
Prezident yeni Təşkilat Komitəsi yaradıb - Sərəncam
14:41 / 15-12-2025
Yetirməmlə fəxr edirəm - Professor yazır
16:35 / 11-12-2025
“Qarabağ” üçün həyəcan siqnalı: pley-off şansı əldən çıxır?
14:56 / 11-12-2025
Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edilib - (Yenilənib)
14:51 / 12-12-2025
Ağdərə rayonuna növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
18:20 / 14-12-2025
Pənah Hüseyn sədr vəzifəsindən istefa verib - Fotolar
14:17 / 15-12-2025
Prezident ali hərbi və ali xüsusi rütbələr verib - Siyahı
18:28 / 11-12-2025
Gələn ilin qeyri-iş günləri elan edilib - Siyahı
17:29 / 12-12-2025
Çinə qarşı yeni koalisiya formalaşdırılır
11:26 / 13-12-2025
NATO ölkələri Rusiya vilayətinin ilhaq planını hazırlayıb
00:20 / 12-12-2025
İlham Əliyev Ümummilli Liderin anım günü ilə bağlı paylaşım edib - Foto
15:25 / 15-12-2025
Prezident İlham Əliyev amnistiya elan edib
14:07 / 12-12-2025
Tramp: Ukrayna münaqişəsi III Dünya Müharibəsinə səbəb ola bilər
15:02 / 15-12-2025
Prezident yeni Təşkilat Komitəsi yaradıb - Sərəncam
Azad Kəlbəcər - İsrafil Kərimov yazır
Tarix: 22-11-2023 09:24 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla əsl sahibinə - Azərbaycana qaytarıldı.
Kəlbəcər Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. İşğaldan əvvəl 3054 kv.km. ərazisi olan rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olublar. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
Nəhayət ki, 44 günlük İkinci Vətən müharibəsi Qələbəmizlə başa çatdı! Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi hərbi əməliyyat keçirmədən işğaldan azad edildi.
Kəlbəcər işğaldan azad ediləndən sonra 2021-ci il avqustun 16-da və 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə oldular.
Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır. Bu işlər nəticəsində Kəlbəcərin əvvəlki şöhrəti bu rayona qaytarılacaqdır. Bu gün işğaldan azad olunmuş ərazilərdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. 2021-ci ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanımın iştirakı ilə Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməli qoyulub. Bununla da Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcəkdir. Həmin gün 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyuldu. 2022-ci il iyunun 26-da baş tutan səfər zamanı isə ölkə başçısının iştirakı ilə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışı, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun və “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri keçirilib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, Kəlbəcər şəhərinin Baş planı və Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq oldu.

2023-cü il avqustun 26-da ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında, Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər və “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olublar. Həmçinin 2023-cü il noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndinə səfər ediblər.
Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə ehtiva edir. Plana uyğun olaraq müfəssəl layihələndirmə aparılıb və artıq yaşayış binaları, məktəb və xəstəxananın inşasına başlanılıb. Yeni yaradılan hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki, Kəlbəcərin çox zəngin təbii enerji potensialı vardır. Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər olub. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkilir, hazırda “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasının inşası başa çatıb, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası da istifadəyə verilib.
Görülən işlər yaxın zamanlarda kəlbəcərlilərin doğma yurd-yuvalarına qayıdışını reallaşdıracaqdır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək