15:49 / 17-02-2026
Salyanda kür çayında bir nəfər boğulub
15:41 / 17-02-2026
Deputatlar daha 10 qanuna dəyşiklik edəcək
15:23 / 17-02-2026
Netanyahuya ən yaxın adamın müəmmalı ölümü...
15:13 / 17-02-2026
NATO Türk Silahlı Qüvvələri ilə bağlı paylaşım edib - Foto
14:44 / 17-02-2026
Bakının mərkəzində yanğın söndürülüb-Yenilənib - Video
14:41 / 17-02-2026
ADY-nin mühəndisi qəza törədib - Fotolar
14:35 / 17-02-2026
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
14:14 / 17-02-2026
İlin ilk Günəş tutulması başlayıb
13:38 / 17-02-2026
Britaniya narahatdır: ABŞ Mastercard və Visa-nı söndürsə, dünya 1950-ci illərə qayıdacaq
13:27 / 17-02-2026
Saxta kredit elanları verən şəxs saxlanılıb
13:14 / 17-02-2026
İtaliyada tarixi teatr binası yanır - Foto
13:11 / 17-02-2026
"Qarabağ" - "Nyukasl" matçına 27 mindən çox bilet satılıb
12:59 / 17-02-2026
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb
12:57 / 17-02-2026
Polşa Türkiyənin qlobal sistemdəki rolunu dəstəkləyir
12:46 / 17-02-2026
Taksi sürücülərinin tətili başlayıb
12:41 / 17-02-2026
II Qaregenin yerini II Sahak Maşalyan tutacaq
12:38 / 17-02-2026
Rəis məhkəmədə ifadə verib
12:32 / 17-02-2026
Güllələnən müəllimə xəstəxanadan evə buraxılıb
12:30 / 17-02-2026
Bakıda NATO-nun təlim kursu keçirilir - Fotolar
12:27 / 17-02-2026
Rusiya, Çin və İran Hörmüz boğazında təlimlərə gəmi göndərib
12:11 / 17-02-2026
Ramazan ayı ilə bağlı fətva verilib
12:06 / 17-02-2026
Bakıda 42 məktəbə direktor təyin olunub - Siyahı
11:34 / 17-02-2026
Ruben Vardanyana hökm oxunub - 20 il həbs
11:28 / 17-02-2026
Ramazan ayı başlayır - Təqvim
11:24 / 17-02-2026
Dövlət Agentliyində maaşlar gecikib
11:19 / 17-02-2026
Prezident İlham Əliyev Çin liderinə məktub göndərib
11:05 / 17-02-2026
Elektron siqaret satanlar 5 min manat cərimələnəcək
10:58 / 17-02-2026
Nazirin müşaviri vəzifədən azad edilib
10:48 / 17-02-2026
Naxçıvanda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
18:31 / 12-02-2026
Antarktidada itən cihazı yadplanetlilər aparıb? - Foto
11:47 / 16-02-2026
Rusiya və Ukraynanın cəbhədəki itkilərinin nisbəti açıqlanıb
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
13:17 / 16-02-2026
Məhkəmə baş redaktorun əleyhinə qərar verib
21:19 / 15-02-2026
Azərbaycan və Serbiya prezidentləri bəyanatla çıxış ediblər - (Yenilənib) - Video
18:41 / 16-02-2026
Sabah Günəş tutulması olacaq
Sülh carçısı - İsrafil Kərimov yazır
Tarix: 01-03-2024 14:20 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycanın qazandığı uğurlar, bütün sahələrdə əldə edilən müsbət göstəricilər onun nəinki regionda, həmçinin dünya miqyasında aparıcı ölkələr sırasına çıxarıb. Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycan qitənin aparıcı dövlətlərinin diqqət mərkəzindədir. Ölkəmizə gələn, onunla əlaqələrin genişləndirilməsinə, işbirliyi qurmaq üçün təşəbbüs göstərən ölkələrin sayı artır. Növbəti səfər fevralın 28-də reallaşıb. Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıya gəlib.
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını qeyd edərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. Ölkə başçısı həmçinin Almaniya kansleri Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb, bu zaman Fransadan fərqli olaraq Almaniyanın sülh prosesində neytrallıq nümayiş etdirdiyini qeyd edib.
“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, - deyən prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır.

Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir.
Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Cənab prezidentin vurğuladığı kimi: “Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”.
Bildirilib ki, Aİ rəsmisi Borrel və Fransa prezidenti Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir. Ona görə də İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Azərbaycan sülh danışıqları təşəbbüsü ilə çıxış etdi. Ölkəmiz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırlayıb və sülh müqaviləsinin mətninin layihəsini təqdim edib.
Görüşdə dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymayıb, Xocalı soyqırımını törədib. 2020-ci ildə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və Qarabağda separatizm yuvasını dağıtdi. Məhz bundan sonra ölkəmiz müxtəlif istiqamətlərdə, Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılaraq hücumlara məruz qalıbdır.
Prezident çıxışında Ukrayna hadisələrini misal göstərib. Bu gün Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərirlər. Bütün Qərb ölkələri, ABŞ bəyan edir ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bu zaman nədənsə Azərbaycanın ərazi bütövlüyü yaddan çıxır, ikili standartlara önəm verilir.
Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul edilir, Azərbaycan isə uzaq tutulur. Səbəb? Çox güman ki, bu da ölkəmizin İslam dinidir.
Ölkəmiz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edib. Bu qərar da əfsuslar olsun ki, kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü olan Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub.
Almaniya kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir. Bu da yalnız Azərbaycana qarşı yürüdülən ikili standart kimi qəbul edilməlidir.
Prezident İlham Əliyev bildirib ki, əgər bir il ərzində Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
Azərbaycanın özünü təmin edən ölkə olduğunu qeyd edən dövlətimizin başçısı deyib ki, ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə, biz minnətdar olarıq.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi. Təcavüz nəticəsində 20 faiz ərazimiz işğal edidi, şəhər və kəndlərimiz dağıdıldı, bir milyondan artıq soydaşımız məcburu köçkün həyatı yaşadı. Təəssüflər olsun ki, otuzillik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya - həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Azərbaycan öz torpaqlarını azad etməyə başlayanda isə bu üç ölkə ölkəmizə müxtəlif təzyiqlər göstərməyə başladılar. Onlar Azərbaycan torpaqlarının azad edilməsini açıq-aydın istəmədiklərini öz fəaliyyətləri ilə göstərdilər. 2023-cü ilin sentyabrında ölkəmizdə separatizmə son qoyuldu, ərazilərimiz tam azad edildi və dövlət suverenliyimiz bərpa olundu. Bu zaman da bu ölkələr yenə öz iç üzlərini göstərdilər. Bu gün də bu davam edir, xüsusilə ABŞ və Fransa öz ikiüzlü siyasətlərini davam etdirirlər.
Ölkə başçısının bildirdiyi kimi, “Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək