23:18 / 08-02-2026
Qərbi Azərbaycan İcması vitse-prezident Vensə bəyanat ünvanlayıb
23:10 / 08-02-2026
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
22:52 / 08-02-2026
London-Dehli sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
21:17 / 08-02-2026
Azərbaycan idmançıları 6 medal qazanıb - Fotolar
17:18 / 08-02-2026
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
14:42 / 08-02-2026
Sabah hava necə olacaq? - Proqnoz
09:55 / 08-02-2026
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər - Fotolar
09:42 / 08-02-2026
Prezidentin ailə üzvləri uşaq evində olublar
09:37 / 08-02-2026
Leyla Əliyeva və Alena Əliyeva Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər - Fotolar
08:55 / 08-02-2026
"Starlink" interneti tam nəzarətə götürmək istəyir
08:47 / 08-02-2026
ABŞ səfiri spikerə savaş elan edib
08:26 / 08-02-2026
İstirahət mərkəzində yanğın baş verib - Video
22:50 / 07-02-2026
Vensin Bakı və İrəvana səfər tarixləri açıqlanıb
22:44 / 07-02-2026
Astronavtlara "iPhone"dan istifadəyə icazə verilib
22:34 / 07-02-2026
Bermud üçbucağının sirri açılır
22:02 / 07-02-2026
"Böyük Dəbilqə": cüdoçularımız iki medal qazanıb
20:04 / 07-02-2026
Sumqayıtda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
16:49 / 07-02-2026
I Liqa: XIII tura yekun vurulub
16:31 / 07-02-2026
Müəllimi güllələməkdə ittiham olunan şagird həbs edilib
16:25 / 07-02-2026
Şagirdin güllələdiyi müəllim palataya köçürülüb
16:18 / 07-02-2026
Rusiya və Ukraynaya yayın əvvəlinə qədər müharibəni bitirmək təklif olunur
16:06 / 07-02-2026
“Barselona” superliqa layihəsindən kənarlaşıb
15:59 / 07-02-2026
68 yaşlı qadın qətlə yetirilib
15:24 / 07-02-2026
AAYDA-nın yeni sədri kollektivə təqdim edilib - Fotolar
12:50 / 07-02-2026
Sabah hava necə olacaq? - Proqnoz
12:48 / 07-02-2026
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
09:06 / 07-02-2026
Şəmkirdə evdən qadın meyiti tapılıb
08:43 / 07-02-2026
Rusiyaya qarşı sanksiyaları sərtləşdirirlər
08:31 / 07-02-2026
İordaniya kralı Türkiyəyə gəlir
19:34 / 05-02-2026
Yas mərasimlərində israfçılığa qarşı çağırış: Gəncədə sadələşdirmə təşəbbüsü dəstəklənir
19:47 / 06-02-2026
Saleh Məmmədov vəzifədən azad edilib - Yeni təyinat - Sərəncam
14:04 / 04-02-2026
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
11:12 / 06-02-2026
Bakıda liseydə şagird müəllimi güllələyib - (Yenilənib-4)
14:10 / 05-02-2026
Ağır cinayətlərdə ittiham olunan ermənilərə hökm oxunub - (Yenilənir-8) - Fotolar
23:34 / 03-02-2026
Keçmiş deputata məxsus obyektləri sökürlər
22:34 / 07-02-2026
Bermud üçbucağının sirri açılır
11:09 / 04-02-2026
ABŞ gəmiqayırma sənayesi üçün Türkiyə ilə danışıqlar aparır
18:36 / 06-02-2026
Azərbaycan Rusiyaya nota verib
16:43 / 04-02-2026
Azərbaycan sülhə mane olan qüvvələrin qarşısını alacaq
18:02 / 04-02-2026
Professor: İran siyasi qısqanclıqdan danışıqların İstanbulda keçirilməsinə imkan vermədi
16:03 / 05-02-2026
Ən etibarlı avtomobillər hansılardır? - Siyahı
Qlobal tədbirlər... - İsrafil Kərimov yazır
Tarix: 05-06-2024 10:06 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə həm də beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. İyunun 4-də də paytaxtımız növbəti mötəbər tədbirə ev sahibliyi etdi. Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və çoxsaylı qonaqların iştirakı ilə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı keçirildi. Tədbirdə 37 ölkədən 300-dək şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.
Açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev bir daha diqqətə çatdırdı ki, “bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb”. Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etdi ki, Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji.
Bu il Bakı Enerji Həftəsi Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayan «Əsrin müqaviləsi»nin imzalanmasının 30 illiyinə təsadüf edir, bu halda sazişin ötən dövrdə ölkəmizə qazandırdığı uğurların təhlili bir zərurət kimi qarşıda dayanır. «Əsrin müqaviləsi» ilə iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. «Əsrin müqaviləsi»nin imzalanması ilə qısa müddətdə Azərbaycan böyük investisiyalar məkanına çevrildi. Bu müqavilə Azərbaycana yeni dostlar və tərəfdaşlar qazandırdı. Ölkəmiz etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirdi.
Prezidentin də qeyd etdiyi kimi “Bu, məhz belə başladı və üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi. Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi. İqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı”.
Bu gün Azərbaycan özünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi uğurla təmin etmək üzrədir. Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla, səkkiz dövlətə qaz nəql edir. Baxmayaraq ki, müəyyən dairələr Azərbaycanın Avropanın artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarının olmaması barədə ardıcıl şayiələr tirajlayırdı. Lakin prezident İlham Əliyevin formalaşdırdığı konfiqurasiya həmin əsassız kampaniyalar seriyasına uğurlu cavab oldu. Xüsusən Azərbaycan prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar hesabına ölkəmiz bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısı rolunda çıxış etməkdədir. Amma başqa bir reallıq da var ki, Azərbaycan özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görür.

Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkənin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydındır - Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib.
Dövlətimizin başçısının vurğuladığı kimi, "bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik". Lakin Azərbaycan özünün yolunu müəyyən edib, yaşıl enerjiyə keçid sahəsində addımlarla və COP29-a ev sahibliyini üzərinə götürməklə bu işə töhfə verməkdə qətiyyətini ortaya qoyub və start verilən Bakı Enerji Həftəsi və bütövlükdə mövcud siyasi kursun konseptual baxışı deməyə əsas verir ki, Azərbaycan hazırda yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır və işlər şaxəli, tarazlaşdırılmış şəkildə həyata keçirilir.
Məhz bu amil Azərbaycanın qlobal enerji təhlükəsizliyində, bütövlükdə qlobal siyasətdə çəkisini ciddi formada artırır. Təsadüfi deyil ki, məhz bu inkaredilməz amillər qarşısında hətta Azərbaycana qeyri-dost münasibətdə olan dövlətlər belə əks arqument tapmadı və COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verildi. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək