08:15 / 24-06-2025
Yaxın Şərq ölkələrinə getməyin!
08:09 / 24-06-2025
Şahzadə Uilyam tacdan imtina edə bilər
07:55 / 24-06-2025
Som balığı beş nəfəri yaralayıb
07:50 / 24-06-2025
Zaxarova: Qərb İranda hakimiyyəti dəyişməyə cəhd edir
07:44 / 24-06-2025
Polkovnik İran XİN-nin bəyanatını dəyərləndirib
07:09 / 24-06-2025
İran və İsrail atəşkəsə razılaşıblar
06:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib
23:45 / 23-06-2025
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
21:27 / 23-06-2025
İran Qətər və İraqdakı ABŞ bazalarına raket atıb
19:29 / 23-06-2025
Britaniya İrana mesaj yollayıb
19:12 / 23-06-2025
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
18:53 / 23-06-2025
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
18:00 / 23-06-2025
Ağ Ev: "ABŞ Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir"
17:43 / 23-06-2025
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
17:20 / 23-06-2025
Agentlik TƏBİB-in 17 milyonluq tenderini ləğv edib
17:14 / 23-06-2025
Qərb Universiteti Tam Orta Məktəbi şagirdlərə attestat vermir? - Açıqlama
16:44 / 23-06-2025
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
16:30 / 23-06-2025
Dövlətə xəyanətdə ittiham olunan şəxsə hökm oxunub
16:03 / 23-06-2025
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
15:49 / 23-06-2025
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
15:15 / 23-06-2025
Azərbaycan Suriyaya başsağlığı verib
15:14 / 23-06-2025
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
15:03 / 23-06-2025
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
15:01 / 23-06-2025
Zelenski: Rusiya, İran və KXDR qatillər koalisiyasıdır
14:49 / 23-06-2025
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
14:34 / 23-06-2025
ABŞ-nın hərbi bazası hücuma məruz qalıb
14:33 / 23-06-2025
Putin: İrana təcavüzün heç bir əsası yoxdur
14:23 / 23-06-2025
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
13:56 / 23-06-2025
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
16:11 / 19-06-2025

17:28 / 20-06-2025

11:32 / 19-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

14:57 / 22-06-2025

12:30 / 20-06-2025

16:26 / 20-06-2025

15:58 / 21-06-2025

16:45 / 21-06-2025

09:57 / 19-06-2025

Zəfər tariximiz - İsrafil Kərimov yazır
Tarix: 20-06-2024 11:24 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın möhkəm təmələ əsaslanan uğurları fonunda daim bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaq. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzə - Azərbaycan xalqına, haqq və ədalətə, beynəlxalq hüquqa və artan gücümüzədir.
26 İyun - Silahlı Qüvvələr Günününü məhz bu uğurumuzun - torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik. Hər bir bayram tədbiri əldə olunan uğurlarla bağlı bir ümumiləşdirmə aparmağı, qarşıdakı dövr üçün prioritetləri açıqlamağı bir zərurətə çevirir. 26 İyun - Silahlı Qüvvələr Günündə ordumuzun keçdiyi inkişaf yolunu bir yazıda əhatə etmək mümkün olmasa da, reallıq budur ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açıb.
Müstəqilliyimizin ilk illərində mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu.
Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticəsini göstərdi. Aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə Azərbaycan işğal altında olan torpaqlarını hərb yolu ilə azad etmək gücündədir. Azərbaycanın güclü, peşəkar ordusu var.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Böyük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan Azərbaycan Ordusunun uğurları Ali Baş Komandan İlham Əliyevin gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir.
Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, müasir, mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biridir.
Qeyd edək ki, hələ Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gərgin səyləri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin əsası qoyulub. Azərbaycanın müstəqil gələcəyini düşənən Ümummilli lider ordumuzun gənclərimizin sayəsində formalaşacağını önə çəkərək, belə bir məktəbin yaradılmasını zəruri hesab edib. Ordumuzda xidmət edən zabitlərin əksəriyyətinin ulu öndər Heydər Əliyevin yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları, quru qoşunlarının, hərbi hava və hərbi dəniz qüvvələrinin məzunlarıdır. Son illərdə imkan və potensialı daha da artan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik, Ali Hərbi Təyyarəçilik məktəblərinin kursant və şahinləri hər zaman döyüşə hazır olduqlarını keçirilən hərbi paradlarda nümayiş etdirirdilər.
Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində Qələbəmizi şərtləndirdi. Təsadüfi deyil ki, ordumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə aparılması nümunəsi adlandırılır. İşğaldan azad edilən Azərbaycan torpaqlarında törətdikləri barbarlıqları, vəhşilikləri, mülki əhaliyə qarşı törətdikləri qəddarlığı görən dünya ictimaiyyəti də təsdiqləyir ki, başqalarına nifrət hissi Ermənistanda olduğu kimi heç bir dövlətdə, millətdə yoxdur.
Ötən ilin sentyabr ayında keçirilən bir günlük antiterror tədbirləri isə Qarabağın işğaldan azad edilməsini sona çatdırdı. Torpaqlarımız tam azad edildi, Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Xocavənddə Dövlət bayrağımız ucaldıldı.
Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. Azərbaycan, Rusiya, Ermənistan arasında Bəyanatı imzalamaqla tolerant ölkə kimi imicini qorudu, multikultural dəyərlərin bəşəri, qüdrətli gücə malik olduğunu göstərdi. «Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir»,- söyləyən və bu tarixin müəllifi olan Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Bildirdi ki, Qarabağ bizimdir. Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər