15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
16:55 / 09-02-2026
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Gözəlliyin rəmzi - İsrafil Kərimov yazır
Tarix: 06-03-2023 15:45 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hər il yüksək səviyyədə qeyd olunan 8 Mart - Beynəlxalq Qadınlar Günü bu tarixi günün önəmini bir daha xatırladır, qadınlara dəyərin bariz nümunəsi kimi vurğulanır.
Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra qadınların ölkənin ictimai-siyasi həyatında fəallığının artırılması istiqamətində davamlı addımlar atıb. Qadınların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev daim qadınlara diqqət və qayğı ilə yanaşıb, ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarını təmin etmək üçün davamlı tədbirlər həyata keçirib.
Dövlətimizin başcısı İlham Əliyev öz çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevriliblər. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atıb.
Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edərkən təbii ki, fəaliyyəti hər birimiz üçün örnək olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri göz önünə gəlir. Mehriban xanım Əliyevanın fəaliyyətinə diqqət yetirdikdə görürük ki, atdığı hər addımın əsasında xeyirxahlıq, humanizm, səmimiyyət, vətəndaşlıq təəssübkeşliyi dayanır. Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar, hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur.
Mehriban xanım Əliyevanın fəaliyyətinə verilən ən böyük qiymət təbii ki, xalqın sevgisidir. Məhz bu etimad, inam onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını şərtləndirən əsas amillərdəndir.

Dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlara böyük dəstək olan Mehriban xanım Əliyevanın bu münasibətlə xalqımıza müraciətlərinə diqqət yetirdikdə mərhəmətin, sədaqətin, xeyirxahlığın, ən əsası, vətənpərvərlik duyğularının nə qədər böyük olduğunu görür, onun hər zaman dövlətimizin inkişafı, xalqımızın firavan yaşaması istəyini ortaya qoymasının şahidi oluruq. 44 günlük İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərimizə dövlətimizin başçısı İlham Əliyevlə birgə səfərləri, həmçinin ölkə prezidenti ilə birgə müharibə başa çatandan sonra ilk olaraq yaralı döyüşçülərə baş çəkmələri və sair kimi biri-birindən diqqətçəkən addımlar vətənpərvərlik hissinin böyüklüyündən xəbər verir.
Bu gün hər bir Azərbaycan qadını, anası xoşbəxtdir, qürurludur. Yetişdirdikləri övladlar 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, torpaq həsrətinə son qoydu, vaxtilə itirilmiş qürurumuzu özümüzə qaytardı.
Bu gün analarımız Beynəlxalq Qadınlar Gününü qələbə sevinci ilə qeyd edirlər. Şəhid anaları, bacıları, bütün qadınlarımız üçün ən böyük bayram hədiyyəsi qəhrəman oğullarımızın yazdığı tarix, torpaqlarımızı işğaldan azad edib düşməni diz çökdürməsi, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmamasıdır.
Bayramınız mübarək, əziz qadınlar!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək