22:31 / 16-09-2025
Vardanyan Paşinyan, Minsk qrupu üzvləri və BQXK nümayəndələrinin dindirilməsini istəyir
21:03 / 16-09-2025
Sumqayıtda yaşayış binasında yanğın olub
19:49 / 16-09-2025
"Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə təlimi başa çatıb - Video
18:00 / 16-09-2025
Dövlətə məxsus 55 maşın hərracda satılıb
17:44 / 16-09-2025
Prezidentin Azərbaycana səfəri başa çatıb - Fotolar
17:39 / 16-09-2025
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
17:36 / 16-09-2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub - Fotolar
17:23 / 16-09-2025
ATƏT rəsmisi: "Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb"
17:08 / 16-09-2025
Sabah leysan yağacaq - Xəbərdarlıq
16:46 / 16-09-2025
Ağacın 1 qramı 10 min dollardır
16:41 / 16-09-2025
Prezidentlər güllələnmiş heykəllərə baxıblar - Fotolar
16:35 / 16-09-2025
Zaqatala sakini bağında döyülüb
16:25 / 16-09-2025
Azərbaycan və BƏƏ liderləri Şuşa qalasının önündə - Foto
16:09 / 16-09-2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - Fotolar
16:07 / 16-09-2025
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
15:55 / 16-09-2025
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
15:39 / 16-09-2025
Azərbaycan və BƏƏ prezidentləri Milli Xalça Muzeyinin Şuşa filialında olublar - Fotolar
15:20 / 16-09-2025
Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək
15:11 / 16-09-2025
Cəlilabadda məktəbli bıçaqlanıb
15:07 / 16-09-2025
Nigar Köçərlinin kitabları müsadirə olunub? - Açıqlama
14:55 / 16-09-2025
Alla Puqaçovanın son müsahibəsi 16 milyondan çox baxış toplayıb
14:50 / 16-09-2025
Prezident iqamətgahı üzərindən uçan PUA ələ keçirilib
14:44 / 16-09-2025
İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir
14:06 / 16-09-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub - Yenilənib
13:39 / 16-09-2025
Prezidentlər Füzulidən sonra Şuşaya gediblər - Fotolar
13:31 / 16-09-2025
Zülfüqarov: Xankəndidə terror törətməklə bir neçə məqsədə çatmaq istəyiblər
13:27 / 16-09-2025
Sabah yağış yağacaq
12:57 / 16-09-2025
Əliyar Ağayev “Bayer”in oyununa təyinat alıb
12:53 / 16-09-2025
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
12:45 / 16-09-2025
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

13:31 / 16-09-2025

15:37 / 14-09-2025

09:10 / 12-09-2025

13:50 / 14-09-2025

Qarabağa qayıdan həyat - Kənan Hacı yazır
Tarix: 02-12-2020 15:34 | Bölmə: Kənan HACI

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Qalibiyyət duyğusu nə möhtəşəm duyğu imiş! Hiss və həyəcanlarımızı sözə çevirmək çətindir. Vətənin qəddi dikəldi, insanlar natamamlıq kompleksindən xilas oldular.
Müharibənin ilk günü evdə qərar tuta bilmədim, dostlarla zəngləşib şəhərə çıxdıq. Xəbər gəldi ki, artıq Ordumuz yeddi kəndi işğaldan azad edib. İlk adrenalin dalğası! Küçələrdə dolaşan insanları müşahidə edirəm, üzlərdə sevinc işartıları görünür. Hər kəs müharibədən danışır, inamlı və qətiyyətli addımlarla müxtəlif səmtə üz tutan adamların hər biri arxa cəbhənin alınmaz qalalarıdır.
Axşam xəbər gəlir ki, Murov yüksəkliyi düşməndən azad edildi. Jurnalistlər binasının həyətində ilk qələbə xəbərini çay süfrəsi arxasında qeyd edirik. Hər gün həyətdəki “besedka”da yığışıb həyəcanla cəbhə xəbərlərini gözləyirdik. Qırx dörd gün! Vaxtı az qala, hüceyrələrimizlə hiss edirdik. Hər ötən dəqiqə intizar yüklü idi. Ali Baş Komandan İlham Əliyev “sona qədər gedəcəyik!” deyirdi. Xalq yumruq kimi birləşmişdi. On milyon ürək “Qarabağ Azərbaycandır!” eşqiylə döyünürdü.
Düşmən Gəncəni, Bərdəni bombalamaqla xalqımızın iradəsini sarsıtmaq istədi. Tərtər mərmilərə sinəsini sipər etdi. Bircə nəfər belə addımını geri qoymadı. Bu müqəddəs Cihadda Şuşa Azərbaycanın Məkkəsi idi. Qarabağ and yerimiz idi. Biz Ali Həqiqət uğrunda savaşırdıq. Bizim savaşımız haqq savaşı idi. Biz haqqa talib millətik. Modern dünya belə savaş görməmişdi. Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya hərb tarixinə yazıldı.
Şuşa! Həyatım boyunca bu qədər həyəcan yaşamamışdım. Qorxdum ki, sevincdən ürəyim dayanar. “Şuşa” şeirini bir neçə gün öncə yazmışdım.
Şuşa! Ruh bədənə qovuşan kimi,
Vüsalın can verir Azərbaycana.
Səninçün köklənib qəlbimin simi,
Ruhlar müjdə verir Seyyidə, Xana.
Vaqif türbəsindən əl edir bizə,
Ruhu salamlayır igid əsgəri.
Xan qızı Natəvan çıxıbdır düzə,
Köksünə sıxıbdır ər oğlu əri.
Uğrunda igidlər can fəda edir,
Silir torpağından düşmən izini.
Dikəlir Vətənin qəddi, dikəlir,
Biz qanla yazırıq zəfər sözünü.
Ürəyim ağactək çiçək-çiçəkdi,
Bu payız çağında ey bahar Şuşam!
Baxma ki, yolların çəndi, çisəkdi,
Bu səhər bəxtinə gün doğar, Şuşam!
Bu gün təbiət də döyüşür orda,
Kəsir bənd-bərəni, bağlayır yolu.
Təpələr dumanı atır üstündən,
İgidlərin yolu aydınlıq olur.
Ömrün də dağı var, yal-yamacı var,
Vaxtın atlarıyla həsrət düzündən
Keçdik, vüsalına yetdik, Qarabağ,
Öpdük hər çiçəyin, gülün üzündən.
Ali Baş Komandan xalqa üz tutub
Müqəddəs savaşdan xəbərlər verir.
Onun hər sözündə qətiyyət, qürur,
Sənin haqqın idi bu zəfər! – deyir.
Gözün aydın olsun, Azərbaycanım,
Gözündə çağlayan sevinc yaşıdır.
Bu savaş yenilməz Azərbaycanın
Vətən savaşıdır, haqq savaşıdır!
Bu şeirin yazılmasından 17 gün sonra Şuşa Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu. Qacarın baş qoyub getdiyi Şuşanı igid əsgərlərimiz misilsiz qəhrəmanlıqlar göstərərək işğaldan azad etdilər. Dünya hərb tarixində belə bir döyüş olmayıb. Aslan kimi döyüşə atılan igid əsgərlərimiz düşməni əlbəyaxa döyüşlərdə də məğlub etdilər. Məhz bu döyüşdən sonra düşmənin iradəsi sarsıldı, qəddi büküldü, kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Hələ müharibədən öncə Qarabağ savaşıyla bağlı paralel olaraq iki roman üzərində işə başlamışdım, müəyyən hissələr də yazılmışdı. Savaş günlərində bir cümlə də yaza bilmədim. Azərbaycan əsgəri müqəddəs torpaqlarımızda Zəfər tarixini yazırdı. Qarabağla bağlı bu günə qədər yazılan bədii əsərlərin dəyərini azaltmadan belə düşünürəm ki, ən mükəmməl əsərlər məhz bundan sonra yazılacaq. O əsərləri qalib ölkənin yazıçıları yazacaq.
Laçın işğaldan azad olunan gün Şəhidlər Xiyabanını ziyarət etdim. O müqəddəs məkanda uyuyanlar arasında həmyaşıdlarım, sinif yoldaşlarım var. Müharibə bizim nəslin taleyində də dağıntılar törədib. Müharibə bizim gəncliyimizi əlimizdən aldı. Onlar isə həyatını bu Vətənə qurban verdi. Onların qanı tökülən torpaqlar bu gün azaddır.
Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad olunması xəbərini məhz burada - Şəhidlər Xiyabanında xalqa bəyan etdi. Müzəffər Azərbaycan Ordusu həm də burda yatan igidlərin ruhundan güc aldı və düşməndən bütün şəhidlərimizin qisasını aldı.
Səxavətin didərgin ruhu dinclik tapdı. Allahverdi Bağırovun gözü yollardan çəkildi. Şəhid atası Sabir Əhmədli, əbədi məkanında rahat yat! Yurdun yağılardan təmizləndi.
Salatın Əsgərova, Çingiz Mustafayev, Gültəkin Əsgərova, Ramiz Qəmbərov, Şirin Mirzəyev, Raquf Orucov, Sənan Axundov, Şükür Həmidov... Ruhunuz şad olsun, şəhidlər!
Gözün aydın, Vətən!
Gözün aydın, Yurd yeri! Gedənlərin qayıdır!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır