17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
13:54 / 22-10-2025
Məşhur kino şirkətini satışa çıxarıblar
13:33 / 22-10-2025
Mərkəzi Asiyadakı qaz kəməri...
13:27 / 22-10-2025
Estoniya Azərbaycanda səfirlik açacaq
13:03 / 22-10-2025
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - Sərəncam
12:56 / 22-10-2025
Müğənni: "Musa əvvəl rəhmətə getsin ki, onu şanlı-şöhrətli dəfn etdirim"
12:41 / 22-10-2025
Sabah bəzi ərazilərə yağış yağacaq
12:39 / 22-10-2025
Axtarışda olan 4 nəfər Azərbaycana gətirilib
12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

18:38 / 17-10-2025

19:14 / 18-10-2025

13:12 / 21-10-2025

14:39 / 19-10-2025

Sarsılmaz təbəssümün doğum günü - Kənan Hacı yazır
Tarix: 27-01-2022 10:22 | Bölmə: Kənan HACI

Kənan Hacı
Rövşən Rəsulov Azərbaycan jurnalistikasında öz dəst-xətti olan qəzetçilərimizdəndir. Hər yazısında fitrətdən gələn peşəkarlıq, müraciət etdiyi mövzuya dərindən bələdlik hiss olunur və bu yazıların mayasında sonsuz Vətən eşqi, Vətən təəssübkeşliyi, dövlətçiliyə sədaqət nəbz kimi vurur. Geopolitik siyasətin dolanbaclarında hələ də nifrət körükləyən zəhərli beyinlərin məhsulu olan zərərli fikirləri tutarlı arqumentləri ilə darmadağın edən yazıları, Azərbaycanın Qafqazda lider dövlətə çevrilməsini gözü götürməyən bədxahlara, qəsbkarlıqdan başqa heç bir sağlam niyyət tanımayan bədnam qonşularımıza verdiyi tutarlı cavablar onun geniş erudisiyasına, intellektinə dəlalət edir. Bəzən qəzəbi alov saçır. Düz də edir - düşmənlə gərək öz dilində danışasan!
Elə xüsusiyyətlər var ki, o, nə təcrübə ilə, nə də oxuyub-öyrənməklə qazanılır. Yuxarıda "fitrətdən gələn peşəkarlıq" ifadəsini əbəs yerə işlətmədim. Orta nəsil 1988-ci ildə Topxanada Qarabağ hadisələrinin məşum işartıları görünəndə o zaman hələ müstəqil olmayan mətbuatımıza bomba kimi düşən "Topxana harayı" yazısını yəqin ki, xatırlayır. O tarixi yazı səhv etmirəmsə, "Həyəcan təbili" rubrikasıyla təqdim olunmuşdu. Özü də "Kommunist" qəzetində! Hansı jurnalistin buna cəsarəti çatardı?! Məhz o yazı Azərbaycanda azad, müstəqil mətbuatın bünövrəsini qoydu.
O dövrdə rəsmi dövlət qəzetlərində dərc olunan yazılar Mərkəzi Komitədə müzakirə olunurdu. Hansısa kiçik bir səhv həmin jurnalistin kitabını birdəfəlik bağlaya bilərdi. Firudin Rəsulov "Topxana harayı"nı bütün təhlükələri göz altına alıb yazmışdı. Bu cəsarəti ona verən Millət sevgisi, Vətən təəssübkeşliyi idi. Ruhunu sayğıyla anırıq. Rövşən Rəsulov məhz o köklü-köməcli ağacın böyüyən, qol-budaq atan bir parçasıdır. Onu jurnalistikaya gətirən məhz bu "haray" idi. O, Firudin Rəsulov məktəbi keçib, o nəslin nümayəndəsidir.

Rövşən Rəsulov
Rövşən Rəsulov da əmisi kimi, Dövlətə, Xalqa, Millətə qarşı nifrət püskürənlərə qarşı həmişə amansız olub. Sosial şəbəkələrdə sərrast atıcı kimi düşməni həmişə alnından vurmağı bacarıb!
Onunla sıx ünsiyyətimiz Jurnalistlər binasında qonşu olandan sonra yaranıb. Rövşənin səmimiyyəti, etibarı, dostcanlılığı, qəlbinin dərinliklərindən süzülüb gələn işığı, eynəyinin arxasında həmişə dipdiri görünən həyat eşqi, ən sıxıntılı vaxtlarda belə həyata dirəniş göstərən sarsılmaz (!) təbəssümü onu mənim nəzərimdə ucaldan ən ali cəhətlərdəndir.
Rövşən, əzizim! Bu dar macalda ha illah elədim ürəyimdən gələn sözləri qısa, yığcam şəkildə ifadə edim, amma söz sözü çəkdi, fikir fikri gətirdi, sözüm bir az uzandı. Sənə ailənlə, övladlarınla birgə sağlam, fərəhli və uzun bir ömür arzulayıram! Sənin kimi insanların varlığı həm də millətimizin, mediamızın, ali insani dəyərlərin varlığı deməkdir.
Birlikdə çəkdirdiyimiz bir foto var, arxada ocaq yanır. Ocağın hər zaman gur yansın və doğmalarını hər zaman isindirsin, qardaşım!
Bağrıma basıram!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır