18:45 / 20-05-2025
Yanacaqsız işləyən mühərrik kəşf ediblər
18:23 / 20-05-2025
Tramp Avropa liderlərini çıxılmaz vəziyyətlə üzləşdirir
18:14 / 20-05-2025
Tofiq Yaqublunun şikayəti rədd olunub
18:12 / 20-05-2025
Ukrayna nümayəndələri İstanbul görüşündə rus dilində danışıblar
18:02 / 20-05-2025
İlham Əliyevlə Viktor Orban görüşüb - Birgə bəyanat - (Yenilənib) - Fotolar
17:54 / 20-05-2025
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
17:48 / 20-05-2025
Polis 75 kq narkotik maddəni dövriyyədən çıxarıb - 10 nəfər saxlanılıb
17:24 / 20-05-2025
10 kiloqram qızılı talayan dəstə tutulub - Video
17:12 / 20-05-2025
Prokuror "Abzas işi" ilə bağlı cəza istəyib
16:34 / 20-05-2025
Tanınmış musiqiçi xeyriyyəçilik edib - Fotolar
16:01 / 20-05-2025
Ər arvadını öldürərək Kür çayına atıb
15:55 / 20-05-2025
Tramp sülh danışıqlarından çıxa bilər: “Bu, mənim müharibəm deyil”
15:43 / 20-05-2025
Xamnəi ABŞ-la danışıqlardan müsbət nəticə gözləmir
14:50 / 20-05-2025
III Çarlz Azərbaycan prezidentinə məktub göndərib - Mətn
14:47 / 20-05-2025
Kral Salman İlham Əliyevə məktub ünvanlayıb
14:30 / 20-05-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
14:29 / 20-05-2025
Rusiyaya qarşı 17-ci sanksiya paketi təsdiqlənib
14:20 / 20-05-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
14:04 / 20-05-2025
İlham Əliyev Macarıstanda işgüzar səfərdədir - Fotolar
14:00 / 20-05-2025
İcra başçısı onları vəzifədən azad edib
13:33 / 20-05-2025
Hindistan Ermənistanın silah bazarında Rusiyanı əvəz edir
13:08 / 20-05-2025
Sumqayıtdakı zavodda partlayış olub - (Yenilənib)
13:02 / 20-05-2025
Limana və gəmilərə hücum ola bilər
12:59 / 20-05-2025
İki direktora şiddətli töhmət veriblər
12:51 / 20-05-2025
“Son zəng” iyunun 14-də çalınacaq
12:34 / 20-05-2025
Pakistan və Hindistan razılaşıb
12:22 / 20-05-2025
Ərdoğan vasitəçilikdən nə qazanır?
12:01 / 20-05-2025
Un neçəyədir? - Açıqlama
11:56 / 20-05-2025
Əleyhdarları lüks təyyarəni Trampdan almaq istəyirlər
11:34 / 20-05-2025
Üç ölkə İsraili sanksiyalarla hədələyir
15:02 / 16-05-2025

09:51 / 16-05-2025

17:37 / 16-05-2025

08:45 / 16-05-2025

01:38 / 16-05-2025

14:21 / 16-05-2025

10:38 / 17-05-2025

16:30 / 19-05-2025

12:20 / 16-05-2025

08:33 / 16-05-2025

11:12 / 16-05-2025

09:20 / 16-05-2025

Şeyx Nizamini ziyarət və ya səkkiz gün piyada gedən yolçu
Tarix: 06-12-2022 16:04 | Bölmə: Kənan HACI

Kənan Hacı
Nizami Gəncəvi bəşər mədəniyyətinin dühalarındandır. Onun poeziyası həmişə zamanın fövqündə dayanıb. Yəqin ki, dünya durduqca belə olacaq. Nizami sənətinin genişliyindən cild-cild kitablar yazılıb, insanlar zaman-zaman onun sözünün sehrinə düşüb. Bu genişliyin məğzini, mənasını nələr şərtləndirir? Bu suala hərə bir cür cavab verib. Mən yazıda sübutlar, aksiomlar, postulatlar yürütmək fikrində deyiləm. Nizamiyə hər kəsin öz münasibəti var – alim yanaşması bir başqadır, şair yanaşması tamam başqadır. Bir də Nizami aşiqi olan sadə insanlar var.
Bu günlərdə Buzovna qəsəbəsinin axundu, ilahiyyatçı alim, şair Hacı Soltan Əlizadə mənə bir əhvalat danışdı. Bu vaqeə məni son dərəcə təsirləndirdi. Buzovna qəsəbəsində sadə həyat tərzi sürən, maldarlıqla ailəsini dolandıran bir insan yaşayır. Heybət Hacı Dadaş oğlu. Onun Nizami şəxsiyyətinə və yaradıcılığına vurğunluğunu sözlə ifadə etmək çətindir. Onun Nizamiyə sevgisində hardasa ilahi bağların olduğuna inanıram. Heybət kişi Nizamiyə vurğunluğunu qeyri-adi formada ifadə edib. Necə? Deyim, siz də agah olun.
Hacı Soltan danışır:
Günlərin bir günü yolla gedirdim, Heybət kişigilin qapısından keçəndə gördüm, qapının ağzında kətil qoyub oturub. O, əlində Nizaminin kitabını tutmuşdu və kitabı oxuduqca gözlərindən yaş süzülürdü. Ayaq saxladım, salamlaşdıq. Soruşdum ki, Heybət kişi, nə baş verib, niyə ağlayırsan? Dedi ki, Hacı, bilirsən, Şeyx Nizami ömür boyu Həcc ziyarətinə getməyi arzulayıb, amma bu, ona qismət olmayıb. Gör e, o boyda Nizamiyə bu müqəddəs ziyarət qismət olmayıb! Amma indi baxıram, elə adamlar Həccə gedir ki, deməyə söz tapmıram. Buna görə ağlayıram... Allah Şeyxin məqamını həmişə uca eləsin!
Heybət kişi heç vaxt “Nizami” deməz, ondan söz düşəndə həmişə ehtiramla “Şeyx” deyər. Hacı Soltan danışır ki, Heybət kişinin bu sözləri məni mütəəssir etdi. Uzun müddət onun bu sözləri fikrimdən çıxmadı.
Doğrudan da, heç bir savadı olmayan sadə bir kəndli çoxlarının əhəmiyyət vermədiyi bu incə məqamı tuta bilib və sidq-ürəkdən Nizaminin Məkkəni ziyarət edə bilməməsinə təəssüfünü göz yaşlarıyla ifadə edir. Nizami ona görə böyükdür ki, elmsiz, təhsilsiz insanlar da ondan nəsə götürə, faydalana bilir. Əslində Nizaminin mürəkkəbliyi aydınlığındadır. O, özünün hikmət xəzinəsini hər kəsin üzünə açıb və hər kəs öz düşüncəsinə uyğun o xəzinədən özü üçün nəsə götürə bilib. Nizami sanki əl yeri bilinməyən bir xalça toxuyub, bu xalçada hər şey nə vaxtsa, hardasa olub. Amma hər şey yenidir, təkrarsızdır. Sehrli barmaqlar bu xalçanı ideal səviyyədə yaradıb, gördüyümüz, bildiyimiz gerçəklərdən yaradıb.
Hacı Soltan danışır:
Aradan uzun müddət keçdi. Günlərin bir günü Heybət kişi mənə dedi ki, Hacı, sabah səhər sübh namazından sonra yanına gələ bilərəm? Dedim, əlbəttə, nə məsələdir? Dedi mən əhd eləmişəm, Buzovnadan Şeyx Nizaminin Gəncədəki məqbərəsinə qədər pay-piyada yol gedəcəyəm. Heyrətə gəldim, bu qədər uzaq yolu piyada necə getmək olar? Dedi Hacı, xahiş edirəm, məni Quranın altından keçir, mənə xeyir-dua ver, sağ-salamat gedib gəlim. Amma sən Allah, bu söhbət ikimizin arasında qalsın, heç kəs bilməsin. Baxdım ki, səfər paltarındadır, yeməyə də özüylə azuqə götürmüşdü. Xeyir-dua verdim, sağollaşdıq. Heybət kişi yola düşdü. Bir neçə gün fikrim onun yanında qaldı ki, görəsən necə oldu, necə getdi, sağ-salamat mənzil başına çata bildimi? Zarafat deyil, 400 kilometrlik yolu gecə-gündüz pay-piyada getmək hər adamın işi deyil. Görün, bunun Nizamiyə eşqi, məhəbbəti nə qədər böyük imiş! Gəncədə Nizaminin məqbərəsi tikiləndən bəri belə bir hadisə yəqin ki, heç vaxt baş verməyib. Onun salamatlığı üçün dua edirdim.
Heybət kişi sərasər səkkiz gün iyirmi saat yol gedir. Rayonlardan birindən keçəndə qarşısına bir dəstə adam çıxır. Qəribə görkəmi, səfər geyimində olması onların diqqətini cəlb edir. Ondan hara getdiyini soruşurlar. Deyir ki, Şeyx Nizaminin məqbərəsini ziyarətə gedirəm.
Soruşurlar ki, o kimdir? Heybət kişi bərk əsəbiləşir, özündən çıxır. Deyir siz Şeyx Nizamini, Azərbaycanın mütəfəkkir şairini tanımırsınız? Ayıb olsun sizə!
Adamlar onu anlamırlar, təəccüb içində ötüb keçirlər. Növbəti dəfə qarşısına çıxan adamlar ondan hara getdiyini soruşurlar, Heybət kişi səfərinin məqsədini dilə gətirir. Adamlar yenə onu anlamırlar.
- Yaxşı, bu səfərinin məqsədi nədir? – deyə soruşurlar.
- Şeyx Nizami böyük şairdir, müqəddəs adamdır. Mən əhd eləmişəm ki, piyada onun məzarına qədər yol gedib o türbəni ziyarət edəcəm,- Heybət kişi cavab verir.
Adamlar başlarını bulayıb ötüb keçirlər.
Heybət kişi yorulanda, acanda yolüstü kafelərdən birinə girib nahar edir, həm də bir az dincəlirmiş. Sən demə, imkanlı, vəzifəli şəxslərdən biri onu görüb maraqlanıb ki, bu adam kimdir, hara gedir? Deyiblər Nizaminin məqbərəsini ziyarətə gedir, özü də pay-piyada yola çıxıb. Həmin şəxs sürücüsünə tapşırır ki, nəzarət elə, yol boyu bu adam hansı kafeyə, restoran girsə, ondan pul almasınlar.

Heybət kişi Nizaminin məqbərəsinə çatanda tamam haldan düşmüşdü, ayaqları şişmiş, ayaqqabıları sökülüb bir neçə yerdən çat vermişdi.
Danışır ki, özümü məzarın üstünə güclə çatdırdım, elə oradaca düşüb qaldım.
Məqbərənin bələdçiləri bu qəribə ziyarətçinin halını görüb təsirlənmişdilər. İlk dəfə idi ki, belə ziyarətçiyə rast gəlirdilər.
Heybət kişi nəzir edibmiş ki, Şeyxin məqbərəsinə sağ-salamat çatsam, ordan da İmamzadə pirini ziyarət edəcək. Orda tanımadığı bir adam Heybət kişiyə pul verir ki, bu nəziri də mənim adımdan İmamzadəyə apar.
Hacı Soltan deyir ki, 2021-ci il Nizami ili elan olunmuşdu. Hər kəs öz qabiliyyəti, bacarığı daxilində Nizamiylə bağlı öz töhfəsini verdi: alimlər Nizamişünaslığın toxunulmayan mövzularını araşdırıb tədqiqat əsərləri yazdılar, şairlər, yazıçılar bədii əsərlər yazdılar, rəssamlar Nizaminin əsərlərinin illüstrasiyalarını çəkdilər. Heybət kişi isə özünün təbirincə desək, Şeyx Nizamiyə məhəbbətini bu formada ifadə etdi. Səkkiz gün Nizami eşqiylə yol getdi; piyada, usanmadan, yorulmadan, bu yolun cəfasını sevgiylə çəkdi və ziyarəti qəbul olundu.
Nizami sözünün gerçək mənasının üstündə fövqəladə bir məcazi mənası və onun minbir zənginliyi iç-içədir. Real məna o qədər möhtəşəm təmasdır ki, ən uca, ən uzaq məcaz dünyasını çiynində daşıya bilir. Heybət kişinin Şeyxin ruhu ilə təması ilahi eşqin təcəllasıdır və məcazlar dünyası bu görüş üçün zəmin hazırlamışdı. Heybət kişi Nizaminin kitabını dəfələrlə oxuduqca onun fəlsəfəsinə özü də bilmədən aşina olmuşdu, Şeyxin ilahi həqiqət məqamına yüksəlmişdi və içində möhkəmlənən bu həqiqət onu bu uzun və çətin bir səfərə sövq etmişdi. Allaha can atan insanın sevgisində təmənnasızlıq var.
Peyğəmbərlərin, övliyaların, alimlərin yolunda hər cövrü-cəfaya dözə bilmək üçün insanın içində bir iman işığı parlamalıdır. Heybət kişinin mənəvi dünyası iman işığı ilə müzəyyən idi. O, Nizaminin yetişdirdiyi insan idi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Kənan HACI
Bölməyə aid digər xəbərlər
9-03-2023, 16:34
Kənan HACI - Əzizə Cəfərzadənin oxuculara tanış olmayan romanı - “Qobustan çökəklərində”
26-12-2022, 17:30
Kənan HACI - Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
15-08-2022, 17:31
“Hamı yoldan yarısın...” - Kənan Hacı yazır
4-07-2022, 12:08
Yazıçının son əsəri - “Eşq sultanı” - Kənan Hacı yazır
31-01-2022, 10:43
Epifaniya və ya “Omikron” mövsümü - Kənan Hacı yazır
3-04-2020, 17:50
Kənan HACI - Virussuz dünya və ya Hararinin görə bilmədiyi fəlakət - Kənan Hacı yazır