15:08 / 30-09-2023
Baş Prokurorluq: separatçı qurumun daha iki təmsilçisi həbs olunub
14:52 / 30-09-2023
Silah-sursat və döyüş texnikası müsadirə olunub - Video
13:06 / 30-09-2023
Sabah hava necə olacaq? - Proqnoz
12:38 / 30-09-2023
Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib - Yenilənib
12:35 / 30-09-2023
Milli Qəhrəman Fəxri Xiyabanda dəfn edilib - Fotolar
11:43 / 30-09-2023
XİN: "Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü növbəti iddialar tamamilə əsassızdır"
11:35 / 30-09-2023
Müsadirə edilən artilleriya qurğuları... - Video
11:06 / 30-09-2023
Abşeronda dava: 3 nəfər bir-birlərini bıçaqlayıb, biri ölüb
09:58 / 30-09-2023
Elizabet - Akif Abbasovun tərcüməsi
09:15 / 30-09-2023
Qarabağdakı döyüş mövqeləri ləğv edilir - Video
02:04 / 30-09-2023
Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib - Fotolar
22:02 / 29-09-2023
Şuşa-Xankəndi yolunda tərk edilmiş döyüş mövqeləri... - Video
21:59 / 29-09-2023
Belçikada kilsədə rüsvayçılıq - Din xadimləri illərlə uşaqları zorlayıblar
19:48 / 29-09-2023
İlham Əliyev Zəngilanda Forumda: "Bizim səbrimizlə oynamasınlar" - Tam mətn - Fotolar (Yenilənib)
19:24 / 29-09-2023
İşçi qrup üzvlərinin Xankəndiyə səfəri nəzərdə tutulub
19:20 / 29-09-2023
Yevlaxda ermənilərlə növbəti görüş keçirilib - (Yenilənib) - Foto
19:18 / 29-09-2023
Yeddi ölkə Ukrayna üçün sursat sifarişi verib
19:07 / 29-09-2023
Üç ölkə qanunsuz miqrasiyaya qarşı işçi qrup yaradır
18:50 / 29-09-2023
Ukraynalı diversantlar Rusiya ərazisinə daxil olmağa cəhd ediblər
18:13 / 29-09-2023
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın yeni - Siyahısı (Yenilənib)
18:03 / 29-09-2023
Separatçı rejimin keçmiş “müdafiə naziri” Laçında ələ keçib
17:58 / 29-09-2023
Mikayıl Cabbarov Gürcüstana səfər edib
17:48 / 29-09-2023
FHN: "Xankəndi yaxınlığında partlayışda 48 nəfərin cəsədi çıxarılıb" - Video
17:35 / 29-09-2023
Bakıda əməliyyat: daha üç nəfər tutulub
17:17 / 29-09-2023
Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb
16:56 / 29-09-2023
Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə dəvət edib
16:33 / 29-09-2023
Qarabağda terrorlar törədən general-mayor həbs edilib - (Video) - Yenilənib
16:11 / 29-09-2023
İlham Əliyev: "Biz Qafqazda sülh və sabitlik istəyirik"
15:48 / 29-09-2023
Prezident: "Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik"
09:31 / 27-09-2023

16:30 / 25-09-2023

20:08 / 25-09-2023

14:14 / 27-09-2023

16:17 / 25-09-2023

11:50 / 26-09-2023

00:05 / 26-09-2023

00:01 / 26-09-2023

00:04 / 27-09-2023

19:55 / 27-09-2023

18:00 / 25-09-2023

O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar
Tarix: 12-04-2020 18:47 | Bölmə: Mahir Qabiloğlu

Əzizlərim Anar, Fikrət Qoca, Sabir Rüstəmxanlı, Elçin, Nəriman Həsənzadə, Mövlud Süleymanlı və Çingiz Abdullayev... O dünyadan sizə atəşin salamlar!
Yox, yox, məktubumu görüb, qorxmayın. Elə bilməyin ki, sizin üçün darıxıb yazmışam; “Qabil, darıxırsansa əzizlərin üçün darıx, Mahirçün darıx”, - qarğışı dilinizə gəlməsin deyə bunu əvvəldən deməyi özümə borc bildim. Mahirçün darıxmağına darıxmışam, necə ki, İlyas Əfəndiyev, Rəsul Rza, Nigar Rəfibəyli darıxır...
Bu koronavirus pandemiyası xəbəri Haqq dünyasına da gəlib çatdı. Mən həkim olmadığım üçün belə şeyləri anlamıram. Yalnız tarix kitablarında oxumuşam. Amma burdakı dünya, o cümlədən Azərbaycan alimləri həyəcan təbili çalmağa başladılar. Məşhur virusoloq Dmitri İosifoviç İvanovski və digər mütəxəsislər Allah qarşısında məsələ qaldırdılar ki, bəs Haqq dünyasında da karantin rejimi elan olunsun. Yoxsa Cənnətdə nə qədər yaxşı ölü var, hamısı qırılıb gedəcək. Nə başınızı ağrıdım – buna nail oldular da... O cümlədən sübut etdilər ki, bu virus 60 dərəcədən yuxarı istidə ölür. Əsasən də 65 yaşdan yuxarı ölülərdə bu tərəflərə gəlib çıxır.
Bunu bilcək Allah mələklərdən ibarət komissiya yaratdı. İnkir-Minkirə həmən göstəriş verdi. Cənnətdə havanın koronavirus üçün əlverişli olması nəzərə alınaraq, qapıları iki aylığa müvəqqəti bağlandı. Cəhənnəmdə hərarətin isti olması əsas gətirilərək üç qır tiyanı – orda inləyən cəhənnəm əhlindən təmizlənib – dezinfeksiya edildi. İnkir-Minkir, tiyanbaşılar üzlərinə maska, əllərinə də siz taxan tibb əlcəyindən yox, yanğınsöndürənlərin əlcəyindən taxdılar. Cənnətə düşməli olan, amma koronavirusdan ölən mərhumlar üçün iki həftəlik karantin elan edildi. Yəni ki, əməlləriylə Cənnətlik olanlar əvvəlcə iki həftə müddətinə Cəhənnəmdə qonaq olmalıdırlar.
Bax, bu vaxt siz yadıma düşdünüz. Xahiş edirəm, siz Allah evdən bayıra çıxmayın. Özünüzü hər şeydən təcrid edin. Fani dünyadakı karantindən yox, Haqq dünyasındakı karantindən qorxun. O qır tiyanına düşəndə nəinki koronavirus, virus qarışıq vücud da əriyib yoxa çıxır. Başqalarını deyə bilmərəm... onsuz da dərisinin rəngi tünd olan Fikrət Qoca o qır tiyanına düşsə və iki həftəlik karantinə dözə bilsə, onu yalnız səsindən tanımaq mümkün olacaq. Hələ Xeyrəddin Qocanı demirəm.

Bir də ki, özünüzü hörmətsiz etməyin. Vida mərasimi olmayacaq, Prezident, yaxud da ki, yeni Ramiz Mehdiyev ora gəlməyəcək, oxucularınız iştirak etməyəcək... Koronavirus tutmasınlar deyə tabutu çiyinlərinə götürənlər əvvəlcə tabutu və sizi Qusar arağ zavodunun buraxdığı, adı tibb spirti olan, amma zoğal arağının ətri gələn məhlulun doldurulduğu şüşə qabın pıs-pısıyla yağmur atəşinə qərq edəcəklər. Ağızlarına taxdıqları maskanın ucbatından dedikləri “Allah rəhmət eləsin” sözlərini siz belə eşitməyəcəksiniz, o ki qalsın göyün yeddinci qatında oturan Allah. Məzara qoyulana qədər yalnız spirt spreyinin səsi eşidiləcək: “pıs-pıs”, “pıs-pıs”. Bunları görmək, bunları eşitmək üçünmü bu qədər çox yaşamısınız, yazıb-yaratmısınız?
Yaşa gəldikdə isə... indi soruşacaqsınız ki, ay Qabil, məktubda yalnız Azərbaycan ədəbiyyatının yaşı 65, 70-dən yuxarı qocaman nümayəndələrinin üç-dördünün adını çəkmisən. Bəs başqaları? İntiqam Qasımzadə, Vaqif Yusifli, Seyran Səxavət və digərlərini niyə xəbərdar etmirsən? Yəqin eşitmisiniz məsəli: “Qızım sənə deyirəm, gəlinim, sən də eşit”.
Bir də ki, kasıb təbəqə olan şair və yazıçılara bu koronavirus zəmanəsində virusdan ölmək çox sərf edir. Polis qapıda duracaq və evə gələnləri – gələn olsa – buraxmayacaq. 3, 7, 40 mərasimi keçirilməyəcək. Gör nə qədər qabaq düşəcəklər. Üstəlik də oğul-uşaq ehsan verməyə görə borca düşəndən sonra arxalarıyca danışaraq adlarına əlavə günahlar yazdırmayacaq. 40-a da gələn olmayacaq ki, başdaşının Ukraynanın Buki növlü qara qranitindən, ya da Qaradağın aqalay daşından düzəldildiyini görsün. “Yaxşı oğuldur”, ya da “boyunu yerə soxum belə övladın”,- sözlərini dilə gətirsin.
O ki qaldı 65 yaşdan yuxarı məsələsinə, yaxud da 62 yaşlı Çingiz Abdullayevin də bu siyahıya salınmasına... İzah edim, siz də agah olun. 65 yaşdan yuxarı əhali pensiya alır. Kimisi Anar kimi maaşı da qarışıq beş-altı min manat, kimisi 200-300 manat. Pensiyaçılar üçün əlavə yardım paketi qəbul edilməsinə ehtiyac yoxdur. Ona görə yaş senzini belə qoyublar. Ona qalsa 60 yaşdan yuxarı hamı risk qrupuna daxildir.
Ay Anar, ay Fikrət, Sabir, Elçin, Nəriman, Mövlud və bir az da Çingiz! Haqq dünyasında karantin elan olunması xəbərini eşidib sizi də agah etməyi özümə borc bildim. Özünüzü qoruyun. Bir az səbr edin. Əzrayıl gələndə onu aldadın. Necə? Birini mən deyim, başqa yolları da özünüz fikirləşin.
Yəqin, eşitmisiniz bu əhvalatı. Günlərin bir günü ər-arvad gecə yatan yerdə Əzrayıl qadının boğazına çökür. Ki, bəs gəlmişəm canını almağa. Qadının adını soruşur. O da cavab verir ki, Xədicə. Əzrayıl adı eşidən kimi yumşalır. “Müqəddəs addır”,- deyərək arvadın boğazını buraxır. Demə kişi yatmayıbmış – söhbəti eşidibmiş. Əzrayıl onun boğazına çökəndə həmən cavab verir: “Adım Mameddir, amma xalq arasında Xədiçə çağırırlar”.
Xülasə, sözümün canı budur ki, özünüzü qoruyun. Dediyiniz hər bir yalan saxtakarlıq sayılmayacaq. Ölüm ayağında uydurulan istənilən yalan günah yox, müqəddəs yalan sayılır. Yalana gəldikdə isə... bu vaxtacan o qədər yalan danışmısınız ki, Əzrayıla da bir şey tapıb sırıyın da...
Qoruyun özünüzü. Təkcə Haqq dünyasının Cəhənnəm məkanındakı qır tiyanlarında keçirəcəyiniz iki həftəlik karantini göz önünə alıb yox. Anar, Fikrət Qoca, Çingiz, yazıçıların qurultayqabağı yüksəliş pillələrində sizi əsas və böyük maneə görən Rəşad Məcidi, İlqar Fəhmini və Birliyin strukturunda çalışan digər yaşı çox, amma gənc yazıçı sayılanları sevindirməmək üçün.
İntiqam Qasımzadə, nə olar, Əsəd Cahangirin, Qəşəm Nəcəfzadənin çöhrəsinə gülüş qondurub “Azərbaycan” jurnalının baş redaktoru olmaq uğrunda ölüm-dirim mübarizəsinə başlamasına fürsət vermə.
Sabir Rüstəmxanlı, halallıqla 21,4 faiz səs toplayıb, qalib gəldiyin Neftçala seçki dairəsində səninlə mübarizə aparıb məğlub olan keçmiş rəqiblərindən hansınasa 4 il 9 ay deputat həyatı yaşamasına şərait yaratma...
Seyran Səxavət, Fikrət Sadıqdan qalan AYB-nin məsləhətçisi kreslosunda oturub, “Osman Sarıvəllinin yerində oturmuşam”,- deyə-deyə, başının üstündəki divara vurduğun Yusif Səmədoğlunun və Rəşad Məcidin fotolarının çıxarılıb, oradan mənim Fikrət Sadıqla birgə şəklimin asılması üçün Mahirə tarixi şans vermə...
Çingiz Abdullayev, “Rus dilində yazan yeganə Xalq yazıçımız” təqdimatını 70 yaşlı Natiq Rəsulzadəyə miras qoyma. Ya da ki, heç kimə...
Qəzənfər Paşayev, qoru özünü – qurultayda bizim Mahirə “Ustadoğlu, ustadoğlu”,- deyən, müavinin şair Əkbər Qoşalının sənin yerinə keçib, AYB-nin Nəzarət-təftiş komissiyasının sədri təyin olunmaması üçün...
Bu qədər. Sonda Səyyad Arana, Yusif Həsənbəyə, Teymur Əhmədova, Firuzə Məmmədliyə, Vaqif Yusifliyə, Qurban Bayramova, Ramiq Muxtara və yaşı 65-dən yuxarı olan bütün yazıçılara burdakıların salamını çatdırıram. Amandır, özlərini qorusunlar. Ordakı karantindən çıxmaq mümkündür. Burdakı karantində isə hamı əriyib çirkə çıxır. Cənnətə qəbzləri olsa da...
Gənc yazıçılara isə mənim məktubumdan istifadə edib “Qabil müəllim, bunlardan çoxunun içində gözəgörünməyən o qədər qurd, virus var ki, çətin koronavirus qorxusundan yaxın gələ”,- deyə sosial şəbəkələrdə müzakirələr açmasını qadağan edirəm. Qarışdırmasınlar: koronavirus ayrı, qurd ayrı – cin ayrı, şeytan ayrı.

Hörmətlə: QABİL.
Axirət dünyası, Cənnət şəhəri.
11 aprel 2020-ci il.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar