21:22 / 26-02-2026
İsrail Livanın yaşayış məntəqəsinə zərbələr endirib
20:34 / 26-02-2026
Ramazanın 9-cu günü: dua, imsak və iftar vaxtı
19:26 / 26-02-2026
İran uranın zənginləşdirilməsini dayandıra bilər
19:06 / 26-02-2026
Leyla Əliyeva Vətən müharibəsi qazisini ziyarət edib - Fotolar
18:03 / 26-02-2026
İqtisadi Şuranın iclası keçirilib
17:45 / 26-02-2026
Rusiya almaz bazarlarından birini itirir
16:53 / 26-02-2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - (Yenilənib-3)
16:53 / 26-02-2026
Efiopiyanın baş naziri Azərbaycanda səfərdədir
16:47 / 26-02-2026
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
16:43 / 26-02-2026
Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
16:25 / 26-02-2026
Xalq artistinin həyat yoldaşı vəfat edib
16:24 / 26-02-2026
Deputat seçicilərini aldadır
16:10 / 26-02-2026
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
16:01 / 26-02-2026
Çin tank sayına görə lider ölkədir
15:48 / 26-02-2026
AFFA iki klubu cəzalandırıb
15:02 / 26-02-2026
Peskov: Danışıqlarda nüvə ritorikası gözardı edilə bilməz
14:41 / 26-02-2026
Sabiq deputatı cərimələyiblər
14:06 / 26-02-2026
Zelenski: 420 dron və 39 raketin hücumuna məruz qalmışıq
13:56 / 26-02-2026
Rusiya üçün raket və nüvə hücumlarını zərərsizləşdirmək asanlaşır
13:27 / 26-02-2026
Saleh Məmmədovun fəaliyyətini araşdırırlar
13:07 / 26-02-2026
Cenevrədə ABŞ-İran danışıqları başlayıb
13:01 / 26-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
12:50 / 26-02-2026
Dünya üçün qorxunc proqnozlar veriblər
12:34 / 26-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:26 / 26-02-2026
Orban Zelenskiyə qəzəbli şikayət məktubu yazıb
12:22 / 26-02-2026
Cəbrayıl sakini iş yoldaşları tərəfindən bıçaqlanıb
12:17 / 26-02-2026
Fuad Həsənov 51 kq narkotiklə saxlanılıb
12:13 / 26-02-2026
Pezeşkian: İran nüvə silahlarına qarşıdır
12:05 / 26-02-2026
Onun milli jurnalistikada yeri görünür - Foto
11:59 / 26-02-2026
Britaniya ukraynalılara sığınacaq vermək istəmir
15:02 / 24-02-2026
Urusun adamı - Etibar Cəbrayıloğlu yazır
15:52 / 23-02-2026
Dövlət Agentliyinin sədri vəzifədən azad edilib
15:45 / 23-02-2026
Polkovnikə maraqlı məktub - Fotolar
13:28 / 24-02-2026
Keçmiş rektorun milyonluq mülkləri müsadirə olunub - Siyahı
23:30 / 23-02-2026
Rusiya ABŞ-a İranla bağlı çağırış edib
14:24 / 23-02-2026
Ağdərənin 4 kəndinə köç karvanı gedib - (Yenilənib)
11:55 / 23-02-2026
Prezident bu şəxsləri təltif edib - Siyahı
17:02 / 24-02-2026
Məktəb direktoruna təzyiq altında ərizə yazdırıblar - Fotolar
11:43 / 23-02-2026
Hərbi xidmətə çağırış başlayır
15:59 / 24-02-2026
İcra hakimiyyətinin 43 əməkdaşı vəzifədən azad edilib
21:11 / 23-02-2026
Ramazanın 6-cı günü: dua, imsak və iftar vaxtı
23:40 / 24-02-2026
DTX Gültəkin Hacıbəylinin evində axtarış aparıb - (Yenilənib)
70 yaşlı Akif Cabbarlı inciməsin neyləsin?
Tarix: 24-09-2021 18:15 | Bölmə: Mahir Qabiloğlu

Çox kövrək adamdır Akif Cabbarlı. Onun yetirməsi, Əməkdar jurnalist, mayor Füzuli İsmayılovun təbirincə desək, Cabbarovun inciyən yeri burnunun ucundadır. Amma bu dəfəki incimək, o inciməkdən deyil. Onun yerində başqası olsaydı, çoxdan silmişdi 25 ildir tanıdığı Mahiri yaddaş kitabçasından. O cümlədən digər bəzilərini də...
Kimdir Mahir və digər bəziləri? Öz adımı yazmışam. Amma digərlərinin adını yazmaq istəməzdim. Yəqin ki, yazımı oxuyub söz verdikləri yubiley qonaqlıqları yadlarına düşəcək. Çünki mən də Bakıdayam (onu düz səbəb gətiriblər ki, mənsiz o qonaqlığın nə ləzzəti), həm də Məhərrəmlik ayı başa çatıb. Axı Akif Cabbarlı, İ.P., F.İ. qatı şiədirlər. Amma bütün dediklərimi birləşdirən bircə incə məqam var. Şair Qabilin diliylə desək:
İnci incə adamdan,
Ürəyincə adamdan.
Məhəbbətdir küsü də
Küsmə becə adamdan.
Baxmayaraq ki, Akif Cabbarlı heç kimdən küsməyib. 70 yaşlı adamın isə inciməyi yüz küsüyə bərabərdir. Özünə yaxın, doğma saydığı dost Mahir - Mahir Qabiloğlu təxəllüslü qələm sahibi əlinə qələm alıb onun haqqında kiçik bir təbrik yazmırsa, Akif Cabbarlı inciməsin neyləsin? Axı qazandığı yalnız bizim kimi dostlardır. O, yaxşı bilir ki, 70 yaş böyük bir mərhələnin sonudur. Geriyə boylanmaq məqamıdır. Dostlardan başqa nə qazanıb ki, Akif Cabbarlı? Bu suallar burulğanında çarpışır. Özü-özüylə danışır, vuruşur. “O boyda AzTV-də “Xəbərlər”də baş redaktor olmuşam. Bir qəpiy də almamışam”; “70 ilin 48 ilini jurnalistika sahəsindəyəm, mənim stajım yaşından kiçik uşaqlar Əməkdar jurnalistdirlər, mən isə...”; “Bəxtiyar Vahabzadənin poeziyasının diliylə danışsaq - ay Mahir, bu boyda münasibətimiz bir yazıya dəymədi?”
Bu siyahını artırmaq, üstəlik “Mahir” xitabının yanına digər adları da əlavə etmək olar. Amma yubiley yazısıdır. Müsbət notlar tam hakim olmalıdır təbrikimin cövhərinə.

Akif Cabbarlı
Atamın bir sözü vardı: 50 yaşacan gərək 10 ildən bir yubiley keçirəsən. 50 yaşdan 70 yaşa qədər isə hər 5 ildən bir. 70 yaşdan 80 yaşacan isə hər il. Çünki yaşın qazandırdığı sağlamlıq axsımaqlarıyla yaşanılan hər il qiymətli sayılır. 80 yaşdan sonra isə hər günü gərək qeyd edəsən. Çünki yaşanılan hər gün qənimətdir. Bu mənim bəzilərinin “Akifin yaşı yayda olub, sən isə bu yazını payızın ilk günündə qələmə alırsan. Toydan sonra nağara?” replikasına bir cavabımdır. Həm də ruslar gözəl deyib: “Luçşe pozdno, çem nikoqda”. Həm də ki, bundan sonra Qabilin öncəgörənliyinə inansaq, yubileylər ilbəil, dalbadal düzüləcək. Axı Akif Cabbarlı 70-i haqlayıb. 2021-ci il isə başa çatmayıb.
70 yaş münasibətilə Akif Cabbarlı kitab da buraxıb. Onu oxuyandan sonra münasibət bildirməsəm Mahir olmaram. Çünki əminəm - tənqid olunacaq məqamlar da var bu kitabda. Yaxşılıq deyil ha əlimdən gəlməsin.
Amma tənqid etmərəm. Çünki o kitabda Akifin “Sahibsiz və çarəsiz itlərin gecə söhbəti” adlı hekayəsi var. Bu hekayə müasir dövrümüzün güzgüsüdür: bəlkə hürsəm mənə də ilikli sümük atdılar. Müasir, mədəni dildə desək “Ağlamayan uşağa süd vermirlər”, “Qapı döymək lazımdır. Açmırlarsa pəncərədən gir”, “Yaltaqlıqla uzağa getmək olar”, “Naxallıq ikinci xoşbəxtlikdir” və sairə. Bu reallıqdır. Amma elə də olur ki, itin hürməyinə sümük yox, daş tolamazlayırlar, təpik vururlar, “poşol” deyirlər. Bax Akifin bu hekayəsi o talesiz itlər barədədir. Baxmayaraq ki, insanın taleyi olar, heyvanın yox. Amma talesizlik özü də bir taledir. Akifin yaratdığı it isə alleqorik bir surət.
Bu illər ərzində Akif çox yerlərdə çalışıb. O vaxt yeganə olan televiziyamızda “Xəbərlər”in baş redaktoru, Azərbaycan radiosunda baş redaktor müavini, “Həftə” analitik-siyasi proqramın rəhbəri, Ədliyyə nazirliyində mətbuat katibi, Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində, İTV-də əməkdaş... Bu gün də çalışır. Jurnalistika onun həyatının mənasıdır. İndi Kinomatoqrafçılar İttifaqında işləyir. Reyting.az, Modern.az və digər mətbu orqanlarda yazılarla çıxış edir. Dostlarını tez-tez arıyır, hal-əhvalını xəbər alır. “Bir vaxt tapın oturaq” ifadəsi dilinin əzbəridir - qarşılıq verən isə... Bu ifadənin isə bir açması var: Akif Cabbarlı dost sevəndir, mehriban insandır, heç kimi də yadından çıxartmır.
1996-cı ildən tanıyıram onu. AzTV-yə qədəm basdığım gündən. 15 yaş fərqimiz olmasına baxmayaraq, bunu heç vaxt hiss etməmişəm. Böyüklə böyük, kiçiklə kiçik olub. Daha doğrusu heç bilməmişəm ki, məndən 15 yaş böyükdür. 70 yaşında faş oldu bu fərq. O boyda AzTV-də və jurnalistlər cəmahiriyyəsində bir adam da tapılmaz ki, onun haqqında pis söz danışmaq bir yana, xırda giley-güzar etsin.
Elə ki, kiminsə yaşı, yubileyi oldu, lap balaca kitabçası çıxdı, hayqırır bütün respublikaya yazdığı ürək sözləriylə. Ay camaat, agah olun, dostumun kitabı çıxıb. Mən oxudum, siz də oxuyun. Ay camaat, dostumun yubileyidir. Mən təbrik etdim, siz də edin. Ay camaat, dostum, qələm yoldaşım, iş yoldaşım ölüb. Siz də dərdimə şərik olun. Akif Cabbarlının cövhəri budur, mayası belə yoğrulub. Başqa xüsusiyyətlərini, kişiyə xas şakərlərini, zarafatlarımızı, üç fazalı elektrik xəttinə dahiyanə bənzətməsini, oğlunun toy günündə səhər-səhər baş verən mübahisəmizi, bir sözlə AzTV-dəki sərgüzəştlərimizi yazmayacağam. Cobi hələ ki, qadağa qoyub mənə. Yubiley yazımın, təbrikimin də gecikməyinə məhz əsas səbəb bu oldu.
Gözləyirəm. Gözləyirəm ki, onu Əməkdar jurnalist fəxri adı almağı münasibətilə təbrik edim. Buna haqqı çatır. Bu günlərdə Şuşada Vaqifin məqbərəsinin yenidən açılması mərasimində Akif Cabbarlını Prezident İlham Əliyevin yanında görəndə fikirləşdim. Akif Cabbarlı bu ada layiqdir. Axı o, Ümummilli lider Heydər Əliyevi 1-ci katib olanda görüb, Prezident İlham Əliyevi isə hələ o vaxt Vaqif məqbərəsinin açılışında. İndi də görür. Dövlətimizin uğurlarına sevinir, qələmiylə bu yolda əməli iş görür. Neçə publisistik, bədii yazının toplandığı kitabların müəllifidir. Prezidentin ali sosial mükafatına layiq görülüb. Jurnalistlərin binasından ona da mənzil payı düşüb.
Bu qədər. Bir kiçik yubiley yazısında yazacaqlarım bu qədər. Bir insanın 70 illik həyat yolunu, yaradıcılığını bir yazıya sığışdırmaq mümkün deyil. Buna heç çalışmadım da... Axı 70-dən sonra hər il yubiley keçirəcək Akif Cabbarlı. Əgər atam Qabilin dediyinə inansaq.
TƏBRİKLƏR, TƏBRİKLƏR, BİR DƏ TƏBRİKLƏR!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mahir QABİLOĞLU
Bölməyə aid digər xəbərlər
6-08-2024, 15:34
Mahir QABİLOĞLU - İlqar Musa oğlu - Mənim canlı ensiklopediyam - Mahir Qabiloğlu yazır
27-10-2021, 10:26
Mahir QABİLOĞLU - İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi?
12-04-2020, 18:47
Mahir QABİLOĞLU - O dünyadan Anara, Fikrətə, Sabirə, bir az da Çingizə... - Fotolar

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək