14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir
09:56 / 19-10-2025
Cüdoçularımız 2 qızıl, 1 bürünc medal qazanıblar
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
09:07 / 19-10-2025
Avropa Ukraynaya hərbi yardımı azaldıb
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
07:56 / 19-10-2025
Zahid Oruc ittihamlarla razılaşmır
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

16:01 / 18-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

23:49 / 15-10-2025

16:15 / 18-10-2025

11:59 / 15-10-2025

Yoxsulun süfrəsi... - M. Əliyeva yazır
Tarix: 13-05-2019 21:02 | Bölmə: Mətanət ƏLİYEVA

Ramazan ayının yarısına az qalıb. Rayondakı qohumlarımızdan məsciddə kimlərin ehsan süfrəsi açmasını soruşdum. Məlum oldu ki, hələ heç kim məsciddə ehsan süfrəsi açmayıb. Bu da əhalinin ildən-ilə yoxsullaşmasının nəticəsidir.
Əvvəlki illərdə Ramazan ayı başlayan kimi Hacıqabulun Xilə məscidində ehsan süfrələri açılırdı. İndi isə, rayonda elə adamlar var ki, evində də iftar süfrəsi açmağa imkanı yoxdur. Əhalinin əksəriyyətinin adı ərzaq mağazalarının nisyə dəftərindədir.
Rayonda mal qarnının kiloqramı 2 manatdır. Bir nəfər qadın dedi ki, 2 manat pul tapmır ki, qarın alıb qutab bişirsin. Bunu Bakıda bir nəfərin yanında danışanda ağladı.
Oxucular deyə bilərlər ki, rayon camaatı işləmək istəmir. Amma elə deyil. Hacıqabul əhalisi çox zəhmətkeşdir. Ən ağır işdə də işləməyə hazırdır. Rusiyanın müxtəlif şəhərlərinə, hətta Sibirin kəndlərinə gedib təsərrüfatlarda işləyirlər, amma öz torpağımızı becərmək üçün hökumət onlara şərait yaratmır.
Çox istərdim ki, yerli icra hakimiyyətləri Ramazan ayında heç olmasa, həftədə bir dəfə məscidlərdə büdcə vəsaiti hesabına ehsan verib, imkansızları sevindirsinlər. Bunu yazmaq istəmirdim, çünki icra başçıları 5-3 manat qazanan “yetim” sahibkarlara ehsan süfrəsi açdırıb, öz adlarına çıxa bilərlər.
Hər ay xaricdən minlərlə tüfeyli ölkəmizə gəlib, beynəlxalq tədbir adı ilə yeyib-içirlər, amma öz vətəndaşlarımız arasında elələri var ki, doyunca yemək tapmır.
Allah hər adamın ehsanını qəbul eləməz. Qəbul olunmuş bir ehsan haqqında danışmaq istəyirəm. Bir nəfər təqaüdçü qadın tez-tez redaksiyamıza gəlirdi. Oğlu həbsxanada cəza çəkən bu qadın təqaüdünü alan kimi oğluna yemək aparırdı. Bilirsiniz ki, məhbuslara dövlətin ayırdığı pulu bəzi məmurlar oğurlayırlar.
Özü ac qalıb, oğlunu yedizdirən qarı dedi ki, “rəfiqəmlə telefonla danışırdım. Dedim ki, ürəyim düşbərə istəyir, bir az qoyun əti olsaydı, düşbərə bişirərdim. Bu vaxt qapının zəngi çalındı. Rəfiqəmə dedim, gözlə, görüm kimdir. Qapını açanda bir nəfər dedi ki, bu qoyun ətidir, qurban kəsib paylayırıq. Payı aldım, ağlamaq məni tutdu”.
İslam dini budur. Bəzi boşboğaz, özündənrazı, dayaz gənclər özlərini yazar hesab edir, millətin hüquqsuz, səfalət içərisində yaşamasında islam dinini günahkar bilirlər, amma bir kafir məmuru belə tənqid etməyə cəsarətləri çatmır, çünki azad deyillər, hasısa mafiozdan, yaxud xarici kəşfiyyatdan pul alırlar. Onlardan soruşmaq lazımdır ki, Quranın hansı surəsində, hansı ayəsində yazılıb ki, müsəlman oğurluq etməlidir, yalan danışmalıdır, zina etməlidir, haram yeməlidir?
Müsəlman ölkəsində yaşamaq hələ müsəlman olmaq demək deyil. Bizim rüşvət alan məmurlarımız kafirdirlər. Allah onlara lənət eləsin! Müsəlman o adamdır ki, Quranın dediklərinə əməl edir. Allah, yekəbaş, dinsiz, haqsızlığa qarşı bir kəlmə yazmağa cəsarəti çatmayan gənc və qoca yazarlara da lənət eləsin! Mən gözəl başa düşürəm ki, ən istedadlı adam belə bu oğru, xalqın qanını içən məmurlara yaltaqlanmasa, bütün qapılar onun üzünə bağlanır. Amma sənətkar, ziyalı siyasi cərəyanlara yox, siyasi rejimlərə yox, xalqa xidmət etməlidir. Bu mənada Lev Tolstoy mənim üçün nümunədir.
Yaltaqlara və haqsızlığa susanlara Allah lənət eləsin! Susmayın, qarşıda bizi daha ağır faciələr gözləyir. Allah sizə istedad veribsə, onu Allahın bəndələrinə sərf etməlisiniz, insanlara zülm edənlərə yox.
Bütün hakimiyyətlərin dövründə dövlət başçılarından bəhrələnmiş, oğlanlarını, kürəkənini vəzifəyə təyin etdirmiş şair Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə bu gün vəzifəsiz qalıb deyə iqtidarı yüngül formada tənqid etməyə başlayıb. Əminəm ki, sabah ona vəzifə versələr, susacaq.
Allah xalqımız pis gün göstərməsin. Amma bundan da pis ola bilər. Kəllə rəvayəti var. Ata ilə oğul gur axan çayın kənarı ilə gedirmiş. Görürlər ki, bir kəllə fırlana-fırlana çay boyunca üzür.
Ata deyir:
- Allah bundan betərindən saxlasın.
Oğul deyir:
- Bundan betər nə ola bilər ki?
Bu vaxt kəllə daşa dəyib parçalanır.
Ata deyir:
- İndi gördün, bundan da betər ola bilir.
Allah ehsanlarınızı qəbul eləsin!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər