12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:35 / 13-09-2025
Xocalı rayonunun Seyidbəyli kəndinə ilk köç yola salınıb
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

10:19 / 10-09-2025

12:43 / 08-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

20:22 / 08-09-2025

Paytaxt Şirvana köçür
Tarix: 24-01-2020 10:04 | Bölmə: Mətanət ƏLİYEVA

Bir neçə aydır yazmıram. Bilirəm ki, mənim nə yazacağımı gözləyənlər var.
Mən indi hamı kimi gözləmə mövqeyindəyəm. Amma bu o demək deyil ki, mən hansı klanın qalib gələcəyini gözləyir və nəticədə onun tərəfinə keçmək istəyirəm. Sadəcə, islahatlar kimi təqdim olunan kadr dəyişikliyinin, parlament seçkisinin nə ilə nəticələnəcəyini gözləyirəm.
Vəziyyəti gündən-günə ağırlaşan əhali də mənim kimi gözləmə mövqeyindədir. Atalar deyib ki, yeməkdənsə, ümid yaxşıdır. Cüzi də olsa, əhalidə ümid var ki, nəsə yaxşılığa doğru dəyişə bilər. Hər ziyanda bir xeyir olduğu kimi, son illərdə yaşadığımız problemlər, haqsızlıqlar bir xalq olaraq bizi düşündürdü, öz səhvlərimizi götür-qoy etdik, ən əsası, kasıb təbəqə hərəkətə gəldi, başa düşdü ki, ələbaxımlılıq insanın mənliyini, ləyaqətini alçaldır və insan halal əməyi ilə yaşamalıdır.
Sərvətlərin bir əldə cəmləşməsi çoxsaylı oğru məmuru qohumlarını “darma” yemləmək imkanından məhrum etdi. Bu bizim qazancımızdır.
Hərdən öz-özümə fikirləşirəm ki, biz bir xalq olaraq xoşbəxt yaşamağa layiqikmi? Bəli, layiqik.
Ətrafımızdakı bəzi insanların vəhşiləşməsinin konkret səbəbləri var. Çünki vəhşi cəmiyyətdə baş çıxarmaq üçün vəhşiləşməlisən. Vəhşiləşməsən yırtıcılar səni məhv edəcək. Normal cəmiyyət olanda insanların yaxşı sifəti üzə çıxacaq.
Yazımın sərlövhəsini “Paytaxt Şirvana köçür” qoymağım yəqin ki, çoxlarını təəccübləndirir. Bu, mənim arzumdur. Belə olarsa, həm Bakı boşalar, həm də Aran zonası dirçələr.
Bu gün ən pis vəziyyətdə yaşayan Aran zonasının sakinləridir. Bircə fakt: Aran zonasında əhalinin əhəmiyyətli hissəsi məmurların mal-qarasına baxmaq üçün ailəliklə fermalarda yaşayır. Düzəngahda yerləşən bu fermalarda su, qaz, işıq yoxdur. İnsanlar yarı ac, yarı tox, kirin, hisin içərisində yaşamağa məcbur olur, uşaqlar məktəbə getmirlər. İnternet televiziyalarından xahiş edirəm ki, bu faktları ictimailəşdirsinlər. Elgizin verilişində belə bir ailəni göstərdilər, amma ekspertlər yalnız ata və ananı söydülər, məmurların adını çəkməyə cəsarət etmədilər.
Bilirəm ki, yataqları gəzmək üçün çoxlu pul lazımdır. Pulum olsa, mən də bunu edərəm, o sürülərin kimin olduğunu araşdıraram.
Ötən həftə Hacıqabulda “möcüzə” baş verib. 10 ildir rayonun deputatı olan Rəfael Hüseynovun qəflətən rayonda peyda olması əhalini sanki şoka salıb. Deputatlığa yenidən Hacıqabul rayonundan namizəd olan Rəfael bəy rayonda vəfat etmiş şəhid atasının yas mərasiminə də qatılıb.
Hacıqabul əhalisinin problemlərini sadalamaq istəmirəm. Hesab edirəm ki, əhalinin vəziyyətini bir qədər yüngülləşdirmək üçün ilk növbədə uşaqpulu verilməlidir.
Hazırda əksər şirkətlərdə ixtisarlar gedir. Gənc valideynlər stres içərisində yaşayırlar, qorxurlar ki, ixtisara düşsələr, uşaqları ac qalacaq. Uşaqpulu yox, işsizlərə müavinət yox, pulsuz müalicə yox. Valideynlər vahimə içərisində qıvrılırlar.
Məncə, hökumət ona görə uşaqpulu vermir ki, onun 6 ayını sosial yardımda olduğu kimi məmurlar oğurlaya bilməyəcəklər. O işdə ki məmurların oğurlamaq, rüşvət almaq imkanı yoxdur, o işi görmürlər.
Kasıblara mal-qara verirlər, ona görə ki orada da məmurlar oğurluq edə bilirlər. Oğrular deyirlər ki, uşaqpulu versələr, qadınlar çox doğacaqlar. Pullu ailələrə baxsaq, əksəriyyətinin bir uşağı var, çox uşaq kasıb ailələrdə doğulur, maddi dayağı olmayan insanlar mənəvi dayaq qazanmaq üçün çox doğurlar.
Pullu adamın vaxtını keçirmək üçün min cür imkanı var, o, özü üçün yaşayır. Kasıb vaxtını uşaqlarına baxmaqla keçirir, yaşamağın başqa yolunu təsəvvür etmir, kasıbın hamiləlikdən qorunma vasitələrindən xəbəri yoxdur, kasıb aborta pul tapmır. Uşaqpulu versələr, bu, qətiyyən doğuşlara təsir etməyəcək, cəmiyyətdə sosial ədaləti bərpa edəcək.
Mən fikirlərimi insanlara çatdırmaq üçün YOUTUBE-da “İmpuls” adlı televiziya kanalı açıb sadə insanların problemlərini işıqlandırmağa başlayacağam. Mənim öz yolum olacaq. Daha doğrusu, həmişəki yolumu davam etdirəcəyəm. “İmpuls” televiziya kanalında fikirlərimin davamını dinləyə bilərsiniz.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər