20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Ögey Şamaxı
Tarix: 03-10-2016 13:15 | Bölmə: Mətanət ƏLİYEVA

Ölkədə turizmin inkişafına diqqət artıb. Amma nədənsə Azərbaycan ərazisində 7 əsr Şirvanşahlar dövlətinin paytaxtı olmuş, səfalı təbiəti ilə seçilən Şamaxı şəhəri bu diqqətdən kənarda qalıb.

Mən indiyə qədər bilmirdim ki, Şamaxıda tarixi abidələrimiz hələ də qalıb. Elə bilirdim ki, zəlzələ zamanı onların hamısı dağılıb.

Bu il Gülüstan qalasını görəndə çox düşündüm. Şamaxının ən hündür nöqtəsində - Xınıslı kəndindəki hündür təpənin üstündə Qız qalasının əkizi olan üç qala yerləşir. Qalalar yarıya qədər uçublar. Üç qaladan biri digərlərindən fərqli olaraq az uçub. Qala divarlarının da müəyyən hissələri qalıb. Düşmənlər hücum edən zaman qaladakı əsgərlər tonqal qalayıb ətrafa xəbər verirmiş. O vaxtlar telefon və digər rabitə vasitələri olmadığından təcili xəbərləri bu formada çatdırıblar.

Gülüstan qalasının hazırki vəziyyəti məni çox məyus etdi. Yiyəsiz qalmış qalaların üzərində heç bir yazı-filan da yoxdur.

Qalaya yol da çəkilməyib. Ensiz cığırdan bilinir ki, insanlar qalaya baxmaq üçün yüksəkliyə qalxırlar. Tarixini sevən, onu qoruyan bir xalq olsaydıq, qalaya avtomobil yolu, üstəlik, elektrik qatarı da çəkərdik. Yaşlı insanlar da əziyyət çəkmədən qalaya çıxa bilərdilər.

Özlüyümdəfikirləşməyə başladım ki, niyə biz öz tariximizə düşmən münasibət bəsləyirik? Şamaxı 7 əsr Şirvanşahlar adlı dövlətin paytaxtı olub, Nəsimi, Xaqani, Sabir kimi dahilər yetirib. Digər rayonlarda turizmin inkişafı üçün işlər getdiyi halda, Şamaxı turizm zonasına aid edilmir.

Keçən il elan olundu ki, Şamaxı da turizm zonasına daxil edilir və Bakı-Quba yolu Şamaxının dağ kəndlərindən keçəcək. Bu il isə xəbər yayıldı ki, yolun istiqaməti dəyişib, yol Şamaxının dağ kəndlərindən keçməyəcək. Bu xəbər şamaxılıları məyus etdi, ona görə ki, rayon inkişafdan kənarda qalacaq.

Mən hesab edirəm ki, bu münasibətin arxasında tariximizədüşmən münasibət var. Bəzi vəzifə sahibləri qəsdən bunu edirlər, onlar Azərbaycanda uzunömürlü bir dövlətin, dövlətçilik ənənələrinin olmasını danırlar. Onlar tariximizi saxtalaşdırmaq, tarixi şəxsiyyətlərimizi danmaqla şəxsi maraqlarını təmin etmək istəyirlər.

Bu səlahiyyət sahibləri yalnız tariximizi unutdurmurlar. Bizim xalqın gözəl ənənələri, alicənab davranışı, nəcib xüsusiyyətləri də olub.

Mən Şamaxının yaylaqlarında bulaq suyu içən qohumlarımın əməllərindən görmüşəm ki, onlar övladı olmayan sonsuz insanların yanında övladlarına nəvaziş göstərməyiblər ki, onların qəlbi ağrıyar, əri olmayan qadının yanında ərləri barədə danışmayıblar, kimsəsizin, yetimin xeyir işində ata-ananı əvəz ediblər, tənha insanları məclisin yuxarı başına keçiriblər, Prezidentlə hansı nəzakətlə danışmaq lazımdırsa, dilənçi ilə də eyni nəzakətlə danışıblar. Bu da əsil-nəcabətdən gələn kübarlığın əlamətləridir. Təəssüf ki, bu gün belə keyfiyyətlərdən məhrum olan bir çox görməmiş adamlar pul, vəzifə əldə ediblər və onlar sosial şəbəkələr, telekanallar vasitəsilə var-dövlətlərini, maşınlarını, villalarını, istirahət etdikləri məkanları nümayiş etdirir, başqalarının yanında öyünür, öz aləmlərində onların ürəyini partladırlar.

Amma xoşbəxt insanlar öz xoşbəxtliklərini heç vaxt nümayiş etdirmirlər. Bədbəxtlər, başqalarının xoş gününə paxıllıq edənlər isə özlərini xoşbəxt kimi qələmə verməyə çalışırlar. Əsil-nəcabəti, ailə tərbiyəsi olmayan bəzi adamlar kiçik bir vəzifə, 5-10 manat pul əldə edən kimi qudurur, kasıbı bəyənmir, haram, cinayət yolu ilə əldə etdiyi var-dövlətini gözə soxmağa çalışır, sərf etməyən, fayda görə bilməyəcəyi adamların telefon zənginə də cavab vermirlər.

Bəziəxlaqsız qadınlar hətta uşaq doğmalarını da sosial şəbəkələr vasitəsilə nümayiş etdirirlər.

Quranda deyilir ki, Allahın sənə övlad bəxş etməsi o demək deyil ki, o övlad sənə xoşbəxtlik bəxş edəcək. Bəlkə o övladı Allah sənə günahlarının əvəzində bir bəla göndərib.

Amma nə vəzifə, nə pul çirkaba batmış, ləyaqətini itirmiş bu adamların miskinliyini, cılızlığını gizlədə bilmir. İndi belələrinin dövranıdır. Müdriklər demişkən, hər aşiqin öz dövranı var.


Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA



Bölməyə aid digər xəbərlər
30-11-2017, 12:28 Mətanət ƏLİYEVA - Vacib əməl
14-10-2017, 14:36 Mətanət ƏLİYEVA - Su, su, su!!!
14-03-2017, 12:59 Mətanət ƏLİYEVA - Əsas hədəf

bütün xəbərlər