Tarix: 08-11-2016 14:38 | Bölmə: Mətanət ƏLİYEVA
Noyabrın 8-də ABŞ-da prezident seçkilərində, qabaqcadan bəlli olduğu kimi, Hillari Klinton seçilərsə, bölgəmizdə vəziyyət gərginləşəcək. Çünki ABŞ-ın son məqsədi İranın və Rusiyanın neftini ələ keçirməkdir. Azərbaycan isə bu iki dövlətin arasında yerləşir. Mən əminəm ki, bu savaşda Klintonu Napoleonun və Hitlerin taleyi gözləyir.
Amma məni düşündürən başqa məsələdir. Bu gün müsəlman ölkələrinə təcavüzdə ABŞ-ın adı hallansa da, mənim fikrimcə, əslində dünyadakı bu gərginliyi idarə edən İngiltərədir. Belə deməyə çox arqu-ment gətirə bilərəm.
İordaniyanın mərhum kralı Hüseynin həyatı ilə bağlı bir yazı oxudum. Yazıdan məlum olur ki, Kral Hüsey-nin həyat yoldaşı ingilis mənşəli kraliça Nur əslində İngiltərə kraliçası Yelizavetanın casusu olub və ərəb ölkələrində baş verən hadisələri Yelizaveta idarə edib.
İlanı Seyid Əhməd əli ilə tutan İngiltərə sakit, firavan ömrünü yaşayır. Öz xalqının sərvətlərini oğurlayan məmurlar bütün dünyadan bu ölkəyə axışır, əsasən paytaxt Londonda məskunlaşırlar. Azərbaycanın yüksək vəzifəli məmurlarının əksəriyyətinin ailəsi bu gün Londonda yaşayır. Məmurlarımız isə Bakıda oğurluğu davam etdirib, sərvətlərimizi İngiltərədəki ailələrinə göndərməkdə davam edirlər. Müstəqil olandan sonra xalqı talayan, sonradan vəzifəsini itirən keçmiş məmurlarımızın da qohumlarının əksəriy-yəti bu gün Londonda yaşayırlar. Bu baxımdan mən əminliklə deyə bilərəm ki, yaxın ildə ən böyük fəla-kət müsəlmanları vətənindən didərgin salan, oğruların sığınacağına çevrilən İngiltərəni gözləyir. Bu dün-yada bir haqq-ədalət olmalıdır axı.
Məmurlarımız bizdən oğurladıqları sərvətlər hesabına Londonda kef çəkirlər, xalqımız isə səfalət içəri-sində yaşayır.
Bu yerdə yadıma bir lətifə düşür. Bir nəfərə agah olur ki, o, suda boğularaq vəfat edəcək. Həmin adam illərlə suya yaxın getmir. Nəhayət, bir dəfə gəmi ilə səyahətə çıxmaq qərarına gəlir. Gəmi dəryanın orta-sında batmaq təhlükəsi ilə üzləşəndə həmin adam ölümü barədə xəbərdarlığı xatırlayır.
Bu vaxt Allaha yalvararaq deyir: "İlahi, bəs gəmidəki bu qədər adamın günahı nədir ki, onlar da mənə görə batacaqlar?"
İlahidən gələn səs deyir ki: "Həmin adamlar da suda batmağa məhkumdurlar. Mən onları bir yerə topla-maq üçün uzun illər çalışmışam."
Bizim oğru, ləyaqətsiz adamları Londona toplamaq üçün müqəddəs Tanrımız 25 ildir ki çalışır. Artıq onları cəzalandırmağın vaxtıdır. Yəqin onları da dəryada qərq olmaq aqibəti gözləyir.
Vaxtilə "İmpuls" qəzetinin əməkdaşı olmuş İdrak Abbasov hazırda Norveçdə mühacir həyatı yaşayır. İd-rak bu ölkədə baş verən bir hadisəni çəkib yotube-a qoyub. Norveçli kəndli məhsulunu kisələrə yığaraq maşına qoyub. Yolun kənarına qoyduğu maşında nəğd pul üçün daxıl və ödəmə kartı üçün aparat qo-yub, özü isə işinin dalınca gedib. Məhsulu alanlar kisəni götürür, pulu qoyub gedirlər.
Bizdə də belə bir eksperiment keçirmək maraqlı olardı. Skandinaviya ölkələrində adi kəndçi oğurluq et-mir, millət buna deyərlər!!! Bizdə isə ən böyük vəzifəli məmurlar oğurluq edirlər və heç utanıb-qızar-mırlar da.
Bu günlərdə Erix Mariya Remarkın "Bir gecə Lissabonda" romanını oxudum. Roman 2-ci Dünya mühari-bəsi ərəfəsində yəhudi mühacirlərin həyatından bəhs edir. Ən qüdrətli yazıçı belə mühacir həyatının faciələrini qələmə almaq qüdrətində deyil. Həm də "günah öldürəndə yox, öləndə olur",- məsəlini nə-zərə alsaq, mühacirlərə yazığım gəlmir. İnsanın başına hansı faciə gəlirsə, onun tamahından gəlir. Mü-səlman ölkələrində kim hakimiyyətə gəlirsə, vəhşi tamahı ilə oğurlamaq barədə düşünür. Yəhudilərin tamahı isə müsəlmanları da keçib. Onlar bütün dünyaya sahib olmaq istəyirlər.
Bölməyə aid digər xəbərlər