20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Yarımçıq demokratiya
Tarix: 22-11-2016 15:51 | Bölmə: Mətanət ƏLİYEVA

ABŞ müsəlman ölkələrinin hamısına "demokratiya" gətirə bilmədi. Hillari Klinton prezident seçilsəydi, ABŞ-ın işğalçılıq siyasətini davam etdirib Suriya məsələsini həll edəcəkdi, sonra İranda çevriliş edib Azərbaycana qədəm qoyacaqdı.

Noyabrın 8-də ABŞ-da keçirilən seçkilərdə Donald Trampın prezident seçilməsi bütün planları yarımçıq qoydu.

Tramp demişdi ki, prezident seçilsə, ABŞ-ın digər ölkələrdə çevriliş etməsinə son qoyacaq.

Azərbaycandakı qərbpərəstlərin əhvalını başa düşmək olar. Qərbin "5-ci kolon"u gözləyirdi ki, ABŞ İraqa və digər müsəlman ölkələrinə gətirdiyi "demokratiya"dan Azərbaycana da gətirəcək, qərbpərəstlər hakimiyyətə gəlib məmurlarımızın oğurladıqları sərvətləri onlardan alacaqlar. Güman ancaq buna qalmışdı, çünki artıq oğurlamağa bir şey qalmayıb, sovetdənqalma xalq mülkiyyəti də, neftin pulları da oğurlanıb, təəssüf ki, onun əksər hissəsi xaricə çıxarılıb.

ABŞ-dakı seçkinin nəticələri göstərdi ki, bizim qərbpərəstlər elə nimdaş paltarda ömürlərini başa vuracaqlar.

Mən bu yerdəAmerika xalqına "Afərin!" demək istəyirəm. Xalq öz dövlətinin maraqlarını qorudu, seçkini saxtalaşdırmağa imkan vermədi və ABŞ-da həqiqətən demokratiyanın olduğunu sübut etdi.

Bəziləri Trampın Ziya Məmmədovla yaxın münasibətlərdə olmasından narahat olur, çünki ölkəmizin sərvətlərini talayan məmurların sırasında Ziya Məmmədovun adı ön sıralarda gedir. Düzdür, Tramp Bakıda Ziya Məmmədovla şərikli otel tikdirib, amma bunun ABŞ-ın Azərbaycandakı siyasətinə təsiri ola bilməz, çünki Azərbaycanda prosesləri Rusiya idarə edir.

Tpamp seçkiqabağı verdiyi vədlərə əməl etsə, ABŞ-Rusiya qarşıdurması başa çatacaq vəbu qarşıdurmanın girovuna çevrilmiş Qarabağ problemi də həll olunacaq.

Hazırda isə ölkəmizdə vəziyyət günü-gündən pisləşir. Bütün sərvətləri talamış məmurlar indi də bir-birinin əlindəkini almaqla məşğuldur. Bu prosesin də başa çatmasına az qalıb, sonra hansı proseslər başlanacaq, artıq bunu Rusiya idarə edəcək.

Xaricəçıxarılan oğurluq sərvətlərin taleyi təhlükə altındadır. Oğru məmurlarımız Rusiya ilə bloklara daxil olsalar, Qərb bu pulları yiyələrinə verməyəcək. Rusiya ilə bloklara girməsək, Qarabağ problemini həll etmək mümkün olmayacaq. Qərb dövlətlərinin Rusiyanın sərvətlərini ələ keçirmək planı boşa çıxandan sonra Qarabağ problemi Rusiyaya lazım olmayacaq və problemi həll etmək üçün Rusiya bizdən konkret mövqe tələb edə bilər. Əlbəttə, bunu mən belə düşünürəm. Siyasəti dərindən dərk etməyə bilərəm. Amma ölkəmizdəki bərbad vəziyyəti dərk edirəm.

Beynəlxalq Bank və"MTN işi" ilə əlaqədar gedən məhkəmə prosesləri ölkəmizin necə idarə olunduğunu aydın göstərir. Digər sahələr də o gündədir. Bir ölkədə ki, hüquq-mühafizə orqanlarına əməkdaşları, o cümlədən məhkəməyə hakimləri rüşvətlə götürürlər, o ölkədə qanundan danışmaq əclaflıqdır.

Ölkəmizdəki bütün bu çirkabları görməmək üçün son vaxtlar YOUTUBE-da daha çox vaxt keçirirəm. İndi dərk edirəm ki, internet necəgözəl şeydir. Onun vasitəsilə hər şeydən xəbərdar olmaq mümkündür. Gözəl musiqi dinləmək, paltar toxumaq, ağaclara qulluq etmək - ümumiyyətlə, dünyada nə varsa, hamısını internet vasitəsilə öyrənmək olur.

İndi Məhərrəmlik mərasimləri olduğundan mən hər gün YOUTUBE-da mərsiyələrə qulaq asıram, dünyada Aşura gününün keçirilməsi ilə bağlı videolara tamaşa edirəm. Bu mövzuda internetəmüraciət edənlərin sayı bəzən milyonları keçir. İmam Hüseynə olan İlahi sevgi ildən-ilə artır. Mən uşaqlıqdan bu sevgi ilə böyümüşəm.

Sovet dövründə Hacıqabulda yeganə məscid bizim Xilə məhəlləsində olub. Qohumlarımın arasında xanım Zeynəb əzəmətli, mərd, sinədəftər qadınlar görmüşəm. Onlar imamlarımızı xanım Zeynəb sevgisi ilə oxşayıb nalə çəkiblər. Xanım Zeynəb dünya qadınlarına bir nümunədir. Qardaşları qətlə yetiriləndən sonra İslam dininin yaradıcısı və fədailəri olan Peyğəmbər törəmələrinə rəhbərlik edən xanım Zeynəb bu gün də müsəlmanlar arasında birlik yarada bilir. Məhz Aşura günü müsəlmanlar İmam Hüseyn eşqinəsıx birləşirlər.

İnternetdə Kərbəla faciəsi ilə bağlı söhbətlərə qulaq asmaq, videolara baxmaq ruhuma qida verir, mənən təmizlənirəm, daxilən rahatlaşıram. İnsanın xoşbəxtliyi onun daxili rahatlığındadır. İnsan oğrudursa, milyardları da olsa, o, daxilən rahat ola bilməz.

Məndən soruşsalar ki, ağıllı insan kimdir, birmənalı olaraq cavab verərəm ki, ağıllı insan nəfsi tox olandır. İnsanın başına bütün faciələr onun nəfsinə görə gəlir. Tamahkar insan bütün alçaqlıqlara qadirdir.


Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA



Bölməyə aid digər xəbərlər
30-11-2017, 12:28 Mətanət ƏLİYEVA - Vacib əməl
14-10-2017, 14:36 Mətanət ƏLİYEVA - Su, su, su!!!
14-03-2017, 12:59 Mətanət ƏLİYEVA - Əsas hədəf

bütün xəbərlər