Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
Prezident icra başçısını vəzifədən azad edib - Sərəncam
Daha bir vəzifəli şəxsin adı Ramiz Mehdiyevlə hallanır
Nazir Emin Əmrullayevə bir neçə sual
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
İcra başçısı saxlanılıb - DTX əməliyyat keçirib - (Yenilənib)
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
İki itkin şəhidimiz Xocalıda dəfn edilib - Fotolar
Tarix: 30-01-2017 13:33 | Bölmə: Mətanət ƏLİYEVA
Büdcəni doldurmağın asan yolunu tapmışam. Demokratik ölkələrdə vətəndaşlar mənzil sahəsinə görə vergi verirlər. Tutaq ki, hər vətəndaşa qanunla 40 kvadrat metr yaşayış sahəsi düşürsə, 40 kvadrat metrdən artıq mənzil sahəsi olanlar hər kvadrat metr üçün dövlətə vergi ödəyirlər. Buna görə də vətəndaşlar artıq mənzil sahəsi saxlamır, pulu ya banklara qoyur, ya da biznes fəaliyyətinə yönəldirlər. Bizdə belə vergi tutulmadığından vətəndaşlar artıq pullarına mənzillər alırlar.
Hazırda Bakının mərkəzində mənzillərin 60 faizi boşdur. Axşamlar "Azneft"də, "Torqovıy"da, mərkəzdə tikilən göydələnlərə baxsanız, onların 99 faizində işıqların yanmadığını görəcəksiniz. Bu isə o deməkdir ki, həmin binalarda yaşayış yoxdur.
Məmurlar artıq pullarına mənzillər alıb saxlayırlar. Əgər əlavə mənzil sahəsi üçün mənzil vergisi tutulsa, hər məmur 100 min manatlarla vergi ödəməli olacaq deyə, artıq mənzil saxlamayacaq, nəticədə həm mənzillər ucuzlaşacaq, həm büdcəyə milyonlarla pul daxil olacaq, həm də daşınmaz əmlaka qoyulan pullar iş yerlərinin açılmasına, banklara yönələcək. Ölkədə etibarlı banklar var, amma yuxarıdakıların ağılsızlığı və tamahı onlara işləmək imkan vermir.
Amma bizim məmurlar belə qanunun qəbuluna imkan verməzlər. Deputatlarımız 20 ildə korrupsiyanın əleyhinə olan ciddi bir qanun da qəbul etməyiblər. Daha doğrusu, qəbul etdikləri deklorasiya haqqında, icbari tibbi sığorta haqqında və sair qanunlar hələ də qüvvəyə minməyib.
Dövlətlər yaranandan onların xəzinəsi vergi hesabına doldurulub.Acgöz adamlar dövlət başına keçəndə vergilər artırılıb, insanlar səfalət içərisində yaşayıblar. Zaman-zaman ədalətli, ağıllı dövlət başçıları da olub ki, onların dövründə insanlar firavan yaşayıblar.
Bizim hökumətimiz büdcəni doldurmaq üçün başqa yollar axtarır, çünki vergi ödəyicisi olan iş yerləri bağlanmaqda davam edir.
20 il bizim Milli Təhlükəsizlik Тazirliyinin generalları iş adamlarını şantaj etmək, hədə-qorxu yolu ilə onlardan külli məbləğdə pul almaqla məşğul olublar. Belə bir dövlətdə 5-10 iş yeri varsa, buna da şükür.
Büdcəni doldurmaq üçün dövlətdə qalan əmlakları satışa çıxarıblar. Bunlardan biri də Bakıdakı Dəmir yolu xəstəxanasıdır. Bu xəstəxana mənim yadıma acı xatirələr saldı.
1993-cü ildə qızım Dəmir yolu xəstəxanasında dünyaya gəldi. Xəstəxanada gördüyüm allahsız, pulgir əməkdaşlara olan nifrətim ötən illər ərzində zərrə qədər də azalmayıb. Nə ananın vəziyyəti, nə doğulan uşaq onları maraqlandırmırdı. Həyasızcasına pul tələb edirdilər.
Xəstəxananın xadiməsi ilk uşağını orada dünyaya gətirmişdi. Gənc ana qızdırmadan yanırdı, tibb işçilərinin biri də ona yaxınlaşmırdı. Qadının biri qanaxmadan yıxıldı, kasıb olduğu üçün tibb işçiləri ona yaxınlaşmadılar.
Xalqımız xeyirxahdır. Sadəcə olaraq, tibb sahəsində vicdansız adamlar çoxluq təşkil edir. Diplom almaq rüşvət, işə düzəlmək rüşvət, cinayəti, savadsızlığı gizlətmək üçün yuxarılara rüşvət vermək və s. kimi işləri ancaq vicdansız adamlar edə bilərlər.
Səhiyyədə vicdanlı, savadlı həkimlər də var, onlar da xəstələr kimi əzab çəkirlər. Dəmir yolu xəstəxanasında 30 ildir tibb bacısı işləyənlər var ki, hələ də iynə vurmağı bacarmırlar. Sovet vaxtı 1 nömrəli Tibb Texnikumunu rüşvətlə bitirib, rüşvətlə işə düzəliblər. Eşitdiyimə görə, Dəmir yolu xəstəxanasında bir həkim var, il ərzində bu həkimin yanına neçə xəstə gəlsə, hamısına eyni resepti yazır.
Son iki ayda əhali arasında yayılan virus barədə Səhiyyə Nazirliyi konkret bir söz demir və statistikanı əhalidən gizlədir. Halbuki geniş yayılan qusma və ishaldan ölən uşaqlar da var.
Yanvarın 14-də Hacıqabul rayonundan olan 3 yaşlı Nihad, Ə.Qarayev adına 2 saylı Uşaq Klinikasında vəfat etdi. Nihadın anası Aysel Hüseynovanın dediyinə görə, Hacıqabul xəstəxanasında ona deyiblər ki, uşağın bağırsağına mikrob düşüb, vəziyyəti ağır olduğu üçün Bakıya - Ə.Qarayev adına 2 saylı Uşaq Klinikasına göndəriblər.
Vətəndaşların az qala 50 faizində qusma və ishal yaradan bu mikrobun haradan gəldiyi aydınlaşdırılmır. Bu hadisədən sonra mətbuatda içdiyimiz suyun bərbad vəziyyətdə olması barədə məlumat getdi. Məmurlarımızın başı ki, pul yığmağa qarışıb, pul qazanmaq üçün suyumuzu zəhərləyənlərlə əlbir olanlar da tapılar. Onsuz da məmurlar bizim içdiyimiz sudan içmirlər, Qəbələdən özləri üçün ayrıca su kəməri çəkdiriblər, hövuzlarına da bulaq suyu axır.
Ölkədə isə yoxsullaşma gündən-günə artır. İş yerini itirən, biznesi müflis olan adamlar evində gümanı gələn hər şeyini satandan sonra əvvəl internetin pulunu verə bilmir, sonra işığın, qazın, sonra metroya pul tapmır, sonra çörək almağa... Bəs sonra nə olacaq?!!
Bir gənc öz müşahidələrini danışaraq dedi ki, kasıblıq artdıqca insanlıq oyanır. İnsanlar bir-birini başa düşməyə, bir-birinə yardım etməyə başlayıblar. Kasıblar arasında həmrəylik yaranıb.
Bir-iki kəlmə də dünyada gedən proseslər barədə yazmaq istəyirəm. ABŞ-ın yeni prezidenti Donald Trampın qələbəsi hansısa dairələrdən maliyyələşən "millətçi"ləri narahat edir. Eyni zamanda dünyanın ən əxlaqsız təbəqələri - anarxistlər, homoseksuallar, fahişələr də Trampın əleyhinə aksiyalar keçirirlər. Bu, belə bir fikir yaradır ki, dünyadakı bütün əxlaqsızlar bir mərkəzdən idarə olunurlar. Bu mərkəz bütün ölkələrin sərvətlərini ələ keçirmək üçün dövlət çevrilişləri, vətəndaş müharibələri, terror aktları təşkil edir və bunların başında da ABŞ dayanır.
Trampın əvvəlki ABŞ prezidentləri kimi bu prosesi davam etdirəcəyi, yaxud həqiqətən İŞİD-ə qarşı mübarizə aparacağı məlum deyil. Tramp sözdə İŞİD-lə mübarizə aparacağını, terrorçulara dəstək verməyəcəyini deyir, amma siyasətçilərin sözü çox vaxt əməlləri ilə üst-üstə düşmür. Trampın əməllərinə baxandan sonra onun nəyə xidmət etdiyini demək olar.
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək