Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
Akademikin armudu stəkanındakı limon
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
On yeddi mindən çox müəllimin maaşı artacaq
Sülh savaşı - Zahid Oruc yazır
Tarix: 24-03-2017 16:43 | Bölmə: Mətanət ƏLİYEVA

Aran bölgəsində bu il quraqlıq keçsə də, Bakının su altında qalma təhlükəsi var. Bakının ətraf kəndlərində qrunt suları gölməçələr yaradıb, yollar, bəzi evlər suyun altında qalıb.
Bu ərazilərdə əsasən kasıblar yaşadığından hökumət səviyyəsində suyu qurutmaq üçün ciddi iş görülmür. Bu suları qurutmaq üçün yəqin ki, ilk növbədə kanalizasiya xətləri çəkilməlidir. Yayın qızmar vaxtlarında da bu gölməçələr qurumasa, Bakı Venesiyaya çevriləcək.
İtaliyanın Venesiya şəhərində evlər, hündür binalar su ilə əhatə olunub. Sakinlər bir binadan o biri binaya qayıqla gedirlər. Bütün dünyadan turistlər bu mənzərəni görmək üçün Venesiyaya axışır. Mənə də bu mənzərəni görmək nəsib olub və hər dəfə bu mənzərəni xatırlayanda halım pisləşir.
Məsələ ondadır ki, mənim revmatizmam var, nəmişlik yerdə sümüklərim ağrıyır, nəfəsim çatmır. Ona görə də Venesiyada elə bilirdim cəhənnəmin qır qazanındayam.
Məndən fərqli olaraq digər turistlər özlərini xoşbəxt hiss edirdilər. Gürcüstandan gəlmiş bir qadın qayıqda sevincindən ağladı, dedi ki, Venesiyanı görmək onun çoxdankı arzusu olub.
Bakıda plansız, qarmaqarışıq, bir-birinə yapışan binaların sayı artdıqca, şəhərin çökməsi, gölməçələrin dərinləşməsi davam edə bilər və beləliklə, ölkəmizin "turizm imkanları” genişlənər.
Bakı ətrafındakı kəndlərdə kanalizasiya xətləri düzəltmək əvəzinə indi də "Xruşşovka”ları söküb yerində göydələnlər tikmək istəyirlər. Bakıdakı yeni binaların 70 faizində yaşayış olmadığı halda mənzillərin qiymətini fantastik dərəcədə yüksək saxlamaq (orta aylıq əməkhaqqı 2 min dollar olan Avropa ölkələrinin paytaxtlarında mənzillər bizdəkindən ucuzdur) və əlavə binalar tikməyin səbəbini başa düşə bilmirəm. Nə vaxtsa bunun səbəbi bilinəcək və məlum olacaq ki, bu məsələnin arxasında korrupsiya maraqları gizlənib.
Bakıdakı tikintilərdə fəhlə işləyənlər əsasən rayonlardan gələnlərdir. Bizim binanın arxasındakı küçədə bir neçə aydır binanın divarlarını qaşıyır, balkonları söküb yenidən tikirlər. Bu tikintidə işləyən, üst-başı toz-torpağın içərisində olan bir fəhlə mağazadan günorta yeməyi alırdı. İki sosiska, bir qab dovğa, bir ədəd çörək götürdü. Əmək haqqını soruşdum, dedi günə 20 manat alır. Hesabladım ki, bu fəhlə 30 gün istirahətsiz işləsə, 600 manat alacaq. Gündə 3 dəfə yemək, yol pulu, kirayə mənzilin pulu, sabun və s. vacib şeyləri alandan sonra o, evinə ayda 100 manat pul göndərə bilər.
Fəhlələr əsasən gənclərdir, aylarla ailələrinin yanına gedə bilmirlər deyə qazanclarından 5-3 manat da əxlaqsız qadınlara verəndə 100 manatı da göndərə bilmirlər. Olmaz ki, Bakıdakı bu tikintiləri dayandırıb pulu rayonlara buraxsınlar, insanlar da rahat evlərində, ailələrinin yanında yaşayıb işləsinlər?
Bakıda fəhlə işləyən 5 kişi bəzən bir otaqda kirayədə qalır, yuyunmağa şərait olmadığından çirkli paltarda, toz-torpağın içərisində yatırlar. Halbuki həmin adamların rayonlarda sovet dövründə tikilmiş böyük evləri, hamamları var.
Ölkədə oğurluq və narkomaniya günü-gündən artır. Narkomaniyanın artması eyni zamanda oğurluğun artması deməkdir, çünki narkomanlar tələbatlarını ödəmək üçün ilk növbədə oğurluğa əl atırlar.
Ötən ay Hacıqabulda mənim iki qohumumun evini çapıblar. Qohumlarım narkomanlardan şübhələnirlər. İddia edilir ki, polis narkotik satanları guya tuta bilmir vəçalışır ki, cinayət faktlarını qeydə almasın.
Bir neçə gün əvvəl Hacıqabulun polis rəisini təqaüdə göndərdilər. Yeni rəis rayonun narkotik alverçilərindən birini tutub. Amma vətəndaşlar polislərə inanmırlar. Hesab edirlər ki, rüşvət verib polisə işə düzələn adam cinayətin üstünü açmaq üçün gəlmir, pul qazanmaq üçün gəlir.
Özəl şirkət açanlar işçiləri rüşvətsiz işə götürür, əziyyətlə qazandıqları puldan işçiyə yüksək maaş verirlər, məmurlar isə dövlətdən maaş alan əməkdaşları işə rüşvətlə götürürlər. Bəlkə erməniləri söymək əvəzinə belə məmurları söyək? Ermənilərin heç bir təbii sərvətləri olmadığı halda onlar heç də bizdən yoxsul yaşamırlar.
Ərzaqların qiyməti də gündən-günə qalxır. Mənə belə gəlir ki, əhalinin 80 faizi bayram süfrəsi aça bilməyəcək. Ac qalmamaq üçün yeganə yol rayonlara qayıdıb torpağı əkib-becərməkdir. Torpaq bizi ac qoymaz. Bayramınız mübarək!
Bölməyə aid digər xəbərlər















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki