22:31 / 16-09-2025
Vardanyan Paşinyan, Minsk qrupu üzvləri və BQXK nümayəndələrinin dindirilməsini istəyir
21:03 / 16-09-2025
Sumqayıtda yaşayış binasında yanğın olub
19:49 / 16-09-2025
"Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə təlimi başa çatıb - Video
18:00 / 16-09-2025
Dövlətə məxsus 55 maşın hərracda satılıb
17:44 / 16-09-2025
Prezidentin Azərbaycana səfəri başa çatıb - Fotolar
17:39 / 16-09-2025
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
17:36 / 16-09-2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub - Fotolar
17:23 / 16-09-2025
ATƏT rəsmisi: "Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb"
17:08 / 16-09-2025
Sabah leysan yağacaq - Xəbərdarlıq
16:46 / 16-09-2025
Ağacın 1 qramı 10 min dollardır
16:41 / 16-09-2025
Prezidentlər güllələnmiş heykəllərə baxıblar - Fotolar
16:35 / 16-09-2025
Zaqatala sakini bağında döyülüb
16:25 / 16-09-2025
Azərbaycan və BƏƏ liderləri Şuşa qalasının önündə - Foto
16:09 / 16-09-2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - Fotolar
16:07 / 16-09-2025
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
15:55 / 16-09-2025
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
15:39 / 16-09-2025
Azərbaycan və BƏƏ prezidentləri Milli Xalça Muzeyinin Şuşa filialında olublar - Fotolar
15:20 / 16-09-2025
Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək
15:11 / 16-09-2025
Cəlilabadda məktəbli bıçaqlanıb
15:07 / 16-09-2025
Nigar Köçərlinin kitabları müsadirə olunub? - Açıqlama
14:55 / 16-09-2025
Alla Puqaçovanın son müsahibəsi 16 milyondan çox baxış toplayıb
14:50 / 16-09-2025
Prezident iqamətgahı üzərindən uçan PUA ələ keçirilib
14:44 / 16-09-2025
İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir
14:06 / 16-09-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub - Yenilənib
13:39 / 16-09-2025
Prezidentlər Füzulidən sonra Şuşaya gediblər - Fotolar
13:31 / 16-09-2025
Zülfüqarov: Xankəndidə terror törətməklə bir neçə məqsədə çatmaq istəyiblər
13:27 / 16-09-2025
Sabah yağış yağacaq
12:57 / 16-09-2025
Əliyar Ağayev “Bayer”in oyununa təyinat alıb
12:53 / 16-09-2025
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
12:45 / 16-09-2025
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

13:31 / 16-09-2025

15:37 / 14-09-2025

09:10 / 12-09-2025

13:50 / 14-09-2025

Məhkəmə və oğru qanunları
Tarix: 14-12-2017 13:55 | Bölmə: Mətanət ƏLİYEVA

Azərbaycanda yaşamaq dəhşətlidir. Bunu mənə bacım deyir. Bir ildən çoxdur 5-ci mərtəbədə yaşayan qonşusu onun başına su tökür, buna görə ailə tualet və hamamdan istifadə edə bilmir. Bacımın ailəsi məhkəməyə, MİS-ə, 102 xidmətinə, sahə müvəkkilinə və digər əlaqədar təşkilatlara şikayət etsə də, problemi həll edə bilmir.
102 xidmətindən gələnlər suyun bacımın mənzilinə axmasını görüb və qonşuya irad tutanda o, deyib ki, sudan istifadə etmək onun hüququdur. Xidmət əməkdaşları deyiblər ki, sudan istisfadə etmək hüququn olsa da, qonşunun başına su tökmək hüququn yoxdur. Qonşunu tutub aparıblar, axşam buraxıblar.
Bacımın əsəbləri pozulub. Onun bu vəziyyətini görəndə əsəbləşirəm. Ona görə ki, bu vaxta qədər mənim qohumlarım dərk etməyiblər ki, necə dəhşətli ölkədə yaşayırlar. Onların problemlərini biz həll etmişik. Qohumlarım mənim yazdıqlarımı, demək olar, oxumurlar, amma işləri çətinə düşəndə yadlarına düşürdü ki, Mətanət jurnalistdir. Problemi mənə yükləyirdilər, mən də həftələrlə məmurlarla dava-dalaş edib onların təqaüd, əsgərlik, səhiyyə və s. problemlərini həll etməli olurdum. Amma onlar seçkiyə gedib qutuya bülleten atmağa da təmbəllik edirdilər.
Artıq mən yorulmuşam, deyirəm, qoy özləri öz problemlərini həll etsinlər. Onlar indi başa düşürlər ki, biz nələr çəkmişik, bu ölkədə yaşamaq elə də asan deyil.
Bacım Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə 2017-ci il iyulun 24-də hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən iclasda ekspertizanın keçirilməsi barədə qərar çıxarıb. Sentyabrın 20-də ekspertiza keçirilib. Hələ də ekspertizadan cavab yoxdur. Məhkəmə bacımın xeyrinə qərar çıxara bilər, amma məhkəmənin qərarını həyata keçirmək elə də asan olmayacaq. Neft və Kimya İnstitutunu bitirən bacım bilmir ki, qərarları icra edən bəzi məmurlara rüşvət verməsən, qərarlar icra olunmamış qalır. Minlərlə icra olunmamış qərarlar var. Çox güman ki, bu, məhkəmələrə nəinki hakimləri, hətta adi işçiləri də rüşvətin müqabilində işə qəbul etməkdən qaynaqlanır. Rüşvətlə işə qəbul olunan adam artıq cinayətlə pul qazanacağına əmin olan ləyaqətsiz adamdır. Belə ölkədə ədalətdən danışmağa dəyməz.
Ölkəni quldurxanaya çevirən rüşvətxor məmurlarımızdır, vətəndaşlar isə bu işdə birbaşa günahkardır. Vətəndaş öz hüquqlarını müdafiə etmək üçün ilk növbədə savadlı olmalıdır. Savadlı olmaq üçün oxumaq lazımdır. Oxumağa uşaqlıqdan vərdiş etməlisən. Gənc ailələr isə uşaqları üçün kitab almır.
Bizim “Qaya” mətbuat yayımı firması Rusiyada və Azərbaycanda nəşr olunan kitabların və jurnalların satışını təşkil edir. Firmada kitab və jurnalların satışı ilə məşğul olan Sevda Əliyevanın sözlərinə görə, azərbaycandilli oxucular uşaqlarına kitab və jurnal, demək olar ki, almırlar, firma yalnız rus dilində olan nəşrlərin satışından pul qazanır.
Hansısa dahi deyib ki, uşaqlarınızın ağıllı olmasını istəyirsinizsə, ona çoxlu nağıl danışın, daha çox ağıllı olmasını istəyirsinizsə, daha çox nağıl danışın. Bizim valideynlər artıq uşaqlarına nağıl da danışmırlar.
Rəhmətlik Nüsrət Kəsəmənli “Daha nağıllara inanmıram mən” şeirində deyir ki,
“İndi keçəlləri saçlı aldadır,
daha nağıllara inanmıram mən”.
Nağıllarda həmişə ədalət qalib gəlir. Bizim əksər valideynlərimizi ədalətin qalib gəlməsi maraqlandırmır. Ona görə də onlar uşaqlarına kitab oxumaq yox, fırıldaqçılıq öyrədirlər.
Sevda Əliyeva deyir ki, Tolstoyun, Dostoyevskinin təzə çapdan çıxan kitablarını 2 manata, Cəlil Məmmədquluzadənin kitabını 5 manata sata bilmir, amma oxucular Lotu Quli və Rövşən Lənkəranski haqqında kitabların birini 6 manatdan, gündə hardasa 30 nüsxə alırlar.
Bizim millət nədənsə cinayətkarlara rəğbət bəsləyr, sanki başa düşmürlər ki, “vor v zakone”lər adam öldürür, narkotik satır, haram yollarla pul əldə edir, bütün növ cinayətlər törədirlər.
Bizim əhali sanki başa düşmür ki, səfalət içərisində yaşamağımızın səbəbi ölkəmizdə “mafiya qanunları”nın da işləməsidir. “Vor v zakone”lərə hörmət ediriksə, o məntiqlə ölkəmizi bu günə qoyan mafioz məmurları da sevməliyik.
Sevda Əliyeva deyir ki, ən çox kulinariya, magiya, fal, qoroskop haqqında olan kitablar satılır.
Yazıb-oxumaqda çox əziyyət çəkirəm. Mənə elə gəlir ki, kor olmuşam. İşığı elə zəif verirlər ki, lampa közərir. Gecə yarısı işığı yandıranda görürəm ki, işıq gurdur, əziyyət çəkməyimin səbəbi işığın zəif olmasıdır. Qazımızı da elə zəif verirlər ki, hamamda qaz alışanda sevinirik. Oğru qanunlarına qalsa, işığın və qazın rəhbərlərini də sevməliyik, onlar da cinayət yolu ilə varlanırlar və qohumları da onların hesabına varlı yaşayır.
Deputat Siyavuş Novruzov, mənim fikrimcə, hadisələrə ən ağıllı və konkret fikir bildirən siyasətçidir. O, vətəndaşların xoşuna gəlmək, özünü reklam etmək üçün çıxış edən deputatlardan deyil.
S.Novruzov deyir ki, Azərbaycanda 1 milyon 350 min pensiyaçı var, halbuki vətəndaşların sayına görə, bizdə 350 min pensiyaçı olmalıdır. Mən də əlavə edərdim ki, anormallıq ona görə yaranıb ki, bizdə sağlam adamlar rüşvət verib şikəst kimi təqaüdə çıxırlar. Elə bu rüşvəti alan məmurlar da pensiya yaşını 65-ə qaldırdılar ki, rüşvət almaq imkanları genişlənsin.
S.Novruzov qeyd edib ki, ölkəmizdə müharibə veteranlarının sayı 90 minə çatıb, 90 min nəfər iki ordu deməkdir. Deputat daha sonra bildirib ki, ABŞ-da hər şagirdə düşən müəllimin sayına görə müəllimlərin sayı Azərbaycandakından 4 dəfə azdır, səhiyyə də o gündədir.
Təbii ki, bütün bu faktların arxasında ciddi cinayətlər dayanır. Bu cinayətkarlar heç vaxt cəzalanmayacaqlar, çünki ölkəmizdə “mafiya qanunları” da keçərlidir, cinayət yolu ilə yığılan pulların “şir payı” mafiyanın başçısına çatır. Bizdə isə cinayətkarları sevirlər.
Teatrlarımızın, Azərbaycan televiziyasının dövlət büdcəsindən maliyyələşməsi, fəxri adların saxlanması bir məqsədə xidmət edir, mafiya öz təbliğatını elə qurur ki, cinayətlərini ört-basdır etsin, özünü xalqın firavan həyatının təminatçısı kimi təqdim etsin.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər