18:09 / 05-07-2025
Mingəçevirdə iki qayıq toqquşub - Beş nəfər xəsarət alıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
14:16 / 05-07-2025
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
16:20 / 04-07-2025
Meyxanaçı azadlığa buraxılıb
16:17 / 04-07-2025
Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
16:01 / 04-07-2025
Xankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar
15:47 / 04-07-2025
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
21:03 / 30-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

14:40 / 03-07-2025

07:52 / 01-07-2025

12:16 / 02-07-2025

19:48 / 04-07-2025

10:26 / 02-07-2025

15:33 / 02-07-2025

14:53 / 01-07-2025

16:55 / 02-07-2025

Nazirin ölüm kanalı
Tarix: 03-03-2018 08:26 | Bölmə: Mətanət ƏLİYEVA

AFFA-nın sabiq prezidenti mərhum Ramiz Mirzəyevin 33 yaşlı oğlu Anar Mirzəyev fevralın 15-də Sabirabadın Həşimxanlı kəndində maşını ilə birlikdə kanala düşərək vəfat edib. Allah rəhmət eləsin!
Ramiz Mirzəyev uzun müddət Neftayırma zavodunun direktoru və YAP funksioneri olub. Məsələ bunda deyil. Demək istəyirəm ki, tanınmış adamlarla bərabər sadə vətəndaşlar da kanallarda tez-tez boğulmalı olurlar.
Sovet vaxtı Kürqırağı rayonlara Kür çayından dərinliyi 5-6 metr olan kanallar çəkiblər. Qamış basmış bu kanallar ölüm mənbəyidir. Bu kanallara hər il uşaqlar, maşınlar, mal-qara düşərək tələf olur.
Belə kanaldan Salyan rayonunun Qaraçala sovetliyinin Arxarası kəndində də var. Bu kənddə həyat yoldaşımın qohumları yaşayır. Toya, yasa gedəndə o kanalın kənarı ilə getməli oluruq. Hər dəfə kəndin ortasından keçən bu kanalın ətrafı ilə gedəndə qorxudan az qalıram sarılıq xəstəliyinə tutulum. Yağışlı vaxtlarda, yer sürüşkən olanda kanalın ətrafı xüsusilə təhlükəli olur.
Belə kanaldan biri də Hacıqabuldadır. Şirvankanal adlanan bu kanalda batanların sayı-hesabı yoxdur. Maşınlar Şirvankanalın üstündəki çürük taxtalardan olan körpüdən keçməli olur. Yəqin ki, prezident İlham Əliyevin belə kanallardan xəbəri yoxdur. Çünki bölgələrdə icra başçıları prezidentin keçəcəyi yolları yüksək səviyyədə təmir edir, gül-çiçək əkirlər. Rayonların digər əraziləri isə bərbad gündə olur.
Rayonlardakı ölüm kanallarını görəndə adamın fikrindən dəhşətli şeylər keçir. İlk növbədə adam fikirləşir ki, bu millətin yiyəsi yoxdur. Texnikanın bu qədər inkişaf etdiyi, Azərbaycanın varlı dövlətlərdən biri olduğu indiki dövrdə o kanalları doldurub müasir üsullarla torpaqlarımızı suvarma suyu ilə təmin etmək olmazmı? Dövlətin milyonlarını havaya sovururlar, niyə millətə bu pulları qıymırlar?
Əslən Tovuzdan olan Ramiz Mirzəyev kanal məsələsinə baxmasa da, YAP Siyasi Şurasının üzvü idi. 25 ildir YAP hakimiyyətdədir. Ramiz müəllim YAP-ın yığıncaqlarının birində kanal məsələsini qaldıra bilməzdimi? Heç onun ağlına gələrdimi yeganə oğlu o kanallardan birinin qurbanı olacaq? Bilsəydi, bəlkə vaxtında bu məsələni qaldırardı. Bilmək olmur ki, xalqın bu faciələrinin başında kim durur, bütün bu haqsızlıqlara kim cavabdehdir.
Amma hərdən elə faktlarla rastlaşırsan ki, bu faktlar düşünməyə əsas verir ki, çox vaxt Prezidentin sözü keçmir.
2005-ci ildə Milli mətbuatımızın 120 illik yubiley tədbirində həyat yoldaşım “Qaya” mətbuat yayımı firmasının götürülmüş qəzet köşkləri ilə bağlı birbaşa prezidentə müraciət etdi. İlham Əliyev həmin dəqiqə köşkləri yerinə bərpa etmək göstəriş verdi. Köşklər yerinə qayıdanda Ramiz Mehdiyevin göstərişi ilə proses dayandı. Bir müddət sonra R. Mehdiyevin həmyerlisi “Qaya”nın köşklərinin yerində özü üçün köşklər qoydurdu. İndi də gömrükdə qanunsuzluq etməklə “Qaya”nın fəaliyyətini dayandırmaq istəyirlər.
Hərdən elə haqsızlıqla rastlaşıram ki, çıxış yolu tapa bilmirəm. Aciz qalan insanın gümanı yalnız Allaha qalır.
Keçən il Aşura günü (İmam Hüseynin qətlə yetirildiyi gün) Hacıqabul məscidinə getmişdim. Rayonda eşitdiyim bir haqsızlıqdan sarsıldım. Özümdən asılı olmayaraq dedim ki, xalqın bu faciələrinin baiskarı olan adamı matəmə tapşırıram. Ona Allahdan bir şey arzuladım: Gələn il matəmə kimi onun vəzifə kreslosu boş qalsın. Çox yaşasın, vəzifədən gedəndən sonra onu sadə vətəndaşlar kimi incitsinlər və görsün ki, sadə vətəndaşlar nələr çəkiblər. Yəqin ki, Allah məni eşidər, matəmə kimi həmin məmurun kreslosu boş qalar və onda bilinər ki, bu xalqın bəlalarının baiskarı kimdir.
Təəssüf ki, bəzi məmurlar, sadə vətəndaşlara qarşı haqsızlıq edənlər fikirləşmirlər ki, nə vaxtsa vəzifədən gedərlər, etdikləri haqsızlıqlar qarşılarına çıxar, necə ki hər il bunun şahidi oluruq.
Vergilər naziri Mikayıl Cabbarov deyib ki, Vergilər Nazirliyində korrupsiyanın kökünü kəsəcək. Adama deyərlər, korrupsiyanın kökünü kəsən idin, təhsil naziri olanda bunu edəydin. Təhsil Nazirliyində gizlidə qalan cinayətləri buraxıram hüquq-mühafizə orqanlarının ixtiyarına. Hər ay hər hansısa müəllimin maaşından 20 manat tutulub nazirliyin məmurlarına göndərilməsi ölkəmizdə çalışan 151 min müəllimə sirr deyil. Hesablamışam, bu, ayda 3 milyon 200 min manat edir.
Ölkəmizdə fəaliyyət göstərən 4 min 500 məktəbin hər birində siniflərdən hər ay fond pulu yığılır. Yəqin ki, valideynlərdən alınan 5 manatın böyük hissəsi də Təhsil Nazirliyinin məmurları üçündür.
Hazırda ölkəmizdə 1,6 milyon şagird təhsil alır. Bunun bir milyonu ayda 5 manat versə, 5 milyon edir.
Mikayıl Cabbarov təhsil naziri olanda bu sahədə çalışan məmurların sürdükləri yarım milyon dəyərində olan maşınları görmürdümü?
O ki qaldı Vergilər Nazirliyindəki korrupsiyaya, bu nazirlikdə vəziyyət Təhsil Nazirliyindən dəfələrlə yaxşıdır. Nazirliyin əksər əməkdaşları savadlı, peşəkar, səviyyəlidir və korrupsiyanın səviyyəsi minimuma enib.
Yazımın əvvəlində ölüm kanalı barədə yazmışdım. Əsl ölüm kanalı rayonlardakı su kanalları deyil. Millətimizin əsl ölüm kanalı hazırkı Təhsil Nazirliyidir. Digər məmurlar kimi onlar da xalqın dövlətə, qanunlara, insanlığa, elmə olan inamını öldürüblər.
Bəzi məmurlar vicdanlı insanları sındırmaq üçün bütün vasitələrə əl atırlar. Hər şeyi bərpa etmək olar, amma ləyaqətini itirmiş insanların insanlığını bərpa etmək mümkün olmayacaq. Milləti elə rəzil günə salıblar ki, baxan deyir, bu millətə bu da azdır, bu millət üçün yaxşı heç nə etmək lazım deyil. Şəxsən mən bu fikirlə razı deyiləm.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər