19:35 / 22-01-2021
Rusiya Azərbaycanın 13 şirkətinə pomidor və alma ixracına icazə verib
19:29 / 22-01-2021
Nazirlik film layihələri müsabiqəsi elan edib - Şərtlər
19:18 / 22-01-2021
Ceyhun Bayramov Gürcüstan xarici işlər naziri ilə bölgədəki son vəziyyəti müzakirə edib
19:05 / 22-01-2021
Gürcüstan prezidenti: “NATO Qafqaza daha çox diqqət ayırmalıdır”
18:52 / 22-01-2021
Döyüş zonasında xidmət edən hərbçilərin maaşları azaldılıb? - Açıqlama
18:33 / 22-01-2021
Azərbaycanda daha 280 nəfər koronavirusa yoluxub, 11 nəfər vəfat edib
18:31 / 22-01-2021
“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq
18:21 / 22-01-2021
Məhkəmə: "Lizinq müqaviləsi kredit müqaviləsi sayıla bilməz"
18:12 / 22-01-2021
Məşhur akademik direktor vəzifəsindən çıxarılıb
18:01 / 22-01-2021
ARDNF-in 2020-ci il üzrə gəlir və xərcləri açıqlanıb
17:54 / 22-01-2021
"Ali təhsil haqqında" qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
17:51 / 22-01-2021
Ermənistan AES-in fəaliyyəti bir müddətə dayandırılacaq
17:43 / 22-01-2021
Ramin Bayramlı: "Yaxın 2 həftədə bütün tibb işçiləri koronavirusa qarşı vaksinasiyadan keçəcək"
17:39 / 22-01-2021
Keçmiş xüsusi təyinatlının 3 medallı övladı - Fotolar
17:34 / 22-01-2021
ABŞ-da daha 188952 koronavirusa yoluxub
17:32 / 22-01-2021
Gürcüstan prezidenti NATO Baş katibi ilə görüşüb
17:19 / 22-01-2021
Universitetə prorektor təyin olunub - Foto
17:13 / 22-01-2021
Milli Məclisdə şəhid ailələri və əlilliyi olan şəxslərlə bağlı dinləmə keçiriləcək
17:09 / 22-01-2021
MN Füzulidən növbəti görüntülər yayıb
17:04 / 22-01-2021
Mərkəzi Bank dolların 3 günlük rəsmi məzənnəsini açıqlayıb
16:57 / 22-01-2021
“Dostluq” yatağının istismarı hər iki ölkənin dövlət gəlirlərini artıracaq - Deputat
16:50 / 22-01-2021
Mərkəzi Bank: "500 manatlıq pul nişanı tədavülə buraxılmayıb"
16:43 / 22-01-2021
Türkiyə MN: “Qış təlimi-2021”ə hazırlıq davam edir"
16:41 / 22-01-2021
Virusoloq: “Vaksinasiyanın effektivliyi üçün onun kütləvi xarakter alması lazımdır”
16:26 / 22-01-2021
Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
16:19 / 22-01-2021
Zinəddin Zidan koronavirusa yoluxub
16:13 / 22-01-2021
Putin Avropa İttifaqı Şurasının sədri ilə Navalnı məsələsini müzakirə edib
16:11 / 22-01-2021
Koronavirusa qarşı burun damcısı sınaqdan keçirilir
16:02 / 22-01-2021
Azərbaycan-Böyük Britaniya arasında hərbi sahədə əməkdaşlıq artırılacaq
15:57 / 22-01-2021
Bir qrup ömürlük məhbusun əfv olunması istənilir - Müraciət
23:47 / 19-01-2021

21:15 / 19-01-2021

17:09 / 22-01-2021

00:01 / 18-01-2021

12:20 / 19-01-2021

17:29 / 20-01-2021

15:29 / 19-01-2021

23:02 / 17-01-2021

13:00 / 18-01-2021

15:31 / 18-01-2021

13:31 / 20-01-2021

16:49 / 18-01-2021

Şərəflə daşınası ad
Tarix: 06-09-2019 12:54 | Bölmə: Müəllif-1 / Zaur ƏHMƏD

Dostlarım, əzizlərim... Bir məsələyə fikrimi bildirmək istəyirəm. Bildiyiniz kimi, şəhid, qazi, döyüşçü məsələsində hər zaman həssas olmuşam. Özüm də şəhid övladı olduğumdan, bu ailələrin hansı əziyyətləri çəkdiyini yaxşı bilirəm. Odur ki, bu ailələrlə bağlı hansısa problem yarandıqda ilk reaksiya verənlərdən, məsələni ictimailəşdirənlərdən, həllinə nail olana qədər geri çəkilməyənlərdən biriyəm. Bundan sonra da bu yoldan çəkilməyəcəyimə əsla şübhəniz olmasın.
Amma bir neçə məqamla bağlı narahatlığımı ifadə etmək istəyirəm.
Birincisi, bəzən hansısa şəhid ailəsi ilə bağlı problem ortaya çıxır. Sosial şəbəkələrdə hansısa şəkil paylaşılır və böyük müzakirəyə səbəb olur. Şəhid ailəsinə sahib çıxmaq, ona dəstək olmaq çox gözəl nümunədir və buna görə sevinirəm. Amma bir məsələ də var ki, bəzən kimlərsə bu kimi məqamlarda dövləti ittiham etmək üçün süni ajiotaj yaradırlar. Mən dövlətpərəst adamam, hakimiyyətpərəst yox ha...
Şəhid ailələrinin problemləri yoxdurmu? Əlbəttə var. Dövlət bu ailələrin hamısını kölgəsi altına ala bilibmi? Təəssüf ki, yox... Lakin bu istiqamətdə görülən xeyli işlər var.
Üzülərək qeyd edim ki, kimlərsə ortada olan problemi şişirdərək gündəm yaratmağa çalışırlar. Bəlkə də bir şəhid ailəsinin qapısını açmayan, bir şəhid məzarını ziyarət etməyənlər şəhid ailəsinin hüquqlarını qoruyan şəxs kimi çıxış edirlər. Təbii ki, bu fikirlərim hamıya aid deyil. Bir onu bilirəm ki, şəhid adını hər dəqiqəbaşı xırda məsələlərdə hallandırmaq şəhidlərimizin ruhunu incidir. Ətrafımdakılardan da tələbim bu olub ki, şəhid ailələrinə mərhəmətlə yanaşmayın. Bizim mərhəmətə ehtiyacımız yoxdur. Mənim fikrimcə, şəhid ailəsi olmaq Allahın bir lütfüdür. Ağır itkidir, amma bu adı şərəflə daşımaq lazımdır.
Bu günlərdə belə bir xəbər yayıldı ki, aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızdan birinin ailəsi Zərdabda ağır vəziyyətdə yaşayır. Hətta ailənin yaşadığı evin fotosunu da çəkərək sosial şəbəkələrdə paylaşıblar. Hamı da dövləti tənqid edir və s.
Təbii ki, dövlət şəhidinə, onun ailəsinə sahib çıxmalıdır. Amma, nə olar, şəhid adını hər xırda məsələyə görə hallandırmayın! Mən şəhid ailəsinin urvatsız hala salınmış obrazda göstərilməsini istəmirəm. Belə məqamlardan sui-istifadə hallarının olduğunu bilərək zərdablı şəhidimizin məsələsi ilə bağlı araşdırma apardım. Dedilər ki, məsələ nəzarətə götürülüb və səhv etmirəmsə, Heydər Əliyev Fondu tərəfindən həmin ailə üçün ev tikilir. İşlər hazırda yekunlaşmaqdadır. Nə gözəl. Əlbəttə, belə problemlərə dərhal reaksiya verilsəydi, daha gözəl olardı.
Digər bir məqam da şəhid ailəsinin üzvü kimi məni daha çox üzür. Heç kim məndən inciməsin. Şəhid adından hər addımbaşı istifadə edib nəsə istəməyi yanlış sayıram. Düzdür, dövlət elə etməlidir ki, şəhid ailəsi qapılara düşməsin, nəsə tələb etməsin. Amma hər şeyin də bir qaydası olmalıdır. Mən şəhid ailələri tanıyıram ki, çox ağır durumda yaşayırlar. Amma, təəssüflər olsun ki, bəzi ailələr şəhid ailəsi kimi şərəfli bir ada uyğun olmayan tələblər irəli sürürlər.
Şəxsən mənim üçün şəhid övladı adını daşımağımın heç bir maddi qarşılığı yoxdur, indiyə kimi də bu adla nəsə tələb etməmişəm. Ədalət tələb etmişəm, amma mərhəmət əsla...
Lütfən, şəhid adının nə qədər uca olduğunu unutmayaq!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Zaur ƏHMƏD
Bölməyə aid digər xəbərlər