23:45 / 08-03-2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 / 08-03-2026
İranın yeni ali liderini seçiblər
20:56 / 08-03-2026
Ramazanın 19-cu günü: dua, imsak və iftar vaxtı
19:35 / 08-03-2026
Gəncədə piyadaları avtomobil vurub
19:24 / 08-03-2026
Emmanuel Makron İlham Əliyevə zəng edib
19:20 / 08-03-2026
Daha 25 nəfər Azərbaycan sərhədi ilə təxliyə olunub - Fotolar
15:27 / 08-03-2026
Kamanın mehri və Mehrinin kamanı - Kənan Hacı yazır
12:38 / 08-03-2026
Sabah yağış yağacaq
11:46 / 08-03-2026
İsrail İranın enerji obyektlərinə zərbələr endirir
00:34 / 08-03-2026
Mehriban Əliyeva qadınları təbrik edib - Foto
00:08 / 08-03-2026
Beynəlxalq Qadınlar Günü qeyd olunur
23:24 / 07-03-2026
Qərbi Azərbaycan həqiqətləri və yalanlar
23:12 / 07-03-2026
Cüdoçularımız Avstriyada daha iki medal qazanıblar
23:06 / 07-03-2026
XİN: "Bu, Xartiyanın ruhuna və məzmununa tam uyğundur"
19:44 / 07-03-2026
Ceyhun Bayramov Hakan Fidanla görüşüb
15:13 / 07-03-2026
Dünyanın ən bərk materialını hazırlayıblar - Foto
15:06 / 07-03-2026
"ChatGPT"-dən imtina edənlərin sayı sürətlə artır
14:54 / 07-03-2026
Peşəkar jurnalistikamızın yetirməsi
14:46 / 07-03-2026
İranı kim idarə edir?
13:19 / 07-03-2026
Sabah hava necə olacaq? - Proqnoz
11:45 / 07-03-2026
İran prezidenti qonşu ölkələrə edilən hücumlara görə üzr istəyib
11:37 / 07-03-2026
İran Hörmüz boğazında daha bir neft tankerini vurub
11:26 / 07-03-2026
İsrail 80-dən çox qırıcı ilə İrana zərbələr endirib
11:06 / 07-03-2026
İrandan Azərbaycan sərhədi ilə indiyədək 1761 nəfər təxliyə edilib
23:49 / 06-03-2026
Hücumlar nəticəsində İranda 1000-dən çox insan həlak olub
23:17 / 06-03-2026
Çin tezliklə İrana hərbi yardım edə bilər
23:03 / 06-03-2026
İlham Əliyevlə Aleksandar Vuçiç telefonda danışıb
23:00 / 06-03-2026
Masallıda silahlı insident törədən şəxs saxlanılıb
22:02 / 06-03-2026
İranın Azərbaycanda terror planları ifşa olunub - Video
17:25 / 04-03-2026
Dindarlar İlham Əliyevə müraciət ediblər
00:22 / 06-03-2026
Zaman axarında düşüncələr - Akif Əli yazır
15:27 / 08-03-2026
Kamanın mehri və Mehrinin kamanı - Kənan Hacı yazır
00:22 / 05-03-2026
İsrail Tehrana yeni zərbələr vurmağa başlayıb
23:39 / 05-03-2026
Müharibə veteranları səfərbər olmaq üçün əmr gözləyir - Bəyanat
16:15 / 04-03-2026
Güney Azərbaycanda böyük köç dalğası başlaya bilər
14:43 / 05-03-2026
İranın Naxçıvana hücumunda 4 nəfər xəsarət alıb - Yenilənib
16:26 / 05-03-2026
Prezident Təhlükəsizlik Şurasının iclasını keçirib
11:29 / 06-03-2026
Yerdə Mars planetinə oxşar ərazi aşkar ediblər
11:44 / 04-03-2026
Ukrayna kampaniyası Putinə 2,5 trilyon dollara başa gəlib
19:14 / 05-03-2026
Azərbaycan Naxçıvana hücumlara görə İrana qəti etirazını bildirib
15:32 / 04-03-2026
Naxçıvana yeni nazir təyin olunub - Foto
Xalqı çaşdıran yalanlar
Tarix: 15-09-2019 14:02 | Bölmə: Nadir QOCABƏYLİ

Müxalifət, onun lidercikləri bütün çirkin vasitələrdən istifadə edərək həqiqəti təhrif edir, onların yalanlarını ifşa edənləri təfəkkürü inkişaf etməmiş, divar dalından söyüş söyüb qaçan darqursaq, ağlı və şüuru yetərincə formalaşmamış uşaq-muşağa, gədə-güdəyə təhqir etdirirlər. Onlar cəmiyyətin səbatsız qisminə psixoloji təsir göstərərək aqressiv bir muhit formalaşdırır, ölkəni xaosa, hərcmərcliyə, vətəndaş qarşıdurmasına sürükləməyə çalışırlar.
Bundan əvvəlki yazılarımda da qeyd etdiyim kimi, müxalif başbilənlərin əsas silahı yalan, şər, gəlişigözəl boşboğazlıqdır. Onlar bu vasitələrlə yetkin olmayan, kəmağıl, reallıq duyğusundan məhrum, ancaq eşitmək istədiyinə inanan, şirin yalanlardan xumarlanan insanları, xüsusilə də gəncləri aldadır, müxtəlif manipulyasiyalar edərək, cəmiyyəti çaşdırmağa, yanlış yollara yönəltməyə cəhd edirlər.
Bu adamların başında gələnlərdən biri də Əli Kərimlidir. Sosial şəbəkədə Əli Kərimlinin mitinqə çağırış etdiyini oxuyub, maraqlandım ki, görüm təzə bir şey deyirmi. Çoxdandır onu dinləmirdim, çünki nə dediyi, hansı xarakterdə yalanlar uydurduğu prinsipcə mənə məlumdur. Sadəcə uzun müddətdən sonra dedim görüm bu insanda heç olmasa azacıq inkişaf varmı, fikirlərində məntiqi çalarlar əmələ gəlibmi? Yoxsa yenə də əvvəlki kimi avamların başını piyləməklə məşğuldur. Həm də onun dediyi yalanlar mənə bir növ fakt kimi lazımdır ki, xalqa onların mahiyyətini anladım.
Nə isə, yenə Qənimət Zahid üzündə bütün milləti ələ salmağa fokuslanmış vulqar ironik-sinik ifadə öz kumirinə “suallar” verir. Yəni “Əli bəy, filan şey filan cürdür də, elə deyilmi?..” Və o da başlayır konveyer üsulu ilə doğrayıb tökməyə. İlahi, belə şeylərə inanmaq üçün insan nə dərəcədə küt, bu cür adama simpatiya duymaq üçün nə dərəcədə zövqsüz olmalıdır. Vaxtilə mənim də bu adama az-maz simpatiyam olub və indi yadıma düşəndə “cavanlıq səhvimə” görə sadəcə xəcalət çəkirəm...
Əli Kərimli çox şeylər üyüdüb-tökdü, hamısını şərh eləsəm, çox uzun olacaq. Hətta arada Qənimət özünü gülməkdən zor saxlayır, dodaqaltı qımışır, irişirdi. Həyəcanlı liderindən fərqli olaraq, yaman kefikök görünürdü, deyəsən... Nə isə, mətləbdən yayınmayaq. Odur ki, bu dəfəlik sizi bir ağ, ancaq ilk baxışda cəlbedici görünən yalan üzərində düşünməyə dəvət edəcəyəm. Bilirəm, bəziləriniz axıracan oxumaq istəməyəcək, məni söyənlər də olacaq, həqiqət acı olur axı, insanın xəyallarını puç edir. Amma özünüzü toplayın, türklər demişkən, “kəndinizə gəlin” və düşünün. Rene Dekart deyirdi ki, “cogito ergo sum”, yəni düşünürəmsə, yaşayıram. Düşünün, yaşayın və əli kərimlilərin sizi aldatmasına, qənimətlərin sizə qımışmasına razı olmayın.
Əli Kərimli son zamanlar Avropada, səhv etmirəmsə, Almaniyada deportasiya olunmaq təhlükəsi ilə üzləşən və intihar edən şəxslərdən danışdı. Üzünə elə saxta qəmgin ifadə verdi ki, bu dəfə Qənimət özünü açıq-aşkar qımışmaqdan saxlaya bilmədi. Deyir ki, görün Azərbaycanda vəziyyət nə dərəcədə dəhşətlidir ki, insanlar bura qayıtmaqdansa, ölümü üstün tuturlar. Nə qədər iyrənc və məkrli bir yalan. Başa düşməkdə çətinlik çəkənlərə indi izah edəcəyəm, bir az səbrli və diqqətli olun.
Bu yalan niyə çirkin və məkrlidir? Əvvəla problemlər çox olsa da, Azərbaycan yaşanmayacaq bir ölkə deyil. Bu haqda geniş yazmayacağam, çünki hamınız hər şeyi bilirsiniz. Ancaq insanlar daha gözəl həyat arzulayır, daha yaxşı, firavan, asan yaşamaq istəyirlər. Bu da təbiidir. Azərbaycan vətəndaşının mühacirət etmək arzusunun əsasında isə ölkəmizdəki vəziyyətdən çox, müxalifətin yalan təbliğatının rolu var. Bunlar gecə-gündüz, yorulmadan Avropadakı həyatı təriflədiklərindən, idealizə etdiklərindən, oradan çaşdırıcı məlumatlar, şəkillər, videolar paylaşdıqlarından, orada işləmədən, sadəcə müavinətlə əla yaşamağın, pulsuz ev almağın, istədiyini etməyin mümkünlüyündən ağız dolusu danışdıqlarından, bu sahədə nəhəng təbliğat maşını durmadan gurultu saldığından, məlumatsız, avam, biliksiz, dünyagörüşü məhdud, asan yolla rifah əldə etməyə meyilli insanlar ora can atırlar. Bu məqsədlə var-yoxlarını, ev-eşiklərini satıb, elə həmin bu müxalifətçilərin, səfirliklə əlbir olan müxalif işbazların köməyi ilə, onlara rüşvət verərək, saxta sənədlər düzəldir və Avropaya yollanırlar. Orada sığınacaq ala bilməyəndə, deportasiya təhlükəsi ilə üzləşəndə isə, isterikaya düşərək, intihara əl atır, canlarına qıyırlar. Bu səbəbdən Əli Kərimlinin “timsah göz yaşları” tökdüyü o bədbəxtlərin də ölümündə, iqtidardan çox, müxalifət və Əli Kərimli günahkardır.
Burada bir məsələni də qeyd edim ki, mən müxalifətçilər kimi havadan danışmıram, “mühacir biznesi” ilə kimlərin və necə məşğul olmasıyla bağlı əlimdə tutarlı faktlar var. Bu faktların bəziləri ilə mediadan və sosial şəbəkələrdən siz də tanışsınız. Amma bilmədikləriniz də var. Bir ara evimi satıb, xaricə köçmək istədiyimi elan etdikdən sonra, mənə xeyli təklif gəldi. Araşdırıb gördüm ki, hamısı bu və ya digər formada müxalifətə bağlı insanlardır, heç nəyə heç bir təminat vermirlər və fırıldaqçı olduqları asanlıqla sezilir. Düşünüb gördüm ki, əsas məqsədləri evimi satdırıb, onun pulunu mənimsəməkdir.
Digər bir məsələyə diqqət yetirək, əziz dostlar. Məgər mühacirətə, Avropaya, Amerikaya, Kanadaya, digər olkələrə miqrasiya edənlər təkcə azərbaycanlılardır? Məgər hər il ərəb ölkələrindən Avropaya qayıqla keçmək istəyən nə qədər insan Aralıq dənizində boğulmur? Məgər Rusiya əhalisi köçmür? Məgər Türkiyə vətəndaşları dünyanın dörd bir yanında dönər satmırlar? Məgər çinlilər, yaponlar kütləvi şəkildə ABŞ-a köçüb, orada kompakt halda yaşamırlar? Onlarda ki, həyat şəraiti deyilənə görə pis deyil. Məgər almanlar, fransızlar, italyanlar, irlandlar, hollandlar köçmürlər? Axı bizim müxalifətin təbliğatına görə oralar cənnətdir. Elədirsə, bəs fransızların o soyuq Kanadada nə işləri var? Niyə ABŞ-dakı ştatların bəziləri demək olar ki, yalnız almanlardan, digərləri irlandlardan, hollandlardan, italyanlardan ibarətdir? Məgər İngiltərə pis ölkədir ki, ingilislər Avstraliyaya, Yeni Zellandiyaya, Kanadaya köçürlər? Məgər Orta Asiya respublikalarından, İrandan, Türkiyədən, ərəb ölkələrindən, Pakistandan, Çindən, Hindistandan, Rusiyadan, Gürcüstandan Azərbaycana gələnlər yoxdur? Eşitdiyimə görə, son vaxtlar hətta Avropa və ABŞ-dan daimi yaşamaq üçün bura köçənlər, burada evlənənlər var. Belə misallar saysız-hesabsızdır, mən hətta bu barədə statistika da tapıb paylaşa bilərəm, sadəcə buna vaxt gedəcək və yazı uzun alınacaq. Maraqlananlar özləri araşdıra bilər. O zaman Əli Kərimlinin nə qədər yalançı bir manipulyator olduğunu görə bilərlər.
İnsanların öz ölkələrini tərk etməsində vətəndəki həyat şəraitinin onları qane etməməsi amili var, amma bu hər zaman obyektiv səbəblərdən doğmur. İnsanlar yanıla da bilirlər və bu zaman bunun bədəlini ağır ödəyənlər də olur. Bundan siyasət düzəldib, avam camaatı aldatmaq isə dələduzluqdur.
Miqrasiya məsələlərində təbliğatın, insanların xarakterinin, yazının əvvəlində qeyd etdiyim kimi, yaxşı, firavan, asan yaşamaq, xoşbəxt olmaq, səyahət etmək arzularının böyük rolu var. Ancaq təəssüflər olsun ki, bizim yalançı, fırıldaqçı müxalifət bu məsələlərdən doğan faciələrdən də utanmadan öz xeyirnə, siyasi məqsədlər üçün istifadə etmək istəyir.
Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək