15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
16:55 / 09-02-2026
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Əhmədova haradadır?
Tarix: 14-10-2019 17:53 | Bölmə: Nadir QOCABƏYLİ

Yenə haray-həşir salıblar:
"Pərvanə xanımı oğurlayıblar!"
"Hakimiyyət Pərvanə xanımı satın alıb!"
Bunlar nə düşüncəsiz, nə darqursaq adamlardır, İlahi! Yox bir, Pərvanə xanım qoşulub qaçıb…
Əvvəlcə zavallı qadından qəhrəman düzəltməyə çalışdılar. Nə var, nə var, piketdə üç mənasız cümlə deyib, sonra da özünün etiraf etdiyinə görə, “dönər almağa gedirəm, gələcəyəm”, - deyərək polisin əlindən qaçıb gedib. Amma mən sizə deyim ki, polisin qəsdi olsaydı, onu elə oradaca saxlaya bilərdi. Ancaq bildiyimiz kimi, saxlamayıblar. Bu da onu göstərir ki, hüquq-mühafizə orqanları sözə görə adam həbs etmir, cərimələmir. Qadının da sözdən başqa əməli olmadığından, onunla işləri olmayıb və çıxıb gedib evinə.
Fəqət onu qabağa verib arxasında gizlənmək istəyənlər qadından əl çəkmək istəmirlər. Qırsaqqız olub yapışıblar yaxasından ki, sən mübariz qadınsan, qəhrəmansan, nə bilim, hökumət tərəfdarlarının cavabını elə verdin, belə verdin… Bir sözlə, səndən yoxdur!
Vallah, avam qadının qoparağını elə götürdülər, yazıq bəlkə də, xoflandı. Evə çatan kimi güzgüdə özünə baxdı və düşündü: “Yahu, bu mənəm, mən deyiləm…”

P. Əhmədova
Sonra bilmədi neyləsin. Qərar verməyə çalışdı: o qəhrəmandır, yoxsa cinayətkar? Piketdə dediyi o üç cümləyə görə mükafatmı almalıdır, cəzamı? Yanında savadlı, dünyagörüşlü, həm də vicdanlı bir adam olsaydı, ona başa salardı ki, ay bacı, ay ana, sən nə qəhrəmansan, nə də cinayətkar. Cəmi-cümlətanı üçcə kəlmə boş və mənasız söz söyləmisən ki, onlara görə heç kəsə qəhrəmanlıq və cinayət işi düşmür. Çünki o sözləri cəbhə trolları sosial şəbəkələrdə səhərdən-axşamacan, axşamdan da səhərəcən “Orbit” saqqızı kimi çeynəyirlər və heç biri də nəinki qəhrəmandır, heç qəhvə üyüdən də deyil… Cinayətə gəldikdə isə ölkədə sözə görə heç kəs həbs olunmur, səndən də sərt, abırsız, tərbiyəsiz, ədəbsiz ritorika sahibləri sosial şəbəkələrdə “at oynadırlar”, heç əhəmiyyət verən də yoxdur. Odur ki, narahat olma. İndi bir səhvdir eləmisən, bir daha etmə. Bir də elə yerlərə gedib, özünü küyə qoyma. Başını sal aşağı öz problemlərinlə məşğul ol, işlə, yardım üçün müraciət et. O piket-mitinqdən sənə xeyir gələsi deyil…
Amma kim bilir, bəlkə də, elə bir xeyirxah adam tapılıb və xanımın bəsirət gözünü açıb. Ona düzgün yol göstərib, istiqamət verib, hətta müəyyən mənəvi-maddi yardım da göstərib, yaxud vəd edib. O da övladlarını yanına alaraq, başının çarəsinə baxmağa, özünə gün ağlamağa, xoşbəxtliyini aramağa gedib.
Məgər kiməsə hesabat verməliydi? Deməliydi ki, hara gedir, nədən ötrü gedir? Kefi belə istəyib və gedib. Məgər dünənə kimi belə etmirdi? İnsan birdən-birə niyə dəyişməlidir ki? Bəlkə, mətbuat konfransı keçirib, sonra harasa getməliydi?
Bəlkə, qohum-qardaşına, ata-anasına, əmisinə, dayısına, xalasına, bibisinə baş çəkməyə gedib? Bəlkə, Pərvanə xanımın yaxşı varlı-hallı, imkanlı qohum-qardaşı varmış, onunla maraqlanmırlarmış? Küsülü imişlər, gəlib barışıblar onunla? Məgər ölkədə, lap elə dünyada belə hallar azdır? Bəlkə, onu piketdə, sosial şəbəkələrdə, saytlarda gördükdən sonra vicdanları sızlayıb, dərhal ardınca gəliblər və özləriylə aparıblar, sahib çıxıblar ona?
Qara “CEEP” ilə gedibsə, niyə hökmən oğurlanmalıdır, özü də hakimiyyət oğurlamalıdır? Məgər Pərvanə Əhmədovanın qardaşının, lap elə onu atıb getmiş ərinin, əmisinin, bibisi oğlunun, dayısı qızının qara “CEEP”-i ola bilməz? Elə olar lap bal kimi. Az öncə Pərvanə Əhmədova haqqında baxdığım süjetdə qara “CEEP”-in biri elə onun evindən iyirmi metr aralıda dayanmışdı. Bəyəm, ölkədə hazırda hər beş nəfərdən birində qara “CEEP” yoxdurmu?
Bu adamların sanki ağızları deyəni qulaqları eşitmir. Dünən qəhrəman dedikləri adamı bu gün çox asanlıqla satqın, xəyanətkar adlandıra bilirlər. Dünən Pərvanə Əhmədova bunların gözündə “qəhrəman” idi, amma bircə günün içində hökümətə “satıldı”.
Həzarat, Pərvanə Əhmədova nə qəhrəmandır, nə də satqın. Bunlar yalnız və yalnız sizin ona yapışdırdığınız yarlıqlardır. Bu sizin fantaziyanızdır, xəstə təxəyyülünüzdür. O, sadə bir insandır, avam qadındır. Sizin küyünüzə getdiyi kimi, başqasının mərhəmətinə, xeyirxahlığına sığına da bilər. Ona mane olmaq, həyatına qarışmaq, burun soxmaq, ondan sui-istifadə etmək yox, ona kömək etmək lazımdır. Bunu bacarırsınızsa edin, bacarmırsınızsa, qadını rahat buraxın, qoyun başının çarəsinə baxsın.
Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək