15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
16:55 / 09-02-2026
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?
Tarix: 03-11-2019 12:44 | Bölmə: Nadir QOCABƏYLİ

Son zamanlar Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova qarşı aqressiv hücumlar intensivləşib. Məsələ burasındadır ki, ona qarşı irəli sürülən ittihamlar tutduğu vəzifə, bu vəzifənin öhdəsindən layiqincə gəlib-gəlməməsi ilə əlaqədar deyil. Onu otuz-qırx il qabaq adının hansısa tələbə siyahısına salınmasında, iyirmi beş il əvvəl başqa bir dövlət məmurunun bağında yemək yeməkdə və tələbə yoldaşı olan bir müxalifətçinin də orada olmasında suçlayırlar. Gülməlidir, elə deyilmi? Adam bu cür gülünc, absurd ittihamlara cavab belə vermək istəmir, çünki iyirmi beş ildən artıq bir müddətdə tutduğu vəzifənin tələblərini yüksək səviyyədə yerinə yetirən, ölkənin ictimai-siyasi həyatında səliqə-sahman yaradan, ona müsbət ab-hava gətirən, onu zərərli yad təsirlərdən qorumaq, milli maraqlarımıza cavab verən məcraya salmaq üçün səylə çalışan, milli mediamızdakı hərcmərcliyi, başıpozuqluğu aradan qaldırmaq istiqamətində əhəmiyyətli işlər görən, ölkə Prezidentinin apardığı siyasətin mahiyyətinin xalqımıza izah, təlqin və təbliğ olunmasında əvəzedilməz xidmətləri olan bir dövlət məmuruna qarşı belə qərəzli münasibət birmənalı olaraq kin və ədavətdən, düşmənçilikdən doğur. Bəs nədir bu düşmənçiliyin əsasında dayanan, onu daha da qızışdıran, alovlandıran? Əlbəttə, həsəd, kin, paxıllıq, gözü götürməmə, tamah, acgözlük, hərislik. Amma bir az da dərindən diqqət etsək, burada yad nəfəslər, əllər, barmaqlar, izlər də görə bilərik. Eyni zamanda, hədəfin təkcə Əli Həsənov deyil, bütövlükdə Azərbaycan dövləti və onun başçısı, simvolu olan Prezident İlham Əliyev olduğunu görmək mümkündür.
Hər hansı bir quruluşu, qurumu, inşanı dağıtmağın və məhv etməyin iki yolu var: ya çox güclü bir zərbə endirməli, altına mərmi qoyub partlatmalısan, ya da kərpic-kərpic sökməli, dayaqlardan məhrum etməlisən ki, özü çöksün. Dövlətimiz, hökumətimiz, onun başçısı güclü olduğundan düşmənlərimiz birinci variantı istisna edir, əlaltılarına ikinci variantı sınaqdan keçirməyi tövsiyə və əmr edirlər.
Gəlin, Prezidentin köməkçisinə qarşı qara piar (PR), yəni qarayaxma, şər, böhtan kampaniyası aparanların tərkibinə, rəng spektrinə nəzər salaq. Burada radikal müxalifətçilərdən tutmuş loyallara, liberallara, hətta hakim partiya üzvlərinə qədər hər kəsə rast gəlmək mümkündür və bunlar hələ aysberqin görünən tərəfləridir. Suyun altında nələr var, onu Allah bilir. Əli Kərimli, Tofiq Yaqublu, Aslan İsmayılov, Mehman Əliyev, Əli Nağıyev, Eldar Sabiroğlu açıq hücum edənlərdir. Arada bir neçə nəfər başqası da oldu, amma səhvlərini anlayıb vaxtında susduqları üçün adlarını çəkmirəm. İnşallah, bir də bu çirkin işə qoşulmazlar. Bir də var saman altından su yeridənlər. Bunlar daim medianın müstəqil, azad olmadığından şikayətlənən, özlərini hakimiyyət tərəfdarı kimi göstərib, bir ayağı radikal müxalifətdə olanlar, xaricdən aldıqları qrantlardan gözü doymayıb, hökumətdən də pay umanlardır. Ad çəkməsələr də, hədəfləri bəllidir. Biz də onların adını hələlik çəkmirik, amma kim olduqlarını elə onların öz üsulu ilə bəlli edəcək, duvaqlarını götürəcəyik.
Yaxşı, ilk baxışda ən müxtəlif cəbhələri təmsil edən bu adamlar necə olur ki, bir məqsəd uğrunda birləşə bilirlər? Necə olur ki, Prezidenti ən sərt şəkildə tənqid edən, işi-gücü ona şər-böhtan atmaqdan, haqqında beynəlxalq qurumlara donos verməkdən ibarət olan Əli Kərimli, Tofiq Yaqublu kimi radikallarla özünü Prezidentə münasibətdə loyal göstərən, vaxtaşırı ona istinad edən Aslan İsmayılov, Mehman Əliyev kimi adamlar dövlət başçısının köməkçisinə qarşı eyni mövqedən çıxış edirlər? Necə olur ki, özlərini Prezidentin apardığı siyasəti dəstəkləyən kimi qələmə verən keçmiş məmurlar, YAP üzvləri Əli Nağıyev və Eldar Sabiroğlu da onlara qoşulur, divar dalından daş atırlar? Axı necə ola bilər ki, Prezidenti dəstəkləyəsən, amma ona, onun siyasətinə ən sadiq məmurlardan biri haqqında ağzına gələn hədyanı danışasan? Guya Prezident siz qədər bilmir? Yanında, ətrafında kimləri saxladığını, uzun illərdir kimlərə etibar etdiyini anlamır? Yarasaydınız, sizi də saxlayardı, Əli Nağıyev və Eldar Sabiroğlu! Deməli, yaramamısınız, hansısa qüsurlarınız, günahlarınız, xəyanətləriniz olub ki, işdən qovulmusunuz. Bunun hayıfını Əli Həsənovdan çıxmaq, gedib radikallara qoşulmaq, riyakar, etikadan kənar, üfunətli açıqlamalar vermək, qurdlu məktublar yazmaq nəyə xidmət edir?
Əslində nəyə xidmət etdiyi bəllidir. Bu adamları nəyin dingildətdiyi də sirr deyil. Nə demələrindən, hansı üslubda danışmalarından, hansı səsdə oxumalarından və hansı havaya oynamalarından asılı olmayaraq, yuxarıda adlarını çəkdiyim adamların hamısının və onları müdafiə edənlərin bir məqsədi var: həmin məqsədi ən açıq şəkildə ifadə edən Əli Kərimlidir. Onlar İlham Əliyev hakimiyyətini qeyri-qanuni yolla devirmək, hakimiyyəti dövlət çevrilişi yoluyla zəbt etmək istəyirlər. Həmin xəyalplovun başında Əli İnsanov da otura bilər, Əli Kərimli də, yaxud başqa biri də, fərqi yoxdur. Təki bunların da hərəsinə bir qaşıq versin. Əli Nağıyev yenidən sosial müdafiə naziri olsun, Eldar Sabiroğlu deputat, Aslan İsmayilov ədliyyə naziri, ictimai-siyasi məsələlər Mehman Əliyevə tapşırılsın, dövlət televiziyası saman altından su yeritmək professoru olan, məsələyə ləçər feminalar vasitəsilə ayna tutan başqa birinə. Ölkəni bunları hakimiyyətə gətirəcək yabançılar, fetöçulər, qlobalistlər, monopolistlər, imperialistlər, daşnaklarla birlikdə talasınlar, əldə olunan sabitliyi, digər nailiyyətləri də məhv etsinlər.
Siz Allah, siz bu adamların təmsil olunduğu hökuməti təsəvvür edə bilirsiniz? Bunlar hamısı vaxtilə müxtəlif vəzifələr tutublar və işləyə bilsəydilər elə işləyərdilər də. Tutduqları vəzifələri apara bilməyiblər, indi İlham Əliyevin düşmənlərinə qoşularaq düşüblər Əli Həsənovun üstünə. Nə var, nə var, Əli Həsənov bunlardan fərqli olaraq, öz vəzifəsinə, işinə ciddi, məsuliyyətlə yanaşıb, gecəsini gündüzünə qataraq işləyib və bu gün də durmadan çalışır. Məgər siz onun ən çalışqan, işini vicdanla yerinə yetirən dövlət məmurlarından biri olduğunu görmürsünüz? Uğurlu məmur karyerasının məhz işgüzarlıq, bilik, ağıl, siyasi əqidə və sədaqət üzərində qurulduğunu görmürsünüz? Axı siz ona tay deyilsiniz. Olsaydınız, siz də qalıb işləyər, ölkəyə, cəmiyyətə, dövlətə xeyir verərdiniz.
Dövlət işində işləyə bilmək, yüksək vəzifə tutmaq və həmin vəzifədə uzun müddət davam gətirə bilmək üçün xüsusi xarakter, qabiliyyət, güclü iradə, dözüm tələb olunur. Təcrübə göstərdi ki, bu keyfiyyətlər nə Əli Kərimlidə, nə Əli İnsanovda, nə Əli Nağıyevdə, nə Eldar Sabiroğluda, nə Aslan İsmayılovda, nə digər vəzifə hərislərində var. Sizi min dəfə hakimiyyətə gətirsələr də, yenə də bacarmayacaqsınız. Odur ki, nəsibiniz həmişə radikal müxalifətçilik, şərçilik, böhtançılıq, donosbazlıq, işverənlik, boşboğazlıq olacaq. İlham Əliyev öz yerində möhkəm oturub və ciddi işlərlə məşğuldur. Əli Həsənov da onun ən yaxın köməkçilərindən biridir. Yel qayadan heç nə apara bilməz!
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək