21:59 / 29-10-2025
800 min illik yeraltı su hövzəsi aşkarlanıb
20:24 / 29-10-2025
İlham Əliyev Federal Milli Şuranın sədrini qəbul edib - Fotolar
20:15 / 29-10-2025
Yaponiya Trampın tələbinə əməl etməyəcək
20:06 / 29-10-2025
Avropa yenə təbii qaz problemi ilə üzləşir
19:55 / 29-10-2025
Vitse-prezident: Hərbi əməliyyatlara son qoymağın vaxtıdır
19:20 / 29-10-2025
İlham Əliyev Rumıniya Senatının sədrini qəbul edib - Fotolar
19:15 / 29-10-2025
Nuriyev: Mehdiyevin siyahısında erməni qarışığı olanlar üstünlük təşkil edə bilər
19:05 / 29-10-2025
Polşa ilə Rusiya arasında gərginlik artır
18:57 / 29-10-2025
Kreml Trampın bəyanatına şərh verib
18:52 / 29-10-2025
Litva Belarusla sərhədi bağlayıb
18:21 / 29-10-2025
“İçərişəhər” Dövlət Qoruğuna Aparat rəhbəri təyin edilib
18:00 / 29-10-2025
Səfirlik Monteneqrodakı hadisələrlə bağlı açıqlama yayıb
17:45 / 29-10-2025
Ukraynanın iki şəhəri mühasirəyə alınıb
17:44 / 29-10-2025
Azərbaycanın Omandakı səfirliyinin rəsmi açılışı olub
17:26 / 29-10-2025
Macarıstan AB-nin Belarusa qarşı planını pozub
17:19 / 29-10-2025
"QHT işi": Zamin Zəkinin məhkəməsi başlayıb
17:07 / 29-10-2025
Prezident məhkəmələrə sədr və sədr müavinləri təyin edib
17:05 / 29-10-2025
Ruslar Pokrovsk şəhərini mühasirəyə almağa çalışır
17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
16:59 / 29-10-2025
Prokuror Tağı İbrahimova 9 il cəza istəyib
16:47 / 29-10-2025
Məşhur aktrisa yeni filmlə ekrana qayıdır - Foto
16:30 / 29-10-2025
Baş Prokurorluq sabiq deputata xəbərdarlıq edib
16:29 / 29-10-2025
Assosiasiyaya sədr təyinatı olub
16:16 / 29-10-2025
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala vəsiqə qazanıb
15:42 / 29-10-2025
Rusiyada azərbaycanlı iş adamı itkin düşüb
15:38 / 29-10-2025
Sem Altman: ABŞ texnoloji yarışda Çindən geri qala bilər
15:30 / 29-10-2025
BŞİH: “Sovetski”-də tarixi binanın sökülməsi ilə bağlı məlumat yalandır
15:21 / 29-10-2025
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb
14:37 / 29-10-2025
Azərbaycan və Oman XİN başçıları arasında görüş olub
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
14:34 / 29-10-2025
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
11:43 / 29-10-2025
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Ayıblı ayıbını bilsə... - Nadir Qocabəyli yazır
Tarix: 18-11-2019 15:56 | Bölmə: Nadir QOCABƏYLİ

Radikal müxalifətin, xüsusilə də onun AXCP qanadının lideri Əli Kərimlinin ən çox sevdiyi və dilindən düşmədiyi mövzu korrupsiya, rüşvətxorluq, dəbdəbəli villalar, xaricə daşınan milyonlardır. Ancaq fikir vermisinizsə, o, öz çıxışlarında heç vaxt hakimiyyətə gələcəkləri təqdirdə təmiz yaşayacaqları, korrupsiya və rüşvəti aradan qaldıracaqları barədə heç nə demir. Onun ritorikasının sətir altına bir qədər diqqət yetirəndə görürsən ki, adamın qətiyyən belə bir niyyəti yoxdur, sadəcə, hökumətdəki əliəyri adamlara qarşı qibtə, paxıllıq hissi var. Yəni niyə mən də bu adamlar qədər yeyə bilmirəm, niyə bunlar məndən çox yeyir, yaxud niyə bu oğurluq sərvətin çoxu, hətta hamısı mənə qalmır.
Əslində yaşadığı komfort, dəbdəbəli həyat tərzi onun da korrupsiya qazanının başında olduğunu göstərir. Yoxsa haradandır şəhərin tam göbəyində içi bahalı mebellər, əşyalarla dolu dəbdəbəli mənzil, şəhər kənarında topdağıtmaz villa, tez-tez dəyişdiyi müasir avtomobillər, sürücülər, cangüdənlər, qulluqçular?.. Bunlar bəs bizdə niyə yoxdur, elə onun öz partiyasının üzvlərində niyə yoxdur? Adam tam 25 ildir heç bir yerdə işləmir, bu illər ərzində heç vaxt ictimaiyyətə nəylə, hansı vəsaitlə yaşadığı barədə məlumat verməyib, gəlir deklarasiyası ortaya qoymayıb.
AXCP-nin MSK-ya təqdim etdiyi maliyyə hesabatında partiyanın il ərzində heç bir gəlirinin olmadığı göstərilib.
Hər dəfə soruşanda deyir ki, iş adamı olan dostlarım verir. Çox maraqlıdır, Əli Kərimli bu qədər varlı, pullu dostu necə qazanıb, niyə bu adamların partiyaya verdiyi ianələr leqallaşdırılmır, rəsmiləşdirilmir? Digər tərəfdən, hansı dost adama iyirmi beş il dayanmadan yüksək səviyyədə, həm də qarşılıqsız yardım edər? Əlbəttə, heç bir. O dostlardan hamıda var və hamımız da bilirik ki, heç kəs heç kəsə uzun müddət təmənnasız yardım etməz və heç bir ağıllı iş adamı da, lap qardaşın da olsa, perspektiv görmədiyi halda sənə uzun illər və külli miqdarda pul verməz. Deməli, Kərimli bu ağ yalanı gəlirlərinin əsl mənbəyini ört-basdır etmək üçün uydurur. Ona bu pulları yalnız xaricdəki və daxildəki şantajçı, təxribatçı qruplar verə bilər. Məqsədləri də ancaq ondan alət, maşa kimi istifadə etmək, onun əliylə suyu bulandırmaq, hakimiyyətin başını qatmaq, ondan güzəştlər, müəyyən məsələlərə göz yummağı tələb etməkdir. Bəli-bəli, bu sınanmış ssenaridir və Əli Kərimli də onun hazırkı seriyasının baş personajlarından biridir. Onun 19 oktyabrda israrla küçəyə çıxması da bu ssenarilərdən birinin tərkib hissəsi idi. AXCP sədri o riskə yüzdə yüz hansısa xarici və daxili mafioz qrupların fitvası və sifarişi ilə getmişdi. O qüvvələrin ki, onlar Azərbaycanda vəziyyətin dəyişməsini, islahatlar aparılmasını, rüşvət və korrupsiyanın aradan qaldırılmasını istəmirlər. Onların niyyəti Əli Kərimli və onun kimilər vasitəsilə aranı qarışdırmaq, hökumətin, Prezidentin diqqətini sabitliyi qorumağa yönəltmək, vaxt udmaq və öz çirkin işlərinə davam etməkdir. Bunun müqabilində Əli Kərimlinin də payını verir və ondan “iş” tələb edirlər.
Bir neçə il qabaq Gürcüstandan gələn müavinlərindən biri Gözəl Bayramlının çantasından sərhəd-gömrük yoxlaması zamanı böyük məbləğdə ABŞ dolları çıxanda başda Əli Kərimli olmaqda bütün radikallar bunu cəmiyyətə hakimiyyət orqanının tələsi kimi təqdim etməyə çalışdılar. Mətbuatlarında, sosial şəbəkələrdə qadın siyasətçiyə şər atıldığını iddia edərək, özlərini mənəviyyat mücəssəməsi kimi qələmə verdilər. Ancaq hər bir ağıllı adam bilir ki, bu pullar AXCP-yə və onun liderinə xaricdən növbəti maliyyə transferinin kiçik bir hissəsi idi və ifşa olunmuşdu. Gözəl Bayramlı həbsdən çıxdıqdan sonra onun müsahibəsinə baxan hər bir diqqətli adam qadının yalan danışdığını gözlərindən və sifət cizgilərindən asanlıqla oxudu.
Əli Kərimlinin və digərlərinin iki həftə qabaq Azərbaycan tarixinin ən odioz, aqressiv, ən çox korrupsiyaya bulaşmış məmurlarından olan Əli İnsanovun başına cəm olması da haram pula hərisliyin bariz nümunəsidir. Bu adamlar xalqın qətiyyən xoşlamadığı, ictimai rəydə zərrə qədər sevilməyən bir adamı heç də elə-belə, havayı reabilitasiya etməyə çalışmadılar. Hamısı öz “dolyasını” aldı. Xatırlayırsınızsa, Əli Kərimlinin həmin məşum görüşdə iştirak etməyəcəyi söylənirdi, görünür, hesabı çatmayıbmış, məlum “trio” ona “atmaq” istəyirmiş, amma Əli də uşaq deyil, belə haqq-hesabları çox görüb, odur ki, dəyirmi masaya məhz pul hesaba oturduqdan sonra təşrif buyurdu.
İndi düşünün, suyun altında nə qədər Əli İnsanov kimi iri, qara kürülü balıqlar var. Onların içərisində bu gün hakimiyyətin hovuzunda üzənlər də az deyil. Əli Kərimli və dostlarına bu pulların necə qazanılması, cənab Prezident demişkən, “xalqın qanının zəli kimi sorulması” hesabına əldə olunması önəmli deyil. Əsas odur ki, pul olsun. Köhnə bir hind filmində deyildiyi kimi: “Şakaya pul lazımdır!”
Fikir verirsinizsə, korrupsiya pullarından faiz alaraq dəbdəbəli həyat tərzi keçirən Əli Kərimli tənqid etdiyi hakimiyyətin dövründə bir dəfə də həbsə düşməyib. Onu saxlayanda da həmişə bir-iki saatdan sonra buraxıblar. Əli Kərimli bunu minlərlə tərəfdarının olması, ətrafına minlərlə gəncin toplaşması ilə izah edir. Guya bunu həbs etsələr, həmin gənclər izdihamlı etirazlar təşkil edəcəklərmiş. Şübhəsiz, “minlərlə gənc” söhbəti də cəbhəçi liderin uydurmalarından biridir, xülya və əfsanədir. Əgər AXCP sıralarında həqiqətən o qədər gənc varsa, niyə 2017-ci ilin aprelində Əli Kərimli prokurorluğa çağırılanda ora cəmi 15-20 adam toplaşmışdı? Yaxud 2018-ci il noyabrın 17-də Səbail Rayon Polis İdarəsinə aparılanda cəmi-cümlətanı 50-60 adam gəlmişdi. Bəs harda idi o “minlərlə gənc”?
Əli Kərimli əyri yollarla əldə etdiyi, korrupsioner məmurlardan, xaricdəki şantajçı qruplardan aldığı pullar hesabına ətrafında bir ovuc adam saxlaya bilir. Onu müşayiət edənlər, böyründə fırlananlar, virtualda söyüş söyənlər də həmin adamlardır. Amma onları da daim aldatdığından, həbsə atdırıb taleyin ümidinə buraxdığından vaxtaşırı qaçıb-dağılır, onu tək qoyurlar. Bunu 19 oktyabrda meydanda tək qalması, heç kəsin ona görə fədakarlıq etməməsi açıq şəkildə göstərdi. Əgər onu “minlərlə gənc” əhatə etsəydi, o cür rüsvayçı duruma düşməzdi. Biz Bakıda əvvəllər də belə hadisələr görmüşük, polislər icazəsiz aksiyalar zamanı Etibar Məmmədovu və İsa Qəmbəri aparmağa cəhd göstəriblər, ancaq ətraflarında olan insanlar onları ərazidən uzaqlaşdıra biliblər. Təəssüf ki, adı çəkilən liderlər də öz tərəfdarlarının etimadını doğrulda bilmədilər, ancaq bu başqa söhbətin mövzusudur.
Digər tərəfdən, niyə gənclər Əli Kərimlinin fitvasına uyaraq qanunsuz əməllər törətməli, həyatlarını puç etməlidirlər? Məgər bütün günü sosial şəbəkələrdə oturub siyasi opponentləri təhqir etmək, arabir aksiyalara çıxıb qışqırmaq bu gənclərin alnına yazılıb? Bunlar yaxşı işlərdirsə, niyə həmin proseslərdə Əli Kərimlinin öz övladları da iştirak etmir? Pisdirsə, nəyə görə bu yola başqalarının övladları təhrik edilir? Belə çıxır ki, qara işə sadə cəbhəçilər göndərilməli, “liderlərin” övladları isə xaricdə gün keçirib əylənməlidirlər. Deyilənə görə, Əli Kərimlinin oğlu Türkel ABŞ-da, qızı Selcan isə İngiltərədədir. Cəmil Həsənlinin hər iki qızı Böyük Britaniyada yaşayır. İsa Qəmbərin oğlu İlkin Kanadada, Arif Hacılının oğlu Orxan, Hikmət Hacızadənin oğlu Adnan Amerika Birləşmiş Ştatlarındadırlar. Siyahını uzatmaq da olar. Sual olunur: birincisi, hansı pulla, hansı vəsaitlə? Azərbaycanda milyonlarla insan ömründə bircə dəfə qonşu ölkələrə – Rusiyaya, Türkiyəyə, İrana gedə bilmədiyi halda, çətinliklə gedənlər bunun necə məsrəfli olduğunu bildiyi halda, bunlar Atlantik okeanın hər iki sahilində yerləşən ölkələrin yolunu necə su yoluna döndəriblər? Üstəlik, o bahalı, az qala havanın da pulla satıldığı ölkələrdə hansı pullarla yaşayırlar?
Çıxışlarında durmadan "ailə hakimiyyəti"ndən danışan Əli Kərimli necə olur ki, ətrafında xarici dil bilən onlarla fəal cəbhəçi ola-ola ABŞ-da, digər ölkələrdə keçirilən tədbirlərə oğlu Türkel Kərimlini göndərir? O da siyasətdə naşı olduğundan, qondarma "DQR prezidentinin" oğlu ilə eyni tədbirdə iştirak edir, tanınmamış qurumun nümayəndəsinin tədbirə dəvət olunmasına etiraz etməyi belə bacarmır. Məqsəd aydındır: gündən-günə cılızlaşmaqda olan AXCP-ni özündən sonra oğlu Türkelə təhvil vermək. Bəs necə? Belə gəlirli bir vəzifəni yada, başqasına necə vermək olar? Həyat yoldaşı Samara Seyidova AXC hakimiyyəti dövründə Prezident Aparatında işləyib. O, 1992-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında əfv məsələləri üzrə şöbənin rəhbəri vəzifəsini tuturdu. Əli Kərimli isə Prezident Apatında Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri (1992), Azərbaycan Respublikasının Dövlət katibi (1993) postlarında işləyib. Onlar bir evdən eyni iş yerinə ayrı-ayrı xidməti maşınlarda gedirdilər. Məgər bu, "ailə hakimiyyəti" deyildi?.. Görün, Əli Kərimli ölkənin birinci şəxsi olsaydı nələr edərdi? Adam təsəvvür etməyə belə qorxur…
Cəmi bircə il yaşamış AXC iqtidarının başdan-ayağa korrupsiya içində olduğu da o dövrdə yaşamış hər kəsə məlumdur. Banklardan dövlət vəsaitinin kiçik müəssilərə verilən kredit adı altında işbazlara 50 faizə satdıldığını heç kəs unutmayıb. İcra başçıları və bank müdirləri bu pulları təkbaşına yeyə bilməzdilər. Əli Kərimli ilə İsa Qəmbər, “Yurd” birliyi ilə Müsavat arasında rayonlar üstündə gedən nüfuz müharibəsinin əsas səbəbi də bu idi. Daha çox pul mənimsəmək və onun vasitəsilə hakimiyyətə təkbaşına sahib olmaq. O vaxt korrupsiyaya bulaşmamış yeganə şəxs prezident Əbülfəz Elçibəy idi. Onun bunlardan xəbərsiz olduğunu demək olmaz, amma o, öz ətrafı ilə bacara bilmirdi. 1993-cü il mayın 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Elçibəy üzünü məmurlara tutaraq demişdi: "Rüşvət alanda milyonlarla dollar alırsınız… Alırsan, heç olmasa 100 minlərlə al da... Yarım milyonunu alırsan, sonra da deyirsən ki, təqsiri yoxdur, buraxırsan, çıxıb gedir".
Ali Məhkəmənin sədri Tahir Kərimlinin həmin müşavirədə dediklərini də xatırlamaq yerinə düşər: "Vəziyyət bütün sahələrdə ağırdır. Ağırlıq ona görədir ki, quldurluq, soyğunçuluq, rüşvətxorluq cinayətləri son 10 illə müqayisədə 1992-ci ildə 4 dəfə artıb... Bəli, respublikada rüşvətxorluq baş alıb gedir... Mən axı hakimə necə deyə bilərəm ki, milyonçunu işə bərpa eləmə? Qayıdıb mənə deyər ki, Pənah Hüseynov milyarderləri bərpa eləyir. Nazirlər Soveti bu gün milyarderlərdən ibarətdir. O adamlar ki cinayətkardır.... onlar bu gün Nazirlər Sovetinə, Dövlət Aparatına yığışıblar...".
Gəlin ədalətli olaq: cəmi bir il davam eləmiş belə bir hakimiyyətdə ən yüksək postlardan birini tutmuş Əli Kərimlinin indiki iqtidarı korrupsiyada ittiham etməyə haqqı varmı?
1992-ci ildə AXC hakimiyyətə gələndə Elçibəyin fərmanı ilə qiymətli metalları saxlamaq üçün Ləl-Cəvahirat Fondu yaradılmışdı. 1993-cü ilin iyununda cəbhə hakimiyyətdən gedəndə məlum oldu ki, fondda 1 manatlıq da olsa qiymətli metal yoxdur. Fondun yalnız adı qalıb. AXC hakimiyyəti dövründə olan korrupsiyanı, xaosu, anarxiyanı, talançılığı o illərdə yaşayan heç kəs unutmayıb. Cəmiyyət onu da aydın başa düşür ki, cəmi bircə il sürən bu hakimiyyət on illərlə davam etsəydi, bu ölkənin daşı daş üstündə qalmazdı.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək