12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
16:20 / 04-07-2025
Meyxanaçı azadlığa buraxılıb
16:17 / 04-07-2025
Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
16:01 / 04-07-2025
Xankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar
15:47 / 04-07-2025
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
15:45 / 04-07-2025
“Moody’s" Azərbaycanın kredit reytinqini yüksəldib
15:25 / 04-07-2025
Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahan verəcək
15:08 / 04-07-2025
Üzərinə həbs qoyulan əmlakın satışı qaydası dəyişib
17:57 / 30-06-2025

15:08 / 30-06-2025

21:03 / 30-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

14:15 / 30-06-2025

07:52 / 01-07-2025

14:40 / 03-07-2025

12:21 / 30-06-2025

12:16 / 02-07-2025

19:48 / 04-07-2025

Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
Tarix: 16-01-2021 23:01 | Bölmə: Nadir QOCABƏYLİ

İndicə Elçin İlqaroğlunun paylaşdığı bir statusu oxuyub xeyli məyus oldum və düşündüm. Status tanınmış rus teleaparıcısı Vladimir Solovyovdan rusca sitat şəklində paylaşılmışdı və azərbaycanca bir cümləlik münasibətlə bitirdi. Amma mən Solovyovun sözlərini tərcümə edəcəyəm ki, bütün azərbaycanlılar, xüsusilə də, gənclər başa düşsün.
Vladimir Solovyov deyib: “Məni Azərbaycana nifrət etməkdə və erməniləri dəstəkləməkdə suçlayırlar. Ancaq nahaq yerə... Axı niyə başqa mövqe tutmalıyam? Siz mənim Azərbaycana qarşı nifrətimin səbəbini bilirsiniz? Birinci arvadımın mənə məhz bir azərbaycanlı ilə xəyanət etdiyini hələ də unuda bilmirəm! Keçmiş arvadımın dediyinə görə, azərbaycanlılar yataqda daha fəaldırlar. Ancaq arvadımın mənə xəyanət etdiyi oğlan adi tərəvəz satıcısıydı. Bu məqam mənim üçün hədsiz aşağılayıcıdır...”
Çox kədərli, eyni zamanda düşündürücü bir etirafdır. Solovyovu qınamaq da olar ki, axı bir axmaq adamın qələtinə görə bütöv bir millətə düşmən kəsilmək nə dərəcədə doğrudur? Ancaq onu bir insan, kişi kimi anlamaq da mümkündür...
Millətləri qoyaq kənara. Gəlin elə Azərbaycanın regionlarından örnək gətirək. Bir şəkili bizə pislik edəndə istər-istəməz bütün şəkililər haqqında neqativ düşünməyə başlayırıq. Yaşadığımız əraziyə bir ağdamlı polis rəisi gələndə onun davranışı bütün ağdamlılara qiymət vermək üçün əsas olur. İndi düşünün, şəkilidən, ağdamlıdan, sabirabadlıdan 3, 5, 7 dəfə pis hərəkət, davranış görəndə bütöv bir regiona münasibətimiz necə olur?
Əlbəttə, biz bu məsələdə haqlı olmaya da bilərik, “meşə çaqqalsız olmaz” deyib keçə bilərik. Ancaq məsələnin o biri tərəfi də var axı: nooldu ki, mənə elə ancaq çaqqallar rast gəldi...
Sözümün canı: hərəkətlərimiz, davranışlarımız, əxlaqımız, tərbiyəmiz ilə təkcə özümüzü yox, həm də mənsub olduğumuz el-obanı, kəndi, rayonu, bölgəni, ölkəni təmsil edirik. Bəzən elə olur ki, haqqında yaxşı fikirdə olmadığımız bir bölgədən, rayondan ləyaqətli bir insana rast gəlirik və fikrimiz bir anda 180 dərəcə dəyişir. Peşman olur, özümüzü qınayırıq. Odur ki, yaxşılar, yaxşı işlər nə qədər çox olsa, el-obamızın, millətimizin, xalqımızın başı bir o qədər uca olar. Başıucalıq isə dost qazandırır. Dostların çoxluğu düşmənlərin azlığı, məğlubiyyəti deməkdir.
Baxın, əgər o tərəvəzsatan azərbaycanlı Solovyovun arvadını yoldan çıxartmasaydı, onunla əxlaqsızlıq etməsəydi, indi bu məşhur, intellektual, azdan-çoxdan sözü keçən adam böyük ehtimalla bizə düşmən kəsilməzdi. Çünki nə qədər ümumi insani dəyərlərdən, meyarlardan, tendensiyalardan danışsaq da, insan öz şəxsiyyətinə, izzəti-nəfsinə vurulan zərbələri, yaraları unutmur. Eyni zamanda, yaxşılıqları, kişiliyi, mərdliyi, çörəyi də...

V. Solovyov
Keçirəm məsələnin digər tərəfinə. Başqasının qadınını, arvadını yoldan çıxarmaq, hətta onunla bir yatağa girmək nə deməkdir axı? Necə olub ki, bu cür ağır bir məsələ bir çox kişilər üçün adi həyat normasına çevrilib? Əvvəla, dinimiz yasaqlayır, zinadır. İkincisi, xristianlarda o qədər olmasa da, bizdə bunun cəzası çox ağırdır. İstər kişi, istərsə də qadın üçün. Çox başlar gedib bu yolda. Hətta xayası kəsilərək rüsvayçı şəkildə qətlə yetirilənlər də olub. Ancaq bu zinakarlıq, əxlaqsızlıq azalmır ki, azalmır...
Bu əxlaqsızlığın mənəvi, psixoloji, əxlaqi, fizioloji, hüquqi yönləri haqda çox danışmaq, bütün hallarda iyrənc bir davranış olduğunu əsaslandırmaq olar. Ancaq çox uzun yazmaq istəmirəm. Bir neçə nüansı qeyd edəcəyəm. İnsan olan, az-çox dərrakə sahibi o baryeri çox asanlıqla aşa bilməz. Başqasının yatağına soxulmaq insan üçün çox ağır bir şey olmalıdır. Bu, başqasının boşqabında qalan yeməyi yeməkdən daha ürəkbulandırıcı olmalıdır. Digər tərəfdən, axı sənin də anan, bacın, arvadın, qızın var. Hansısa yoxdursa, gələcəkdə olacaq. Özünə rəva bilmədiyini başqasına necə bilirsən? Bəli, şəhvət çox güclü hissdir, bəzən insanın ağlını belə ala bilir. Zina edənlərin çoxu sonradan peşman olurlar, ancaq sonrakı peşmanlığın fayda vermədiyini də unutmamaq lazım.
Biz azərbaycanlılarda bu məsələnin ən pis tərəfi ictimai qınağın olmaması, yaxud zəif olmasıdır. Kişilər bu məsələyə görə bir-birini qətiyyən qınamırlar. Hətta bununla, yəni başqasının qadını, arvadı ilə yatmaqla fəxr edənlər, lovğalananlar kifayət qədərdir. Daha dəhşətlisi odur ki, bu məsələdə bir kişi həmrəyliyi var. Sanki bu adamların özünün heç qadını yoxdur və heç vaxt da olmayacaq. Bu adamlar sanki o qədər ağılsızdır ki, bu işin onun öz başına da gələ biləcəyini dərk edə bilmir. Ya da istəmir. Çünki nə ağlı var, nə də namusu. Bu haqda düşünmək istəmir.
Azərbaycanlılar arasında hətta elələri var ki, məhz bu səbəbdən gözəl qadınla evlənmək istəmir. Çirkin birini alıb atır evə ki, ona iki uşaq doğsun, özü isə zinakarlıq edə-edə arxayın gəzsin ki, bununkuna baxan olmayacaq. Dəhşətli reallıqdır, elə deyilmi?
Bir dəfə bir söhbət zamanı dedim ki, bizimkilər öz arvadlarını pis günə qoyub, kənarda qadın axtarırlar. Söhbətdə iştirak edən bir müsavatçı həkim dedi ki, arvad elə pis günə qalsa yaxşıdır. Zənnimcə, anladınız.
Bir dəfə də bir sayt redaktoru dedi ki, bizim qadınları buraxsan da o yola getməzlər. Ona məsləhət gördüm ki, özünü aldatmasın. Sən edirsənsə, bir gün öz başına gəlmək ehtimalı çox yüksəkdir.
Özümü də tənqid edəcəyəm. Ötən əsrin 90-cı illərinin əvvəlində 25-26 yaşımda subay oğlan olarkən Türkiyədən bir Refah partiyası üzvü qonaq gəlmişdi. Ona şəhərimizi göstərərkən məni müşahidə edirmiş. Üçüncü gün dedi ki, Nadir, karılara çok bakıyorsun. Dedim ki, Adnan abi, güzəl kızlara bakmak hoşuma gidiyor. Dedi ki, olmaz, günah. Hatta zina. Soruşdum ki, şimdi kadın, kız görende başımı aşağı mı dikeyim? Cavab verdi ki, bir bakış bakabilirsin. Ama uzun bakmak, özellikle de şehvetle bakmak zina sayılır. Ondan soruşdum ki, Adnan abi, hanımından başqa güzəl bir kadınla hiçbir ilişki kurmaz mısın? “Elimi elinin üstüne koymam” - dedi. Sözün doğrusu, bir kişi xeylağının bu cür danışması məni təəccübləndirdi. Amma ondan sonra özümü xeyli yığışdırdım və davranışımda ciddi korrektələr etdim.
Bir dostum vardı. Əlinə bir az pul keçmişdi deyə, hesab edirdi ki, "beş günlük dünyada" mümkün qədər çox kef çəkməli, çox yeyib-içməli, çox qadınla yatmalıdır. Onu qınamaq da olmazdı, çünki oturub-durduğu adamların hamısı belə edirdi. Ümumiyyətlə, Azərbaycanımızda əksəriyyət bu cür edir və heç kəs də heç kəsə "olmaz, ayıbdır, ziyandır, günahdır" demir. Bir dəfə həmin dostum, mən və onun bir "babnik" dostu oturub yeyib-içirdik. Dostu ona bir qadından bəhs edərək möhkəm təriflədi, ondan “kəsdiyini” dedi. Dostum öz dostuna qayıtdı ki, onun əri var, günahdır. Olmaz. Mənə ərli qadınlardan danışma. Doğrusu, təəccüb etdim, bu cür babnikin birindən belə əxlaqlı, Allahtərəfi bir söz gözləmirdim...
Mən o tərəvəz satan həmyerlimizin əxlaqsızlığına görə, Vladimir Solovyovdan və bu problemlə üzləşən digərlərindən üzr istəyirəm. Bağışlayın bizi, Vladimir Rudolfoviç. Bütün azərbaycanlılar o cür deyil, biz dəyişməyə çalışırıq və dəyişəcəyik. Siz də bundan sonra bizə qarşı ədalətli olun. Lütfən!
Bölməyə aid digər xəbərlər

28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?