16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
13:54 / 22-10-2025
Məşhur kino şirkətini satışa çıxarıblar
13:33 / 22-10-2025
Mərkəzi Asiyadakı qaz kəməri...
13:27 / 22-10-2025
Estoniya Azərbaycanda səfirlik açacaq
13:03 / 22-10-2025
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - Sərəncam
12:56 / 22-10-2025
Müğənni: "Musa əvvəl rəhmətə getsin ki, onu şanlı-şöhrətli dəfn etdirim"
12:41 / 22-10-2025
Sabah bəzi ərazilərə yağış yağacaq
12:39 / 22-10-2025
Axtarışda olan 4 nəfər Azərbaycana gətirilib
12:36 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıya gəlib - Fotolar
12:19 / 22-10-2025
Mal əti bahalaşıb - Yeni qiymətlər
11:58 / 22-10-2025
İsrail türk ordusunun Qəzzaya gəlişini istəmir
11:46 / 22-10-2025
İki keçmiş hakim Vəkillər Kollegiyasına üzv olub
11:26 / 22-10-2025
Uqandadakı qəzada 63 nəfər həyatını itirib
11:24 / 22-10-2025
Azərbaycanın valyuta ehtiyatları 80 milyard dolları ötüb
11:19 / 22-10-2025
Qəzzaya görə İsrail, Misir və ABŞ arasında problem yaranıb
12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

18:38 / 17-10-2025

13:12 / 21-10-2025

14:39 / 19-10-2025

Oğru və qəhrəman
Tarix: 21-08-2017 13:18 | Bölmə: Nadir QOCABƏYLİ

Bəzi dostlar yazır ki, camaatımız niyə oğru Rövşən Lənkəranskinin heykəlinə hörmətlə yanaşır, onun yasında kütləvi iştirak edir, amma deputatın sosialist əməyi qəhrəmanı atasına qoydurduğu heykəli rədd edir?
Maraqlı sualdır. Amma cavabında xalq günahlandırılır, onun yolunu azdığı bildirilir.
Mən bu yanaşma ilə o qədər də razı deyiləm. Xalqı qınamaq asandır, bəzən mən də qınayıram, amma arada onu başa düşməyə, anlamağa da çalışmaq lazımdır.
Xalq qəhrəmanları sevir, o daim ağ atlı oğlan, xilaskar arzusundadır, İsa Məsihin yenidən zühurunu, zamanın sahibi Mehdinin qayıtmasını gözləyir.
Bu mənada Rövşəni, oğru olsa da, əmək qəhrəmanından daha çox qəhrəman kimi görür.
Mən Rövşəni tanımıram, haqqında məlumatım da, demək olar ki, yoxdur, amma Rövşən kimiləri adətən həyatdakı ədalətsizliklər oğurluğa, əyri yola vadar edir. Onlar əsasən varlılardan oğurlayır, o adamlardan ki, onların var-dövlətində kasıbların alın təri, qanı var. Onlar varlılardan oğurladıqlarından, daha sonrakı mərhələdə isə zorla aldıqlarından kasıblara pay verirlər. Onlar öz anlayışları səviyyəsində heç vaxt haqqı nahaqqa vermirlər. Bəlkə də, nəyəsə haradasa düzgün yanaşmırlar, səhvə yol verirlər, ancaq düzgün yolda olduqlarına inanır və bunu gizlətmirlər. Onlar mübahisəli məsələləri dövlətin ədalət məhkəmələrindən daha ədalətli həll edirlər və xalq da bunu bilir. İzah edə bilməsə də, şüuraltı dərk edir və onları qəhrəman sayır.
Gələk sosialist əməyi qəhrəmanı Gülabdaya. Onu da tanımıram, fəaliyyətindən, necə qəhrəman olmasından da xəbərim yoxdur. Amma hamımız bu əmək qəhrəmanlarının necə qəhrəman olduğunu çox yaxşı xatırlayırıq. Onlar bəlkə də zəhmətkeş, çalışqan olublar, amma sovet dövrünün pripiskaları, saxtalıqları o qəhrəmanları çox zaman istehza hədəfinə çevirib. Çünki 5 nəfərin yığdığı pambıq bir adamın adına yazılıb, daha zəhmətkeş olanlar kölgədə qalıb, sosializm yarışını stimullaşdırmaq üçün saxta qəhrəmanlar qondarılıb. Və o qəhrəmanların xalqa demək olar ki, heç bir xeyirləri dəyməyib. Bir sınıq barmağa məlhəm olmayıblar. Ancaq özləri, ailələri, övladları üçün çalışıblar. Sinələrindəki orden-medalların xeyrini yalnız özləri görüblər və hələ də övladları görürlər. Xalq da kor deyil və bütün bunları görür.
İki şəxsə fərqli münasibət xalqla dövlət arasındakı uçurumun nə qədər dərin olduğunu göstərir. Xalq öz qəhrəmanlarını tanıyır, dövlətin ona sırıdıqlarını isə sadəcə qəbul etmir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?