18:09 / 05-07-2025
Mingəçevirdə iki qayıq toqquşub - Beş nəfər xəsarət alıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
14:16 / 05-07-2025
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
16:20 / 04-07-2025
Meyxanaçı azadlığa buraxılıb
16:17 / 04-07-2025
Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
16:01 / 04-07-2025
Xankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar
15:47 / 04-07-2025
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
21:03 / 30-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

14:40 / 03-07-2025

07:52 / 01-07-2025

12:16 / 02-07-2025

19:48 / 04-07-2025

10:26 / 02-07-2025

15:33 / 02-07-2025

14:53 / 01-07-2025

16:55 / 02-07-2025

Çətindir... - S. Baycan yazır
Tarix: 21-11-2018 20:50 | Bölmə: Seymur BAYCAN

Hər dəfə nəsə yazmağa başlayanda yazıçıların həyatından bəhs edən əsərlər oxuyuram, filmlərə baxıram. Çünki mövcud şərtlər altında öz gücünlə nəsə yazmaq çətindir. Gərək başqalarından güc alasan. Gərək başqalarını köməyə çağırasan.
Müxtəlif dövrlərdə, müxtəlif məkanlarda bir çox ağır şərtlər altında yaşamış və yaratmış yazıçıların, rəssamların, bəstəkarların həyatı ilə tanış olduqca özüm-özümə belə bir fikir təlqin edirəm. Onlar dözüblərsə, mən də dözməliyəm. Onlar bacarıblarsa, mən də bacarmalıyam. Beləcə, ölüm-zülmlə özün-özünü yazmağa məcbur edirsən. Bununla belə, şübhələr yenə də adamın içini didir. Şübhələr adamın yaxasından yapışıb buraxmır. Yazdığım necə alındı? Bütün bunlar illüziya deyil ki? Ümumiyyətlə, bu yazılanlar lazımdırmı? Nəylə məşğulam? Kimə lazımam? Niyə yaşayıram?
Yaşadığımız şərtlər altında yazmaq çox çətindir. Adamın işləməyə əli qalxmır. Ölkədə ədəbiyyat adına yaxşı müsabiqələr keçirilmir. Müsabiqələr ədəbiyyatın inkişafı, təbliği üçün vacibdir. Adamı yazmağa həvəsləndirir. Udsan, lap yaxşı. Uduzsan da, eybi yox. Yazdığın sənə qalır. Növbəti müsabiqəyə daha yaxşı hazırlaşırsan. İndi ölkədə müxtəlif formatlarda, müxtəlif miqyaslarda ən azı iyirmi səviyyəli müsabiqə keçirilməlidir ki, yazarlar yarışa girsinlər, rəqabət mühiti yaransın, yeni imzalar ortaya çıxsın, əsərlər təbliğ olunsun, mətbuat ədəbiyyatdan danışmağa mövzu tapsın.
Fərqli, səviyyəli ədəbiyyat jurnalları olmalıdır. Bu jurnallar müəlliflərə normal qonorar verməlidirlər. Məsələn, indi beynimdə bir neçə hekayənin mövzusu var. Amma yazmağa motivasiya yoxdur. Normal bir jurnal ola, hər hekayəyə iki yüz manat qonorar verə, oturub bir-bir yazıb qonorarını alasan. Qonorarsız yazmaq çox çətindir. Biyar işi kimi bir şeydir. Başının üstündə yüz minlər, milyonlar o tərəfə-bu tərəfə axır, amma bu boyda ölkədə bir normal ədəbiyyat jurnalı yoxdur ki, hekayəni yazıb qonorarını alasan.
Bəs oxucular? Əgər publisistikayla məşğul olmasaydım yəqin ki, məni uzağı yüz-iki yüz adam tanıyacaqdı. Guya hələ allah qoymasa, kitabı yaxşı satılan müəlliflərdən biriyəm. Halbuki, “Quqark”dan sonra heç bir kitabımdan gəlir əldə etməmişəm. Satış şəbəkəsi zəifdir. Satılan kitabın pulu çox vaxt müəllifə çatmır. Hər şey itib batır. Ən yaxşı halda satılan kitabın əvəzinə, başqa kitab alıram. Başqalarından danışmıram. Öz vəziyyətimdən danışıram. Danışmaqdan da utanmıram. Utanmaqdan keçib...
Oxucular iki qrupa bölünür. Ənənəvi oxucular yazdıqlarımı qəbul etmir. Onlar üçün yazdıqlarım ədəbiyyat deyil. Küçə uşağının, ailə tərbiyəsi görməmiş əxlaqsız bir adamın cızma-qaralarıdır. Bu cızma-qaraların ədəbiyyata dəxli yoxdur. Ədəbiyyat tamam başqa şeydir. Yazdıqlarım fərqli görünmək, gündəmdə qalmaq üçündür. Bu tip adamların, bu cür düşünənlərin rəğbətini qazanmaq mümkünsüzdür. Gərək bütün prinsiplərindən imtina edib olasan aşıq, tamada.
İkinci qrup oxucuların da rəğbətini qazanmaq mümkün deyil. Çünki ikinci qrupa aid olan oxucular daha çox dünya ədəbiyyatı oxuyurlar və ənənəni, şərtləri nəzərə almadan yerli yazıçıdan da dünya standartına uyğun əsər tələb edirlər. Şərtlərin, ənənənin zəif olmasını nəzərə almadan üçüncü ölkənin yazarından dünya standartlarına cavab verən əsər gözləmək bir az insafsızlıqdır.
Bəs ümumilikdə götürəndə xalq nə istəyir? Xalq istəyir ki, yazar yalan danışsın. Yazsın ki, təbiətimizdən gözəl təbiət, mətbəximizdən gözəl mətbəx yoxdur. Biz dünyanın ən qonaqpərvər xalqıyıq. Adət-ənənəmizə də söz ola bilməz. Bizik, bizdən savayı yoxdur. Başqalarının həyatı həyat deyil.
Xalq nağıllar oxumaq istəyir. Deyir, sən nağıllar yaz, məni hər fürsətdə dayanmadan təriflə, ondan sonra biz də səni görərik. Xalq yazıçını yaltaqlığa vadar edir. Yazara sifariş edir ki, mənə yaltaqlan, məni hər fürsətdə təriflə. Heç bir pis tərəfimi görmə. Dindən nəsə yazırsan, nə qədər düşmən qazanırsan. Xalqdan, millətdən nəsə yazırsan, nə qədər düşmən qazanırsan. Axırda görürsən ki, beş-altı adamdan savayı yanında heç kim yoxdur. Üstünə ən müxtəlif adlar yapışdırılır. Biri avara, biri kafir, başqa biri millətini satan deyir. Aciz və gülünc vəziyyətə düşməyini arzulayırlar. Bir az normal düşünənləri haradansa eşidiblər ki, sənət adamı ya acından ölməlidir, ya da cır-cındırın içində yaşamalıdır. Xalq heç bir prosesdə iştirak etmək istəmir, üstəlik də ürəyindən keçir ki, böyük bir mədəniyyətə sahib olsun. Heç bir prosesdə iştirak etmədən istəyirlər ki, beş-altı adam bunlara böyük töhfələr versin. Gərək bir şeyə dəyər verəsən ki, həmin şeyin vacibliyi görünsün. Yarış yaransın. Nəsə ortaya çıxsın. Əlbəttə, ortaya çıxanların hamısı yaxşı olmur. Amma belə yaranır. Mədəniyyət belə formalaşır. Yüzü yazır, iki-üçü ortaya nəsə çıxarır. Qalanları isə ən pis halda mədəniyyət daşıyıcılarıdır.
Bəzən adamlar yazanların çox olduğunu düşünürlər. Nəyi pisdir? Qoy yazsınlar. Ən azı adamlar oxuculardır. Bu, Azərbaycan ədəbiyyatının ən azı tarixini yaşadacaq. Ən fərqli adamları oxuyacaq. Hərə öz istiqamətinə, hərə öz üslubuna uyğun olaraq. Burada dünyaya, hadisələrə, xalqa, dinə fərqli baxışdan doğan fərqli istiqamətlər olacaq. Bununla belə, bu, Azərbaycan ədəbiyyat tarixini davam etdirməkdir. Ən azı Axundovu, Cəlil Məmmədquluzadəni, Cəfər Cabbarlını, Yusif Vəzir Çəmənzəminlini, Mirzə İbrahimovu, İsi Məlikzadəni, Əkrəm Əylislini, Yusif Səmədoğlunu, İsa Hüseynovu, Sabir Əhmədovu oxuyacaq. Elə bilirsiniz bu azdır? Ölkədən xəbəriniz var?
İki gün əvvəl ölkənin ən böyük universitetində təşkil olunmuş kitab yarmarkasında kitab satırdım. Bu haqda geniş danışmaq istəmirəm. Gördüklərimin hamısını yazmayacam. Birini yazım bəs edər. Bir dəstə gənc yaxınlaşdı kitab düzülmüş masalara. Biri o birilərinə aman vermədən tez dedi: "Bu kitabların hamısını oxumuşam". Gülüşmə və dalbadal bu kimi zarafatlar. Hər şey eşitmişdim, "kitab oxuyanda ürəyim qalxır",- ifadəsini də eşitmək qismətimdə varmış. Baxdım bu adamlara. Soruşdum - siz tələbəsiniz? Dedilər- hə. Dedim - hansı fakültədə oxuyursunuz? Dedilər - kitabxanaçılıqda. Düşündüm, gör kitablar kimin ümidinə qalacaq. Bu adamlar kitab sevməyəcəklər. Sevdirməyəcəklər. Sevməyəcəklərsə qorumayacaqlar. Bu adamların zarafat etmələri üçün nə qədər yer var. Zatən bütün günü zarafat edirlər. Bu adamların çörək əvəzinə, kitab yeyən vaxtlarıdır. İndi də oxumayıb bəs nə vaxt oxuyacaqlar? Onlar isə gülürlər. Bunun axırı nə olacaq? Bu dəvəquşu siyasətinin bir sonu varmı? Niyə adamlar özləri özlərini aldadırlar? Nəyə lazımdır bu? Fəlakətli bir vəziyyəti zorla tərifləməklə nəyə nail olmaq olar?
Həkim publisisti yazısına görə söhbətə çağırır. "Gəl sənə başa salım həkim necə olur", - deyir. Jurnalistika fakültəsinin tələbəsi Haqverdiyevi tanımır. Kənd məktəbləri yaman vəziyyətdədir. Orda ancaq oxumaq-yazmaq öyrədirlər. Bəzən heç onu da öyrətmirlər. Elə kəndlər var, ordan on ildi ali məktəbə qəbul olan adam yoxdur. Yaxşı, necə olacaq bunun sonu? Gəlin bu mənzərəni görməyək, özümüzü görməməzliyə vurub deyək ki, hər şey yaxşıdır, hər şey yaxşı olacaq. Bəyəm bununla vəziyyət dəyişəcək? Kimi aldadırıq? Adamlar başa düşmürlər, başa düşmək istəmirlər ki, yaltaqlanmağa qalsa, elə yaltaqlanaram, hamı mat qalar. Bəyəm yalanlar danışa bilmərəm? Tərifləməyə qalsa, təbiətimizi, mətbəximizi, tariximizi elə tərifləyərəm, adamların sevincdən gözü yaşarar. Lazımdırmı? Görünür, belə lazımdır. Əgər hər hansı bir dini təriqətə öz rəğbətimi bildirsəydim, vəziyyətim tamam başqa cür olardı. Yəni o qədər aciz oldum ki, yaltaqlanmağa bir adam, bir ünvan tapmadım?
Yazırsan ki, bir kitab var, nəşr etmək lazımdır. Kim köməklik edə bilər? Heç kimdən səs çıxmır. Bəs dövlət? Dövlətin ədəbiyyat və mədəniyyət siyasəti kökündən yalnışdır. Dövlət də yazıçıdan yaltaqlanmağı tələb edir. Bu cür siyasətlə heç bir ciddi uğura nail olmaq olmaz. Dövlətin ədəbiyyat və mədəniyyət siyasəti qoca kişilərin əllərindədir. Bu qoca kişilər öz əsərlərini və atalarının əsərlərini təbliğ etməklə məşğuldurlar. Şəffaflıq yoxdur. Dövlət siyasi və mədəni baxışından asılı olmayaraq, hər kəsə şərait yaratmalıdır. Fərqliliyə dözümlü yanaşmalıdır. Buyurun, kasıb Gürcüstanda dövlətin dəstəyi ilə yazıçıların əsərləri başqa dillərə tərcümə olunur. Amma mən kitabımın tərcümə olunması üçün özüm pul tapmalıyam. Niyə? İndi sabah bir gürcü yazıçısı gedib hansısa mükafatı alsa, populyarlıq qazansa, bizimkilərin əbədi və əzəli arqumenti ortaya çıxacaq - xristianlar bir-birlərinə dəstək verirlər. Yaxşı müsabiqələr keçirilmirsə, ədəbiyyat jurnalları yoxdursa, kitab satılmırsa, dövlət tərəfindən heç bir dəstək verilmirsə, bəs o zaman nə etməliyəm? Necə yazmalıyam? Necə yaşamalıyam?
Səsim yoxdur ki, gedib müğənnilik edəm. Yaş da o yaş deyil idmanla məşğul olum. Artıq gecdir. Yalnız yazmaqla özümü ifadə edə bilirəm. Bundan savayı özünüifadə vasitəm yoxdur. Yazı isə gərəksizdir. “Oblomov kimdir” yazısını yazmağa görə, təxminən min səhifə mətn oxumuşam. Buna görə cəmisi iyirmi-otuz manat qonorar alacam. Olsun. Amma yazını da oxuyan yoxdur. Çox az adama lazımdır. Rus dilində çıxan iki kitabımın mənə verdiyi həvəs Azərbaycan dilində çıxan səkkiz kitabın verdiyi həvəsdən daha çoxdur. Azərbaycanda yaşayan rusdilli oxucuları nəzərdə tutmuram. Azərbaycandan kənarda yaşayan rusdilli oxucuları nəzərdə tuturam. Burda yaşayan rusdilli oxucular varlığımdan xəbərsizdirlər. Onlar üçün maraqsızam. Belə də olmalıdır. Onların öz söhbətləri var. Təəssüf ki, başqa bir dildə yazmağı bacarmıram. Yoxsa Azərbaycan dilində bir abzas da yazmazdım. Başqa dildə yazmaq imkanı varkən Azərbaycan dilində yazan adamları da başa düşmürəm.
O gün bir adam sual verir – niyə roman yazmırsan? Deyirəm - roman yazmaq üçün maddi vəziyyət normal olmalıdır, gedib hardasa sakit bir vəziyyətdə yazmalısan. Başa düşmür. Sualı bir daha təkrar edir- bəyəm belə yazmaq olmaz? Deyirəm - sən maaş almadan hər gün işə gedib pulsuz-parasız işləyə bilərsən? Üstəlik də hələ buna görə səni qabaqlarına qoyub danlayırlar ki, bu nə işdir görmüsən.
Bütün bunları niyə detalla yazıram? Adamlar bilsin yazmaq nə qədər çətindir. Adam nə qədər möhkəm olmalıdır ki, bu şərtlər altında yaşamağı və nəsə yazmağı bacarsın.(Kultura.az)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır