00:55 / 22-11-2024
Silvester Stallone yeni seriala çəkilir
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
23:28 / 21-11-2024
Gəncədə iki nəfər bıçaqlanıb
22:07 / 21-11-2024
Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib
20:55 / 21-11-2024
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb
20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
19:12 / 21-11-2024
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
18:08 / 21-11-2024
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
18:03 / 21-11-2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
17:49 / 21-11-2024
Pərviz Şahbazov İstanbula gedir
17:25 / 21-11-2024
Əli Əsədov “Elektron hökumət” portalı ilə bağlı qərar imzalayıb
17:18 / 21-11-2024
Rusiya Tramp haqqında filmin yayımına icazə verməyib - Fotolar
17:08 / 21-11-2024
Nazirlər Kabineti riskli vergi ödəyiciləri haqqında qərar imzalayıb
16:48 / 21-11-2024
Matviyenko Azərbaycana gəlir
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
16:32 / 21-11-2024
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
16:23 / 21-11-2024
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
16:17 / 21-11-2024
Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək
16:06 / 21-11-2024
Putin Şimali Koreya liderinə 75 vəhşi heyvan göndərib
16:00 / 21-11-2024
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
15:45 / 21-11-2024
Dünya şöhrətli rejissorun 10 ən yaxşı filmi... - Siyahı
15:32 / 21-11-2024
Məşhur musiqi qrupu dünya turuna çıxır
15:29 / 21-11-2024
Ceyhun Bayramov misirli nazirlə telefonda danışıb
14:46 / 21-11-2024
Quterreş Bakıda: "Razılaşma istəyi hiss olunur"
14:43 / 21-11-2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
14:36 / 21-11-2024
Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
14:33 / 21-11-2024
SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb
14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
Əmək prosesi haqqında
Tarix: 25-02-2020 01:33 | Bölmə: Seymur BAYCAN
Onlar bir-birinin ağzını güdürdülər. Bəzən hansısa ağzından söz qaçırdırdı, onun yoldaşı əsnəyərək ayağa qalxır, tibb bacılarının qərargahının yanındakı jurnalı açır, eşitdiklərini ora qeyd edirdi. Böyük Bacı deyirdi ki, bu qeydlər bütün şöbədə aparılan müalicə işi üçün əhəmiyyətlidir. Amma məncə, Böyük Bacı bununla, sadəcə, pasiyentlər haqqında kifayət qədər məlumat toplayırdı ki, lazım olanda əsas korpusdakı adamlara xəbər versin, onlar da gəlib problemli pasiyentin başına əl gəzdirsinlər, təmir etsinlər. Bu məlumatı qeydiyyat jurnalına yazan pasiyent ulduz alır və ertəsi gün yerindən bir az gec qalxmaq hüququ qazanırdı.
Xahiş edirəm bir az diqqətinizi cəmləyin və zəhmət olmasa yüz minlərlə insan təsəvvürünüzə gətirin. Başı, qulaqları, gözləri olan, ürəkləri döyünən, yatan, duran, yemək yeyən, yeriyən, hava udan yüz minlərlə insan… Kimdi bu insanlar? Bu yazıda, hal-hazırda, bu an, bu dəm yüz minlərlə insan dedikdə daha çox kimləri nəzərdə tutmaqdayıq? Bacardığımız qədər aydınlıq gətirək.
Hər şeydən əvvəl onlar Azərbaycan vətəndaşlarıdır.
Ciblərində Azərbaycan pasportu gəzdirməkdədirlər. Daha sonra onlar atadır, anadır, əmidir, dayıdır, xaladır, bibidir, nənədir, babadır… Hərəsinin bir bioloji statusu var. Kiməsə, əsasən öz övladlarına, nəvələrinə onu etmək olar, bunu etmək olmaz janrında nəsihətlər verirlər. Bəli, ilk baxışdan onlar insana oxşayırlar. Lakin məsələ ondadır ki, bu yüz minlərlə insan ildə bir kitabı əvvəldən axıra qədər oxumur, ildə bir dəfə teatra, sərgiyə getmir, siyasətlə maraqlanmır, həm ölkə daxilində, həm də dünyada baş verən hadisələr, proseslər, sənət dünyası onları maraqlandırmır. Onların bütün həyat fəlsəfəsi, fikri, zikri “bir manata alıb, iki manata satmaqdan”, hansısa əyri yollarla “kimisə minib qabaqa düşməkdən” ibarətdir. Hər cürə maddi xırda-xuruşu ələ keçirməyi uğur, naliyyət hesab etməkdədirlər. Bunu bacarmayanları asanlıqla fərasətsiz adlandırırlar. Yüz minlərlə insanın dilində hər gün bir neçə dəfə səslənən “fərasətsiz” sözü elə-belə söz deyil. Ağır sözdür. Xalqımızın dilində tez-tez səslənən, dilindən düşməyən “fərasətsiz” sözünün altında çox mənalar, mətləblər yatır. Fərasətsiz deyildikdə əsasən iki cür insan nəzərdə tutulur.
– İnsan doğrudan da maddiyyat olaraq nələrsə əldə etmək istəyir, bu istiqamətdə cəhdlər edir, tər tökür, can qoyur, min oyundan çıxır, lakin hec cürə maddiyyat əldə edə bilmir. Bu növ fərasətizlərə qarşı xalqımız hardasa dözümlu, hardasa daha tolerant munasibət göstərməkdədir.
– İnsan maddiyyat, vəzifə əldə edə bilər, buna onun imkanı, potensialı çatır, sadəcə, nəyə görəsə, hansısa səbəbdənsə bugünkü şərtlər daxilində maddiyyat əldə etmir. Özünün prinsipi, ideyası, balaca dünyası, “qırmızı xətti” var. Bu növ fərasətsizlərə qarşı xalqımızın dözümü yoxdu. Xalqımız bu növ fərasətsizlərə axmaq, debil, dəli, gic, mağmın kimi baxmaqla yanaşı, həm də onlara dərin nifrət bəsləməkdədir. Əlacları olsa belə fərasətsizlərin başın kəsib, qanını içərlər.
İnsanın pul qazanmasında, vəzifə əldə etməsində ciddi bir qəbahət yoxdur. Amma vacib bir şərti, vacib bir sualı nəzərə almaqla: hansı yollarla? Bax, əsas məsələ budur.
Üstəlik, daha bir incə nüansa diqqət etməliyik. Bu nüansa Henri Ford memuarında belə toxunub: “Hakimiyyət və texnika, pul və mal insan həyatını azadlıq və firavanlıqla nə dərəcədə təmin etməyə qadir və qabildirsə, bu məhfumlar da məhz o qədər qiymətli və xeyirlidir”.
Başı, qulaqları, gözləri olan yüz minlərlə insan təsəvvürünüzə gətirin. Zarafat deyil, yüz minlərlə insan… Bunu zəhmət çəkib, diqqət cəmləyərək təsəvvür etmək lazımdır. Toy, nişan, xınayaxdı, gəlin paltarı, bəy kostyumu, xonça, yengə - bu, yüzminlərlə insanın müzakirə etdiyi, maraqlandığı əsas mövzulardır. Şadlıq evləri onlar üçün müxtəlif milli ayinlərin həyata keçirildiyi müqəddəs məkandır. Şadlıq evi adlanan məbəddə onlar yeyirlər, içirlər, oynayırlar, paltarlarını göstərirlər, dalaşırlar, bıçaqlaşırlar, çəkişirlər, bərkişirlər, cütləşirlər, artırlar, çoxalırlar, özləri kimi mənasız, havayı yerə hava udan insanlar dünyaya gətirirlər. Fikirləri və zikirləri, niyyətləri, arzuları eyni olduğundan, puldan, vəzifədən savayı heç nəyə inanmadıqlarına görə sifətdən də hamısı bir-birinə oxşayır.
Hamımız ətdən və sümükdən ibarətik. İnsanın sifətinə məna, ifadə verən onun ruhu, düşüncələridir. Necə deyərlər, qurbanı müqəddəs edən qurbangahdır. Yəni, insanın həyatına məna qatan müxtəlif hobbilərdir, mubarizədir, getdiyi yoldur, sənətdir, yaradıcılıqdır, təmənnasız, səmimi olaraq nəyəsə, xoş, yaxşı bir şeyə inanmağıdır. Burda Stendalın çox sevdiyim, bir vaxtlar oxuduğum zaman mənə hədsiz təsir edən bir sözünü xatırlamaqdayam. Stendal deyirdi ki, bizim ehtiraslarımız, bizim sərvətimizdir. Bizim ehtiraslarımız hətta bizi eşafota aparsa belə, onlara minnətdar olmalıyıq. Çünki, bu ehtiraslar bizi daha dəhşətli bir aqibətdən, mənasızlıqdan qoruyur.
Azərbaycanda yüz minlərlə insan Van Qoqu, Bethoveni, Çexovu tanımır. Bu dəhşətdir. Bu faciədir. Bilirəm, indi səmimi, sadəlövh, cığal yoldaşlardan biri çox güman bu pozisiyaya, məsələnin bu cür sərt qoyuluşuna etiraz edəcək. Düşünəcək, de ha, filankəs, Van Qoqu da, Bethoveni də, Çexovu da lap yaxşı, el dilində desək, əlinin içi kimi tanıyır, amma bununla belə cəmiyyət, bəşəriyyət üçün zərərli əməllərindən qalmır, rüşvət alır, seçki qutularına saxta bülletenlər doldurur, cibində saxta deputat mandatı gəzdirir, yaltaqlanır, ağa qara, qaraya ağ deyir.
Hardasa haqlı etirazdır. Bəli, nasistlər də gündüzlər adamları yandırırdılar, axşamlar isə tər-təmiz geyinib-gecinib, ətirlənib, pudralanıb, konyak içə-içə Bethovenə qulaq asırdılar, ədəbiyyatdan, fəlsəfədən, kinodan, sənətdən, yüksək materiyadan danışırdılar. Fəqət bütün bunların məsələyə bir o qədər də dəxli yoxdur. Kiminsə Van Qoqu, Bethoveni, Çexovu tanıya-tanıya əclaflıq etməsi, bəd əməllər törətməsi, seçki qutularına saxta bülleten doldurması, rüşvət alması, yalan danışması, yaltaqlanması, cibində saxta deputat mandatı gəzdirməsi ağa qara, qaraya ağ deməsi universal həqiqəti dəyişmir. İnsan Van Qoqu, Bethoveni, Çexovu tanımalıdır. Vəssalam, qurtardı getdi, nida. Van Qoqu, Bethoveni, Çexovu tanımayan adam özünü tanımır.
***
Bir – birlərinə necə, hansı münasibət göstərməklərindən asılı olmayaraq üzdə, vitrində olan adamların bir-birini tanıması onlarda olduqca zərərli illuziya yaradır. Balaca bir qrup digərlərinin də, kütlənin arasında tanımadıqları çoxlu adamların da aşağı-yuxarı onlar kimi eyni hissləri keçirdiyini, aşağı-yuxarı onlar kimi düşündüklərini, aşağı-yuxarı onlar kimi eyni şeyləri arzuladığını güman edirlər. Yəni, bir-birini tanıyan bir dəstə adam eyni hissləri keçirir, eyni şeyləri arzulayır və belə düşünür ki, “onlar tək deyil”, onlar kimi adamlar çoxdur, sadəcə, onlara oxşayan abstrakt digərlərini axtarıb tapmaq, üzə çıxartmaq, təşkilatlandırmaq lazımdı.
Bu mənzərəni intellektual onanizm adlandıra bilərik. Vitrində, üzdə olan adamlar öz ətraflarından bir az kənara çıxdıqda görürlər ki, digərlərinin tamam başqa FM-i, tamam başqa dalğası, tamam başqa dünyası, tamam başqa arzusu, hissi, düşüncəsi, tamam başqa həyat tərzi var. Üzdə, vitrində olan adamlar ətraflarından bir az kənara çıxanda acı, qəddar, kobud, ağır reallıqla qarşılaşır, nəticədə illuziyaları darmadağın olur. Bu zaman kimsə gördüklərindən dəhşətə gələrək, tez-tələsik öz kiçik ətrafına, komfort zonasına qayıdır, kimsə isə dərin məyyusluq hissi keçirir. İlluziyanın darmadağın olmasına hər adam tab gətirə bilmir və bunu hər kəsdən də gözləmək düzgün olmaz. Əslində isə əsl insan təbiəti, əsl iradə elə illüziyanın darmadağın olduğu zaman üzə çıxır. Canavardan qorxan meşəyə girməməlidir. Oğul odur ki, illüziyası darmadağın olanda başını tam itirməsin, qaçıb özünün komfort zonasında gizlənməsin, gördüklərindən düzgün nəticələr çıxarıb, vəziyyəti düzgün qiymətləndirib, qollarını çirmələyib, işə, söhbətə təzədən girişsin. Xalq dilində desək, igid odur atdan düşə atlana, igid odur hər yaraya qatlana.
Deyirlər, hər bəd hadisənin bir xoş tərəfi də olmalıdır. Parlament seçkilərinin yaxşı bir tərəfi ondan ibarət oldu ki, gənc siyasətçilər, aktivistlər seçki prosesində öz ətraflarından, komfort zonalarından çıxıb xalqla, ümumən ölkəylə bir az yaxından tanış olmaq imkanı qazandılar. Reallıqlarla qarşılaşmaq, reallıqlarla yaxından tanış olmaq, reallıqları öz dərilərində hiss etmək onlardan bəzilərini dəhşətə və vəhşətə gətirmişdir. Seçki prosesində xalqla, ölkəylə bir az tanış olmaq imkanı qazanmış, reallıqları öz dərisində hiss etmiş gənc siyasətçilərdən biri gördüklərindən, müşahidələrindən dəhşətə gələrək mənə qəzəbli, təssüflə, məyyusluqla dolu məktub yazmışdı. Görünür, ürəyini boşaltmağa, dərdini paylaşmağa daha münasib adam tapmayıb. Olsun, problem yoxdur. Məktubda gənc siyasətçimiz bir neçə dəfə “bu nə camaatdı belə, bunlar nə yeyirlər, nə içirlər, nə fikirləşirlər, inan, mat qalmışam”,- cümləsi işlətmişdi. “Bu nə camaatdı belə, bunlar nə yeyirlər, nə içirlər, nə fikirləşirlər”,- cümləsinin bir neçə dəfə işlədildiyi məktubun hansı müşahidələr nəticəsində, hansı hisslərin təsiri altında yazıla biləcəyini özünüz təsəvvür edin.
Seçki prosesində xalqla, ölkəylə bir az yaxından tanış olmuş, reallıqları öz dərisində hiss etmiş, gördüklərindən, müşahidələrindən dəhşətə gəlmiş gənc siyasətçimizə qısaca olaraq bu məzmunda bir cavab yazdım: “Bəs mən yazıq, mən bədbəxt on ildən artıqdır nə yazıram? Get yazdıqlarımı təzədən oxu”.
Ciddi deyirəm, artıq qəti olaraq bu nəticəyə gəlmişəm ki, bir çox adamlar yazdıqlarımı zarafat, əyləncə kimi qəbul edir. Onlar elə düşünürlər ki, boş-bekar, avara adamam, qaşınmayan yerdən qan çıxartmaqla məşğulam. Sizə doğrusunu deyirəm, vallah belə deyil. Yuxudan kal oyanıb, havadan-sudan heç nə yazmıram. Hər bir yazı, hər bir fikir onlarla, yüzlərlə müşahidənin nəticəsində yaranır…
Sonuncu parlament seçkilərində o da açıq-aşkar məlum oldu ki, qismən, lap azacıq siyasiləşmiş adamların (yazının əvvəlində təsvir olunan adamların bura adiyyatı yoxdur) böyük hissəsi seçkiyə, verəcəkləri səslərin düzgün hesablanmasına inanmırlar. Bu acı mənzərənin hansı səbəblərdən, hansı hadisələr, proseslər nəticəsində yaranması tamam başqa yazının mövzusudur.
Adamların seçkiyə inanmaması nə deməkdir? Adamların seçkiyə inanmaması o deməkdir ki, adamlar dövlətə inanmır. Adamların seçkiyə inanmaması o deməkdir ki, adamlarla dövlət arasında dialoq yoxdur. Adamlarla dövlət arasında böyük, dərin bir uçurum mövcuddur. Seçki institutu, hakimiyyətin sivil yolla bölüşdürülməsi tamam sıradan çıxıb, seçki tamam urvatdan düşüb. Bu isə hər bir xalq, hər bir ölkə üçün çox pis, arzuolunmaz haldır və əlbəttə heç bir yaxşı aqibət vəd edə bilməz. Bunu başa düşmək üçün Harvard Universitetini bitirmək lazım deyil. Bir balaca savadı, çox yox, bir balaca tarixdən məlumatı olan adam bunu çox gözəl başa düşür. Sadəcə, indi kimsə bunu açıq şəkildə ifadə edir, kimsə hansısa səbəblərdənsə etmir.
Parlament seçkilərində o da geniş mənada məlum oldu ki, xeyli Azərbaycan vətəndaşının gönü, qabırğası düşündüyümüzdən də artıq dərəcədə qalınlaşıb. Xeyli Azərbaycan vətəndaşı həyasızlaşıb, sırtıqlaşıb, utanmaq, abır-həya hissini tamam, köklü-köməcli itirib. Allah bilir onlar sonuncu dəfə nə vaxt qızarıblar. Çox güman, nəyəsə görə qızarmağı, utanmağı birdəfəlik unudublar. Belə də olmalıdır. Sağlam rəqabət mühitinin olmadığı yerdə həyasız, arsız, dayaz, səviyyəsiz, yaltaq, heç bir “qırmızı xətti” olmayan adamların üzə çıxması, artıb çoxalması üçün münbit şərait yaranır. Deyirlər, bu fani dünyada üç şey qorxuludur. Silah uşaq əlində, hakimiyyət naşı əlində, tərif yaltaq dilində. Demişəm və indi bir daha deyirəm: sabah bu hakimiyyətin ayağı bir balaca büdrəsə, bu hakimiyyət haqqında ən idbar, ən murdar sözləri bu gün bu hakimiyyətə yaltaqlanan adamlar deyəcəklər, bu gün bu hakimiyyətə yaltaqlanan adamlar yazacaqlar.
Yaltaq adam qorxulu adamdır. Yaltaqlıq etmək nə deməkdir? Yaltaqlıq etmək o deməkdir ki, insan özünə hörmət etmir. Özünə hörmət etməyən adamdan da nə desən gözləmək olar. Əbəs yerə deməyiblər: axmaq, yaltaq dostun olunca, ağıllı düşmənin olsun. Ağıllı düşmən adamı formada saxlayır, yaltaq dost isə adamı pis mənada arxayınlaşdırır. Bütün hallarda, tülkünün aldatmağındansa, şirin parçalamağı yaxşıdır.
Bəs bu seçkidə kim uddu, kim uduzdu? Ümumi götürəndə hamı, cümlə əhali, bütün ölkə uduzdu. Yox, əgər konkret düşərgələrdən söhbət gedirsə, ən çox uduzan hakimiyyət düşərgəsi oldu. Seçkidəki biabirçılıqlar, hakimiyyətin islahatlar söz-söhbətinin üstündən dərin, qalın, çalın-çarpaz xətt çəkdi və islahat söz-söhbətlərinə inanmış, yaxud özünü inanmış kimi göstərən, hakimiyyətə qarşı loyal mövqedə dayanan adamları hakimiyyətdən küsdürdü. Ümumilikdə isə bütün bu proseslərin gedişatı yuxarıda qeyd olunduğu kimi, yaxşı heç nə vəd etmir.
Mən heç də özümü həyat hadisələrinin, siyasi proseslərin, tarixin bilicisi kimi təqdim etmək istəmirəm. Saqqal saxlayanların hamısı alim olmasa da, baxmayın, hər halda biz də nələrsə bilirik. Özümüzə görə beş-altı kitab oxumuşuq.
Qoca tarix ona qarşı çıxanlara əvvəlcə şifahi xəbərdarlıq edir. Sonra “sarı kart” göstərir. Daha sonra “qırmızı kart” göstərərək meydandan qovur.
Məni bağışlayın, son vaxtlar futbola çox aludə olmuşam, özümdən asılı deyil, futbol şərhçilərinin dilində danışmağa başlamışam. İmkanım olsaydı bura bir gülüş işarəsi qoyardım.(azlogos)
Bölməyə aid digər xəbərlər

Ken Kizi, “Ququ quşu yuvası üzərindən uçarkən” əsərindən

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır