16:55 / 14-02-2026
Armen Qriqoryan Azərbaycan nümayəndə heyəti ilə görüşüb
15:44 / 14-02-2026
“Qızıl xəstəliyi” Çində gərginlik yaradıb
15:17 / 14-02-2026
Naxçıvanda yeddi nəfər dəm qazından zəhərlənib, ölən var - Yenilənib
14:18 / 14-02-2026
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
12:11 / 14-02-2026
Sabah yağış yağacaq - Proqnoz
09:35 / 14-02-2026
Bu gün Premyer Liqada XX tura iki oyunla start veriləcək
09:03 / 14-02-2026
Süni intellekt bir il ərzində 200 roman yazıb
00:02 / 14-02-2026
Təhlükəli cinayətkar diplomatların avtomobilində digər ölkəyə qaıb
23:28 / 13-02-2026
İlham Əliyev: Hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib
23:18 / 13-02-2026
Prezident “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb
20:45 / 13-02-2026
ARB kanalının yayımı 24 saatlıq dayandırılacaq
18:06 / 13-02-2026
İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşüb - Foto
18:00 / 13-02-2026
Qırmızı Bazarda əkin sahələri icarəyə veriləcək
17:51 / 13-02-2026
Rusiyalı iş adamı Putini hədəf seçib
17:38 / 13-02-2026
Fransada hər uşağa görə 250 avro və faizsiz mənzil krediti təklif olunur
17:30 / 13-02-2026
Keçmiş hakimin daha bir məhkəməsi başlayır
17:09 / 13-02-2026
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
17:01 / 13-02-2026
İlham Əliyev Münxendə Neçirvan Bərzani ilə görüşüb - Foto
16:49 / 13-02-2026
YAP-ın növbəti qurultayının vaxtı açıqlanıb
16:21 / 13-02-2026
MİDA-nın 2.3 milyonluq layihəsinə “stop” qoyulub
16:11 / 13-02-2026
Ata Abdullayev azadlığa buraxılıb
16:02 / 13-02-2026
Şimal və Cənub: bir tərəf güclü şaxtadan, digər tərəf şiddətli istilərdən əziyyət çəkir
15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:26 / 11-02-2026
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
12:53 / 12-02-2026
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
15:36 / 10-02-2026
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
17:00 / 10-02-2026
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
00:05 / 12-02-2026
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
15:54 / 12-02-2026
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
22:05 / 10-02-2026
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
11:53 / 10-02-2026
Yeni müharibə təhlükəsi artır - Xəbərdarlıq
Hər şeyi lağlağıya çevirmək...
Tarix: 26-10-2017 17:33 | Bölmə: Seymur BAYCAN

Hər il oktyabrın 18-də bir neçə sayt müstəqilliyin əleyhinə səs vermiş deputatların siyahısını yayır. Bu siyahı azərbaycanlıların nə qədər qeyri-ciddi, vecsiz bir camaat, bu qeyri-ciddi, vecsiz camaatın yaşadığı Azərbaycan adlı ölkənin isə necə lağlağı bir ölkə olduğunun bariz göstəricisidir.
Azərbaycanlılar bir az ciddi camaat, Azərbaycan da bir az ciddi ölkə olsaydı, müstəqillik dövründə bu bədnam siyahıdakı adamlar siyasət səhnəsindən və ölkənin digər sahələrindən birdəfəlik silinərdilər. Bu siyahıdakı adamlar müstəqilliyin əleyhinə səs verdiklərinə görə camaatdan dönə-dönə üzr istəyərdilər. Müxtəlif səbəblər göstərərək o zamanlar müstəqilliyin əleyhinə səs verməklə böyük səhv etdiklərini boyunlarına alardılar.
Lakin onlar siyasət səhnəsindən silinmədilər, müstəqilliyin əleyhinə səs verdiklərinə görə camaatdan üzr də istəmədilər, müstəqillik dövründə müxtəlif vəzifələrin sahibi oldular, hətta müstəqil Azərbaycanın müxtəlif orden və medallarını aldılar. Məsələn, müstəqilliyin əleyhinə səs vermiş Zeynəb Xanlarova müstəqil Azərbaycanın “İstiqlal” ordenini aldı.
Bu siyahıdakı adamlardan bir neçəsi müstəqillik illərində müxtəlif rayonlarda icra başçısı vəzifəsində işlədilər. Bir neçəsi müstəqil Azərbaycanın Milli Məclisinə dəfələrlə deputat seçildilər, deputat təyin olundular. Müstəqilliyin əleyhinə səs vermiş deputatlardan bəziləri müstəqil Azərbaycanın xarici ölkələrdə səfiri oldu. Müstəqilliyin əleyhinə səs vermiş Həsən Həsənov müstəqil Azərbaycanın Xarici İşlər Naziri vəzifəsində işlədi. İndi deyəsən, Polşada səfirdir. Arada başı “siyasət”dən açılanda kitab da yazır.
Müstəqilliyin əleyhinə səs vermiş Əhməd Əhmədzadə hələ də “Meliorasiya və Su Təsərrüfatı” ASC-inin sədridir.
Müstəqilliyin əleyhinə səs vermiş Əli Həsənov isə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzfiələrini daşımaqdadır.
Lağlağının da bir həddi-hüdudu olmalıdır. Hər şeyi zarafata salmışıq. Əslində, müstəqilliyin əleyhinə səs vermiş adamların müstəqil olmuş ölkədə müxtəlif vəzifələrdə işləmələri, müstəqilliyin əleyhinə səs vermiş adamların müxtəlif orden və medal almaları bir balaca ciddi düşünəndə dəhşətdir. Ola bilsin, Azərbaycan camaatının həyat fəlsəfəsinin pəncərəsindən baxanda burda dəhşətli, hətta təəccüblənəsi heç nə yoxdur. Ola bilsin, bütün bu hadisələr, ümumiyyətlə, hər şey onların gözünə çox təbii, adi görünür. O qədər adi görünür ki, onlar bu kimi hadisələrə təəccüblənən adamların təəccüblənməsinə təəccüblənirlər. Bəlkə doğrudan da Azərbaycanda heç nə haqqında ciddi düşünmək lazım deyil, hər şeyi lağlağıya çevirmək, zarafata salmaq lazımdır? Bəlkə doğrudan da hər şeyi lağlağıya çevirmək, heç nəyi ciddiyə almamaq, ictimai-siyasi məzmunlu hər cür hadisələr qarşısında elastik olmaq və plastilin kimi hər şeyə, hər bir fiqura dönmək bacarığı Azərbaycanda yaşamaq üçün yeganə effektiv üsuldur? Hazırda öz tərəfimdən bu suallara cavab verə bilmirəm.
Açıq-aşkar ikrah doğuran əməllər törədən adamlar öz mövqelərini elə ustacasına müdafiə edib, öz əməllərinə elə haqq qazandırırlar ki, bu istedada mat qalırsan. Necə yaranıb bu istedad? Əsrlərdən gələn ənənədir, yoxsa bu təcrübə son illərdə əldə olunub? Bu ustalığın, istedadın qarşısında öz sönüklüyünü, acizliyini anlayırsan. Çox vaxt konkret ikrah doğuran bir əməl, bir hadisə haqqında yazı yazmaqdan, münasibət bildirməkdən vaz keçirsən. Bilirsən ki, nəsə yazmaqla futbol şərhçilərinin təbirincə desəm, onlara ötürmə verəcəksən, onlara öz mövqelərini daha da qüvvətlə müdafiə etmələrinə, həyasızlıqlarını tirajlamağa əlavə şərait yaradacaqsan. Yaxşısı budur, susasan. Bəlkə bu halda onlar öz həyasızlıqlarını daha az tirajlayar.
Baxın, görün Sovetin yaltaq şair və yazıçıların, donosbazların, bu donosbazların övladların “o dövr elə idi”,- deyərək necə müdafiə edir, necə rahatlıqla onların bədnam əməllərinə haqq qazandırırlar. Burdan başa düşürsən ki, bu gün ən ikrah doğuran yaltaqlar sabah vəziyyət dəyişəndə “o dövr elə idi”,- deyib asanlıqla öz keçmiş əməllərinə haqq qazandıra biləcəklər. Bəlkə də heç bu sözləri deməyə də ehtiyac qalmayacaq. Çünki heç onları sorğu-sual edən də olmayacaq. Belə bir atmosferdə Zahid Oruc və onun kimiləri sabah rahatlıqla cəmiyyətin qəhramanına çevrilə bilərlər. Necə ki, Sovetin az qala bütün mükafatın almışlar Sovet dağılan kimi özlərin dissident elan etdilər.
Bu yersiz, lazımsız haşiyədən sonra qayıdaq bədnam siyahıya, müstəqillik əleyhinə səs vermiş deputatlara... Bir neçə adam düşünə bilər ki, camaatımız müstəqillik illərində ağ günə çıxmadı, Sovetlər dağılarkən baş qaldırmış arzuları həyata keçmədi, müstəqilliklə, müstəqil yaşamaqla bağlı bütün ümidləri öldü və ona görə də müstəqilliyin əleyhinə səs vermiş adamlara qarşı elə də kəskin münasibət göstərilmədi, onların vəzifələrdə işləmələri, orden, medal, mükafat almaları adi qarşılandı. Bir neçə adam düşünə bilər ki, ümumiyyətlə, camaatımızın müstəqil olmaq xoşuna gəlmir, bəlkə də heç yerli-dibli müstəqil olmaq istəmirlər. Tutaq ki, belədir. Bəs o zaman hansısa binanın başında bayraq cırılanda, kimsə himni oxumayanda qaldırılan səs-küy nədir? Ət budursa, pişik hanı, pişik budursa, ət hanı? Heç bilmirəm, gətirdiyim məsəl yazının mövzusuna uyğun gəlirmi? Əlimin altında idi, istifadə elədim. Rast istifadə etmişik, gərək əhvalatı yazaq.
Bir kişi bazardan iki kilo ət alıb evə göndərir. Axşam evə gələndə görür, evdə yemək yoxdur. Arvaddan soruşur ki, hanı yemək, evə iki kilo ət göndərmişdim. Arvad deyir ki, başım qarışıb pişik əti yeyib.
Bu əhvalatın iki versiyası var. Bir versiyada arvad yeməyi bişirir və evə gələn yad kişiylə yeyir. O biri versiyada arvad yeməyi bişirə bilmir, korlayır, bunu boynuna almağa qorxur. Lakin hər iki versiyada arvad günahı pişiyin üstünə atır. Bu zaman kişi tutur pişiyin boynundan, tərəzidə çəkir. Pişik iki kilo gəlir. Belə olanda kişi deyir: ət budursa, pişik hanı, pişik budursa, ət hanı?
Yaşı qırxı ötmüş adamlar bu əhvalatın məzmununu yazmağımı boşboğazlıq hesab edə bilərlər. Fikirləşərlər ki, bu adamın işi-gücü yoxdurmu, çeynənmiş əhvalatı yazmağın mənası nədir? Elə düşünməsinlər. Nəticə çıxartmağa, hökm verməyə tələsməsinlər. Qatıqla süzmənin fərqini bilməyən nəsil yetişməkdədir. Ciddi deyirəm.
Xudmani bir məclis idi. Bir gənc balaca kasadakı süzməni qaşıqlayıb yedi və dedi:
- Bəh bəh, nə qəşəng qatı qatıq idi.
Dedim:
- A kişi, o qatıq deyildi, süzmə idi.
Başqa bir məclisdə isə gənclər iki adamın bir-biri ilə heç cürə yola gedə bilməməkləri haqda danışırdılar. Yola gedə bilməyən iki adamı nəzərdə tutaraq dedim:
- Elə bil günüdürlər.
Məclisdə beş-altı gənc iştirak edirdi. Heç biri “günü” sözünün nə demək olduğunu bilmədi. Biri iqtisadçı, digəri qida mühəndisi, biri politoloq, başqa biri isə nə bilim nə olmaq istəyir. İddialıdırlar. Savadlıdırlar. Beynəlxalq siyasətdən, dünyanı idarə edən gizli güclərdən danışırlar, amma “günü” sözünün mənasını bilmədilər. Bir gənc isə əhvalat danışırdı. Belə bir cümlə işlətdi: “İnək hamilə idi”.
İradımı bildirdim. Dedim ki, inək hamilə olmur, inək boğaz olur.
Məktəbin yaxınlığında yaşayıram. Hər gün səhər gəzməyə gedərkən və qayıdarkən şagirdləri müşahidə edirəm. Onların geyimləri, davranışları necə də fərqli görünür. Oğlanlar elə hey çips, çipsə bənzər şeylər yeyirlər. Qızları isə yemək bişirən təsəvvür etmək olduqca çətindir. Salat-malatla həyatı yola verəcəklər. Baxıram o qızlara və düşünürəm ki, bir çox məsələlərdə taleyimdən şikayətlənməyə haqqım yoxdur. Xoşbəxtəm ki, yemək bişirən qadınları, sonuncu mogikanları görə bildim. Necə deyərlər, özümü çatdırdım. Neçəsi rəhmətə gedib, qəbirləri nurla dolsun. Bişirdikləri yeməklər, iri çömçələr, böyük aşsüzənlər, tiyanlar xatirimdədir. İndi isə dad sürətlə itməkdədir. Bəlkə də bütün bu narahatlıqlar əsassızdır, havayı yerə özümə zülm edirəm, dad itmir, fundamental yeməkləri bişirən qadınlar gələcəkdə də olacaq. Kaş belə olsun. Bəlkə də bütün bu narahatlıqlar qocalmağın əlamətidir. Zəmanədən şikayətlənmək hər zaman olub. Füzuli də şeirin gözdən düşməsindən şikayətlənirdi. Zaman onun əbəs yerə şikayətləndiyini göstərdi. Füzulidən sonra həm Şərq, həm də Qərb ədəbiyyatında neçə-neçə şair sözünü dedi, hələ də deməkdə davam edirlər. Bunu bilməkdə və nəzərə almaqdayam. Müşahidələr isə boş yerə narahat olmadığımı göstərir. Tək deyiləm. Zaman-zaman dadın itməyinə görə ciddi narahat olan başqa adamlara da rast gəlirəm. Bu yaxınlarda onlardan birinin ürəyi açılmışdı. Deyir ki, bizim nəsildə xaşıl bişirməyi bacaran bir qadın qalıb. Bu gün-sabah o qadın ya vəlvələdən, ya zəlzələdən başını yerə qoyub o biri dünyaya köçsə, daha bizim nəsildə xaşıl bişirməyi bacaran qadın qalmayacaq. Heç kim də öyrənmək istəmir. İndi gərək mən işimi-gücümü atam, gedəm rayona, xalamdan xaşıl bişirməyi öyrənəm. Əlacım yoxdur. Özüm öyrənməliyəm.
Onu ürək ağrısı ilə dinlədim və dərdini, narahatlığını tam hiss etdim. Demək bu insan işini-gücünü atıb, gedib xalasından xaşıl bişirməyi öyrənməsə, bir nəsildə bir xəmir yeməyi unudulacaq. Gör hardan hara gəldik.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək