00:55 / 22-11-2024
Silvester Stallone yeni seriala çəkilir
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
23:28 / 21-11-2024
Gəncədə iki nəfər bıçaqlanıb
22:07 / 21-11-2024
Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq edib
20:55 / 21-11-2024
Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə telefonda danışıb
20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
19:12 / 21-11-2024
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak edib - Fotolar
18:08 / 21-11-2024
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb
18:03 / 21-11-2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
17:49 / 21-11-2024
Pərviz Şahbazov İstanbula gedir
17:25 / 21-11-2024
Əli Əsədov “Elektron hökumət” portalı ilə bağlı qərar imzalayıb
17:18 / 21-11-2024
Rusiya Tramp haqqında filmin yayımına icazə verməyib - Fotolar
17:08 / 21-11-2024
Nazirlər Kabineti riskli vergi ödəyiciləri haqqında qərar imzalayıb
16:48 / 21-11-2024
Matviyenko Azərbaycana gəlir
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
16:32 / 21-11-2024
Deputatlar daha 12 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq - Siyahı
16:23 / 21-11-2024
Leyla Əliyeva COP29-da: nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələr olub - Fotolar
16:17 / 21-11-2024
Baş nazirin və sabiq müdafiə nazirinin həbsinə order verilib
16:17 / 21-11-2024
Milli Məclisin deputatı NATO PA-nın illik sessiyasında iştirak edəcək
16:06 / 21-11-2024
Putin Şimali Koreya liderinə 75 vəhşi heyvan göndərib
16:00 / 21-11-2024
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
15:45 / 21-11-2024
Dünya şöhrətli rejissorun 10 ən yaxşı filmi... - Siyahı
15:32 / 21-11-2024
Məşhur musiqi qrupu dünya turuna çıxır
15:29 / 21-11-2024
Ceyhun Bayramov misirli nazirlə telefonda danışıb
14:46 / 21-11-2024
Quterreş Bakıda: "Razılaşma istəyi hiss olunur"
14:43 / 21-11-2024
"Kəpəz"in futbolçusu əməliyyat olunub
14:36 / 21-11-2024
Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
14:33 / 21-11-2024
SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb
14:08 / 21-11-2024
Ukrayna ərazi əvəzində sülhə razılaşmayacaq - Nazir
12:28 / 18-11-2024
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
15:29 / 18-11-2024
Daha üç şəhərə konsul təyinatı olub - Siyahı
17:09 / 18-11-2024
Deputatın oğlu yeni vəzifəyə təyin olunub
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
15:55 / 20-11-2024
Deputatın "Zəngimcell" oyunu: "Balansınız bitmişdir..."
Zamanın nəhayətsiz zənciri
Tarix: 17-05-2018 19:13 | Bölmə: Seymur BAYCAN
(Hekayə)
Qatar işıqları yanan birmərtəbəli kiçik stansiyada dayanmadan sovuşdu. Nərgiz stansiyanın adını da oxuya bilmədi.
- Nərgiz, qızım, siz niyə yatmırsınız? - Aleksey Markoviçin sakit, mehriban səsi Nərgizi fikirdən ayırdı.
Bir saatdan çox idi ki, Nərgiz yatmağa çalışırdı, ancaq mümkün olmurdu. O, gözünü yuman kimi anasının fəryadını eşidirdi. Elə bil anası qaranlıqda gedən qatarın dalınca qaçır, qatarı yaxalayıb saxlamaq istəyir, buna gücü çatmırdı.
- Yuxum gəlmir. Bəs siz niyə yatmırsınız Aleksey Markoviç?
- Mənim də yuxum qaçıb, yata bilmirəm.
- Əlbəttə, siz yaşda adamın yolda yatması çətindi. Eşitmişəm adam qocalanda gərək öz çarpayısında yata.
Aleksey Markoviç yerindən qalxdı:
- Gəlin dəhlizə çıxaq. Ürəyim yaman sıxılır.
Nərgiz də yerindən qalxdı. Onlar dəhlizdə, yarıya qədər açılmış pəncərələrdən birinin qabağında dayanıb, ötüb keçən səssiz və qaranlıq çöllərə bir xeyli danışmadan tamaşa etdilər. Qız pəncərədən içəri dolan təmiz havanı ciyərlərinə çəkdikcə onu kupedən dəhlizə çıxartdığı üçün ürəyində qocaya minnətdarlıq edirdi.
- Qızım, bir söz soruşmaq istəyirəm…
- Buyurun.
- İnciməyin, bəlkə də bu yersiz müdaxilədir.
Mən, ümumiyyətlə insanların işlərinə qarışmağı xoşlamıram. Uşaqlıqdan beləyəm. Məktəbdə də belə olmuşam, əsgərlikdə də, universitetdə də… Bəziləri bu cəhətimi xoşlayır, bəzilərinin isə heç xoşuna gəlmir.
- Mənim bir əmim var. O da eynən sizin kimidi. Adamların işinə müdaxilə etməyi sevmir.
- Lap yaxşı. Deməli, nə demək istədiyimi başa düşdünüz. Elə bilməyin mən boş-bekar adamam. Elə bilməyin danışmağa mövzu tapmıram. Yox… Heç bilmirəm necə başlayım…
- Narahat olmayın, mənim elə ilk dəqiqələrdən sizə qarşı rəğbətim yaranıb.
- Çox sağ olun. Təşəkkür edirəm. İnsanlar iki cürə qocalır. Bəziləri qocalanda daha da idbarlaşır, bəziləri isə qocalanda yaxşı insan olmağa çalışır. Mən yaxşı olmaq, insanlara yaxşılıq etmək istəyirəm. İnanın ki, gənclər əylənəndə o qədər sevinirəm ki… Eyni zamanda gəncləri kədərli, dərdli, fikirli görmək məni narahat edir. Bayaqdan bir gözüm sizdədir, görürəm yaman fikirlisiniz.
- Hə, doğru deyirsiz, bir az fikirliyəm, daha doğrusu, həyəcan keçirirəm.
- Səbəbini bilmək olarmı? Bəlkə sizə bir köməyim dəydi. Təsəvvür edin ki, mən sizin təsadüfi yol yoldaşınız yox, çox sevdiyiniz əminizəm. İstəmirəm sizin kimi gözəl, cavan bir qız həyəcan keçirsin.
Nərgiz hər şeyi qocaya söylədi. Atasının, xüsusilə anasının qarşısında necə günahkar olduğunu etiraf elədi. O danışdıqca yüngülləşirdi. Eyni zamanda fikirləşirdi; görəsən, Aleksey Markoviç onun hərəkətlərinə necə qiymət verəcək.
- Aleksey Markoviç, sizcə mən axmaqlıq eləmişəm?
- Qulaq asın, icazənizlə sualınıza cavab vermək istəyirəm. Axmaqlıq nisbi anlayışdır. Son vaxtlar adamlar nisbi anlayış sözünü tez-tez işlədirlər. Xoşbəxtlik nisbi anlayışdır, bədbəxtlik nisbi anlayışdır, gözəllik nisbi anlayışdır… Şəxsən mən bu sözləri son vaxtlar müxtəlif adamların dilindən tez-tez eşidirəm. Əlbəttə, nisbilik sərhədsiz, həddi-hüdudu olmayan böyük bir boşluqdur, amma bu o demək deyil ki, kim nəyi istəsə götürüb bu boşluğun içinə tullaya bilər. Yəni şəxsən mən adamların yeri gəldi-gəlmədi nisbilik sözündən istifadə etmələrinin əleyhinəyəm.
- Danışın, Aleksey Markoviç, danışın…
- Bəli, nisbilik sərhədi olmayan böyük bir boşluqdur, amma hər bir nisbiliyin də öz ölçüsü mövcuddur. Məsələn, bir musiqiçi kimi mənim üçün zəif, orta səviyyəli, yaxşı bəstəkarlar var. Ancaq mən heç vaxt deyə bilmərəm ki, Bethoven filan-filan zəif, filan-filan orta səviyyəli bəstəkarlara nisbətən dahi bəstəkardır. Xeyr, belə bir müqayisə ədalətsiz olardı. Bethoven filan zəif, filan orta səviyyəli bəstəkarlara nisbətən yox, elə nisbətsiz-zadsız mütləq dahi bəstəkardır. O, mütləq dahidir, vəssalam. Bağışlayın, mən bir az uzunçuluq elədim. Qocalığın əlamətidir, ha istəyirsən qısa danışasan, alınmır. Nə demək istədiyimi yəqin ki, başa düşdünüz. Son vaxtlar adamların məni başa düşməməsindən yaman ehtiyat edirəm. Qorxuram ki, birdən adamlar dediklərimi başa düşməzlər, yaxud dediklərim tamam başqa mənada başa düşülər.
- Nə demək istədiyinizi başa düşdüm - Belə cavab versə də Nərgiz Aleksey Markoviçin danışdıqları, xüsusən Bethovenin mütləq dahi olması ilə öz hərəkəti arasında heç bir əlaqə tapa bilmirdi.
- Yəni, biz gərək nisbi həqiqətlə mütləq həqiqəti bir-birindən ayırmağı bacaraq. Bütün bunlar hadisələrə fərdi yanaşma tələb edir. Ümumiyyətlə, əgər bilmək istəsəniz, müdriklik elə budur; nisbi həqiqətlə mütləq həqiqəti bir birindən ayırmaq… Sizin evdən qaçmağınız əlbəttə, pis hərəkətdir. Hətta başqaları üçün bağışlanılmaz axmaqlıqdır. Ancaq mənim nəzərimdə bu olduqca cəsarətli addımdır. Mən cəsarətli addım atan adamları xoşlayıram.
- Demək, siz məni axmaq qız hesab etmirsiniz? Mənim hərəkətimi hətta cəsarətli addım hesab edirsiniz?
- Əlbəttə, cəsarət böyük keyfiyyətdir.
Qatar çölün düzündə, stansiya olmayan bir yerdə dayandı. Qatarın yata bilməyən sərnişinləri zərərsiz suallara cavab tapmağa çalışırdılar; Qatar niyə burda dayandı? Qatarın burda dayanmağının mənası nədir? Bir az hissiyyatlı sərnişinlər isə bu dəqiqələrdə kainatın sonsuzluğunu, özünün isə bu sonsuzluq qarşısında xırdalığını, hər şeyin fani, ötəri olduğunu xüsusilə aydın hiss edir, günahlarını, xoş anlarını xatırlayırdılar.
Ətrafa sakitlik çökdü. Kupelərdə yatanların xorultusu, çöldəki qurbağaların qurultusuna qarışdı. Lap uzaqda itlər hürürdü. Deyəsən orda yaşayış vardı.
- Gözəldir, elə deyilmi?
- Hə, çox gözəldir - Nərgiz belə desə də, əlavə sual verib nəyin gözəl olduğunu dəqiq müəyyənləşdirməyə ürək eləmədi.
- Həm də sirlidir. Belə baxanda adi bir gecədir, amma bu gecəni zamanın nəhayətsiz zəncirindən necə ayırmaq olar?
Nərgiz qocanın təmtəraqlı sualına cavab vermədi.
- İtlər hürür. Eşidirsiniz?
- Eşidirəm.
- Sifətlərini görməsək də səslərini eşidirik. Zamanın nəhayətsiz zənciri…
- Sizdə belə hallar olur?
- Necə?
- Bir hadisə sizə tamam başqa dövrdə baş vermiş hadisəni xatırladırmı?
- Bir-iki dəfə olub.
- Əgər sirr deyilsə, necə olub?
- Hmmmm… Bir dəfə gözəllik salonunda saçımı kəsdirəndə neçə oldusa birdən-birə Janna Darkı xatırladım. Xahiş edirəm sözlərimə gülməyin.
- Yox, yox siz nə danışırsınız. Belə şeylərə necə gülmək olar?
- Başqa vaxtı mən heç vaxt bu sözü deyə bilməzdim.
- Bu gün səhər yuyunduğum zaman məni bərk öskürək tutdu. Üzr istəyirəm, ağzımdan qan gəldi. Ovcumdakı qan damcılarına baxdım və öz-özümə dedim; Demək belə, nəhayət! Axır ki, başlandı! Bu, doğrudanmı həqiqətdir? Bu indiyə qədər özümə verdiyim sualların arasında ən çətini idi. Sizə qəribə gələ bilər, həmin anda mən Leninqrad blokadasında acından ölən adamları xatırladım. Soruşsanız bəs niyə belə oldu, heç bir cavab verə bilməyəcəm. Mən heç nə başa düşmürəm. Bu, tam bir səadət idi. Elə səadət ki, bu barədə dərindən düşünmək özü belə təhlükəli idi. Adam xoşbəxtlikdən ölə bilərdi.
İndi Nərgiz nə etməliydi? Diqqətlə baxanda uzun boğazının qırışmış dərisi altında göy damarları görünən, gözlərindən iri yaş damlaları süzülüb gələn qocaya nə cavab verməliydi? Bir istədi ki, onun göz yaşlarını silsin. Fikrindən vaz keçdi. Çünki yaş damlaları qocaya çox yaraşır, onun simasına nuranilik, kamillik qatırdı. Sonra Nərgiz qocanın əllərini ovcuna alıb çoxlu-çoxlu öpmək istədi. Düşündü ki, hərəkəti şit görünər. Nərgiz bu fikrindən də daşındı.
- Dinmirsiniz?
- Ona görə ki, deməyə söz tapmıram.
- Bu daha yaxşıdır. Məni bağışlayın, heç özüm də bilmirəm nə danışıram. Elə hey istəyirəm sizin üçün yaxşı olsun.
Qoca bu sözləri elə dərin bir səmimiyyətlə dedi ki, Nərgiz bu adi sözlərin saflığına heyran qaldı. Həmin anda qatar yüngül bir təkanla irəliyə doğru dartındı. Buferlər bir-birinə dəyərək cingildədi. Vaqonlar bu cingiltini bir-birinə ötürərək hərəkətə gəldi. Nərgiz çox aydın bir şəkildə dərk elədi ki, çoxdan atmaq istədiyi addım atılıb, daha geriyə yol yoxdur.
- Gedək restorana - qoca özünün gözlənilməz təklifindən vəcdə gəldi - gedək, gedək…
Onlar üç vaqon keçib pərdələrinin rəngi solmuş restorana daxil oldular. Aleksey Markoviç ikiqat buxaq sallamış tosqun bufetçi qadına göbələk qızartması, meyvə salatı və bir şüşə ağ çaxır sifariş verdi.
- Aleksey Markoviç, sizə içmək olmaz. Mənə isə bir şüşə çoxdur. Bir bokal bəsimdi.
Aleksey Markovic sadə cümlələrə xeyli məna verən təbəssümlə dedi:
- İçmək olmaz, tamamilə doğru buyurursunuz, amma indi mütləq içməliyəm. İçməsəm bu böyük günah olar. İndi bizə hər şey halaldı. Bu ölüm-itim dünyasında belə dəqiqələrin qədrini bilmək gərəkdir.
Bu gecənin zamanın nəhayətsiz zəncirində bir halqa olduğunu dərk etmək qocaya rahatlıq, coşqunluq gətirmişdi.
Nərgiz daha etiraz etmədi. Restoranda sakitlik idi. Masalardan birinin arxasında orta yaşlı bir kişi və bir qadın yanaşı əyləşmişdilər. Qadının geyimi çox sadə idi. Nə barmağında üzük vardı, nə qulağında sırğa, nə də qolunda bilərzik. Elə hey danışırdı. Üzü o qədər oynaq idi ki, onun neçə yaşda olduğunu heç cür müəyyən etmək olmazdı. Onun yaşı qırxdan çox, otuzdan az ola bilərdi. Tez-tez cib dəsmalı ilə boynunu, alnını silən kişi arabir qadının sözlərinə iki-üç kəlmə ilə laqeydcəsinə cavab verib, pəncərədən bayıra baxırdı. Nədənsə kişinin bu etinasızlığı qadını əsəbiləşdirmirdi. Görünür, buna adət eləmişdi. Bəlkə də o, özünün aramsız danışmağı ilə kişini narahat etdiyini başa düşürdü. Nə biləsən, bəlkə də o həmişə, hər yerdə kişinin diqqət mərkəzində olmaq istəyən və bundan zövq alan qadınlardandı? Nərgiz onların münasibətini özlüyündə təhlil edəndə Romanı düşündü. Görəsən Roman da bir zaman mənə qarşı belə laqeyd, belə biganə olacaq? Bəlkə elə mən özüm də bu qadın kimi çoxdanışan, zəhlətökən arvadlardan biri oldum. Belə olsa, bəs onda biz neyləyəcəyik?(Kultura.az)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır