11:28 / 26-10-2025
İlham Əliyev Avstriya prezidentinə məktub göndərib
10:46 / 26-10-2025
Trampın iştirakı ilə sülh sazişi imzalanıb
10:27 / 26-10-2025
Azərbaycan millisinin üzvü əməliyyat olunub
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
17:55 / 25-10-2025
“Sputnik Azərbaycan”ın böyük redaktoru Rusiyaya gedib
15:45 / 25-10-2025
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
13:09 / 25-10-2025
Sabah yağış yağacaq - Proqnoz
11:31 / 25-10-2025
Prezident İlham Əliyev Tokayevə məktub göndərib
11:01 / 25-10-2025
Metroda dava salan 4 nəfər saxlanılıb
10:34 / 25-10-2025
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
10:17 / 25-10-2025
Azərbaycan XİN Qazaxıstana təbrik ünvanlayıb
10:02 / 25-10-2025
Rusiya üzərində 121 Ukrayna PUA-sı vurulub
09:30 / 25-10-2025
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
09:05 / 25-10-2025
Premyer Liqa: bu gün 4 komanda qarşılaşacaq
00:13 / 25-10-2025
Prezident Qubadlı ilə bağlı video paylaşıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
23:49 / 24-10-2025
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib
20:54 / 24-10-2025
Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
18:03 / 24-10-2025
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq
17:54 / 24-10-2025
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
17:49 / 24-10-2025
Veteranlara verilən 80 manat artırılmayacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
16:54 / 24-10-2025
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
16:36 / 24-10-2025
Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
16:20 / 24-10-2025
Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb
16:07 / 24-10-2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
15:58 / 24-10-2025
Dövlət müəssisələrindən bir milyon manat mənimsəyənlərə cəza istənilib
14:58 / 24-10-2025
Vladimir Putin İlham Əliyevə zəng edib
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
Bir oyun haqqında düşüncələr
Tarix: 05-08-2018 15:23 | Bölmə: Seymur BAYCAN

Rusiya-Xorvatiya oyununa kifayət qədər böyük, olduqca rəngarəng, maraqlı bir heyətlə kafedə baxdıq. Adam hətta qarşısına məqsəd qoysaydı, o cür rəngarəng, maraqlı bir heyəti yığa bilməzdi. Yığsa da, çox çətinliklə yığardı. Heyətdə müxtəlif peşə sahibləri vardı. Menecer, uşaq həkimi, şair, güləşçi, aşpaz, dizayner, hüquq müdafiəçisi, yol mühəndisi, sürücü, universitet müəllimi, teatr rejissoru… Həmçinin, heyətdə çox maraqlı bir adam yer almışdı ki, əfsuslar olsun, həmin adamın məşğul olduğu işin, tər tökdüyü sahənin adını burda yaza bilməyəcəm.
Bəndəniz bu əcaib heyətə bir şair tanışının vasitəsi ilə düşmüşdü. Zəng edib dedi ki, oyuna dostlarla pivə məclisi qurub kafedə baxacağıq, həvəsin varsa, qoşula bilərsən. Ovqatım heç yerində deyildi, ona görə də bu dəvəti göydəndüşmə fürsət kimi qiymətləndirib məmnuniyyətlə dəvətə müsbət cavab verdim. Bu fani dünyada maraqlı müzakirələrlə zəngin, effektli, yaxşı bir gün keçirdik. Söhbətlərin, müzakirələrin əsas mövzusu isə ümumilikdə Rusiya, Rusiyada baş verən hadisələr, Rusiyanın xarici siyasəti idi. Oyun zamanı və oyundan sonra siyasi söhbətlərin ardı-arası kəsilmirdi.
Bəndəniz də daxil olmaqla hamı Rusiyanın məğlub olmasını arzulayırdı. Ona görə yox ki, hamı Xorvatiyaya azarkeşlik edirdi. Ona görə ki, sadəcə, adamlar Rusiyanın qələbə çalmasını qətiyyən istəmirdilər. Xorvatiya qalib gəldikdə elə bil hamının üstündən ağır bir yük götürüldü və məclis təzədən qızışdı. Hətta Xorvatiyanın qalib gəlməsi, Rusiyanın məğlub olmasına bərk sevinmiş, həyəcanlanmış üç-dörd adam eyni anda bəyan etdi ki, hesab mənlikdir, heç kim əlini cibinə atmasın.
Baş verənləri müşahidə etdikcə, söhbətlərə qulaq asdıqca səssiz düşüncələrə qərq olmuşdum. Öz-özümə düşünürdüm; Rusiya xarici siyasəti ilə gör özünə nə qədər düşmən qazanıb. Rusiyanın xarici siyasəti o qədər idbarlaşıb, vəziyyət o həddə çatıb ki, deməli, adamlar hətta bu ölkənin futbol oyununda belə qələbə qazanmasını istəmirlər. Sonrakı günlərdə məlum oldu ki, demə, təkcə bizim heyət Rusiyanın məğlubiyyətini arzulamırmış. Rusiyanın məğlubiyyətini on minlərlə, yüz minlərlə, milyonlarla adam arzulayırmış. Faciədir. Elə hesab etməyin, “faciə” sözünü işlətməklə burda şişirtməyə yol verirəm. Vəziyyətin bu həddə çatması Rusiya üçün həqiqətən də faciədir. Nəhəng ərazin, hər cür sərvətin, gözəl təbiətin, ucsuz-bucaqsız meşələrin, zəngin ədəbiyyatın, akademik musiqin, operan, baletin ola və nə özün yaşaya biləsən, nə də imkan verəsən başqası yaşaya… Yaxşı, bunun adı bir xalq, bir ölkə üçün faciə deyilsə, bəs nədir? Niyə adamlar bir ölkənin hətta futbol oyununda qələbə qazanmasını istəmirlər? Kimdir günahkar? Axı niyə adamlar bu ölkədən qorxmalıdır, niyə regionda yaxın keçmişdə və gələcəkdə baş verə biləcək pis hadisələrin, xüsusən etnik müharibələrin səbəbkarı kimi bu ölkəni görürlər? Başqalarının torpağı Rusiyanın nəyinə lazımdır? Axı Rusiyanın kəndləri, qəsəbələri sürətlə boşalmaqda, xaraba qalmaqdadır. İnkişaf etmək üçün hər cür sərvətləri olduğu halda alkoqolizm, korrupsiya, dərəbəylik, qanunların işləməməsi, seçki saxtakarlığı, siyasətdə rəqabət mühitinin olmaması, demoqrafik problem Rusiyanı məhv etməkdədir. Rusiyanı son illərdə nə qədər elm adamı, mütəxəssis tərk edibdir. İnsan itkisi bir ölkə üçün ən böyük, ən ağır itki deyilmi?
Ən pisi odur ki, rus xalqı hələ də tarixində baş vermiş bir çox hadisələri təftiş etməyə, bu günün tələbləri ilə tarixində baş vermiş bir çox hadisələri qiymətləndirməyə qətiyyən hazır görünmür. Barmaqla sayılası sağlam düşüncəli, ağlı başında olan adamları var, onları da “qərbin agenti”, “xalq düşməni” adlandırıb gözüm-çıxdıya salırlar.
Bu xalq hələ də İkinci Dünya Müharibəsi zamanı baş verənləri analiz etmək iqtidarında deyil. Deyirlər ki, müharibədə qələbə çalmışıq, vəssalam, əlavə suallara ehtiyac yoxdur. Kimsə durub bu qələbənin hansı qurbanlar bahasına əldə olunmasından danışanda qəzəblənirlər, deyirlər ki, sən bizim qələbəmizi gözdən salmaq istəyirsən.
Rusiya televiziyalarına baxanda adamı dəhşət bürüyür. Rus rejissoru Aleksandr Sokurov dəfələrlə müsahibələrində qeyd edib ki, biz hələ də 30-cu illərdə baş verən dəhşətlərdən nəticə çıxarmamışıq. Bir ölkədə milyonlarla insanın Stalin, repressiya, ölüm düşərgələri, sürgünlər arzulaması həmin ölkə üçün faciə deyilmi?
Bunları da qoyaq kənara, nəhəng bir ölkənin üzü botokslu Putinin əlində əsir-yesir qalması nə deməkdir? Düzdür, indi özünü ağıllı hesab edən neçə-neçə adam iddia edəcək ki, Amerika kimi bir super ölkəni də idiot Tramp idarə etməkdədir. Yersiz söhbətdir. Amerikada azad qeyri-hökumət təşkilatları, Trampın hoqqalarını tənqid edən media, azad məhkəmələr var. Rusiyada isə bunların heç biri yoxdur. Putin hakimi-mütləqdir. Onun davranışlari tipik şərq despotlarının davranışları kimidır. Fövqəl şəxs obrazını yaratmaq naminə Putinin çıxardığı oyunlar bir balaca zövqü və azacıq sağlam siyasi düşüncəsi olan adamda sadəcə və sadəcə ikrah doğurur. Hər şeyin bir həddi var. Putinin “sabun köpüyü” obrazına aldanmış adamlar zəhmət çəkib bu cizgi filminə (Cizgi filmin linki: https://www.youtube.com/watch?v=rRg3Sxtjd6Q) diqqətlə baxsınlar və əgər düşünmək qabiliyyətləri varsa papaqların qabaqlarına qoyub bir az düşünsünlər .
Bəli, orası da məlumdur ki, Rusiyanın regionda lotuluq etməsi, özünü ərköyün uşaq kimi aparması xeyli adama ləzzət edir. Möhürləmək kimi çıxmasın, amma dəqiq müşahidələrimə əsaslanıb qətiyyətlə deyirəm; Bu adamları iki yerə bölmək olar. Onlar ya savadsızdırlar, ya da sadəcə, təbiətcə naqis adamlardır. Üçüncü variant yoxdur. Ola bilsin var, mən bilmirəm. Ümumiyyətlə, elə adamlar var ki, təbiətcə sivilizasiyanın, tərəqqinin, qanunun aliliyinin, hər cür azadlığın, universal dəyərlərin əleyhinədir. Özlərindən asılı deyil, naqis təbiətləri siyasi düşüncələrinə də birbaşa təsir edir.
Elə adamlar da var ki, Svetlana Alekseyevnanın təbirincə desəm, özlərini hansısa bir gücün zərrəciyi hesab etməkdən ötrü bütün universal insan haqlarından, insani dəyərlərdən imtina etməyə hazırdırlar. Təki mütləq bir gücə, özü də şər məzmunlu bir gücə tapınsınlar.
Yaxınlarda rus yazıçısı Vladimir Sorokin Tiflisə, Beynəlxalq Kitab Festivalına gəlmişdi. Sorokinlə Tiflisdə iki görüş keçirildi. İkisində də iştirak etdim. Əsərlərini, müsahibələrini oxuduğum bir yazıçını yaxından görmək, müşahidə etmək, ona qulaq asmaq mənim üçün maraqlı idi. Görüşlərdən biri Yazıçılar Evində təşkil olunmuşdu. Yazıçılar Evində keçirilən görüşdə Sorokinin gürcü dilinə çevrilmiş “Çovğun” kitabı oxuculara təqdim olundu və Sorokin oxucuların suallarına cavab verdi. Görüşdə dolaşıq hislər keçirirdim. Düşünürdüm ki, görəsən Sorokini bizim ölkəyə kimlər dəvət edə bilər? Dəvət edərlərmi? Dəvət etsələr, Sorokin dəvəti qəbul edib Azərbaycana gələrmi? Gəlsə, kim onunla söhbət edəcək, nədən söhbət edəcəklər, hansı suallar verəcəklər? Razılaşaq ki, çətin suallardır.
Xülasə, Yazıçılar evində keçirilən görüşdə oxucular Sorokinə müxtəlif məzmunlu çoxlu suallar verdilər. Bir nəfər ayağa qalxıb Sorokinə ədəb-ərkanla belə bir sual verdi:
- Rusiyada baş verən hadisələr barədə nə düşünürsünüz, Rusiya bu minvalla hara gedir? Rusiya nəhəng ölkədir, açığı, mən Rusiyadan qorxuram…
Sorokin dərindən bir ah çəkdi, sonra bir müddət susdu, sonra yenə də dərindən bir ah çəkdi. Tam səmimi deyirəm, bir növ ona yazığım gəldi. Vəziyyəti heç arzuolunan deyildi. Kim, hansı yazıçı kitabının təqdimatında doğma ölkəsi haqqında belə acı, belə ağır suala cavab vermək istəyər? Özü də bu sualda zərrə qədər də qərəz yox idi. Sual səmimi tərzdə verilmişdi.
Zalda hamı gözünü zilləyib Sorokinin üzünə. Ki görəsən, yazıçı bu suala necə cavab verəcək, nə deyəcək? Sorokin dedi ki, artıq Rusiyada baş verən hadisələr məni iyrəndirir:
- Mən artıq öz ölkəmdə baş verən hadisələrdən iyrənirəm. Çalışıram, ora aid xəbərləri oxumayım. Çünki doğrudan Rusiya ilə əlaqəli xəbərlər mənə pis təsir edir.
Daha sonra Sorokin dedi ki, on il, on beş il əvvəl öz əsərlərində indi Rusiyada baş verən hadisələri təsvir edib:
- Çünki bunu görürdüm, hiss edirdim. Amma heç istəməzdim, belə olsun.
“Çovğun” əsərimdə Rusiyanı gözləyən mümkün aqibət barəsində yazmışam. Qorxuram yenə də yazdıqlarımın hamısı baş versin…
Bu sözləri deyib masanın üstündəki kitablardan birini götürüb üz qapağına baxdı və dedi:
- Yaxşı dizayn olunub.
İndi Sorokinin “Çovğun” əsərini axtarıram. Oxuyum görüm adam nə yazıb, gələcəkdə Rusiyada nələrin baş verəcəyini hiss edir, gələcəyi necə görür.
Hə, bunu da mütləq qeyd etməliyəm. Sorokin görüşdə bir neçə dəfə dedi ki, gələcəkdə Rusiyada hamı Çin dilində danışacaq. Bunu zarafatla, yoxsa ciddi dediyini müəyyən edə bilmədim…(Kultura.az)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki