22:49 / 14-10-2025
Adamı yerində belə oturdurlar...
22:14 / 14-10-2025
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
21:22 / 14-10-2025
Vardanyanın məhkəməsində ifadələr dinlənilib
19:17 / 14-10-2025
Antimon Tacikistanı Avropanın diqqət mərkəzinə gətirib - Fotolar
19:04 / 14-10-2025
Metroda izdiham yaranıb, saatlardır kart işləmir
19:03 / 14-10-2025
İlham Əliyev Sülh Sammiti ilə bağlı növbəti paylaşım edib
18:01 / 14-10-2025
Sabiq icra başçısı vəfat edib
17:53 / 14-10-2025
Nazirliyin səlahiyyətlərindən biri ləğv edilib - Sərəncam
17:37 / 14-10-2025
Hikmət Hacıyev Litva səfiri ilə görüşüb
17:35 / 14-10-2025
Hərbi ekspert: ABŞ Yaxın Şərqə gətirdiyi silahları İrana qarşı yönəldəcək
17:06 / 14-10-2025
Sabiq icra başçısının həbs müddəti uzadılıb
17:02 / 14-10-2025
Keçmiş koordinator və xanımı casusluqda ittiham olunur
16:51 / 14-10-2025
Akademiyaya rektor təyin edilib
16:37 / 14-10-2025
Ermənistanda yeni müxalifət yaranır - “Bizim yol” Paşinyanı devirə biləcək?
16:22 / 14-10-2025
Tramp: Orbanı 100 faiz dəstəkləyirəm
16:15 / 14-10-2025
Şuşakəndə daha 27 ailə köçürülüb - (Yenilənib) - Fotolar
16:14 / 14-10-2025
İlham Əliyev İslam İnkişaf Bankı ilə bağlı qanunu imzalayıb
16:09 / 14-10-2025
Enerji problemi Avropanı narahat edir
15:57 / 14-10-2025
Ticarət müharibəsi dəniz nəqliyyatına da sirayət edib
15:38 / 14-10-2025
Azərbaycan əhalisi artıb
15:29 / 14-10-2025
Azərbaycanda kərə yağı bahalaşıb
15:06 / 14-10-2025
Azərbaycan, İran və Rusiya rəsmiləri Şimal-Cənub dəhlizində - Foto
14:57 / 14-10-2025
Deputatlar daha 6 məsələni müzakirəyə çıxaracaq
14:41 / 14-10-2025
Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb
14:35 / 14-10-2025
Xocalının Təzəbinə kəndinə növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:21 / 14-10-2025
Ramil Həsənin deputat fəaliyyətinə sabah xitam veriləcək
14:17 / 14-10-2025
Əli Əsədov taksilərə bağlı qərar imzalayıb
14:02 / 14-10-2025
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
13:07 / 14-10-2025
Agentliyin işçiləri "Sədərək"də döyülüb
11:37 / 10-10-2025

00:42 / 11-10-2025

23:11 / 11-10-2025

00:12 / 10-10-2025

22:29 / 10-10-2025

09:42 / 10-10-2025

18:07 / 12-10-2025

18:04 / 11-10-2025

14:35 / 11-10-2025

09:00 / 12-10-2025

08:51 / 10-10-2025

09:24 / 12-10-2025

Nobel mükafatını həbsxanada almaq - Vahid Qazi yazır
Tarix: 08-10-2022 11:31 | Bölmə: Vahid Qazi

Vahid QAZİ
Şəkildə sizdən soldakı ağsaçlı Ales Belyaskidir. Dünən Nobel sülh mükafatı alan adam.
O, indi həbsdədir. Ötən ilin yayında Belarus hökuməti vergidən yayınmaq kimi ənənəvi qondarma iddia ilə özünü həbs, təşkilatını ekstremist elan edib.

Ales Belyaski Belarusun məşhur “Vyasna” hüquq müdafiəsi təşkilatının qurucusudur. Norveç Nobel Komitəsi 2022-ci ilin sülh mükafatını Ukrayna və Rusiyanın hüquq müdafiəçiləri ilə yanaşı ona da verib. Uzun illər Belarus kimi azadlıqlara qapalı ölkədə insan hüquq və azadlıqları uğrunda davamlı mübarizəsinə görə.
“Vyasna” təşkilatını yarandığı 1996-cı ildən tanıyıram. Alesi də elə o vaxtdan. Beynəlxalq Plüralizm Mərkəzləri Şəbəkəsinin tədbirlərində çox görüşmüşük. Müxtəlif layihələrdə əməkdaşlıq etmişik, xüsusən də, seçkilər zamanı.
Bu şəklin azından 20 yaşı var. Bizim şəbəkənin Belarusda keçirilən növbəti toplantısı zamanı çəkilib. Qruplara bölünüb “Avtoritar ölkələri demokratiya yoluna necə çıxarmalı?” sualı ətrafında müzakirə edirdik. Moderatorluğu keçmiş dissident mərhum Yakub Karpinski edirdi.
O vaxt Belarus hökuməti konfransımızı keçirməyə Minskdə yer vermədiyi üçün belaruslu həmkarlar Belarus Yazıçılar Birliyinin şəhər ətrafındakı pansionatında zal kirayələmişdilər. Biz də elə pansionatda qalırdıq.
Məhz həmin tədbirdən sonra məndə Belarusa maraq yarandı, bu ölkəni gəzmək, adamlarıyla görüşmək istədim. Sağ olsun dostlar; İrena Lasota, Vinçuk Vyaçorka, Tamara Matskeviç, Ales Belyaski, onlarının sayəsində səfər baş tutdu. Əsl Belarusu o səfərdə kəşf etdim, tanıdım və bu tanışlıqdan “Ağ Rusiyanın qara taleyi” adlı esse yazıldı. Esse Azərbaycan və rus dillərin dərc edildi.
Alesin klassik inqilabçılara məxsus xarakterini 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri vaxtı gördüm. O vaxt bizim şəbəkədən 188 nəfər ATƏT-in beynəlxalq müşahidə missiyası ilə Bakıya gəlmişdi. Belaruslu müşahidəçilər qrupuna Ales başçılıq edirdi.
15 oktyabr seçksinin nəticələrini tanımayan müxalifət küçələrə çıxmışdı, bir qrup beynəlxalq müşahidəçisi ATƏT-in seçki bəyanatına – “demokratiyaya doğru addım” – etiraz edərək “Votum separatum”la (latınca “fərqli fikir” deməkdir) çıxış etmişdi. Onu imzalayanlardan biri də Ales Belyaski idi.
Seçkidən sonra müxalifət nümayəndələrinin repressiyası başlamışdı. Postsovet ölkələrindən gəlmiş müşahidəçilər qərbli həmkarlarından fərqli olaraq, daha adekvat hərəkət edirdilər. Onlar mandatlarına daxil olmasa da, həbs olunanların azad edilməsi üçün polis idarələrinə gedir, müxalifətçiləri müdafiə etməyə çalışırdılar.
O vaxt müxalifətin namizədi İsa Qəmbərin hər an həbsi gözlənilirdi. Onun evinə beynəlxalq müşahidəçiləri göndərmək təklifinə Ales dərhal reaksiya verdi, getməyə hazır olduğunu dedi. Bir neçə belaruslu həmkarı ilə İsa bəyin yaşadığı evin qarşısına getdilər. Sonra eşitdim ki, küçədə qalmasınlar deyə İsa bəy onları evə dəvət edib. “Bir nömrəli post”un müdafiəsi bir neçə gün belə davam elədi.
***
Nobel komitəsi dəfələrlə siyasi konyukturada ittiham olunub, öz seçiminə görə qınanıb. Fikrimcə, builki sülh mükafatı Komitənin ən uğurlu seçimlərindən biri sayılacaq.

Həbsxanadan göndərə bildiyi nadir məktubların birində Ales belə yazmışdı: “Əsas depressiyaya düşməməkdir, kədərə dalmamaqdır. İnanıram ki, tezliklə hər şey yaxşı olacaq. Bizi öldürməyən bizi daha da güclü edir”.
Nobel mükafatı alması, bu münasibətlə ABŞ prezidentinin, neçə-neçə dünya çaplı siyasi-ictimai, dövlət xadiminin təbrikləri həbsxanada ona ruh, güc verəcək. Bu mükafat Ales Belyaskinin azad olunması yolunda yaşıl işıq olacaq, dostumuz azadlığa çıxacaq, 20 il əvvəl Belarus meşəsində “ölkələrimizi demokratiya yoluna necə çıxarmalı?” sualının axtarışına davam edəcək.
…Və beləcə, dünyada Lukaşenkolar yox, Ales Belyaskilər qalacaq!
Vahid Qazi
8 oktyabr 2022
Helsinqborq, İsveç
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Vahid QAZİ
Bölməyə aid digər xəbərlər